Minacat: “Əl vəsailu iləl məsail” duası
“Əl vəsailu iləl məsail” kitabında deyilir: İmam Muhəmməd Təqinin (ə) xidmətçisi Muhəmməd ibn Haris Nofəlidən belə nəql olunmuşdur: Məmun (lən) öz qızını İmam Muhəmməd Təqi (ə) ilə evləndirdiyi zaman, o həzrət ona belə yazdı: “Hər bir qadının kişi tərəfindən mehriyyəsi olmalıdır və Allah Təala sizə bu dünyada mal-dövlət verdiyi kimi, bizim də mal-dövlətimizi axirətdə zəxirə etmişdir. Mən sənin qızına mehriyyə olaraq “Əl vəsailu iləl məsail” duasını verirəm və o, atamdan mənə, Musa ibn Cəfərdən (ə) də atama, ona da atası Cəfərdən (ə), ona da atası Muhəmməddən (ə), ona da atası Əli ibn Hüseyndən (ə), ona da atası Hüseyndən (ə), ona da qardaşı Həsəndən (ə), ona da atası Əmirəlmöminin Əli ibn Əbi Talibdən (ə), ona da Allahın Rəsulundan (s) çatdığı bir minacat və duadır ki, o həzrətə də Cəbrail (ə) verib demişdir: “Ya Muhəmməd (s)! Allah sənə salam göndərir və buyurur: Bu dua, dünya və axirət xəzinələrinin açarıdır, öz məqsədinə nail olmaq üçün onu vəsilə qərar ver. Bu, 10 minacatdan ibarətdir, onun vasitəsilə səmanın qapıları sənin üzünə açıq olar və bütün hacətlərin qəbul olar.”” Həmin 10 minacat bunlardır:
1) İstixarə minacatı
2) İstiqalə minacatı
3) Səfər minacatı
4) Rizq-ruzi tələbi üçün minacat
5) İstiazə minacatı
6) Tövbə istəmə minacatı
7) Həccə getmək üçün edilən minacat
8) Zülmün kəşf edilmə minacatı
9) Allaha şükr etmək minacatı
10) Hacətləri diləmək üçün minacat
