Namazlardan sonra oxunan müştərək təqibatlar — 1-ci hissə.
Hədislərdən əldə olunur ki, namazın təqibatı (namazın kamilləşməsinə və onun qəbul olunmasına səbəb olmaqdan əlavə) ruzinin artmasına səbəb olur.[1] Mömin namazdan sonra Allahın zikri ilə məşğul olduğu müddət ərzində sanki namaz qılmaqdadır və namazın savabını qazanır.[2] Vacib namazdan sonra dua etmək müstəhəb namazdan sonra dua etməkdən daha üstündür.[3]
Mərhum Əllamə Məclisi buyurmuşdur: “Namazın təqibatı, namazdan sonra fasilə etmədən oxunan Quran, zikr və duadır”. Yaxşı olar ki, dəstəmazlı, üzü qibləyə və oturan vəziyyətdə — təşəhüddə əyləşdiyin vəziyyətdə — namazın təqibatı ilə məşhul olasan və bu əsnada danışmayasan, xüsusilə də məğrib namazının təqibatında. Bəzi alimlər demişlər ki, namazın bütün şərtlərinə və qaydalarına onun təqibatında da riayət olunsun. Lakin belə başa düşülür ki, namazdan sonra hər hansı bir halda, hətta yol gedə-gedə Quran oxumaq, zikr və dua ilə məşğul olmağın namazın təqibatı savabı vardır.[4]
Məsum İmamlardan (ə) namazın təqibatında oxunan dünya və axirət işləri üçün saysıs dualar nəql olunmuşdur. Qeyd etdiyimiz kimi, namazın təqibatı onun kamilləşməsinə və nöqsanlarının aradan qalxmasına, həmçinin günahların bağışlanmasına, məqamın artmasına və istəklərin həyata keşməsinə səbəb olur. Burada təqibatların bir qismini nəzərinizə çatdırırıq.
1) Namaz tamamlanandan sonra 3 dəfə təkbir demək müstəhəbdir. Hər təkbiri deyərkən əlləri üzün səviyəsində yuxarı qaldır, sonra dizə yaxınlaşdır. İmam Sadiq (ə) buyurub: “Namazın salamını dedikdən sonra təkbir demək üçün əllərini 3 dəfə yuxarı qaldır.”[5]
İbn Babaveyh mötəbər sənədlə nəql edir ki, Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) soruşdu: “Nə üçün namaz qılan şəxs salamı dedikdən sonra əllərini yuxarı qaldıraraq 3 dəfə təkbir deməlidir?” İmam Sadiq (ə) buyurdu: “Həzrət Rəsulallah (s) Məkkəni fəth etdikdə səhabələri ilə birlikdə “Həcərul-əsvəd”in kənarında namaz qıldı. Namazın salamını dedikdən sonra 3 dəfə əllərini yuxarı qaldırdı və təkbir dedi. Daha sonra isə dedi:
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| La ilahə illəllahu ilahən vahidən və nəhnu ləhu muslimun, la ilahə illəllahu və la nə`budu illa iyyahu muxlisinə ləhud din, və ləv kərihəl muşrikun, | Allahdan başqa (ibadət və itaətə layiq) məbud yoxdur. Yeganə məbud Odur və biz də Ona təslimik. Ondan başqa bir məbud yoxdur və biz də Ondan başqasına ibadət etmirik. Müşriklərin xoşuna gəlməsə də, dini (və ibadəti) yalnız Onun üçün xalis edirik. | لا إِلَهَ إِلا اللَّهُ إِلَها وَاحِدا وَ نَحْنُ لَهُ مُسْلِمُونَ لا إِلَهَ إِلا اللَّهُ وَ لا نَعْبُدُ إِلا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ |
| la ilahə illəllahu rəbbuna və rəbbu abainəl əvvəlin, la ilahə iləllahu vəhdəhu vəhdəhu vəhdəh, əncəzə və`dəh və nəsərə əbdəh, və əəzzə cundəh və həzəməl əhzabə vəhdəh, | Allahdan başqa heç bir tanrı yoxdur. O, bizim və bizdən əvvəlki ata-babalarımızın Rəbbidir. Allahdan başqa heç bir tanrı yoxdur, birdir, birdir və birdir! Öz vədəsinə vəfa edən, bəndəsinə kömək edən, qoşununu qüvvətləndirən və (haqq ilə müxalif olan) dəstələri təkliyi ilə məhv edəndir. | لا إِلَهَ إِلا اللَّهُ رَبُّنَا وَ رَبُّ آبَائِنَا الْأَوَّلِينَ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ وَ أَعَزَّ جُنْدَهُ وَ هَزَمَ الْأَحْزَابَ وَحْدَهُ |
| fələhul mulku və ləhul həmdu yuhi və yumit, və yumitu və yuhyi və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir | Belə isə, mülk və hakimiyyət, tərif və həmd-səna yalnız Ona məxsusdur! Dirildib öldürən və öldürüb dirildəndir. Heç vaxt ölməyən diri Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. | فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ يُمِيتُ وَ يُحْيِي وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
Sonra Həzrət Rəsulallah (s) səhabələrinə üz tutub buyurdu: “Bu təkbir və zikri hər vacib namazdan sonra deyin və onu tərk etməyin.” Sözünün davamında buyurdu: “Hər kim namazın salamından sonra belə etsə və bu duanı oxusa, İslamı və İslam qoşununu qüvvətləndirən Allaha buna görə şükür etmiş olar.”[6] Şeyx Tusi “Misbahul-mutəhəccid” kitabında bu duanı daha kamil qeyd etmişdir, bizdə məhz həmən duanı sizin üçün burada yazmışıq.
2) Səhih sənədlə İmam Sadiqdən (ə) nəql olunur ki, o həzrət namazı qılıb qurtardıqdan sonra əllərini başının üstünə qaldırardı (və dua edərdi).[7]
3) Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini deməyin çox böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: “Biz uşaqlarımıza namaz qılmağı əmr etdiyimiz kimi, Xanım Zəhranın (s.ə) təsbihini deməyi də əmr edirik. Bu təsbihi tərk etmə. Hər kim onu davamlı deyərsə, səadətdən məhrum qalmayacaq.”[8]
Mötəbər bir hədisdə buyurulur ki, “Ey iman gətirənlər, Allahı çoxlu zikr edin!”[9] ayəsindəki “çoxlu zikr” ifadəsində bu təsbih nəzərdə tutulur və hər kim onu davamlı deyərsə, Allahı çox yad etmiş və bu ayəyə əməl etmişdir.[10]
Mötəbər bir hədisdə İmam Baqir (ə) buyurur: “Hər kim, Xanım Zəhranın (s.ə) təsbihini desə və ondan sonra bağışlanma diləsə, Allah onu bağışlayar. Bu təsbih dildə 100 dənə olsa da, lakin əməl tərəzisində 1000 dənə hesab olunur. Bu təsbih şeytanı (l) insandan qovur və Rəhman Allahı razı edir.”[11]
Başqa bir mötəbər hədisdə İmam Sadiq (ə) buyurur: “Hər vacib namazdan sonra Xanım Fatimə-Zəhranın (s.ə) təsbihini demək mənim üçün hər gün 1000 rəkət namaz qılmaqdan daha sevimlidir.”[12]
Xanım Fatimə-Zəhranın (s.ə) təsbihinin qaydasına gəlincə, bu barədə olan hədislər bir qədər fərqlidir. Lakin məşhur və vazeh olan budur:
34 dəfə: Əllahu Əkbər
33 dəfə: Əlhəmdulilləh
33 dəfə: Subhanəllah
Həmçinin Xanım Fatimə-Zəhranın (s.ə) təsbihindən sonra bir dəfə “La ilahə illəllah” demək sünnədir. Yaxşı olar ki, bu zikrləri İmam Hüseynin (ə) türbətindən hazırlanan təsbeh ilə deyəsən. İmam Sadiq (ə) buyurub: “İmam Hüseynin (ə) təsbehi insanın əlində zikr deyər, bir halda ki, insanın özü zikr deməklə məşğul deyil.”[13]
Rəvayət olunur ki, Xanım Fatimə-Zəhra (s.ə) Həzrət Həmzə şəhid olmazdan qabaq yün sapa vurduğu düyünlərlə təsbih çəkərdi. Həzrət Həmzə şəhid olduqdan sonra onun türbətindən təsbeh hazırladı və onunla zikr dedi. Camaat da onun kimi etdi. İmam Hüseyn (ə) şəhid olduqdan sonra isə o həzrətin türbətindən təsbeh hazırlayıb zikr demək sünnə oldu.[14]
İmam Sadiq (ə) buyurub: “Hər kim, İmam Hüseynin (ə) türbəti ilə bir dəfə bağışlanma diləsə, Allah onun üçün 70 bağışlanma yazar.”[15]
4) Şeyx Kuleyni mötəbər sənədlə nəql edir ki, İmam Baqir (ə) buyurdu: «Hər kim, vacib namazdan sonra ayaqlarını döndərmədən üç dəfə bu duanı oxuyarsa, Allah onun günahlarını bağışlayar, hətta çox olsa belə[16]«:
| Ərəbcə | اَسْتَغْفِرُ اللهَ الَّذِى لَا اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَیُّومُ، ذُو الْجَلَالِ وَ الْإِکْرَامِ، وَ اَتُوبُ اِلَیْهِ. |
| Tərcümə | Allahdan bağışlanma diləyirəm və Onun dərgahına tövbə edirəm: o Allah ki, Ondan qeyri İlah yoxdur, diri və əbədidir, cəlalət və ikram sahibidir |
| Transkripsiya | TƏRCÜMƏ YENİ KULLİYATİNDİR NEZERE AL |
Başqa bir hədisdə isə o həzrət belə buyurur: “Hər kim, bu kəlmələri hər gün desə və onlar vasitəsilə bağışlanma diləsə, Allah onun çoxlu günahlarını bağışlayar.”[17]
5) Şeyx Kuleyni yazır ki, İmam Sadiq (ə) buyurub: «Hər vacib namazdan sonra bu duanı oxu və onu tərk etmə»[18]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| TƏRCÜMƏ KULLİYATİNDİR NƏZƏRƏ AL | Özümü və Rəbbimin mənə ruzi etdiklərini yeganə və ehtiyacsız Allaha tapşırıram: o Allah ki, doğmayıb və doğulmayıb, Onun tayı-bərabəri və bənzəri yoxdur. Özümü və Rəbbimin mənə ruzi etdiklərini sübhün Rəbbinə tapşırıram: yaratdıqlarının şərindən, gecə düşərkən hər bir şər varlığın şərindən, (qərarları dəyişdirmək üçün) düyünlərə ofsun edib üfürənlərin şərindən, həsəd apararkən hər bir həsəd aparanın şərindən. Özümü və Rəbbimin mənə ruzi etdiklərini insanların Rəbbinə, insanların ixtiyar sahibinə və insanların Məbuduna tapşırıram: gizlin-gizlin insanların qəlbinə vəsvəsə edənin şərindən, istər cinlərdən olsun istərsə də insanlardan | اُعِیذُ نَفْسِى وَ مَا رَزَقَنِى رَبِّى، بِاللهِ الْوَاحِدِ الصَّمَدِ الَّذِى لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ، وَ لَمْ یَکُنْ لَهُ کُفُوًا اَحَدٌ. وَ اُعِیذُ نَفْسِى وَ مَا رَزَقَنِى رَبِّى، بِرَبِّ الْفَلَقِ، مِنْ شَرِّ مَا خَلَقَ، وَ مِنْ شِرِّ غَاسِقٍ اِذَا وَقَبَ، وَ مِنْ شَرِّ النَّفَّاثَاتِ فِى الْعُقَدِ، وَ مِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ. وَ اُعِیذُ نَفْسِى وَ مَا رَزَقَنِى رَبِّى، بِرَبِّ النَّاسِ، مَلِکِ النَّاسِ، اِلٰهِ النَّاسِ، مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ، اَلَّذِى یُوَسْوِسُ فِى صُدُورِ النَّاسِ، مِنَ الْجِنَّةِ وَ النَّاسِ |
6) Mərhum Kuleyni mötəbər sənədlə Əli ibn Məhziyardan nəql edir: Bir nəfər İmam Hadidən (ə) istədi ki, ona bir dua öyrətsin. Belə ki, o, hər namazdan sonra bu duanı oxusun və Allah dünya və axirət xeyrini ona əta etsin. İmam Hadi (ə) bunu yazdı[19]:
| Ərəbcə | اَعُوذُ بِوَجْهِکَ الْکَرِیمِ، وَ عِزَّتِکَ الَّتِى لَا تُرَامُ، وَ قُدْرَتِکَ الَّتِى لَا یَمْتَنِعُ مِنْهَا شَىْءٌ، مِنْ شَرِّ الدُّنْیَا وَ الْاٰخِرَةِ، وَ مِنْ شَرِّ الْاَوْجَاعِ کُلِّهَا |
| Tərcümə | Pənah aparıram Sənin kərim zatına, əbədi izzətinə və heç nəyin boyun qaçıra bilmədiyi qüdrətinə: dünya və axirət şərindən, bütün dərdlərin şərindən |
| Transkripsiya | TƏRCÜMƏ KULLİYATDAN GÖTÜRÜLÜB NƏZƏRƏ AL |
Bəzi hədislərdə duanın davamında bu cümlələrdə[20] vardır:
| Ərəbcə | وَ مِنْ شَرِّ کُلِّ دَآبَّةٍ أَنْتَ اٰخِذٌ بِنَاصِیَتِهَا، إِنَّ رَبِّى عَلَىٰ صِرَاطٍ مُسْتَقِیمٍ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ |
| Tərcümə | Sənin ixtiyarında olan hər bir hərəkət edənin şərindən. Həqiqətən mənim Rəbbim doğru yoldadır, uca və əzəmətli Allahdan qeyrisi üçün güc-qüvvə yoxdur |
| Transkripsiya | TƏRCÜMƏ KULLİYATİNDİR, NƏZƏRƏ AL |
7) Şeyx Kuleyni və Şeyx Səduq qeyd edirlər ki, İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurub: «Vacib namazdan sonra oxuya biləcəyin ən kiçik dua budur[21]«:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| TƏRCÜMƏ KULLİYATDAN GÖTURULUB NƏZƏRƏ AL | Ey Allahım, elminin əhatə etdiyi hər bir xeyri Səndən istəyirəm və elminin əhatə etdiyi hər bir şərdən Sənə pənah aparıram. Ey Allahım, bütün işlərimdə Səndən salamatlıq istəyirəm, dünya rüsvayçılığından və axirət əzabından Sənə pənah aparıram | اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ کُلِّ خَیْرٍ اَحَاطَ بِهِ عِلْمُکَ، وَ اَعُوذُ بِکَ مِنْ کُلِّ شَرٍّ اَحَاطَ بِهِ عِلْمُکَ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ عَافِیَتَکَ فِى اُمُورِى کُلِّهَا، وَ اَعُوذُ بِکَ مِنْ خِزْىِ الدُّنْیَا وَ عَذَابِ الْاٰخِرَةِ |
8) İmam Sadiq (ə) buyurub ki, hər namazdan sonra bu cümlələri[22] demək müstəhəbdir:
| Ərəbcə | اَللَّهُمَّ اَعْتِقْنِى مِنَ النَّارِ، وَ اَدْخِلْنِى الْجَنَّةَ، وَ زَوِّجْنِى مِنَ الْحُورِ الْعِینَ |
| Tərcümə | Ey Allahım, məni oddan xilas et, mənə Cənnətə daxil et və məni hurul-eyn ilə izdivac etdir |
| Transkipsiya | TƏRCÜMƏ KULLİYYATİNDİR, NƏZƏRƏ AL |
9) İmam Sadiq (ə) buyurub: “Hər kim bu duanı[23] hər vacib namazdan sonra oxusa, özü, evi, malı və övladları qorunar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| TƏRCÜMƏ KULLİYATİNDİR NƏZƏRƏ AL | Özümü, malımı, övladımı, əhli-əyalımı, evimi və mənim olan hər şeyi yeganə, tək, və ehtiyacsız Allaha tapşırıram: o Allah ki, doğmayıb və doğulmayıb, Onun tayı-bərabəri və bənzəri yoxdur. Özümü, malımı, övladımı və mənim olan hər şeyi sübhün Rəbbinə tapşırıram: yaratdıqlarının şərindən, gecə düşərkən hər bir şər varlığın şərindən, (qərarları dəyişdirmək üçün) düyünlərə ofsun edib üfürənlərin şərindən, həsəd apararkən hər bir həsəd aparanın şərindən. Özümü, malımı, övladımı və mənim olan hər şeyi insanların Rəbbinə, insanların ixtiyar sahibinə və insanların Məbuduna tapşırıram: gizlin-gizlin insanların qəlbinə vəsvəsə edənin şərindən, istər cinlərdən olsun, istərsə də insanlardan. Özümü, malımı, övladımı və mənim olan hər şeyi Allaha tapşırıram: o Allah ki, Ondan qeyri İlah yoxdur, diri və əbədidir, mürgüləmir və yatmır, göylərdə və yerdə olanlar Onundur, Onun izni olmadan kimdir Onun dərgahında şəfaət edə bilən, (bəndələrin) önündə və arxasında olanları bilir, Onun istədiyi qədərdən başqa kimsə Onun elmindən agah olmaz, Onun (hökmdarlıq) taxtı göyləri və yeri əhatə etmişdir, o ikisini (göyü və yeri) sağlamaq onu yormur, O uca və əzəmətlidir | اُجِیرُ نَفْسِى وَ مَالِى وَ وُلْدِى وَ اَهْلِى وَ دَارِى، وَ کُلَّ مَا هُوَ مِنِّى، بِاللهِ الْوَاحِدِ الْأَحَدِ الصَّمَدِ، اَلَّذِى لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ، وَ لَمْ یَکُنْ لَهُ کُفُوًا اَحَدٌ. وَ اُجِیرُ نَفْسِى وَ مَالِى وَ وُلْدِى، وَ کُلَّ مَا هُوَ مِنِّى، بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ، وَ مِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ، وَ مِنْ شَرِّ النَّفَّاثَاتِ فِى الْعُقَدِ، وَ مِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ. وَ اُجِیرُ نَفْسِى وَ مَالِى وَ وُلْدِى، وَ کُلَّ مَا هُوَ مِنِّى بِرَبِّ النَّاسِ، مَلِکِ النَّاسِ، اِلٰهِ النَّاسِ، مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ، اَلَّذِى یُوَسْوِسُ فِی صُدُورِ النَّاسِ، مِنَ الْجِنَّةِ وَ النَّاسِ. وَ اُجِیرُ نَفْسِى وَ مَالِى وَ وُلْدى، وَ کُلَّ مَا هُوَ مِنِّى، بِاللهِ لَا اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَیُّومُ، لَا تَأْخُذُهُ سِنَةٌ وَ لَا نَوْمٌ، لَهُ مَا فِى السَّمَاوَاتِ وَ مَا فِى الْاَرْضِ، مَنْ ذَا الَّذِى یَشْفَعُ عِنْدَهُ اِلَّا بِاِذْنِهِ، یَعْلَمُ مَا بَیْنَ اَیْدیهِمْ وَ مَا خَلْفَهُمْ، وَ لَا یُحِیطُونَ بِشَىْءٍ مِنْ عِلْمِهِ اِلَّا بِمَا شَآءَ، وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الْأَرْضَ، وَ لَا یَؤُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِىُّ الْعَظِیمُ |
10) Vacib namazdan sonra bəzi surələri və ayələri oxumaq müstəhəbdir.
Namazdan sonra “Həmd” surəsini və “Ayətəl-kürsi”ni oxumaq müstəhəbdir. Həmçinin, “Şəhadət”[24] ayəsini oxumaq müstəhəbdir, həmçinin “Mulk”[25] ayəsini oxumaq müstəhəbdir.
İmam Sadiq (ə) buyurur ki, bu ayələr günahların bağışlanması və ilahi mərhəmətin cəlb edilməsində təsirlidir.[26]
Şeyx Tusi “Misbahul-mutəhəccid”də[27] bu ayələri nəql etdikdən sonra aşağıdakı ayələri də əlavə etmişdir:
a) “Səxrə ayəsi”[28] adlanan ayələri,
b) 3 dəfə bu ayələri[29] oxuyun.
Namazdan sonra “Ayətəl-kürsi”ni oxumağın fəziləti barədə Həzrət Rəsulallah (s) Həzrət Əliyə (ə) belə buyurub: “Ey Əli, hər vacib namazdan sonra “Ayətəl-kürsi”ni oxumağı tərk etmə, çünki bunu ancaq peyğəmbər, siddiq və şəhid tərk etməz.”[30]
Başqa bir hədisdə oxuyuruq: “Hər kim hər namazdan sonra “Ayətəl-kürsi”ni oxusa, namazı qəbul olar, Allahın amanında və Onun himayəsi altında olar.”[31] (Məqalənin ardı 2-ci hissədə)
Mənbələr:
[1] Şeyx Səduq — Xisal, c 2, səh 504, hədis 2,
Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 321, hədis 6
[2] Şeyx Abbas Qumi — Məfatihul-cinan, Namazın təqibatı fəsli
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 324, hədis 17
[4] Əllamə Məclisi — Biharul-ənvar, c.82, səh 314-317 (xülasəsi)
[5] Əllamə Məclisi — Biharul-ənvar, c.83, səh 22, hədis 22
[6] Şeyx Səduq — İləluş-şərayi, c 2, səh 360, hədis 1
[7] Şeyx Səduq — Fəqih, c 1, səh 325, hədis 952
[8] Şeyx Səduq — Əmali, səh 579, hədis 16
Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 328, hədis 3
[9] Əhzab surəsi, 41-ci ayə
[10] Şeyx Səduq — Məanil-əxbar, səh 193, hədis 5,
Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 335, hədis 22
[11] Şeyx Səduq — Səvabul-əmal, səh 163,
Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 332, hədis 10
[12] Şeyx Səduq — Səvabul-əmal, səh 163,
Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 331, hədis 9
[13] Rəziyəddin Təbəri — Məkarimul-əxlaq, səh 281
[14] Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 333, hədis 16 (xülasəsi)
[15] Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 334, hədis 18
[16] Şeyx Kuleyni -Usuli-kafi, c 2, səh 521, hədis 1
[17] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 5, hədis 5
[18] Şeyx Kuleyni -Usuli-kafi, c 3, səh 346, hədis 27
[19] Şeyx Kuleyni -Usuli-kafi, c 3, səh 346, hədis 28
[20] Şeyx Tusi -Misbahul-mutəhəccid, səh 51
[21] Şeyx Kuleyni -Usuli-kafi, c 3, səh 343, hədis 16,
Şeyx Səduq — Fəqih, c 1, səh 323, hədis 948
(Şeyx Səduqun qeyd etdiyi hədisə istinadən bu duanın əvvəlində
“Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər” cümləsi də vardır)
[22] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 344, hədis 22
[23] Şeyx Kuleyni — Usuli-kafi, c 2, s 549, hədis 8
[24] Ali-İmran surəsi, 18-19-cu ayələr
[25] Ali-İmran surəsi, 26-27-cu ayələr
[26] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 620, hədis 2
[27] Şeyx Tusi -Misbahul-mutəhəccid, səh 52
[28] Əraf surəsi, 54-56-cı ayələr
[29] Saffat surəsi, 180-182-ci ayələr
[30] Abdullah ibn Cəfər Himyəri — Qurbul-əsnad, səh 56,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 24, hədis 24
[31] Mirzə Hüseyn Nuri — Mustədrəkul-vəsail, c 5, səh 68, hədis 5377
