İslam aylarının əməlləri: Zilhiccə ayının iyirmi dördüncü günü və onun əməlləri — zilhiccə ayı, 24-cü gün

Print Friendly, PDF & Email

Bu gün 2 mühüm tarixi hadisənin baş verdiyi gündür:

1) Bu gündə Əmirəl-möminin Əli (ə) rükuda öz üzüyünü yoxsul dilənçiyə verdi. Onun bu  xalis əməli barədə «Maidə» surəsinin 55-ci ayəsi nazil oldu: «Həqiqətən sizin vəliniz Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir: o iman gətirənlər ki, namaz qılır və rüku halında zəkat verirlər.»[1]
Yaxşı olar ki, möminlər də bu günün xatirəsini əziz tutsunlar, Əmirəl-möminin Əlinin (ə) fəzilətlərini bəyan etsinlər, o həzrət kimi yoxsullara və ehtiyaclılara maddi köməklik göstərsinlər.
2) Bu gündə baş verən digər mühüm tarixi hadisə Həzrət Peyğəmbərin (s) Nəcran məsihiləri ilə mübahiləsidir.[2]
İslam peyğəmbəri Həzrət Məhəmməd (s) ilə Nəcran məsihiləri arasında İsa peyğəmbər (ə) barəsində uzun sürən söhbətlərdən sonra məsihilər haqqı qəbul etməkdən imtina etdilər və axırda «mübahilə etmək» qərara alındı. (Mübahilə, iki nəfərin bir-birinə lənət yağdırmasıdır, belə ki, kim nahaq danışırsa, Allahın əzabına tuş gəlsin.)
Qərara alındı ki, belə bir gündə Nəcran məsihiləri Həzrət Peyğəmbərlə (s) mübahilə etsinlər və nahaq deyən tərəfin ilahi əzaba düçar olub rüsvay olmasını istəsinlər.
Mütəal Allah Ali-İmran surəsinin 61-ci ayəsini nazil edərək Peyğəmbərə (s) buyurdu: «(İsa peyğəmbər (ə) barəsində) sənə çatan elmdən sonra səninlə höcətləşən kəslərə de: «Gəlin, biz öz övladlarımızı və siz də öz övladlarınızı, biz öz qadınlarımızı və siz də öz qadınlarınızı, biz öz canımızdan olanları və siz də öz canınızdan olanları dəvət edək və Allahın lənətini yalançılar üçün istəyək.»»
Həzrət Peyğəmbər (s) Allahın bu göstərişi ilə nəvəsi Hüseyni (ə) qucağına alıb və Həsənin (ə) əlindən tutaraq Əli (ə) və Fatimə (s.ə) ilə birlikdə mübahilə məkanına tərəf yollandı. Məsihilər onları gördükdə mübahilə etməkdən qorxub bu fikirdən daşındılar. Onlar öz dinlərində qalıb cizyə (qeyri-müsəlmanların İslam hökumətinə verdikləri vergi) verməyi qəbul etdilər.[3]
Bu əhvalat müqəddəs İslam dininin, habelə, Peyğəmbərin (s) Əhli-beytinin (ə) uca məqamını və həqqaniyyətini göstərən bir nümunədir. Bu səbəbdən də tövsiyə olunur ki, müsəlmanlar bu gündə Həzrət Peyğəmbəri (s) və onun Əhli-beytini (ə) yad etsinlər, onların Allah dərgahında uca məqamlarını xatırlasınlar.
Bu əzəmətli gündə bir neçə əməli yerinə yetirmək tövsiyə olunur:
1) Oruc tutmaq[4]
2) Qüsl etmək, ən təmiz və gözəl paltarı geyinib ətirlənmək[5]
3) Zöhrdən yarım saat qabaq 2 rəkət namaz qılmaq: hər rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsini, 10 dəfə «Ayətəl-kürsi» ayələrini və 10 dəfə «Qədr» surəsini oxuyun. Hədislərin birində İmam Sadiq (ə) bu namaz üçün böyük savablar bəyan etmişdir[6]
4) İmam Sadiqin (ə) buyurduğu «Mübahilə gününün»[7] duasını oxumaq:

TranskripsiyaTərcüməƏrəbcə
bu dua Səhər duasına oxshar bir duadir. tutushdur sonra qeyd etEy Allahım, Səndən istəyirəm ən nurlu nuruna xatir, bir halda ki, bütün nurun nurludur. Ey Allahım, Səndən istəyirəm bütün nuruna xatir.
Ey Allahım, Səndən istəyirəm ən cəlalətli cəlalına xatir, bir halda ki, bütün cəlalın cəlalətlidir. Ey Allahım, Səndən istəyirəm bütün cəlalına xatir.
Ey Allahım, Səndən istəyirəm ən gözəl gözəlliyinə xatir, bir halda ki, bütün gözəlliyin gözəldir. Ey Allahım, Səndən istəyirəm bütün gözəlliyinə xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm ən əzəmətli əzəmətinə xatir, bir halda ki, bütün əzəmətin əzəmətlidir. Ey Allahım, Səndən istəyirəm bütün əzəmətinə xatir.
Ey Allahım, Səndən istəyirəm ən nurlu nuruna xatir, bir halda ki, bütün nurun nurludur. Ey Allahım, Səndən istəyirəm bütün nuruna xatir.
Ey Allahım, Səndən istəyirəm ən geniş rəhmətinə xatir, bir halda ki, bütün rəhmətin genişdir. Ey Allahım, Səndən istəyirəm bütün rəhmətinə xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm ən kamil kamalına xatir, bir halda ki, bütün kamalın kamildir. Ey Allahım, Səndən istəyirəm bütün kamalına xatir.
Ey Allahım, Səndən istəyirəm ən kamil kəlmlərinə xatir, bir halda ki, bütün kəlmələrin kamildir. Ey Allahım, Səndən istəyirəm bütün kəlmələrinə xatir.
Ey Allahım, Səndən istəyirəm ən böyük adlarına xatir, bir halda ki, bütün adların böyükdür. Ey Allahım, Səndən istəyirəm bütün adlarına xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm ən izzətli izzətinə xatir, bir halda ki, bütün izzətin izzətlidir. Ey Allahım, Səndən istəyirəm bütün izzətinə xatir.
Ey Allahım, Səndən istəyirəm ən keçərli iradənə xatir, bir halda ki, bütün iradən keçərlidir. Ey Allahım, Səndən istəyirəm bütün iradənə xatir.
Ey Allahım, Səndən istəyirəm hər şeyi əhatə edən qüdrətinə xatir, bir halda ki, bütün qüdrətin əhatə edəndir. Ey Allahım, Səndən istəyirəm bütün qüdrətinə xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm ən çox nüfuz edən elminə xatir, bir halda ki, bütün elmin nüfuz edəndir. Ey Allahım, Səndən istəyirəm bütün elminə xatir.
Ey Allahım, Səndən istəyirəm ən çox bəyənilən sözünə xatir, bir halda ki, bütün sözlərin bəyəniləndir. Ey Allahım, Səndən istəyirəm bütün sözünə xatir.
Ey Allahım, Səndən istəyirəm ən sevimli istəklərinə xatir, bir halda ki, bütün istəklərin sevimlidir. Ey Allahım, Səndən istəyirəm bütün istəklərinə xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm ən şərafətli şərəfinə xatir, bir halda ki, bütün şərəfin şərafətlidir. Ey Allahım, Səndən istəyirəm bütün şərəfinə xatir.
Ey Allahım, Səndən istəyirəm ən cavidan sultanlığına xatir, bir halda ki, bütün sultanlığın cavidandır. Ey Allahım, Səndən istəyirəm bütün sultanlığına xatir.
Ey Allahım, Səndən istəyirəm şövkətli padşahlığına xatir, bir halda ki, bütün padşahlığın şövkətlidir. Ey Allahım, Səndən istəyirəm bütün padşahlığına xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm ən uca ucalığına xatir, bir halda ki, bütün ucalığın ucadır. Ey Allahım, Səndən istəyirəm bütün ucalığına xatir.
Ey Allahım, Səndən istəyirəm ən təəccüb doğuran ayətlərinə (nişanələrinə) xatir, bir halda ki, bütün ayətlərin təəccüb doğurandır. Ey Allahım, Səndən istəyirəm bütün ayətlərinə xatir.
Ey Allahım, Səndən istəyirəm ən qədim nemətinə xatir, bir halda ki, bütün nemətin qədimdir. Ey Allahım, Səndən istəyirəm bütün nemətinə xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm məqamına və böyüklüyünə xatir; Ey Allahım, Səndən istəyirəm bütün məqamına və böyüklüyünə xatir.
Ey Allahım, Səndən istəyirəm Səni çağırdığım zaman mənə cavab verdiyin səbəbə xatir, ey Allah, ey o kəs ki, Səndən qeyri İlah yoxdur; Səndən istəyirəm “Səndən qeyri İlah yoxdur” kəlməsinin nuruna xatir, ey o kəs ki, Səndən qeyri İlah yoxdur; Səndən istəyirəm “Səndən qeyri İlah yoxdur” kəlməsinin ucalığına xatir, ey o kəs ki, Səndən qeyri İlah yoxdur; Səndən istəyirəm “Səndən qeyri İlah yoxdur” kəlməsinə xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Səndən istəyirəm ən ümumi ruzinə xatir, bir halda ki, bütün ruzilərin ümumidir. Ey Allahım, Səndən istəyirəm bütün ruzinə xatir.
Ey Allahım, Səndən istəyirəm ən ürəyəyatan ətana xatir, bir halda ki, bütün ətaların ürəyəyatandır. Ey Allahım, Səndən istəyirəm bütün ətalarına xatir.
Ey Allahım, Səndən istəyirəm ən təcili xeyir və yaxşılığına xatir, bir halda ki, bütün xeyirlərin təcilidir. Ey Allahım, Səndən istəyirəm bütün xeyirinə xatir.
Ey Allahım, Səndən istəyirəm ən əfzəl fəzlinə xatir, bir halda ki, bütün fəzlin əfzəldir. Ey Allahım, Səndən istəyirəm bütün fəzlinə xatir. Ey Allahım, Səni çağırdım, necə ki, mənə əmr etmişdin, elə isə, mənə cavab ver, necə ki, vəd etmişdin.
Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədə salam göndər, (Qiyamət günü) məni Sənə imanım olduğu, Sənin elçini – salam olsun ona və onun xanidanına – təsdiq etdiyim, Əli ibn Əbu Talibin imamlığını qəbul etdiyim və onun düşmənlərindən şikayətçi olduğum, Ali-Məhəmməddən olan İmamlara – salam olsun onlara - iqtida etdiyim bir halda ayağa qaldır, çünki mən buna razıyam, ey Rəbbim. Ey Allahım, əvvəlkilərin zümrəsində Öz bəndən və elçin Məhəmmədə salam göndər, sonrakıların zümrəsində Məhəmmədə salam göndər, yuxarı aləmdə Məhəmmədə salam göndər, elçilərin zümrəsində Məhəmmədə salam göndər. Ey Allahım, Məhəmmədə vəsilə məqamı, şərəf, fəzilət və böyük dərəcə əta et. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, mənə ruzi etdiyinə məni qane et, mənə verdiyinə bərəkət ver, qaib olduğum vaxt və mənə nisbət olan hər qaibi qoru. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, (Qiyamət günü) məni Sənə imanım olduğu və Sənin elçini təsdiq etdiyim bir halda ayağa qaldır. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, yaxşıların ən yaxşısı olan Sənin razılığını və Cənnəti Səndən istəyirəm, pislərin ən pisi olan Sənin qəzəbindən və cəhənnəm odundan Sənə pənah aparıram. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və qoru məni bu saatda, bu gecədə, bu gündə, bu ayda və bu ildə göydən yerə nazil olmuş və ya olacaq hər müsibətdən, hər giriftarlıqdan, hər işkəncədən, hər fitnədən, hər bəladan, hər şərdən, hər narahtlıqdan, hər müsibətdən, hər bəladan. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və qismət et mənə bu saatda, bu gecədə, bu gündə, bu ayda və bu ildə göydən yerə nazil olmuş və ya olacaq hər sevincdən, hər şadlıqdan, hər davamlılıqdan, hər fərəcdən, hər sağlamlıqdan, hər salamatlıqdan, hər kəramətdən, hər geniş, halal və pak ruzidən, hər nemətdən, hər imkandan.
Ey Allahım, əgər günahlarım mənim üzümü Sənin dərgahında xəcalətli edibsə, mənimlə Sənin aranda fasilə salıbsa, Sənin yanında mənim halımı dəyişdiribsə, onda zatının heç vaxt sönməyən nuruna xatir, Sənin həbibin Məhəmməd Mustafanın hörmətinə xatir, Əli Murtəzanın hörmətinə xatir, seçdiyin övliyaların haqqına xatir Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, mənim keçmiş günahlarımı bağışlayasan, qalan ömrümdə məni qoruyasan. Ey Allahım, nə qədər ki sağam, günahlardan birinə yenidən qayıtmaqdan Sənə pənah aparıram, ta ki məni öldürdüyün vaxt mən Sənə müti olmuş olum və Sən məndən razı olasan, mənim əməlimin aqibətini ən xeyirli aqibət edəsən və əməlimin savabını Cənnət qərar verəsən, mənim barəmdə Özünün layiq olduğunu edəsən. Ey təqva əhli və ey məğfirət əhli, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və mənə rəhm et, ey rəhimlilərin ən rəhimlisi
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ بَهَآئِکَ بِاَبْهَاهُ، وَ کُلُّ بَهَآئِکَ بَهِىٌّ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِبَهَآئِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ جَلَالِکَ بِاَجَلِّهِ، وَ کُلُّ جَلَالِکَ جَلِیلٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِجَلَالِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ جَمَالِکَ بِاَجْمَلِهِ، وَ کُلُّ جَمَالِکَ جَمِیلٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِجَمَالِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ عَظَمَتِکَ بِاَعْظَمِهَا، وَ کُلُّ عَظَمَتِکَ عَظیمَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِعَظَمَتِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَسَئَلُکَ مِنْ نُورِکَ بِاَنْوَرِهِ، وَ کُلُّ نُورِکَ نَیِّرٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِنُورِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ رَحْمَتِکَ بِاَوْسَعِهَا، وَ کُلُّ رَحْمَتِکَ وَاسِعَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِرَحْمَتِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ کَمَالِکَ بِاَکْمَلِهِ، وَ کُلُّ کَمَالِکَ کَامِلٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِکَمَالِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ کَلِمَاتِکَ بِاَتَمِّهَا، وَ کُلُّ کَلِمَاتِکَ تَآمَّةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِکَلِمَاتِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ اَسْمَآئِکَ بِاَکْبَرِهَا، وَ کُلُّ اَسْمَآئِکَ کَبِیرَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِاَسْمَآئِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ عِزَّتِکَ باَعَزِّهَا، وَ کُلُّ عِزَّتِکَ عَزِیزَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِعِزَّتِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ مَشِیَّتِکَ بِاَمْضَاهَا، وَ کُلُّ مَشِیَّتِکَ مَاضِیَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِمَشِیَّتِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِقُدْرَتِکَ الَّتِى اسْتَطَلْتَ بِهَا عَلَىٰ کُلِّ شَىْءٍ، وَ کُلُّ قُدْرَتِکَ مُسْتَطِیلَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِقُدْرَتِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّـهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ عِلْمِکَ بِاَنْفَذِهِ وَ کُلُّ عِلْمِکَ نَافِذٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِعِلْمِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ قَوْلِکَ بِاَرْضَاهُ، وَ کُلُّ قَوْلِکَ رَضِىٌّ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِقَوْلِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ مَسَآئِلِکَ بِاَحَبِّهَآ، وَ کُلُّهَا اِلَیْکَ حَبِیبَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِمَسَآئِلِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ شَرَفِکَ بِاَشْرَفِهِ، وَ کُلُّ شَرَفِکَ شَرِیفٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِشَرَفِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ سُلْطَانِکَ بِاَدْوَمِهِ، وَ کُلُّ سُلْطَانِکَ دَآئِمٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِسُلْطَانِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ مُلْکِکَ بِاَفْخَرِهِ، وَ کُلُّ مُلْکِکَ فَاخِرٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِمُلْکِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ عَلَائِکَ بِاَعْلَاهُ، وَ کُلُّ عَلَائِکَ عَالٍ. اَللَّـهُمَّ اِنِّى اَسْئَلُکَ بِعَلَائِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ اٰیَاتِکَ بِاَعْجَبِهَا، وَ کُلُّ اٰیَاتِکَ عَجِیبَةٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِاٰیَاتِکَ کُلِّهَا.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ مَنِّکَ بِاَقْدَمِهِ، وَ کُلُّ مَنِّکَ قَدِیمٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِمَنِّکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِمَا اَنْتَ فِیهِ مِنَ الشُّؤُونِ وَ الْجَبَرُوتِ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِکُلِّ شَأْنٍ وَ کُلِّ جَبَرُوتٍ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِمَا تُجِیبُنِى بِهِ حِینَ اَسْئَلُکَ، یَا اَللهُ، یَا لَا اِلٰهَ اِلَّا اَنْتَ. اَسْئَلُکَ بِبَهَآءِ لَا اِلٰهَ اِلَّا اَنْتَ، یَا لَا اِلٰهَ اِلَّا اَنْتَ؛ اَسْئَلُکَ بِجَلَالِ لَا اِلٰهَ اِلَّا اَنْتَ، یَا لَا اِلٰهَ اِلَّا اَنْتَ؛ اَسْئَلُکَ بِلَا اِلٰهَ اِلَّا اَنْتَ. اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ رِزْقِکَ باَعَمِّهِ، وَ کُلُّ رِزْقِکَ عَآمٌّ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِرِزْقِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ عَطَآئِکَ بِاَهْنَإِهِ، وَ کُلُّ عَطَآئِکَ هَنِیئٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِعَطَآئِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ خَیْرِکَ باَعْجَلِهِ، وَ کُلُّ خَیْرِکَ عاجِلٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِخَیْرِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ مِنْ فَضْلِکَ بِاَفْضَلِهِ، وَ کُلُّ فَضْلِکَ فَاضِلٌ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِفَضْلِکَ کُلِّهِ.
اَللَّهُمَّ اِنِّى اَدْعُوکَ کَمَا اَمَرْتَنِى، فَاسْتَجِبْ لِى کَمَا وَعَدْتَنِى.
اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ ابْعَثْنِى عَلَى الْاِیمَانِ بِکَ، وَ التَّصْدِیقِ بِرَسُولِکَ عَلَیْهِ وَ اٰلِهِ السَّلَامُ، وَ الْوِلَایَةِ لِعَلِىِّ بْنِ اَبِیطَالِبٍ، وَ الْبَرَائَةِ مِنْ عَدُوِّهِ، وَ الْإِیتِمَامِ بِالْاَئِمَّةِ مِنْ اٰلِ مُحَمَّدٍ عَلَیْهِمُ السَّلَامُ، فَاِنِّى قَدْ رَضِیتُ بِذٰلِکَ یَا رَبِّ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ عَبْدِکَ وَ رَسُولِکَ فِى الْاَوَّلِینَ، وَ صَلِّ عَلَىٰ مُحَمَّدٍ فِى الْاٰخِرینَ، وَ صَلِّ عَلَىٰ مُحَمَّدٍ فِى الْمَلَإِ الْاَعْلَىٰ، وَ صَلِّ عَلَىٰ مُحَمَّدٍ فِى الْمُرْسَلِینَ. اَللَّـهُمَّ اَعْطِ مُحَمَّدًا الْوَسِیلَةَ، وَ الشَّرَفَ وَ الْفَضِیلَةَ وَ الدَّرَجَةَ الْکَبِیرَةَ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ قَنِّعْنِى بِمَا رَزَقْتَنِى، وَ بَارِکْ لِى فِیمَا اٰتَیْتَنِى، وَ احْفَظْنِى فِى غَیْبَتِى، وَ کُلِّ غَائِبٍ هُوَ لِى. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ ابْعَثْنِى عَلَى الْاِیمَانِ بِکَ، وَ التَّصْدِیقِ بِرَسُولِکَ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اَسْئَلُکَ خَیْرَ الْخَیْرِ رِضْوَانَکَ وَ الْجَنَّةَ، وَ اَعُوذُ بِکَ مِنْ شَرِّ الشَرِّ سَخَطِکَ وَ النَّارِ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ احْفَظْنِى مِنْ کُلِّ مُصِیبَةٍ، وَ مِنْ کُلِّ بَلِیَّةٍ، وَ مِنْ کُلِّ عُقُوبَةٍ، وَ مِنْ کُلِّ فِتْنَةٍ، وَ مِنْ کُلِّ بَلَآءٍ، وَ مِنْ کُلِّ شَرٍّ، وَ مِنْ کُلِّ مَکْرُوهٍ، وَ مِنْ کُلِّ مُصِیبَةٍ، وَ مِنْ کُلِّ اٰفَةٍ، نَزَلَتْ اَوْ تَنْزِلُ مِنَ السَّمَآءِ اِلَى الْاَرْضِ فِى هٰذِهِ السَّاعَةِ، وَ فِى هٰذِهِ اللَّیْلَةِ، وَ فِى هٰذَا الْیَوْمِ، وَ فِى هٰذَا الشَّهْرِ، وَ فِى هٰذِهِ السَّنَةِ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اقْسِمْ لِى مِنْ کُلِّ سُرُورٍ، وَ مِنْ کُلِّ بَهْجَةٍ، وَ مِنْ کُلِّ اسْتِقَامَةٍ، وَ مِنْ کُلِّ فَرَجٍ، وَ مِنْ کُلِّ عَافِیَةٍ، وَ مِنْ کُلِّ سَلَامَةٍ، وَ مِنْ کُلِّ کَرَامَةٍ، وَ مِنْ کُلِّ رِزْقٍ وَاسِعٍ حَلَالٍ طَیِّبٍ، وَ مِنْ کُلِّ نِعْمَةٍ، وَ مِنْ کُلِّ سَعَةٍ، نَزَلَتْ اَوْ تَنْزِلُ مِنَ السَّمَآءِ اِلَى الْاَرْضِ فِى هٰذِهِ السَّاعَةِ، وَ فِى هٰذِهِ اللَّیْلَةِ، وَ فِى هٰذَا الْیَوْمِ، وَ فِى هٰذَا الشَّهْرِ، وَ فِى هٰذِهِ السَّنَةِ.
اَللَّهُمَّ اِنْ کَانَتْ ذُنُوبِى قَدْ اَخْلَقَتْ وَجْهِى عِنْدَکَ، وَ حَالَتْ بَیْنِى وَ بَیْنَکَ، وَ غَیَّرَتْ حَالِى عِنْدَکَ، فَإِنِّى اَسْئَلُکَ بِنُورِ وَجْهِکَ الَّذِى لَا یُطْفَأُ، وَ بِوَجْهِ مُحَمَّدٍ حَبِیبِکَ الْمُصْطَفَىٰ، وَ بِوَجْهِ وَلِیِّکَ عَلِىٍّ الْمُرْتَضَىٰ، وَ بِحَقِّ اَوْلِیَآئِکَ الَّذِینَ انْتَجَبْتَهُمْ، اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اَنْ تَغْفِرَ لِى مَا مَضَىٰ مِنْ ذُنُوبِى، وَ اَنْ تَعْصِمَنِى فِیمَا بَقِىَ مِنْ عُمْرِى. وَ اَعُوذُ بِکَ اللَّهُمَّ اَنْ اَعُودَ فِى شَىْءٍ مِنْ مَعَاصِیکَ اَبَدًا مَا اَبْقَیْتَنِى؛ حَتَّىٰ تَتَوَفَّانِى وَ اَنَا لَکَ مُطِیعٌ، وَ اَنْتَ عَنِّى رَاضٍ؛ وَ اَنْ تَخْتِمَ لِى عَمَلِى بِاَحْسَنِهِ، وَ تَجْعَلَ لِى ثَوَابَهُ الْجَنَّةَ؛ وَ اَنْ تَفْعَلَ بِى مَا اَنْتَ اَهْلُهُ. یَا اَهْلَ التَّقْوَىٰ وَ یَا اَهْلَ الْمَغْفِرَةِ، صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ ارْحَمْنِى بِرَحْمَتِکَ یَا اَرْحَمَ الرَّاحِمِینَ.

Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 525
[2] Seyid ibn Tavus — İqbal, səh 496, 515,
Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 759
[3] Mübahilə əhvalatı bir çox kitablarda nəql olunubdur, o cümlədən, müraciət edin:
Məkarim Şirazi — Nümunə təfsiri, c 2, səh 437, Ali-İmran surəsi 61-ci ayənin təfsiri.
[4] Seyid ibn Tavus — İqbal, səh 515
[5] Seyid ibn Tavus — İqbal, səh 515
[6] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 758
[7] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 759

Читайте также: