İslam aylarının əməlləri: Mübarək Ramazan ayının gecələrinin müştərək əməlləri
Bir neçə əməldən ibarətdir:
1) Məğribin şəri vaxtı olduqda məğrib namazını qılıb iftar etmək müstəhəbdir. Lakin əgər oruc tutan şəxs zəif və gücsüz olduğuna görə namazı hüzuri-qəlblə qıla bilməyəcəksə, yaxud süfrə başında onu gözləyənlər varsa, namazı iftardan sonra da qıla bilər.[1]
2) Pak yemək və içməklərlə, həmçinin haram və şübhəli olmayan yemək-içməklərlə iftar edin.[2] Yaxşı olar ki, halal xurma ilə iftar edəsiniz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Hər kim halal xurma ilə iftar etsə, namazının savabı artar.»[3]
Həzrət Əli (ə) buyurub: «Süd ilə iftar etmək müstəhəbdir.»[4]
Şərbət, halva, ilıq su ilə də iftar etmək yaxşıdır və Həzrət Rəsulallah (s) bunlarla iftar edərmiş.[5]
3) İftar edərkən Məsumların (ə) buyurduqları kiçik duaları oxuyun. O cümlədən bu duanı[6]:
| Ərəbcə | اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ |
| Tərcümə | İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar açdım və Sənə təvəkkül etdim |
| Transkripsiya | Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəlt |
Əmirəl-möminin Əli (ə) iftar edərkən bu duanı oxuyardı: [table “iftar-duasi-2” not found /]
4) İftar edərkən birinci tikəni ağıza qoyduqda deyin:
| Ərəbcə | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي |
| Tərcümə | Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla! |
| Transkripsiya | Bismillahir rəhmanir rəhim, ya vasiəl məğfirəti iğfir li |
desə, Allah taala onu bağışlayar. Hədisdə deyilir ki, ramazan ayının günlərinin axırında Allah taala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan sənin də onlardan biri olmağını istə.
5) İftar vaxtı «Qədr» surəsini oxumağın böyük savabı vardır.[7]
6) İftar vaxtı sədəqə verin, oruc tutanlara iftar verin. Hətta əgər imkanınız az olsa, bir neçə xurma və ya bir qab su ilə iftar verin. İftar vermək təkid olunan müstəhəb əməllərdəndir və yaxşı olar ki, möminlər buna əhəmiyyət versinlər. Bəzi müsəlman ölkələrində iftar vaxtı bütün məscidlərdə sadə süfrələr açılır.
Həzrət Rəsulallah (s) buyurmuşdur ki, hər kim ramazan ayında bir mömin oruc tutana iftar versə, bir mömin qulu azad etməyin savabını əldə edər və bu, onun günahlarının bağışlanmasına səbəb olar. Səhabələr: «Bizim buna imkanımız yoxdur» – dedikdə o həzrət buyurdu: «Kimin imkanı yoxdursa, bir qədər süd və ya su, yaxud bir neçə xurma versin, Allah ona bu savabı əta edər.»[8]
Mərhum Kuleyni, Şeyx Səduq və Şeyx Tusinin İmam Sadiqdən (ə) nəql etdikləri hədisdə buyurulur: «Hər kim oruc tutana iftar versə, onun savabı qədər savab əldə edər (oruc tutanın savabından heç nə azalmadan).»[9]
7) Hər gecə 1000 dəfə «Qədr» surəsini oxumaq nəql olunmuşdur.
8) Hər gecə əgər imkan olsa 100 dəfə «Duxan» surəsini oxusun.
9) Seyid ibn Tavus rəvayət edir ki, hər kəs bu duanı Mübarək Ramazan ayının gecələrində oxusa, onun 40 illik günahları bağışlanar. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə rəbbə şəhri rə-məzanəlləzi ənzəltə fihil Qur`an, vəftərəztə əla ibadikə fihis siyam, salli əla Muhəmmədin və ali Muhəmməd, | İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhlibeytinə salam və rəhmət göndər, | اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ افْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| vərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli am, vəğfir li tilkəz zunubəl izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya Rəhimu ya Əllam. | bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah! | وَ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ وَ اغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ فَاِنَّهُ لا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلامُ |
10) Hər gecə məğribdən sonra «Həcc» duasını oxusun.
11) Mübarək Ramazan ayının hər gecəsi «İftitah» duasını[10] oxuyun. Mötəbər sənədlə nəql olunur ki, İmam Zaman (ə.f) şiələrə belə yazdı: «Mübarək Ramazan ayının hər gecəsi bu duanı oxuyun, çünki bu ayda edilən duaları mələklər eşidir və dua edənlərin bağışlanmasını diləyirlər.» [11]
12)Mübarək Ramazan ayının hər gecəsi bu duanı[12] oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə birəhmətikə fis salihin, fəədxilna və fi illiyin, fərfə`na və bikə`sin min məin, min əynin səlsəbil, fəsqina və minəl huril in, birəhmətikə fəzəvvicna və minəl vildanil muxəllədin, kəənnəhum lu`luun məknun, fəəxdimna və min simaril cənnəti və luhumit təyr, fəət`imna və min siyabis sundusi vəl həriri vəl istəbrəq, fəəlbisna və ləylətəl qədri və həccə bəytikəl həram, və qətlən fi səbilik, fəvəffiq ləna, və salihəd duai vəl məs`ələti fəstəcib ləna (ya xaliqənəsmə vəstəcib ləna), və iza cəmə`təl əvvəlinə vəl axirin, yəvməl qiyaməti fərhəmna, və bəraətən minən nari fəktub ləna, və fi cəhənnəmə fəla təğulləna, və fi əzabikə və həvanikə fəla təbtəlina, və minəz zəqqumi vəz zərii fəla tut`imna, və məəş şəyatini fəla təc`əlna, və fin nari əla vucuhina fəla təkbubna (təkubbəna), və min siyabin nari və sərabilil qətirani fəla tulbisna, və min kulli suin ya la ilahə ila ənt, bihəqqi la ilahə illa əntə fənəccina. | İlahi, Sənə and verirəm rəhmətini, bizi salehlərin sırasına qat, “İlliyyin”də (behiştdə) məqamımızı ucalt, “Səlsəbil” bulağından dadlı su camı ilə sirab et, rəhmətin sayəsində bizi behişt huriləri ilə evləndir, sədəfdəki mirvari tək behiştin əbədi cavan oğlanlarını bizə xidmətçi təyin et, bizi behişt meyvələri və quş ətləri ilə doyuzdur, bizə nazik və qalın ipəkdən (taftadan və qumaşdan) paltarlar geyindir, “qədr” gecəsi və Öz evinin həccinin savabını, Sənin yolunda şəhadət məqamını nəsib et, layiqli dua və istəklərimizi qəbul et (ey xaliqimiz, duamızı eşit və qəbul et)! Qiyamət günü məxluqatının birinci və sonuncusunu topladığın zaman bizə rəhm et, bizim üçün cəhənnəm odundan azadlıq məktubu yaz, bizi cəhənnəmdə qəzəb zəncirinlə bağlama, əzab və xarlığa düçar etmə, cəhənnəmin “zəqqum” və zəhərli ağacının meyvəsini yedizdirmə, bizi şeytanlarla birgə etmə, üzüstə cəhənnəm odunda atma, bizə cəhənnəm əhlinin odlu paltarı və əridilmiş dəmir köynəyini geyindirmə, ey Səndən başqa məbud olmayan Allah, “La ilahə illa əntə” (Səndən başqa məbud yoxdur) kəlməsinin haqqına, bizi hər bir pislikdən amanda saxla! | اللَّهُمَّ بِرَحْمَتِكَ فِي الصَّالِحِينَ فَأَدْخِلْنَا وَ فِي عِلِّيِّينَ فَارْفَعْنَا وَ بِكَأْسٍ مِنْ مَعِينٍ مِنْ عَيْنٍ سَلْسَبِيلٍ فَاسْقِنَا وَ مِنَ الْحُورِ الْعِينِ بِرَحْمَتِكَ فَزَوِّجْنَا وَ مِنَ الْوِلْدَانِ الْمُخَلَّدِينَ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ فَأَخْدِمْنَا وَ مِنْ ثِمَارِ الْجَنَّةِ وَ لُحُومِ الطَّيْرِ فَأَطْعِمْنَا وَ مِنْ ثِيَابِ السُّنْدُسِ وَ الْحَرِيرِ وَ الْإِسْتَبْرَقِ فَأَلْبِسْنَا وَ لَيْلَةَ الْقَدْرِ وَ حَجَّ بَيْتِكَ الْحَرَامِ وَ قَتْلا فِي سَبِيلِكَ فَوَفِّقْ لَنَا وَ صَالِحَ الدُّعَاءِ وَ الْمَسْأَلَةِ فَاسْتَجِبْ لَنَا [يَا خَالِقَنَا اسْمَعْ وَ اسْتَجِبْ لَنَا] وَ إِذَا جَمَعْتَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ يَوْمَ الْقِيَامَةِ فَارْحَمْنَا وَ بَرَاءَةً مِنَ النَّارِ فَاكْتُبْ لَنَا وَ فِي جَهَنَّمَ فَلا تَغُلَّنَا وَ فِي عَذَابِكَ وَ هَوَانِكَ فَلا تَبْتَلِنَا وَ مِنَ الزَّقُّومِ وَ الضَّرِيعِ فَلا تُطْعِمْنَا وَ مَعَ الشَّيَاطِينِ فَلا تَجْعَلْنَا وَ فِي النَّارِ عَلَى وُجُوهِنَا فَلا تَكْبُبْنَا [تَكُبَّنَا] وَ مِنْ ثِيَابِ النَّارِ وَ سَرَابِيلِ الْقَطِرَانِ فَلا تُلْبِسْنَا وَ مِنْ كُلِّ سُوءٍ يَا لا إِلَهَ إِلا أَنْتَ بِحَقِّ لا إِلَهَ إِلا أَنْتَ فَنَجِّنَا |
13) İmam Sadiq (ə) buyurmuşdur ki, ramazan ayının hər gecəsi bu duanı[13] oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə ən təc`ələ fima təqzi, və tuqəddiru minəl əmril məhtum, fil əmril həkimi minəl qəzailləzi la yurədd, və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl həramil məbruri həccuhum, əl məşkuri sə`yuhumul məğfuri zunubuhum, əl mukəffəri ən səyyiatihim (ənhum səyyiatu-hum), və ən təc`ələ fima təqzi, və tuqəddəru ən tutilə umri, fi xəyrin və afiyəh, və tuvəssiə fi rizqi və təc`ələni mimmən təntəsiru bihi lidinik, və la təstəbdil bi ğəyri | İlahi, Səndən istəyirəm ki, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, “səy”lərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə uzun ömrümü xeyirli və sağlam edib, ruzimi bol edəsən, məni dininə yardımçı olanların sırasına qoşub, başqasını mənim yerimə qoymayasan! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تَجْعَلَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فِي الْأَمْرِ الْحَكِيمِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْ سَيِّئَاتِهِمْ [عَنْهُمْ سَيِّئَاتُهُمْ] وَ أَنْ تَجْعَلَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمُرِي فِي خَيْرٍ وَ عَافِيَةٍ وَ تُوَسِّعَ فِي رِزْقِي وَ تَجْعَلَنِي مِمَّنْ تَنْتَصِرُ بِهِ لِدِينِكَ وَ لا تَسْتَبْدِلْ بِي غَيْرِي |
14) Mərhum Mühəddis Qummi nəql edir ki, «Ənisul-salihin» kitabında belə qeyd olunub[14]. Mübarək Ramazan ayının hər gecəsi bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əuzu bicəlali vəchikəl kə-rim, ən yənqəziyə ənni şəhru rəməzan, əv yətluəl fəcru min ləyləti hazihi, və ləkə qibəli təbiətun əv zənbun tuəzzibuni ələyh | (İlahi,) Ramazan ayında məni bağışlamaq və yaxud bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam! | أَعُوذُ بِجَلالِ وَجْهِكَ الْكَرِيمِ أَنْ يَنْقَضِيَ عَنِّي شَهْرُ رَمَضَانَ أَوْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِي هَذِهِ وَ لَكَ قِبَلِي تَبِعَةٌ أَوْ ذَنْبٌ تُعَذِّبُنِي عَلَيْهِ |
15) Şeyx Kəfəmi «Bələdul-əmin» kitabının haşiyəsində Seyid ibn Baqidən nəql edərək buyurur:«Mübarək Ramazan ayının hər gecəsində iki rəkət namaz – hər rəkətdə 1 dəfə «Həmd» surəsini, 3 dəfə «İxlas» surəsini oxumaq müstəhəbdir. Salamlardan sonra belə desin»:
| Ərəbcə | سُبْحَانَ مَنْ هُوَ حَفِيظٌ لا يَغْفُلُ سُبْحَانَ مَنْ هُوَ رَحِيمٌ لا يَعْجَلُ سُبْحَانَ مَنْ هُوَ قَائِمٌ لا يَسْهُو سُبْحَانَ مَنْ هُوَ دَائِمٌ لا يَلْهُو |
| Tərcümə | Qoruyan və qafil olmayan Allah pak və bütün eyiblərdən uzaqdır. Mehriban və tələsməyən Allah pak və bütün eyiblərdən uzaqdır. Həmişə qaim olan və unutmayan Allah pak və bütün eyiblərdən uzaqdır. Əbədi və heç bir şeylə əylənməyən Allah pak və bütün eyiblərdən uzaqdır |
| Transkripsiya | Subhanə mən huvə həfizun la yəğful, subhanə mən huvə rəhimun la yə`cəl, subhanə mən huvə qaimun la yəshu, subhanə mən huvə daimun la yəlhu |
| Ərəbcə | سُبْحَانَكَ سُبْحَانَكَ سُبْحَانَكَ يَا عَظِيمُ اغْفِرْ لِيَ الذَّنْبَ الْعَظِيمَ |
| Tərcümə | Sən pak və bütün eyiblərdən uzaqsan, Sən pak və bütün eyiblərdən uzaqsan, Sən pak və bütün eyiblərdən uzaqsan! Ey böyük Allah, mənim böyük günahlarımı bağışla! |
| Transkripsiya | Subhanəkə, subhanəkə,subhanəkə, ya əzim, iğfir liyəz zənbəl əzim. |
16)Mübarək Ramazan ayının gecələri ərizində 1000 rəkətlik namaz qılmaq.
Mənbələr:
[1] Əllamə Məclisi — Zadul-məad, səh 108
[2] Seyid ibn Tavus — İqbal, səh 114
[3] Seyid ibn Tavus — İqbal, səh 114
[4] Seyid ibn Tavus — İqbal, səh 114
[5] Əllamə Məclisi — Zadul-məad, səh 108
[6] Seyid ibn Tavus — İqbal, səh 117
[7] Seyid ibn Tavus — İqbal, səh 114
[8] Seyid ibn Tavus — İqbal, səh 7
[9] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 68, hədis 1,
Şeyx Tusi — Təhzibul-əhkam, c 4, səh 201, hədis 4,
Fəqih, c 2, səh 134, hədis 1952
[10] Bu duanın adı onun birinci cümləsində
işlənən sözdən götürüldüyü ehtimal olunur.
[11] Əllamə Məclisi — Zadul-məad, səh 110,
Seyid ibn Tavus — İqbal, səh 58
[12] Seyid ibn Tavus – İqbal, səh 61,
Əllamə Məclisi – Zadul-məad, səh 116
[13] Seyid ibn Tavus – İqbal, səh 61
[14] Şeyx Abbas Qumi – Məfatihul-cinan kitabı,
Mübarək Ramazan ayının gecələrinin namazları
[15] Mirze Hüseyn Nuri — Mustədrəkul-vəsail, c 6, səh 215, hədis 6770
