TAM Xanım Fatimeyi Zəhranın (ə) digər təsbihatı
Bu təsbihat Xanım Fatimeyi Zəhranın (s) məhşur zikrindən (təsbihatından) fərqlidir. Faydalı olduğu üçün bunuda paylaşmağı lüzum bildik.
Əbu Səid Mədaini belə deyir: “Bir gün İmam Sadiqin (ə) hüzuruna gedib dedim: “İmam Hüseynin (ə) qəbrinin ziyarətinə gedimmi?” Həzrət buyurdu: “Bəli, get, İmam Hüseyn (ə) – Peyğəmbəri-Əkrəmin (s) övladı gözəllərin ən gözəli, pakların ən pakizəsi və yaxşıların ən yaxşısıdır. O həzrəti ziyarət etmək istədikdə, onun başı üstə 1000 dəfə Əmirəlmöminin Əlinin (ə) təsbihatını, ayaq tərəfində isə 1000 dəfə Xanım Fatimə Zəhranın (s) təsbihatını de. Sonra 2 rəkət namaz qıl və bu namazda «Yasin» və «Ər-Rəhman» surələrini söylə. Əgər belə etmiş olsan, çoxlu savab qazanarsan.”[1]
Dedim: “Sənə qurban olum! Əmirəlmöminin Əli (ə) və xanım Fatimə Zəhranın (s) təsbihatını mənə öyrədin.”
Həzrət buyurdu: “Bəli, ey Əbu Səid! Əlinin (ə) təsbihatı belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəlləzi lə tənfədu xəzainuh, subhanəlləzi lə təbidu məalimuh, subhanəlləzi lə yəfna ma indəh, subhanəlləzi lə yuşriku əhədən fi hukmih, subhanəlləzi ləzmihlalə lifəxrih, subhanəlləzi lənqitaə limuddətih, subhanəlləzi lə ilahə ğəyruh. | Xəzinələri azalmayan Allah bütün eyiblərdən pak və uzaqdır. Nişanələri tükənməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Yanındakılar (sahib olduqları) fani olmayan Allah bütün eyiblərdən pak və uzaqdır. Hökmündə kimsəni Özünə şərik etməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Fəxr və izzəti aradan getməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Müddəti bitməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Ondan başqa heç bir tanrı olmayan Allah bütün eyiblərdən pak və uzaqdır! | سُبْحَانَ الَّذِي لا تَنْفَدُ خَزَائِنُهُ سُبْحَانَ الَّذِي لا تَبِيدُ مَعَالِمُهُ سُبْحَانَ الَّذِي لا يَفْنَى مَا عِنْدَهُ سُبْحَانَ الَّذِي لا يُشْرِكُ أَحَدا فِي حُكْمِهِ سُبْحَانَ الَّذِي لا اضْمِحْلالَ لِفَخْرِهِ سُبْحَانَ الَّذِي لا انْقِطَاعَ لِمُدَّتِهِ سُبْحَانَ الَّذِي لا إِلَهَ غَيْرُهُ |
Fatimə Zəhranın (s) təsbihatı belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanə zil cəlalil bazixil əzim, subhanə zil izziş şamixil munif, subhanə zil mulkil faxiril qədim, subhanə zil bəhcəti vəl cəmal, subhanə mən tərədda bin nuri vəl vəqar, subhanə mən yəra əsərən nəmli fis səfa və vəq`ət təyri fil həva. | Calal sahibi və böyük Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət və uca məqam sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Əzəli və şərəfli mülkün sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Yaxşılıq və gözəlliklə bürünən Allah bütün eyiblərdən pak və uzaqdır. Nur və vüqarla bəzənən Allah bütün eyiblərdən pak və uzaqdır. Saf daş üzərində qarışqanın ayaq izini görən Allah bütün eyiblərdən pak və uzaqdır. Havada quşun uçuş izini görən Allah bütün eyiblərdən pak və uzaqdır! | سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ ذِي الْبَهْجَةِ وَ الْجَمَالِ سُبْحَانَ مَنْ تَرَدَّى بِالنُّورِ وَ الْوَقَارِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلِ فِي الصَّفَا وَ وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ |
Mənbə:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 213, hədis 10
