TAM “Beynul-tulueyn” vaxtı yerinə yetirilən əməllər

Print Friendly, PDF & Email

“Beynul-tulueyn”, yəni “fəcr” doğandan (dan yeri sökülməyə başlayandan) günəş doğanadək olan vaxt (başqa sözlə, sübh namazının geniş vaxtı) qiymətli vaxtlardan biridir. Bu vaxtın fəziləti və bu vaxtda ibadət və dua etmək, zikr demək barədə Məsumların (ə) saysız hədisləri vardır. Bəzi hədislərdə bu vaxtın “qəflət saatı”ndan biri olduğu qeyd olunur. Belə ki, İmam Baqir (ə) buyurub: “Məlun İblis (lən) öz qoşununu 2 vaxtda – günəşin doğduğu və qürub etdiyi vaxt hər tərəfə səpələyir. Çünki bu iki saat “qəflət saatı (çağı)”dır.”[1] Odur ki, bu iki vaxtda Allahı çoxlu yad edin. İblisin (lən) və onun qoşunundan Allaha pənah aparın. Bu iki vaxtda uşaqlarınızı Allahın pənahına tapşırın, çünki bu vaxt “Qəflət çağı”dır.
Bu vaxtda yatmaq məkruhdur. İmam Baqir (ə) buyurub: “Sübhün yuxusu nəhsdir: ruzini uzaqlaşdırır, üzün rəngini sarı edir və qaçırdır. Allah-Təala ruzini “beynul-tulueyn”də bölüşdürür. Bu vaxtda yatmaqdan çəkinin və bilin ki, “mən və səlva” (Bəni-İsrail üçün nazil olan iki ləzzətli yemək) bu saatda Bəni-İsrailə nazil olurmuş.”[2]

Bu qiymətli vaxtda yerinə yetirilən bir neçə əməli qeyd edirik:        
1) İbn Babaveyh bu hədisi mötəbər sənədlə həzrət Əmirilmöminin Əlidən (ə) nəql edibdir: “Hər kim Günəş doğmamışdan qabaq “İxlas” və ya “Qədr” surəsini, yaxud da “Ayətəl-kürsi” ayələrini 11 dəfə oxusa, Allah Taala onun mal-dövlətini qorxduğu bəlalardan amanda saxlayar.” Həmçinin həzrət Əmirilmöminin Əli (ə) buyurubdur: “Hər kim Günəş doğmamışdan öncə “İxlas”“Qədr” surələrini oxusa, o gün ərzində şeytan nə qədər cəhd göstərsə də onu günah işlətməyə vadar edə bilməz.”
2) Şeyx Kuleyni, İbn Babaveyh, Şeyx Tusi və başqaları mötəbər sənədlərlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: “Günəş doğmamışdan və qürub etməmişdən qabaq 10 dəfə bu duanı oxumaq, hər bir müsəlmana vacibdir:

TranskripsiyaTərcüməƏrəbcə
Lə ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. لا اِلَهَ اِلاَّ اللهُ وَحْدَهُ لاشَريكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyr, və huvə əla kulli şəy`in qədir.O dirildir və öldürür. Heç vaxt ölməyən diri Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdirيُحْيي وَ يُميتُ، وَ هُوَ حَيٌ لايَمُوتُ، بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ

Bəzi hədislərdə bu duanın 3-cü cümləsi “Yuhyi və yumitu və yumitu və yuhyi” olaraq nəql olunmuş və bir neçə hədisdə də “Və huvə həyyun la yəmutu biyədihil xəyr” cümləsi qeyd olunmayıbdır. Lakin demək olar ki, bu cümlələrin hamısı böyük mənalar daşıyır və siz, onların hamısını desəniz daha yaxşıdır. Bəzi hədislərdə də buyurulubdur ki, əgər bu duanı öz vaxtında yerinə yetirə bilməsəniz, qəzasını yerinə yetirmək lazımdır. Həmçinin hədislərdə deyilibdir ki, hər kim bu duanı oxusa, o gün ərzində işlətdiyi günahların kəffarəsini ödəmiş olubdur.[3]
3) İmam Məhəmməd Baqirdən (ə) rəvayət olunan başqa mötəbər bir hədisdə belə deyilir: “Hər kim Günəş doğmamışdan öncə, 100 dəfə “Allahu Əkbər” və həmçinin Günəş qürub etməmişdən qabaq 100 dəfə “Allahu Əkbər” desə, Kərim Allah ona 100 qul azad edən şəxsin savabını yazar və hər kim 10 dəfə “Subhanəllahi və bihəmdihi” zikrini desə, Allah Taala ona 10 savab yazar və hər nə qədər çox bu zikri desə, bir o qədər də ona çox savab yazılar.”[4]
4) İbn Babaveyh, mötəbər sənədlə bu hədisi həzrət Sadiqdən (ə) rəvayət edir ki, həzrət Rəsulullah (s) buyurubdur: “Cənnətdə bir neçə otaq vardır ki, içəridən baxanda, eşik və eşikdən baxanda, otağın içərisi görünür. Mənim ümmətimin içərisində yaxşı sözlər danışan, camaata yemək ehsan edən, insanlarla rastlaşdığı vaxt salam verən və hamı yuxuda ikən gecə namazı qılan şəxslər bu otaqların sakini olarcaqlar. Yaxşı söz isə sübh və qürub vaxtı 10 dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” deməkdir.”
Şeyx Bərqi, “Məhasin” adlı kitabında mötəbər sənədlə bu hədisi həzrət İmam Məhəmməd Baqirdən (ə) nəql edibdir: “Həzrət Rəsulullah (s) özü üçün bağ salan bir kişinin yanından ötüb, keçdiyi vaxt dayandı və buyurdu: “İstəyirsənmi ki, sənin saldığın bu bağdan daha uzun ömürlü və meyvələri bu bağın meyvələrindən daha tez bar verən, daha yaxşı və əbədi olan bir bağı sənə müjdə verim?” O kişi: “Bəli, ey Rəsulullah!” — deyə cavab verdi. Hz. Rəsulullah (s) buyurdu: “Sübh və şam vaxtı “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikrlərini de. Hər bir zikrin əvəzində cənnətdə sənin üçün növbə-növ meyvə ağacları əkərlər. “Baqiyatus-salihat” bunlardırlar və Allah Taala Quranda buyurubdur ki, “Baqiyatus-salihat” dünya malından daha yaxşı və əbədidirlər.”
5) İbn Babaveyh mötəbər sənədlə bu hədisi həzrət Əmirilmöminin Əlidən (ə) rəvayət edibdir: “Hər kim şam vaxtına yaxın və ya şamdan sonra 3 dəfə aşağıdakı bu ayəni oxusa, o gecə (onun üçün təqdirdə tutulan) bütün xeyirlər ona üz gətirər və bütün şərlər ondan uzaqlaşar. Bunlar, sübh vaxtı bu ayəni 3 dəfə oxuyan şəxsə də şamildir[5]:
TranskripsiyaTərcüməƏrəbcə
Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihun, və ləhul həmdu fis səmavati vəl ərzi və əşiyyən və hinə tuzhirun.Gecələdiyiniz zaman Allah bütün eyiblərdən pak və uzaqdır. Sübhə çıxdığınız zaman Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd-səna göylərdə, yerdə, axşam və günortaya çıxdığınız zaman Allaha məxsusdurفَسُبْحَانَ اللهِ حينَ تُمْسُونَ وَ حينَ تُصْبِحُونَ، وَ لَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالاَرْضِ وَ عَشِيّاً وَ حينَ تُظْهِرُونَ

6) Şeyx Bərqi öz kitabında mötəbər sənədlə bu hədisi həzrət İmam Rzadan (ə) nəql edibdir: “Hər kim sübh və şam vaxtı 3 dəfə bu zikri desə, şeytandan, hökmdardan, xora və başqa xəstəlikdən qorxusu olmaz.” 
Ərəbcəبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ، لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
TərcüməBağışlayan və Mehriban Allahın adı ilə. Uca və əzəmətli Allahdan başqa sığınacaq və güc-qüvvə sahibi yoxdur
TranskripsiyaBismillahir rəhmanir rəhim. La həvlə və la quvvətə illa billahil əliyyil əzim.

O həzrət sonunda belə buyurdu: “Mən, bu zikri 100 dəfə deyirəm.”  Digər bir yerdədə qeyd etmişik ki, bu zikr, sübh və şam namazının təqibatında 7 dəfə deyilir.[6]
7) Həzrət Sadiq (ə) buyurubdur: “Ənsarlardan olan bir kişi bir neçə gün həzrət Rəsulullahın (s) görüşünə gəlməyir. Həzrət Rəsulullah (s)ondan soruşur: “Hansı səbəbə görə, bu bir neçə gün bizim görüşümüzə gəlməyirdin?” O kişi deyir: “Yoxsulluq və xəstəliyimin uzun çəkdiyi üçün.” Həzrət Rəsulullah (s) buyurur: “İstəyirsənmi sənə elə bir dua öyrədim ki, onu oxusan yoxsulluğun və xəstəliyin aradan qalxar?” O kişi: “Bəli, ey Rəsulullah (s)” — deyə cavab verir. O həzrət buyurur: “Sübh və şam bu duanı[7] oxu:
TranskripsiyaTərcüməƏrəbcə
La həvlə və la quvvətə illa billah, təvəkkəltu ələl həyyilləzi la yəmut, Allahdan başqa güc və qüdrət yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. لا حَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ، تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ
vəl həmdu lillahilləzi ləm yəttəxiz vələda, və ləm yəkun ləhu şərikun fil mulk,Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, وَالْحَمْدُ لِلَّهِ الَّذي لَمْ يَتَّخِذْ وَلَداً، وَ لَمْ يَكُنْ لَهُ شَريكٌ فِي الْمُلْكِ
və ləm yəkun ləhu minəz zulli və kəbbirhu təkbira.izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌ مِنَ الذُّلِ وَ كَبِّرْهُ تَكْبيراً

8) İmam Sadiqdən (ə) olunan bir çox mötəbər rəvayətlərdə deyilir ki, Günəş çıxan və batan zaman 10 dəfə bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Əuzu billahis səmiil əlimi min həməzatiş şəyatin,Şeytanın vəsvəsələrindən eşidən və bilən Allaha pənah aparıram. اَعُوذُ بِاللهِ السَّميعِ الْعَليمِ مِنْ هَمَزَاتِ الشَّيَاطينِ
və əuzu billahi ən yəhzurun, Onların mənim ətrafıma toplaşmasından Allaha pənah aparıram. وَ اَعُوذُ بِاللهِ اَنْ يَحْضُرُونِ
innəllahə huvəs səmiul əlim.Həqiqətən, Allah (hər şeyi) eşidən və biləndir.اِنَّ اللهَ هُوَ السَّميعُ الْعَليمُ

Bəzi rəvayətlərdə isə belədir: “…və əuzu bikə rəbbi ən yəhzərun…” , bəzilərində isə “Əstəizu billahis səmiil əlim, minəş şəytanir rəcim, və əuzu billahi ən yəhzərun…”[8]
9) “Fəlahus sail” kitabında İmam Sadiqdən (ə) belə rəvayət olunur: “Sizə bu duanı, hər gecə-gündüz oxumağa nə mane olar bilər!?” Dua[9] belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə muqəllibəl qulubi və əbsar, Ey qəlbləri və gözləri çevirən, qəlbimi Öz dinində sabit saxla, للَّهُمَّ مُقَلِّبَ الْقُلُوبِ وَالاَبْصَارِ
səbbit qəlbi əla dinik, və la tuziğ qəlbi bə`də iz hədəytəni, qəlbimi doğru yola yönəltdikdən sonra azdırma ثَبِّتْ قَلْبي عَلَى دينِكَ، وَلاتُزِغْ قَلْبي بَعْدَ اِذْ هَدَيتَني
və həb li min lədunkə rəhməh, innəkə əntəl vəhhab, və mənə Öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! وَهَبْ لي مِنْ لَدُنْكَ رَحْمَةً، اِنَّكَ اَنْتَ الْوَهَّابُ
və əcirni minən nari birəhmətik, Öz rəhmətinlə mənə cəhənnəm atəşindən aman (pənah) ver, وَأَجِرْني مِنَ النَّارِ بِرَحْمَتِكَ
Əllahumməmdud li fi umri, və əvsi` ələyyə fi rizqi, vənşur ələyyə min rəhmətik, ömrümü uzun edib ruzimi bol et və rəhmətini mənim üstümə yağdır. اللَّهُمَّ امْدُدْلي في عُمْري، وَ اَوْسِعْ عَلَيَّ في رِزْقي، وَانْشُرْ عَلَيَّ مِنْ رَحْمَتِكَ
və in kuntu indəkə fi ummil kitabi şəqiyyən fəc`əlni səida, Əgər mən Sənin dərgahında, “kitabın əsası”nda (lövhi-məhfuz) bədbəxtlər sırasında qeyd olunmuşamsa, məni xoşbəxtlər sırasında qeydə al ki, وَ اِنْ كُنْتُ عِنْدَكَ في اُمِ الْكِتَابِ شَقِيّاً فَاجْعَلْني سَعيداً
fəinnəkə təmhu ma təşau və tusbit, həqiqətən, Sən istədiyini məhv edir, istədiyini isə saxlayırsan. فَاِنَّكَ تَمْحُومَا تَشَاءُ وَ تُثْبِتُ
və indəkə ummul kitab.Kitabın əsası da Sənin yanındadır.وَ عِنْدَكَ اُمُ الْكِتَابِ

10) Şeyx Tusi və Seyid ibn Tavus rəvayət edirlər ki, həzrət Rəsulullah (s) buyurubdur: “Hər kim sübh və şam vaxtı 1 dəfə “Subhanəllahi və bihəmdihi subhanəllahil əzim” zikrini desə, Allah Taala, əlində gümüş bel olan bir mələyi cənnətə məmuriyyətə göndərər. O, yeri xalis müşkdən olan cənnət torpağında onun üçün ağaclar əksin və o ağacların ətrafına divar çəkib, qapı qoysun və qapının üzərində o şəxsin adını yazsın.” Həmçinin Seyid ibn Tavus mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət edir ki, hər kim bu zikri desə, təəccüb etməyin ki, Haqq Taala onun 1000 günahını bağışlayar və ona 1000 savab yazar. Həmçinin ona 1000 nəfərə şəfaət etmək ixtiyarı verər və onun məqamını 1000 dərəcə artırar. Allah Taala, onun dediyi bu zikrdən ağ bir quş yaradar ki, bu quş, Qiyamət gününədək bu zikri deyər və savabı o şəxsə yazılar.”
11) Qutbuddin Ravəndi həzrət Əmirilmöminin Əlidən (ə) bu hədisi rəvayət edir ki, Hz. Rəsulullah (s)buyurdu: “Hər kim sübhə çıxıb, Allahın bu 4 nemətini xatırlamasa, qorxuram ki, Allahın bu nemətləri ondan alınsın[10]:
TranskripsiyaTərcüməƏrəbcə
Əlhəmdu lillahilləzi ərrəfəni nəfsəh, və ləm yətrukni əmyanəl qəlb, əlhəmdu lillahilləzi cəələni min umməti Muhəmməd, səlləllahu ələyhi və alih, Həmd olsun, Özünü mənə tanıtdıran və məni, qəlbləri kor olanlarlan etməyən Allaha. Həmd olsun Allaha ki, məni, Muhəmmədin ümmətindən qərar veribdirاَلْحَمْدُ لِلَّهِ الَّذي عَرَّفني نَفْسَهُ، وَ لَمْ يَتْرُكْني عَمْيَانَ الْقَلْبِ، اَلْحَمْدُ لِلَّهِ الَّذي جَعَلَني مِنْ اُمَّةِ مُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ
əlhəmdu lillahilləzi cəələ rizqi fi yədəyh, və ləm yəc`əl rizqi fi əydin nas, əlhəmdu lillahilləzi sətərə zunubi və uyubi, və ləm yəfzəhni bəynəl xəlaiqAllaha həmd və səna edirəm ki, mənə ruzi verməyi öz öhdəsinə götürmüş və camaatın öhdəsinə qoymamışdır. O Allaha həmd və səna edirəm ki, mənim günahlarımı gizlədib və məni camaat içərisində rüsvay etməyibdir.اَلْحَمْدُ لِلَّهِ الَّذي جَعَلَ رِزْقي في يَدَيْهِ، وَ لَمْ يَجْعَلْ رِزْقي في اَيْدي النَّاسِ، اَلْحَمْدُ لِلَّهِ الَّذي سَتَرَ ذُنُوبي وَ عُيُوبي ، فَلَمْ يَفْضَحْني بَيْنَ الْخَلايِقِ

12) “Bələdul-əmin” kitabında Salman Farsidən rəvayət olunur ki, hər kəs sübh çağı 3 dəfə bu duanı oxusa, Allah Taala ondan 70 növ bəlanı uzaqlaşdırar, onların ən zəifi qəm-qüssədir:
Ərəbcəاَلْحَمْدُللهِِ رَبِّ الْعَالَمينَ، اَلْحَمْدُ لِلَّهِ حَمْداً كَثيراً طَيِّباً مُبَاركاً فيهِ
TərcüməHəmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Hədsiz, pak və mübarək həmd-səna Allaha məxsusdur.
TranksripsiyaƏlhəmdu lillahi rəbbil aləmin, əlhəmdu lillahi həmdən kəsirən təyyibən mubarəkən fih.

13) Şeyx Kuleyni mötəbər sənədlə İmam Baqirdən (ə) belə rəvayət edir: “Sübh açılan kimi bu duanı oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
Əsbəhtu billahi mu`minən əla dini Muhəmmədin və sunnətih, və Əliyyin və sunnətih, və dini əvsiyai və sunnətihim, aməntu bisirrihim və əlaniyatihim, və şahidihim və ğaibihim, Allaha, Muhəmmədin dini və sünnəsi, Əlinin dini və sünnəsi, vəsilərin dini və sünnəsinə iman gətirdiyim halda sübhə çıxdım. Onların sünnə və rəftarları, aşkar və gizli işləri, şahid və qaiblərinə iman gətirdim. اَصْبَحْتُبِاللهِ مُؤمِناً عَلَى دينِمُحَمَّدٍ وَسُنَّتِهِ، وَ دينِ عَلِيٍ وَ سُنَّتِهِ، وَ دينِ الاَوصِيَاءِ وَ سُنَّتِهِمْ، آمَنْتُ بِسِّرِهِمْ وَ عَلانِيَتِهِمْ، وَ شَاهِدِهِمْ وَ غَائِبِهِمْ
və əuzu billahi mimməstəazə minhu rəsulullah, səlləllahu ələyhi və alih, və Əliyyun ələyhissalam, vəl əvsiyau ələyhimus səlam, və ərğəbu iləllahi fima rəğibu iləyh, və la həvlə və la quvvətə illa billahRəsulullah (Allahın salamı olsun ona və Əhlibeytinə), Əli (salam olsun ona) və vəsilərin (salan olsun onlara) Allaha pənah apardıqlarından mən də Allaha pənah aparıram. Onların Allaha üz tutduqları ilə mən də Allaha üz tuturam. Allahdan başqa güc və qüdrət yoxdur.وَ اَعُوذُ بِاللهِ مِمَّا اسْتَعَاذَ مِنْهُ رَسُولُ اللهِ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، وَ عَلِيٌ عَلَيْهِ السَّلامُ، وَالاَوْصيَاءُ عَلَيْهِمُ السَّلامُ، وَاَرْغَبُ اِلَي اللهِ فيمَا رَغِبُوا اِلَيْهِ، وَلاحَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ

14) Şeyx Kuleyni İmam Baqirdən (ə) bu duanın hər gün Günəş çıxan zaman oxunmasında çoxlu savab nəql etmişdir[11]:
Transkripsiya Tərcümə Ərəbcə
Əllahu əkbəru Əllahu əkbəru kəbira, və subhanəllahi bukrətən və əsila, Allah böyükdür. Allah olduqca böyükdür. Səhər-axşam Allah bütün eyiblərdən pak və uzaqdır. اللهُ اَكْبَرُ اللهُ اَكْبَرُ كَبيراً، وَ سُبْحَانَ اللهِ بُكْرَةً وَ اَصيلاً
vəl həmdu lillahi rəbbil aləminə kəsirən və la şərikə ləh, və səlləllahu əla Muhəmmədin və alihHədsiz həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Onun şəriki yoxdur. Allahın salam və salavatı olsun Məhəmməd və onun Əhlibeytinə!وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمينَ كَثيراً، لاشريكَ لَهُ، وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ

15) “Bələdul-əmin” kitabında İmam Sadiqdən (ə) belə rəvayət olunur ki, hər kim sübh çağı 3 dəfə bu duanı oxusa, şama qədər bütün bəlalardan uzaq olar və əgər şam vaxtı oxusa, səhərə kimi amanda qalar. Dua[12] belədir:
Ərəbcəبِسْمِ اللهِ الَّذي لايَضُرُّ مَعَ اِسْمِهِ شَيْءٌ فِي الاَرْضِ وَلا فِي السَّمَاءِ، وَ هُوَ السَّميعُ الْعَليمُ
TərcüməO Allahın adı ilə başlayıram ki, Onun adı ilə yer və göydə olanların heç birinə zərər toxunmaz. O, eşidən və biləndir
TranskripsiyaBismillahilləzi la yəzurru məəsmihi şəy`un fil ərzi və la fis səma, və huvəs səmiul əlim

16) Şeyx Kuleyni, İbn Babəvəyh (yəni Şeyx Səduq) və başqaları mötəbər sənədlərlə İmam Baqirdən (ə) belə rəvayət edir ki, Allah Taala həzrət Nuhu (ə) bu duanı gecə-gündüz oxuduğu üçün ən çox şükür edən bəndə adlandırdı. Dua[13] belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni uşhidukə ənnəhu ma əmsa və əsbəhə bi min ni`məh, əv afiyətin fi dinin əv dunya fəmink,İlahi! Səni şahid tuturam ki, həqiqətən, səhər-axşam din və dünya ilə bağlı mənə yetişən nemət və afiyət (sağlamlıq) Sənin tərəfindəndir. اللَّهُمَّ اِنّي اُشْهِدُكَ اَنَّهُ مَا اَمْسَى وَ اَصْبَحَ بي مِنْ نِعْمَةٍ، اَو عَافِيَةٍ في دينٍ اَوْ دُنْيَا، فَمِنْكَ
vəhdəkə la şərikə lək, ləkəl həmdu və ləkəş şukru biha ələyyə hətta tərza ilahəna.Sən təksən və Sənin şərikin yoxdur. Həmd Sənə məxsusdur. Həmin nemətə görə, razı olduğun vaxta qədər Sənə şükür olsun, ey məbudumuz!وَحْدَكَ لاشَريكَ لَكَ، لَكَ الْحَمْدُ وَ لَكَ الشُّكْرُ بِهَا عَلَيَّ حَتَّى تَرْضَى اِلَاهَنَا

Bəzi rəvayətlərdə isə 10 dəfə oxunması deyilir və dua belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innəhu ma əsbəhə bi min ni`məh, əv afiyətin fi dinin əv dunya fəmink, vəhdəkə la şərikə lək, İlahi! Həqiqətən, hər gün din və dünya ilə bağlı mənə yetişən nemət və afiyət (sağlamlıq) Sənin tərəfindəndir. Sən təksən və Sənin şərikin yoxdur. اللَّهُمَّ اِنَّهُ مَا اَصْبَحَ بي مِنْ نِعْمَةٍ، اَوْ عَافِيَةٍ في دينٍ اَوْ دُنْيَا فَمِنْكَ، وَحْدَكَ لاشَريكَ لَكَ
ləkəl həmdu və ləkəş şukru biha ələyy, hətta tərza və bə`dər riza.Həmd Sənə məxsusdur. Həmin nemətə görə, hədsiz dərəcədə razı olduğun vaxta qədər Sənə şükür olsun!لَكَ الْحَمْدُ وَ لَكَ الشُّكْرُ بِهَا عَلَيَ، حَتَّى تَرْضَى وَ بَعْدَ الرِّضَا

Bu duaların hər ikisini oxumaq yaxşıdır.
17) Şeyx Kuleyni mötəbər sənədlə İmam Baqirdən (ə) belə rəvayət edir ki, hər kim səhər çağı bu duanı oxusa, o gündə ona heç bir zərər yetişməz və hər kim axşam oxusa, o gecə ona heç bir xətər yetişməz. Dua belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əsbəhtu fi zimmikə və cəvarik, Əllahummə inni əstəvdiukə dini və nəfsi, və dunyayə və axirəti və əhli və mali, İlahi, mən Sənin əmanət və pənahında sübhə çıxdım! İlahi, dinimi, özümü, dünyamı, axirətimi, əhli-əyalımı və malımı Sənə tapşırıram. اللَّهُمَّ اِنّي اَصْبَحْتُ في ذِمَّتِكَ وَ جِوَارِكَ، اللَّهُمَّ اِنّي اَسْتَوْدِعُكَ ديني وَ نَفْسي، وَ دُنْيَايَ وَ آخِرَتي، وَ اَهْلي وَ مَالي
və əuzu bikə ya əzimu min şərri xəlqikə cəmia, və əuzu bikə min şərri ma yublisu bihi iblisu və cunuduh.Ey böyük Allah, bütün yaratdıqlarının şərindən Sənə pənah aparıram! Şeytan və dəstəsinin sərgərdan etdiklərinin şərindən Sənə pənah aparıram.وَ اَعُوذُبِكَ يَا عَظيمُ مِنْ شَرِّ خَلْقِكَ جَميعاً، وَ اَعُوذُبِكَ مِنْ شَرِّ مَا يُبْلِسُ بِهِ اِبْليسُ وَ جُنُودُهُ

18) Həmçinin Şeyx Kuleyni kəssəhih sənədlə belə rəvayət edir ki, bir kişi İmam Sadiqin (ə) hüzuruna gəlib belə dedi: “Mənə gecə-gündüz oxuya biləcəyim bir dua öyrət.” Həzrət belə buyurdu: “Bu duanı[14] oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Əl həmdu lillahilləzi yəf`əlu ma yəşa, və yəf`əlu ma yəşau ğəyruh, əl həmdu lillahi kəma yuhibbullahə ən yuhməd, əl həmdu lillahi kəma huvə əhluh, Allaha Həmd olsun ki, istədiyini yerinə yetirir və Ondan başqa, heç kim istədiyini yerinə yetirə bilməz. Allahın həmd olunmağını istədiyi kimi, həmd olsun Allaha! Allaha layiq olduğu kimi, həmd olsun Ona! اَلْحَمْدُللهِِ الَّذي يَفْعَلُ مَا يَشَاءُ، وَلايَفْعَلُ مَا يَشَاءُ غَيْرُهُ، اَلْحَمْدُللهِِ كَمَا يُحِبُّ اللهُ اَنْ يُحْمَدَ، اَلْحَمْدُ للهِِ كَمَا هُوَ اَهْلُهُ
Əllahummə ədxilni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və əxricni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, salləllahu əla Muhəmmədin və ali Muhəmməd (s).İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytini bütün xeyirlərə daxil etdiyin kimi, məni də daxil et! Muhəmməd və Muhəmmədin Əhlibeytini bütün şərlərdən çıxartdığın kimi, məni də çıxart! Allahın salamı olsun Muhəmməd və Muhəmmədin Əhlibeytinə!اللَّهُمَّ اَدْخِلْني في كُلِّ خَيْرٍ اَدْخَلْتَ فيهِ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ، وَ اَخْرِجْني مِنْ كُلِّ سُوءٍ اَخْرَجْتَ مِنْهُ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ، صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

19) “Bələdul-əmin” və «Biharul-ənvar» kitabında Allahın rəsulundan belə rəvayət olunur ki, hər kim səhər 7 dəfə bu duanı oxusa, o günün bəlalarından amanda olar. Dua[15] belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Fəllahu xəyru hafizən və huvə ərhəmur rahimin, innə vəliyyiyəllahulləzi nəzzələl kitabə və huvə yətəvəlləs salihin, Allah Özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir! Şübhəsiz ki, mənim hamim kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! فَاللهُ خَيْرٌ حَافِظاً وَ هُوَ اَرْحَمُ الرَّاحِمينَ، اِنَّ وَلِيِّيَ اللهُ الَّذي نَزَّلَ الْكِتَابَ وَ هُوَ يَتَوَلَّي الصَّالِحينَ
fəin təvəlləv fəqul həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük ərşin sahibidir!فَاِنْ تَوَلَّوْا فَقُـلْ حَسْبِيَ اللهُ لا اِلَـهَ اِلاََّ هُوَ، عَلَيْهِ تَوَكَّلْتُ وَ هُـوَ رَبُ الْعَـرْشِ الْعَـظيمِ

20) Mötəbər kitabların bəzilərində belə rəvayət olunur ki, hər kəs sübh çağı 3 dəfə və günün axırı 3 dəfə bu salavatı oxusa, günahları bağışlanar, həmişə şad olar, duaları müçtəcab olar, ruzisi çoxalar, düşmənə qələbə çalmaq üçün kömək olunar və cənnətdə Həzrət Muhəmmədin (s) dostlarından sayılar. Salavat[16] belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmmədin fil əvvəlin, və salli əla Muhəmmədin və ali Muhəmmədin fil axirin, İlahi, birincilər (keçmişlər) arasında Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! Sonuncular (gələcək nəsil) arasında Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir!
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ فِي الاَوَّلينَ، وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ فِي الْآخِرينَ
və salli əla Muhəmmədin və ali Muhəmmədin fil mələil ə`la, və salli əla Muhəmmədin və ali Muhəmmədin fil mursəlin, Yüksək aləmdə Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! Elçilər zümrəsində Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ فِي الْمَلاَءِ الاَعْلَى، وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ فِي الْمُرْسَلينَ
Əllahummə ə`ti Muhəmmədənil vəsilətə vəş şərəfə vəl fəzilətə vəd dərəcətəl kəbirəh, Əllahummə inni aməntu bi Muhəmmədin və alihi və ləm ərəh, İlahi, Muhəmmədə “vəsilə” məqamı, şərəf, fəzilət və böyük dərəcə əta et! İlahi, həqiqətən, mən Muhəmməd və onun Əhlibeytini görmədiyim halda, onlara iman gətirdim. اللَّهُمَّ اَعْطِ مُحَمَّداً الْوَسيلَةَ وَ الشَّرَفَ وَالْفَضيلَةَ، وَالدَّرَجَةَ الْكَبيرَةَ، اللَّهُمَّ اِنّي آمَنْتُ بِمُحَمَّدٍ وَ آلِهِ وَ لَمْ اَرَهُ
fəla təhrimni yəvməl qiyaməti ru`yətəh, vərzuqni suhbətəhu və təvəffəni əla millətih, Elə isə qiyamət günü məni onunla görüşməkdən məhrum etmə, onunla birgə olmağı mənə nəsib et, məni onun təriqətində olduğum halda dünyadan apar, فَلا تَحْرِمْني يَوْمَ الْقِيامَةِ رُؤْيَتَهُ، وَارْزُقْني صُحْبَتَهُ، وَ تَوفَّني عَلَى مِلَّتِهِ
vəsqini min həvzihi məşrubən rəviyyən saiğən hənia, la əzməu bə`dəhu əbəda, onun Kövsər hovuzunun suyundan doyana qədər sirab et ki, ondan sonra bir daha susamayım. وَ اسْقِني مِنْ حَوْضِهِ مَشْرَباً رَوِيّاً سَائِغاً هَنيئاً، لا اَظْمَأُ بَعْدَهُ اَبَداً
innəkə əla kulli şəy`in qədir, Əllahummə kəma aməntu bi Muhəmmədin salləllahu ələyhi və alihi və ləm ərəh, Həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, mən Muhəmmədi (Allahın salamı olsun ona və Əhlibeytinə) görmədiyim halda, ona iman gətirdiyim kimi, اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ، اللَّهُمَّ كَمَا آمَنْتُ بِمُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ اَرَهُ
fəərini fil cinani vəchəh, Əllahummə bəlliğ ruhə Muhəmmədin ənni təhiyyətən kəsirətən və səlama.Sən də behiştdə onun üzünü mənə göstər! İlahi, mənim tərəfimdən Muhəmmədin ruhuna çoxlu salam yetir!فَاَرِني فِي الْجِنَانِ وَجْهَهُ، اللَّهُمَّ بَلِّغْ رُوحَ مُحَمَّدٍ عَنّي تَحِيَّةً كَثيرَةً وَ سَلاماً

Şeyx Abbas Qumi deyir: “Bu salavatı  Şeyx Kəfəmi İmam Sadiqdən (ə) nəql etmişdir. O həzrət (ə) buyurubdur: “Hər kim, Məhəmməd və ali Məhəmmədə salavat göndərməklə onları sevindirmək istəyirsə, bu salavatı oxusun.”
21) Həmçinin bu vaxtı məscidə getmək üçün hazırlaşmaq müstəhəbir. Bu məqalədə namaza hazırlaşmaq və qılmaq haqqında qeyd olunub.
Qeyd: Çox yaxşı olar ki, bu vaxtda Quran oxuyun və oxuduğunuz ayələrin mənalarını başa düşün, bu mənalar ətrafında düşünün. Həmçinin yaxşı olar ki, Əmirəlmöminin Əlinin (ə) “Səbah” duasını oxumaq tövsiyyə olunur.

Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 522, hədis 2
[2] Şeyx Tusi — Təhzib, c 2, səh 139, hədis 308
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 518, hədis 1
[4] Şeyx Bərqi — Məhasin, c 1, səh 36, hədis 33
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 257, hədis 27
[5] Şeyx Səduq — Əmali, səh 578, hədis 14
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 253, hədis 19
[6] Şeyx Bərqi — Məhasin, c 1, səh 41, hədis 51
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 257, hədis 27
[7] Şeyx Bərqi — Məhasin, c 1, səh 42, hədis 56
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 257, hədis 27
[8] Məhəmməd Əyyaşi — Əyyaşinin təfsiri, c 2, səh 45
Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 532, hədis 31
[9] Seyid ibn Tavus — Fəlahus-sail, səh 222
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 268, hədis 38
[10] Qutbuddin Ravəndi — Də`əvat, səh 81, hədis 204,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 249, hədis 11
[11] Şeyx Kuleyni — Usulu-kafi, c 2, səh 526, hədis 14
[12] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 298, hədis 59
[13] Şeyx Səduq — İləluş-sərayi, c 1, səh 29, hədis 1,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 251, hədis 16,
Şeyx Kuleyni — Usulu-kafi, c 2, səh 535 (cüzi fərqlə)
[14] Şeyx Kuleyni — Usulu-kafi, c 2, səh 529, hədis 22
[15] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 298, hədis 59
[16] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 266, hədis 36

Читайте также: