Ziyarətnamə: «Camiə-Kəbirə» ziyarəti
Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih” və “Uyun əxbar-Rza” adlı kitablarında nəql etmişdir ki, Musa ibni Abdullah Nəxəi dedi: “Həzrət imam Əliyyən Nəqiyə (ə) ərz etdim: “Yəbnə Rəsulillah (s), mənə elə bir bəlağətli və ümumi ziyarətnamə təlim edin ki, sizin hər birinizi ziyarət etdiyim vaxt bu ziyarətnaməni oxuya bilim.” Həzrət buyurdu: “İmamların hərəminə yetişdikdə dayan və şəhadətəyni, yəni, “Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbduhu və rəsuluh”nu de. Əvvəlcədən qüsl verməyi də unutma. Hərəmə daxil olub, məzarı gördüyün vaxt dayan və 30 dəfə “Allahu əkbər” zikrini de. Sonra aram-aram və kiçik addımlarla bir qədər irəli gedib, dayan və yenə də 30 dəfə “Allahu əkbər” zikrini de. Daha sonra mütəhhər qəbrə yaxınlaşıb, 40 dəfə “Allahu əkbər” zikrini de və bununla da 100 təkbir demiş olursan. Sonra aşağıdakı bu ziyarətnaməni oxu.
Burada 100 təkbir (Allahu əkbər) deməyin hikməti bu ola bilər ki, əksər insanlar məhəbbət bəslədikləri şəxsiyyətləri ilahiləşdirməyə meyl göstərirlər və bu zikrləri deməklə onlar, Allah Taalanın uca məqamından qəflətdə qalmaz və yanlış əqidələrə düçar olmazlar. Birinci Məclisi də bu əqidədədir.
Dua belədir:
Camiə ziyarətləri_2
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykum ya əhlə bəytin nubuvvəh, və məvziər risaləh, və muxtələfəl məlaikəh, mə məhbitəl vəhyi və mə`dinər rəhməh, və xuzzanəl ilmi və muntəhəl hilm, və usuləl kərəmi və qadətəl uməm, və əvliyaən niəmi və ənasirəl əbrar, və dəaiməl əxyari və sasətəl ibad, və ərkanəl biladi və əbvabəl iman, və umənaər rəhman, və sulalətən nəbiyyinə və sifvətəl mursəlin, və itrətə xiyərəti rəbbil aləmin, və rəhmətullahi və bərəkatuh, | Salam olsun sizə, ey nübüvvət evinin əhli, risalət ocağı, mələklər düşərgəsi (mələklərin enib-qalxdığı yer), vəhyin nazil olduğu yer və rəhmət mənbəyi, elm xəzinədarları və helmin son zirvələri, kəramət əsasları, ümmətlərin rəhbərləri, nemətlərin sahibləri, xeyirxahların gövdələri, seçilmişlərin sütunları, bəndələrin ilahi hakimləri, yer üzünün sütunları (şəhərlərin dayaqları), iman qapıları, rəhman Allahın əmanətdarları, peyğəmbərlərin sülaləsi, rəsulların seçilmişləri, aləmlərin Rəbbinin əziz xanədanı! Allahın rəhmət və bərəkətləri olsun sizə! | السَّلامُ عَلَيْكُمْ يَا أَهْلَ بَيْتِ النُّبُوَّةِ وَ مَوْضِعَ الرِّسَالَةِ وَ مُخْتَلَفَ الْمَلائِكَةِ وَ مَهْبِطَ الْوَحْيِ وَ مَعْدِنَ الرَّحْمَةِ وَ خُزَّانَ الْعِلْمِ وَ مُنْتَهَى الْحِلْمِ وَ أُصُولَ الْكَرَمِ وَ قَادَةَ الْأُمَمِ وَ أَوْلِيَاءَ النِّعَمِ وَ عَنَاصِرَ الْأَبْرَارِ وَ دَعَائِمَ الْأَخْيَارِ وَ سَاسَةَ الْعِبَادِ وَ أَرْكَانَ الْبِلادِ وَ أَبْوَابَ الْإِيمَانِ وَ أُمَنَاءَ الرَّحْمَنِ وَ سُلالَةَ النَّبِيِّينَ وَ صَفْوَةَ الْمُرْسَلِينَ وَ عِتْرَةَ خِيَرَةِ رَبِّ الْعَالَمِينَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əssəlamu əla əimmətil huda və məsabihid duca, və ə`lamit tuqa və zəvin nuha, və ulil hica və kəhfil vəra, və vərəsətil ənbiyai vəl məsəlil ə`la vəd də`vətil husna, və hucəcillahi əla əhlid dunya vəl axirəti vəl ula, və rəhmətullahi və bərəkatuh, | Salam olsun hidayət imamlarına, zülmətdə parlayan çıraqlara, nur saçan təqva nişanələrinə, sağlam əql sahiblərinə, kamil zəka sahiblərinə, xalqın pənahgahlarına, peyğəmbərlərin varislərinə, ülvi örnəklərə, ən gözəl carçılara, dünya və axirət əhli üzərində Allahın “höccət”lərinə! Allahın rəhmət və bərəkətləri olsun onlara! | السَّلامُ عَلَى أَئِمَّةِ الْهُدَى وَ مَصَابِيحِ الدُّجَى وَ أَعْلامِ التُّقَى وَ ذَوِي النُّهَى وَ أُولِي الْحِجَى وَ كَهْفِ الْوَرَى وَ وَرَثَةِ الْأَنْبِيَاءِ وَ الْمَثَلِ الْأَعْلَى وَ الدَّعْوَةِ الْحُسْنَى وَ حُجَجِ اللَّهِ عَلَى أَهْلِ الدُّنْيَا وَ الْآخِرَةِ وَ الْأُولَى وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əssəlamu əla məhalli mə`rifətillah, və məsakini bərəkətillahi və məadini hikmətillah, və həfəzəti sirrillahi və həmələti kitabillah, və əvsiyai nəbiyyillahi və zurriyyəti rəsulillahi salləllahu ələyhi və alihi və rəhmətullahi və bərəkatuh, | Salam olsun Allah mərifətinin qəlblərinə, Allahın bərəkət məkanlarına, Allahın hikmət mədənlərinə, Allahın sirrinin hafizlərinə, Allahın kitabının daşıyıcılarına, Allahın Peyğəmbərinin vəsilərinə və Rəsulunun övladlarına! Allahın salam və salavatı olsun ona və Əhlibeytinə! Allahın rəhmət və bərəkətləri olsun onlara! | السَّلامُ عَلَى مَحَالِّ مَعْرِفَةِ اللَّهِ وَ مَسَاكِنِ بَرَكَةِ اللَّهِ وَ مَعَادِنِ حِكْمَةِ اللَّهِ وَ حَفَظَةِ سِرِّ اللَّهِ وَ حَمَلَةِ كِتَابِ اللَّهِ وَ أَوْصِيَاءِ نَبِيِّ اللَّهِ وَ ذُرِّيَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əssəlamu ələd duati iləllahi vəl ədillai əla mərzatillah, vəl mustəqirrinə (vəl mustəvfirinə) fi əmrillahi vət tamminə fi məhəbbətillah, vəl muxləsinə fi təvhidillahi vəl muzhirinə liəmrillah, və nəhyihi və ibadihil mukrəmin, əlləzinə la yəsbiqunəhu bil qəvli və hum biəmrihi yə`məlun, və rəhmətullahi və bərəkatuh, | Salam olsun bəşəri Allaha doğru dəvət edənlərə, Allahın razılığına yol göstərənlərə, Allahın əmrində sabitqədəm olanlara, Allaha eşq-məhəbbətdə kamil həddə çatanlara, Allahın yeganəliyində ixlas sahiblərinə, Allahın əmr və qadağasını aşkar edənlərə və Allahın əziz bəndələrinə – kəlamları Allahın hökmünə əsaslanan və Allahın əmrinə əməl edənlərə! Allahın rəhmət və bərəkətləri olsun onlara! | السَّلامُ عَلَى الدُّعَاةِ إِلَى اللَّهِ وَ الْأَدِلاءِ عَلَى مَرْضَاةِ اللَّهِ وَ الْمُسْتَقِرِّينَ [وَ الْمُسْتَوْفِرِينَ] فِي أَمْرِ اللَّهِ وَ التَّامِّينَ فِي مَحَبَّةِ اللَّهِ وَ الْمُخْلِصِينَ فِي تَوْحِيدِ اللَّهِ وَ الْمُظْهِرِينَ لِأَمْرِ اللَّهِ وَ نَهْيِهِ وَ عِبَادِهِ الْمُكْرَمِينَ الَّذِينَ لا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَ هُمْ بِأَمْرِهِ يَعْمَلُونَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əssəlamu ələl əimmətid duati vəl qadətil hudati vəs sadətil vulat, vəz zadətil humati və əhliz zikri və ulil əmri və bəqiyyətillahi və xiyərətih, və hizbihi və əybəti ilmihi və huccətihi və siratihi və nurihi və (burhanihi) və rəhmətullahi və bərəkatuh, | Salam olsun haqqa dəvət edən imamlara, hidayətçi rəhbərlərə, böyük vali və ilahi ixtiyar sahiblərinə, dinin himayəçi və müdafiəçilərinə, Zikr (Quran) əhlinə və hökm sahiblərinə, Allahın yadigarları və məxsus seçilmişlərinə, Allahın (qüdrətli) dəstəsinə, elminin xəzinəsinə, yetkin dəlillərinə, Onun haqq və aydın yoluna, parlaq nuruna və (varlığının kamil) bürhanına! Allahın rəhmət və bərəkətləri olsun onlara! | السَّلامُ عَلَى الْأَئِمَّةِ الدُّعَاةِ وَ الْقَادَةِ الْهُدَاةِ وَ السَّادَةِ الْوُلاةِ وَ الذَّادَةِ الْحُمَاةِ وَ أَهْلِ الذِّكْرِ وَ أُولِي الْأَمْرِ وَ بَقِيَّةِ اللَّهِ وَ خِيَرَتِهِ وَ حِزْبِهِ وَ عَيْبَةِ عِلْمِهِ وَ حُجَّتِهِ وَ صِرَاطِهِ وَ نُورِهِ [وَ بُرْهَانِهِ] وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləhu kəma şəhidəllahu linəfsih, və şəhidət ləhu məlaikətuhu və ulul ilmi min xəlqih, la ilahə illa huvəl əzizul həkim, | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O, vahid və yeganədir. Onun şəriki yoxdur. Necə ki, Allah Özü, Onun mələkləri və məxluqatı içində ilahi elm sahibləri şəhadət vermişlər ki, Ondan başqa heç bir tanrı yoxdur. O, əziz və həkimdir. | أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ كَمَا شَهِدَ اللَّهُ لِنَفْسِهِ وَ شَهِدَتْ لَهُ مَلائِكَتُهُ وَ أُولُوا الْعِلْمِ مِنْ خَلْقِهِ لا إِلَهَ إِلا هُوَ الْعَزِيزُ الْحَكِيمُ |
| və əşhədu ənnə Muhəmmədən əbduhul muntəcəbu və rəsuluhul murtəza, ərsələhu bil huda və dinil həqqi liyuzhirəhu ələd dini kullihi və ləv kərihəl muşrikun, | Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın seçilmiş bəndəsi və bəyənilmiş peyğəmbəridir. Müşriklərin xoşu gəlməsə də, Allah onu hidayət və haqq ilə bütün dinlərə qələbə çalması üçün göndərmişdir. | وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ الْمُنْتَجَبُ وَ رَسُولُهُ الْمُرْتَضَى أَرْسَلَهُ بِالْهُدَى وَ دِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ |
| və əşhədu ənnəkumul əimmətur raşidunəl məhdiyyun, əl mə`sumunəl mukərrəmunəl muqərrəbun, əl muttəqunəs sadiqunəl mustəfəvnəl mutiunə lillahil qəvvamunə biəmrih, əl amilunə bi iradətihil faizunə bikəramətihistəfakum | Şəhadət verirəm ki, həqiqətən, siz xalqı təkamülə doğru aparan imamlar, hidayət edən və ismət sahibi, izzət sahibi və Rəbbin dərgahına yaxın olan, həqiqət əhli, təqvalı və sadiq, Rəbbin seçilmiş və müti bəndələrisiniz. (Siz) ilahi əmrin icraçısı, Onun iradə və istəyinə əməl edən, kəraməti ilə səadətə çatanlarsınız. | وَ أَشْهَدُ أَنَّكُمُ الْأَئِمَّةُ الرَّاشِدُونَ الْمَهْدِيُّونَ الْمَعْصُومُونَ الْمُكَرَّمُونَ الْمُقَرَّبُونَ الْمُتَّقُونَ الصَّادِقُونَ الْمُصْطَفَوْنَ الْمُطِيعُونَ لِلَّهِ الْقَوَّامُونَ بِأَمْرِهِ الْعَامِلُونَ بِإِرَادَتِهِ الْفَائِزُونَ بِكَرَامَتِهِ اصْطَفَاكُمْ |
| bi ilmihi vərtəzakum liğəybətihi vəxtarəkum lisirrih, vəctəbakum biqudrətihi və əəzzəkum bihudah, və xəssəkum bi burhanihi vəntəcəbəkum linurih (binurih), və əyyədəkum biruhihi və rəziyəkum xuləfaə fi ərzih, | Allah Öz elmi ilə ləyaqətinizi bilərək, sizi bu məqama təyin etmiş, qeyb aləmindən xəbərdar olmaq üçün bəyənmiş, Öz qüdrəti ilə sizə məxsus imtiyaz, hidayəti ilə izzət vermiş, sizi Öz dəlil və bürhanı seçməklə bütün insanlardan fərqləndirmiş, Allah sizi Öz nuruna layiq görmüş, ruhu ilə qüvvətləndirmiş, yer üzündə Öz xəlifə və canişinliyinə təyin etmişdir. | بِعِلْمِهِ وَ ارْتَضَاكُمْ لِغَيْبِهِ وَ اخْتَارَكُمْ لِسِرِّهِ وَ اجْتَبَاكُمْ بِقُدْرَتِهِ وَ أَعَزَّكُمْ بِهُدَاهُ وَ خَصَّكُمْ بِبُرْهَانِهِ وَ انْتَجَبَكُمْ لِنُورِهِ [بِنُورِهِ] وَ أَيَّدَكُمْ بِرُوحِهِ وَ رَضِيَكُمْ خُلَفَاءَ فِي أَرْضِهِ |
| və hucəcən əla bəriyyətihi və ənsarən lidinih, və həfəzətən lisirrihi və xəzənətən li ilmih, və mustəvdəən lihikmətihi və təracimətən livəhyih, və ərkanən litəvhidihi və şuhədaə əla xəlqih, və ə`lamən li ibadihi və mənarən fi biladih, və ədillaə əla siratih, | İnsanlara dəlil və bürhan, Öz dininə köməkçi, sirrinə gözətçi, elminin xəzinədarı, hikmətinə əmanətçi, vəhyinin mütərcimi, yeganəpərəstlik sütunları, məxluqatına şahidlər, bəndələrinə nişanələr, məmləkətinə çıraqlar və haqq yolunun hidayətçiləri təyin etmişdir. | وَ حُجَجا عَلَى بَرِيَّتِهِ وَ أَنْصَارا لِدِينِهِ وَ حَفَظَةً لِسِرِّهِ وَ خَزَنَةً لِعِلْمِهِ وَ مُسْتَوْدَعا لِحِكْمَتِهِ وَ تَرَاجِمَةً لِوَحْيِهِ وَ أَرْكَانا لِتَوْحِيدِهِ وَ شُهَدَاءَ عَلَى خَلْقِهِ وَ أَعْلاما لِعِبَادِهِ وَ مَنَارا فِي بِلادِهِ وَ أَدِلاءَ عَلَى صِرَاطِهِ |
| `əsəməkumullahu minəz zələli və amənəkum minəl fitən, və təhhərəkum minəd dənəsi və əzhəbə ənkumur ricsə və təhhərəkum təthira, | Allah sizi xətalardan qorumuş, fitnələrdən amanda saxlamış, hər növ xoşagəlməzlikdən təmizləmiş, çirkinlikdən uzaqlaşdırmış və sizi pak-pakizə etmişdir. | عَصَمَكُمُ اللَّهُ مِنَ الزَّلَلِ وَ آمَنَكُمْ مِنَ الْفِتَنِ وَ طَهَّرَكُمْ مِنَ الدَّنَسِ وَ أَذْهَبَ عَنْكُمُ الرِّجْسَ وَ طَهَّرَكُمْ تَطْهِيرا |
| fə əzzəmtum cəlaləhu və əkbərtum şə`nəhu və məccədtum kərəməh, və ədəmtum (və ədməntum) zikrəh, | Siz də Allahın calalını əzəmətlə, məqamını ucalıqla və kərəmini böyüklüklə yad etdiniz. Həmişə və hər halda Onun zikrini davam etdiniz. | فَعَظَّمْتُمْ جَلالَهُ وَ أَكْبَرْتُمْ شَأْنَهُ وَ مَجَّدْتُمْ كَرَمَهُ وَ أَدَمْتُمْ [أَدْمَنْتُمْ] ذِكْرَهُ |
| və vəkkədtum (zəkkərtum) misaqəh, | (Onunla bağladığınız) əhd-peymanı və itaətinizi möhkəmlətdiniz. | وَ وَكَّدْتُمْ [ذَكَّرْتُمْ] مِيثَاقَهُ |
| və əhkəmtum əqdə taətih, və nəsəhtum ləhu fis sirri vəl əlaniyəh, | Gizlində və aşkarda xalqa nəsihət verdiniz. | وَ أَحْكَمْتُمْ عَقْدَ طَاعَتِهِ وَ نَصَحْتُمْ لَهُ فِي السِّرِّ وَ الْعَلانِيَةِ |
| və dəəvtum ila səbilihi bil hikməti vəl məvizətil həsənəh, | Onları hikmət və gözəl moizələrlə Onun yoluna dəvət etdiniz. | وَ دَعَوْتُمْ إِلَى سَبِيلِهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ |
| və bəzəltum ənfusəkum fi mərzatih, | Allahın razılığı yolunda canınızı (qurban) verdiniz. | وَ بَذَلْتُمْ أَنْفُسَكُمْ فِي مَرْضَاتِهِ |
| və səbərtum əla ma əsabəkum fi cənbih (hubbih), | Sizə yetişən hər növ azar-əziyyətlərə sinə gərib səbir etdiniz. | وَ صَبَرْتُمْ عَلَى مَا أَصَابَكُمْ فِي جَنْبِهِ [حُبِّهِ] |
| və əqəmtumus səlatə və atəytumuz zəkatə və əmərtum bil mə`rufi və nəhəytum ənil munkər, və cahədtum fillahi həqqə cihadih, hətta ə`ləntum də`vətəhu və bəyyəntum fəraizəhu və əqəmtum hududəh, və nəşərtum (və fəssərtum) şərayiə əhkamih, və sənəntum sunnətəhu | Namazı bərpa etdiniz, zəkat verdiniz, xalqı yaxşılıqlara əmr edib pisliklərdən çəkindirdiniz, Allah yolunda layiqincə cihad etdiniz və hətta Rəbbin dəvətini aşkar, vacibatını bəyan, hüdud və hökmlərini bərpa, əhkam qaydalarını nəşr və şəriətinə əməl etdiniz. | وَ أَقَمْتُمُ الصَّلاةَ وَ آتَيْتُمُ الزَّكَاةَ وَ أَمَرْتُمْ بِالْمَعْرُوفِ وَ نَهَيْتُمْ عَنِ الْمُنْكَرِ وَ جَاهَدْتُمْ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى أَعْلَنْتُمْ دَعْوَتَهُ وَ بَيَّنْتُمْ فَرَائِضَهُ وَ أَقَمْتُمْ حُدُودَهُ وَ نَشَرْتُمْ [وَ فَسَّرْتُمْ] شَرَائِعَ أَحْكَامِهِ وَ سَنَنْتُمْ سُنَّتَهُ |
| və sirtum fi zalikə minhu ilər riza, | Dinin bərpası yolunda Allahın razılığını qazandınız. | وَ صِرْتُمْ فِي ذَلِكَ مِنْهُ إِلَى الرِّضَا |
| və səlləmtum ləhul qəzaə | Qəza və qədərinə təslim oldunuz. | وَ سَلَّمْتُمْ لَهُ الْقَضَاءَ |
| və səddəqtum min rusulihi mən məza, | Keçmiş ilahi peyğəmbərləri təsdiq etdiniz. | وَ صَدَّقْتُمْ مِنْ رُسُلِهِ مَنْ مَضَى |
| fər rağibu ənkum mariq, vəl lazimu ləkum lahiq, vəl muqəssiru fi həqqikum zahiq, | Sizin yolunuzdan dönənlər Allahın dinindən çıxmış, sizinlə birgə olanlar haqq dininə qovuşmuş, haqqınızda müqəssir olanlar batil və məhv olmuşlar. | فَالرَّاغِبُ عَنْكُمْ مَارِقٌ وَ اللازِمُ لَكُمْ لاحِقٌ |
| vəl həqqu məəkum və fikum və minkum və iləykum, | Haqq sizinlə, sizin aranızda, sizdən və sizə doğrudur. | وَ الْمُقَصِّرُ فِي حَقِّكُمْ زَاهِقٌ وَ الْحَقُّ مَعَكُمْ وَ فِيكُمْ وَ مِنْكُمْ وَ إِلَيْكُمْ |
| və əntum əhluhu və mə`dinuhu | Haqq əhli və məskəni sizsiniz. | وَ أَنْتُمْ أَهْلُهُ وَ مَعْدِنُهُ |
| və mirasun nubuvvəti indəkum, | Peyğəmbərlik mirası sizin yanınızdadır. | وَ مِيرَاثُ النُّبُوَّةِ عِنْدَكُمْ |
| və iyabul xəlqi iləykum, | Xalqın qayıdış yeri sizə doğrudur. | وَ إِيَابُ الْخَلْقِ إِلَيْكُمْ |
| və hisabuhum ələykum | Onların əməllərinin mühasibəsi sizin öhdənizdədir. | وَ حِسَابُهُمْ عَلَيْكُمْ |
| və fəslul xitabi indəkum, | Haqqı batildən ayıran mizan (son söz) sizdədir. | وَ فَصْلُ الْخِطَابِ عِنْدَكُمْ |
| və ayatullahi lədəykum | Allahın ayələri (nişanələri) sizin yanınızdadır. | وَ آيَاتُ اللَّهِ لَدَيْكُمْ |
| və əzaimuhu fikum | İlahi hökmlər (və iradələr) sizdədir. | وَ عَزَائِمُهُ فِيكُمْ |
| və nuruhu və burhanuhu indəkum | Pərvərdigarın nuru və bürhanı sizin yanınızdadır. | وَ نُورُهُ وَ بُرْهَانُهُ عِنْدَكُمْ |
| və əmruhu iləykum | İlahi əmr (elmlərin bəyanı) sizə həvalə edilmişdir. | وَ أَمْرُهُ إِلَيْكُمْ |
| mən valakum fə qəd valəllah, və mən adakum fə qəd adəllah, | Sizə itaət edən, həqiqətən, Allaha itaət, sizinlə düşmənçilik edən, həqiqətən, Allahla düşmənçilik etmişdir. | مَنْ وَالاكُمْ فَقَدْ وَالَى اللَّهَ وَ مَنْ عَادَاكُمْ فَقَدْ عَادَى اللَّهَ |
| və mən əhəbbəkum fə qəd əhəbbəllah (və mən əbğəzəkum fəqəd əbğəzəllah), | Sizi sevən, həqiqətən, Allahı sevmiş, sizə kin bəsləyən, həqiqətən, Allaha kin bəsləmişdir. | وَ مَنْ أَحَبَّكُمْ فَقَدْ أَحَبَّ اللَّهَ [وَ مَنْ أَبْغَضَكُمْ فَقَدْ أَبْغَضَ اللَّهَ] |
| və məni`təsəmə bikum fə qədi`təsəmə billah, | Sizə möhkəm sarılan, həqiqətən, Allaha sarılmışdır. | وَ مَنِ اعْتَصَمَ بِكُمْ فَقَدِ اعْتَصَمَ بِاللَّهِ |
| əntumus siratul əqvəm (əs səbilul ə`zəm), | Ən möhkəm hidayət yolu yalnız sizsiniz. | أَنْتُمُ الصِّرَاطُ الْأَقْوَمُ [السَّبِيلُ الْأَعْظَمُ] |
| və şuhədau daril fənai və şufəau daril bəqa, | Fani dünyanın dəlil və höccətləri, axirətin isə şəfaətçilərisiniz. | وَ شُهَدَاءُ دَارِ الْفَنَاءِ وَ شُفَعَاءُ دَارِ الْبَقَاءِ |
| vər rəhmətul məvsulətu vəl ayətul məxzunəh, vəl əmanətul məhfuzətu vəl babul mubtəla bihin nas, | (İlahi bəndələrə) arasıkəsilməz (davamlı) rəhmət, nəfis nişanəsi, qorunmuş yeganə əmanəti, xalqın imtahan olunduğu qapı yalnız sizsiniz. | وَ الرَّحْمَةُ الْمَوْصُولَةُ وَ الْآيَةُ الْمَخْزُونَةُ وَ الْأَمَانَةُ الْمَحْفُوظَةُ وَ الْبَابُ الْمُبْتَلَى بِهِ النَّاسُ |
| mən atakum nəca və mən ləm yə`tikum hələk, | Sizə tərəf gələn nicat tapmış, sizdən üz çevirən isə həlak olmuşdur. | مَنْ أَتَاكُمْ نَجَا وَ مَنْ لَمْ يَأْتِكُمْ هَلَكَ |
| iləllahi təd`unə və ələyhi tədullunə | Siz yalnız Allaha doğru dəvət edir, xalqı Onun yoluna hidayət edirsiniz. | إِلَى اللَّهِ تَدْعُونَ وَ عَلَيْهِ تَدُلُّونَ |
| və bihi tu`minunə və ləhu tusəllimun, və biəmrihi tə`məlunə və ila səbilihi turşidun, və bi qəvlihi təhkumun, | Yalnız Allaha iman gətirir, Ona təslim olur, əmrini yerinə yetirir, (xalqı) Onun haqq yoluna çatdırır və xalq arasında Onun kəlamı ilə hökm edirsiniz. | وَ بِهِ تُؤْمِنُونَ وَ لَهُ تُسَلِّمُونَ وَ بِأَمْرِهِ تَعْمَلُونَ وَ إِلَى سَبِيلِهِ تُرْشِدُونَ وَ بِقَوْلِهِ تَحْكُمُونَ |
| səidə mən valakum və hələkə mən adakum, və xabə mən cəhədəkum və zəllə mən farəqəkum, və fazə mən təməssəkə bikum və əminə mən ləcəə iləykum, və səlimə mən səddəqəkum və hudiyə məni`təsəmə bikum, | Sizin vilayətinizi qəbul edən səadətə yetmiş, sizinlə ədavət edən həlak olmuş, sizi inkar edən məyus və naümid olmuş, sizdən uzaqlaşan zəlalətə uğramış, sizə sığınan muradına çatmış, sizə pənah gətirən əmin-amanlıq tapmış, sizin mənsəbinizi təsdiq edən qurtuluşa çatmış, sizə sarılan hidayət tapmışdır. | سَعِدَ مَنْ وَالاكُمْ وَ هَلَكَ مَنْ عَادَاكُمْ وَ خَابَ مَنْ جَحَدَكُمْ وَ ضَلَّ مَنْ فَارَقَكُمْ وَ فَازَ مَنْ تَمَسَّكَ بِكُمْ وَ أَمِنَ مَنْ لَجَأَ إِلَيْكُمْ وَ سَلِمَ مَنْ صَدَّقَكُمْ وَ هُدِيَ مَنِ اعْتَصَمَ بِكُمْ |
| mənit təbəəkum fəl cənnətu mə`vahu və mən xaləfəkum fən naru məsvah, | Sizə tabe olanın yeri əbədi behişt, sizinlə müxalifət edənin yeri isə cəhənnəmdir. | مَنِ اتَّبَعَكُمْ فَالْجَنَّةُ مَأْوَاهُ وَ مَنْ خَالَفَكُمْ فَالنَّارُ مَثْوَاهُ |
| və mən cəhədəkum kafirun və mən harəbəkum muşrik, | Sizi inkar edən kafir, sizinlə müharibə edən müşrikdir. | وَ مَنْ جَحَدَكُمْ كَافِرٌ وَ مَنْ حَارَبَكُمْ مُشْرِكٌ |
| və mən rəddə ələykum fi əsfəli dərəkin minəl cəhim, | (İmamətinizi qəbul etməyib) hökmlərinizi rədd edənin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. | وَ مَنْ رَدَّ عَلَيْكُمْ فِي أَسْفَلِ دَرْكٍ مِنَ الْجَحِيمِ |
| əşhədu ənnə haza sabiqun ləkum fima məza, və carin ləkum fima bəqiyə | Şəhadət verirəm ki, bu məqam və fəzilətlər keçmişdə sizdə olmuş, gələcəkdə də olacaqdır. | أَشْهَدُ أَنَّ هَذَا سَابِقٌ لَكُمْ فِيمَا مَضَى وَ جَارٍ لَكُمْ فِيمَا بَقِيَ |
| və ənnə ərvahəkum və nurəkum və tinətəkum vahidətun tabət, və təhurət bə`zuha min bə`z, | Həqiqətən, sizin ruhlarınız, nurunuz və fitrətiniz vahid, pak-pakizə, tahir və bir-birinin eynidir. | وَ أَنَّ أَرْوَاحَكُمْ وَ نُورَكُمْ وَ طِينَتَكُمْ وَاحِدَةٌ طَابَتْ وَ طَهُرَتْ بَعْضُهَا مِنْ بَعْضٍ |
| xələqəkumullahu ənvarən fə cəələkum bi ərşihi muhdiqin, | Allah sizi parlaq nur xəlq etmiş, sonra Öz ərşi-əlası ətrafında dövr edən halda yerləşdirmişdir. | خَلَقَكُمُ اللَّهُ أَنْوَارا فَجَعَلَكُمْ بِعَرْشِهِ مُحْدِقِينَ |
| hətta mənnə ələyna bikum, | Nəhayət, sizin vücudunuzla bizə minnət və haqq qoymuşdur. | حَتَّى مَنَّ عَلَيْنَا بِكُمْ |
| fə cəələkum fi buyutin əzinəllahu ən turfəə və yuzkərə fihəsmuh, | Allah sizi Öz adının zikr edilib ucaldılmasına izn verdiyi evlərdə yerləşdirmişdir. | فَجَعَلَكُمْ فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فِيهَا اسْمُهُ |
| və cəələ səlatəna (sələvatina) ələykum, və ma xəssəna bihi min vilayətikum tibən li xəlqina (lixuluqina), və təharətən liənfusina və təzkiyətən (və bərəkətən) ləna və kəffarətən lizunubina, | Allah sizə salam və salavat göndərməyimizi, bizə məxsus etdiyi imamət və vilayət nemətini xilqətimizin paklığı, vicdanımızın saflığı, nəfslərimizin təmizliyi, pakizəlik nişanəsi və günahlarımızın kəffarəsi olaraq təyin buyurmuşdur. | وَ جَعَلَ صَلاتَنَا [صَلَوَاتِنَا] عَلَيْكُمْ وَ مَا خَصَّنَا بِهِ مِنْ وِلايَتِكُمْ طِيبا لِخَلْقِنَا [لِخُلُقِنَا] وَ طَهَارَةً لِأَنْفُسِنَا وَ تَزْكِيَةً [بَرَكَةً] لَنَا وَ كَفَّارَةً لِذُنُوبِنَا |
| fə kunna indəhu musəlliminə bi fəzlikum və mə`rufinə bi təsdiqina iyyakum, | Beləliklə, biz Allah dərgahında sizin fəzilətlərinizi etiraf edib (imamətinizi) təsdiq etməyimizlə tanındıq. | فَكُنَّا عِنْدَهُ مُسَلِّمِينَ بِفَضْلِكُمْ وَ مَعْرُوفِينَ بِتَصْدِيقِنَا إِيَّاكُمْ |
| fə bələğəllahu bikum əşrəfə məhəllil mukərrəmin, və ə`la mənazilil muqərrəbin, və ərfəə dərəcatil mursəlin, | Allah sizi kəramət sahiblərinin ən şərəfli məqamlarına, “müqərrəb”lərin ən uca mərtəbələrinə və elçilərin ən yüksək dərəcələrinə çatdırdı. | فَبَلَغَ اللَّهُ بِكُمْ أَشْرَفَ مَحَلِّ الْمُكَرَّمِينَ وَ أَعْلَى مَنَازِلِ الْمُقَرَّبِينَ وَ أَرْفَعَ دَرَجَاتِ الْمُرْسَلِينَ |
| həysu la yəlhəquhu lahiq, və la yəfuquhu faiqun və la yəsbiquhu sabiq, və la yətməu fi idrakihi tami`, | Hansı ki, (sizdən başqa) heç kəs o məqama çata bilməyəcək, oradan yüksək dərəcəyə yüksəlməyəcək, heç bir qabaqcıl və rəhbər o mərtəbəyə yetişməyəcək və yüksəliş arzusunu edənlər də sizin məqamlarınıza tamah belə etməyəcəklər. | حَيْثُ لا يَلْحَقُهُ لاحِقٌ وَ لا يَفُوقُهُ فَائِقٌ وَ لا يَسْبِقُهُ سَابِقٌ وَ لا يَطْمَعُ فِي إِدْرَاكِهِ طَامِعٌ |
| hətta la yəbqa mələkun muqərrəbun və la nəbiyyun mursəl, və la siddiqun və la şəhidun və la alimun və la cahil, və la dəniyyun və la fazilun və la mu`minun salih, və la facirun talihun və la cəbbarun ənid və la şəytanun mərid, və la xəlqun fima bəynə zalikə şəhidun illa ərrəfəhum cəlalətə əmrihim və izəmə xətərikum və kibərə şə`nikum, və təmamə nurikum və sidqə məqaidikum və səbatə məqamikum, və şərəfə məhəllikum və mənzilətikum indəhu və kəramətəkum ələyh, və xəssətəkum lədəyhi və qurbə mənzilətikum minh, | Nəhayət, hər bir “müqərrəb” mələk, elçi, siddiq və şəhid, alim və cahil, rəzil və fəzilətli insan, saleh mömin, bədbəxt günahkar, inadkar təkəbbür əhli, xəbis Şeytan və bu minvalla, heç kəs müstəsna olmadan (bütün) məxluqata sizin əmrinizin böyüklüyünü, qədir və ehtiramınızın əzəmətini, şəninizin ucalığını, nurunuzun tamamlığını, dərəcənizin doğruluğunu, məqamınızın sabitliyini, Allahın yanındakı dərəcə və rütbənizin şərafətini, Ona əziz və məxsus olub dərgahına yaxın olmağınızı Allah-Taala aşkar edib tanıtdırdı. | حَتَّى لا يَبْقَى مَلَكٌ مُقَرَّبٌ وَ لا نَبِيٌّ مُرْسَلٌ وَ لا صِدِّيقٌ وَ لا شَهِيدٌ وَ لا عَالِمٌ وَ لا جَاهِلٌ وَ لا دَنِيٌّ وَ لا فَاضِلٌ وَ لا مُؤْمِنٌ صَالِحٌ وَ لا فَاجِرٌ طَالِحٌ وَ لا جَبَّارٌ عَنِيدٌ وَ لا شَيْطَانٌ مَرِيدٌ وَ لا خَلْقٌ فِيمَا بَيْنَ ذَلِكَ شَهِيدٌ إِلا عَرَّفَهُمْ جَلالَةَ أَمْرِكُمْ وَ عِظَمَ خَطَرِكُمْ وَ كِبَرَ شَأْنِكُمْ وَ تَمَامَ نُورِكُمْ وَ صِدْقَ مَقَاعِدِكُمْ وَ ثَبَاتَ مَقَامِكُمْ وَ شَرَفَ مَحَلِّكُمْ وَ مَنْزِلَتِكُمْ عِنْدَهُ وَ كَرَامَتَكُمْ عَلَيْهِ وَ خَاصَّتَكُمْ لَدَيْهِ وَ قُرْبَ مَنْزِلَتِكُمْ مِنْهُ |
| biəbi əntum və ummi və əhli və mali və usrəti, | (Ey məsum imamlar!) Atam-anam, ailəm, malım və qohum-əqrəbam sizə fəda olsun! | بِأَبِي أَنْتُمْ وَ أُمِّي وَ أَهْلِي وَ مَالِي وَ أُسْرَتِي |
| və uşhidukum ənni mu`minun bikum, və bima aməntum bihi | Allahı və sizi şahid tuturam ki, sizin özünüzə və imanlı olduğunuz hər bir şeyə iman gətirmişəm. | أُشْهِدُ اللَّهَ وَ أُشْهِدُكُمْ أَنِّي مُؤْمِنٌ بِكُمْ وَ بِمَا آمَنْتُمْ بِهِ |
| kafirun bi əduvvikum, və bima kəfərtum bihi mustəbsirun bişə`nikum, və bizəlaləti mən xaləfəkum | Sizin düşmənlərinizi və inkar etdiyiniz hər bir şeyi inkar edir, məqamınızın böyüklüyü və müxaliflərinizin zəlalətindən agaham. | كَافِرٌ بِعَدُوِّكُمْ وَ بِمَا كَفَرْتُمْ بِهِ مُسْتَبْصِرٌ بِشَأْنِكُمْ وَ بِضَلالَةِ مَنْ خَالَفَكُمْ |
| muvalin ləkum, və liəvliyaikum mubğizun liə`daikum və muadin ləhum, | Sizə və dostlarınıza məhəbbət bəsləyir, düşmənlərinizlə düşmənəm. | مُوَالٍ لَكُمْ وَ لِأَوْلِيَائِكُمْ مُبْغِضٌ لِأَعْدَائِكُمْ وَ مُعَادٍ لَهُمْ |
| silmun limən saləməkum və hərbun limən harəbəkum, | Sizinlə sülh edənlə sülhdə və döyüşənlə döyüşdəyəm. | سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ |
| muhəqqiqun lima həqqəqtum mubtilun lima əbtəltum, | Sizin haqq bildiyinizi haqq bilir, batil bildiyinizi isə batil sayıram. | مُحَقِّقٌ لِمَا حَقَّقْتُمْ مُبْطِلٌ لِمَا أَبْطَلْتُمْ |
| mutiun ləkum arifun bihəqqikum | Sizə itaət edib haqqınıza arifəm. | مُطِيعٌ لَكُمْ عَارِفٌ بِحَقِّكُمْ |
| muqirrun bifəzlikum, muhtəmilun liilmikum | Fəzilətlərinizi iqrar edib elminizi haqq bilirəm. | مُقِرٌّ بِفَضْلِكُمْ مُحْتَمِلٌ لِعِلْمِكُمْ |
| muhtəcibun bizimmətikum, mu`tərifun bikum mu`minun bi iyabikum musəddiqun birəc`ətikum muntəzirun liəmrikum, murtəqibun lidəvlətikum | (Vilayətinizə sığınıb) himayəniz altında durur, haqq olduğunuza, sizin yenidən (yerə) dönüşünüzə inanır, “rəcət”inizi təsdiq edir, əmrinizin (zühur) intizarını çəkir, dövlətinizin intizarındayam. | مُحْتَجِبٌ بِذِمَّتِكُمْ مُعْتَرِفٌ بِكُمْ مُؤْمِنٌ بِإِيَابِكُمْ مُصَدِّقٌ بِرَجْعَتِكُمْ مُنْتَظِرٌ لِأَمْرِكُمْ مُرْتَقِبٌ لِدَوْلَتِكُمْ |
| axizun biqəvlikum, amilun biəmrikum | Kəlamınızı qəbul edir və əmrinizin icraçısıyam. | آخِذٌ بِقَوْلِكُمْ عَامِلٌ بِأَمْرِكُمْ |
| mustəcirun bikum zairun ləkum laizun aizun biquburikum, mustəşfiun iləllahi əzzə və cəllə bikum, və mutəqərribun bikum iləyhi | Sizə pənah gətirir, ziyarətinizə tələsir, pak məzarınıza sığınır, əziz və böyük Allahın dərgahında sizi şəfaətçi bilirəm, sizin tabeliyinizdə Allah dərgahına yaxınlaşıram. | مُسْتَجِيرٌ بِكُمْ زَائِرٌ لَكُمْ لائِذٌ عَائِذٌ بِقُبُورِكُمْ مُسْتَشْفِعٌ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ بِكُمْ وَ مُتَقَرِّبٌ بِكُمْ إِلَيْهِ |
| və muqəddimukum əmamə təlibəti və həvaici və iradəti fi kulli əhvali və umuri, | Bütün işlərdə və halətlərdə, öz istəklər, hacət və arzularımı sizə təqdim edirəm (və onların Allah yanında qəbulu üçün sizi irəli salıb vasitə seçirəm.) | وَ مُقَدِّمُكُمْ أَمَامَ طَلِبَتِي وَ حَوَائِجِي وَ إِرَادَتِي فِي كُلِّ أَحْوَالِي وَ أُمُورِي |
| mu`minun bisirrikum və əlaniyətikum və şahidikum və ğaibikum və əvvəlikum və axirikum, | Sizin gizli və aşkarınıza, hazır və qaibinizə, əvvəl və axırıncınıza iman gətirmişəm. | مُؤْمِنٌ بِسِرِّكُمْ وَ عَلانِيَتِكُمْ وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ أَوَّلِكُمْ وَ آخِرِكُمْ |
| və mufəvvizun fi zalikə kullihi iləykum, və musəllimun fihi məəkum, | Bütün bu məsələlərdə işlərimi sizə həvalə edir, sizinlə birlikdə (Allahın əmrinə) tabeyəm. | وَ مُفَوِّضٌ فِي ذَلِكَ كُلِّهِ إِلَيْكُمْ وَ مُسَلِّمٌ فِيهِ مَعَكُمْ |
| və qəlbi ləkum musəllimun və rə`yi ləkum təbə, və nusrəti ləkum muəddətun | Qəlbim sizə təslim, nəzər və əqidəm sizə tabe və sizin köməyinizə hazıram. | وَ قَلْبِي لَكُمْ مُسَلِّمٌ وَ رَأْيِي لَكُمْ تَبَعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ |
| hətta yuhyiyəllahu təala dinəhu bikum, | Təki Allah-Taala Öz dinini sizin (vilayət və hökumətiniz) vasitənizlə ehya etsin. | حَتَّى يُحْيِيَ اللَّهُ تَعَالَى دِينَهُ بِكُمْ |
| və yəruddəkum fi əyyamihi | O müqəddəs günlərdə sizi yenidən həyata qaytarsın. | وَ يَرُدَّكُمْ فِي أَيَّامِهِ |
| və yuzhirəkum liədlihi | Öz ədalətini icra etsin. | وَ يُظْهِرَكُمْ لِعَدْلِهِ |
| və yuməkkinəkum fi ərzih, | Yer üzündə sizə güc verib iqtidara yetirsin. | يُمَكِّنَكُمْ فِي أَرْضِهِ |
| fə məəkum məəkum la məə ğəyrikum | Mən sizdən qeyrisi ilə (düşmənlərinizlə) yox, (hər zaman) sizinlə olmuş və sizinlə olacağam. | فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ غَيْرِكُمْ |
| (əduvvikum) aməntu bikum və təvəlləytu axirəkum bima təvəlləytu bihi əvvələkum, | Sizə iman gətirmiş, sonuncunuzun vilayətini əvvəlincinizin vilayəti kimi qəbul etmişəm. | [عَدُوِّكُمْ] آمَنْتُ بِكُمْ وَ تَوَلَّيْتُ آخِرَكُمْ بِمَا تَوَلَّيْتُ بِهِ أَوَّلَكُمْ |
| və bəri`tu iləllahi əzzə və cəllə min ə`daikum, və minəl cibti vət tağuti vəş şəyatini və hizbihimuz zaliminə ləkumul (vəl) cahidinə lihəqqikum, vəl mariqinə min vilayətikum vəl ğasibinə liirisikumuş (vəş) şakkinə fikumul (vəl) munhərifinə ənkum, və min kulli vəlicətin dunəkum və kulli mutain sivakum, və minəl əimmətilləzinə yəd`unə ilən nar, | Əziz və böyük Allaha üz tutaraq düşmənlərinizə, “cibt” bütü və tağuta, şeytanlara və onların sizə zülm edən zümrəsinə, haqqınızı inkar edənlərə, vilayətinizdən çıxanlara, irsinizi qəsb edənlərə, imamətinizdə şəkk edənlərə, itaətinizdən yayınanlara, sizdən qeyrisinə etimad edib arxalananların hamısına, sizdən başqa itaət olunan hər bir kəsə və (xalqı) cəhənnəm oduna sövq edən rəhbərlərə öz nifrətimi bildirirəm. | وَ بَرِئْتُ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ مِنْ أَعْدَائِكُمْ وَ مِنَ الْجِبْتِ وَ الطَّاغُوتِ وَ الشَّيَاطِينِ وَ حِزْبِهِمُ الظَّالِمِينَ لَكُمْ [وَ] الْجَاحِدِينَ لِحَقِّكُمْ وَ الْمَارِقِينَ مِنْ وِلايَتِكُمْ وَ الْغَاصِبِينَ لِإِرْثِكُمْ [وَ] الشَّاكِّينَ فِيكُمْ [وَ] الْمُنْحَرِفِينَ عَنْكُمْ وَ مِنْ كُلِّ وَلِيجَةٍ دُونَكُمْ وَ كُلِّ مُطَاعٍ سِوَاكُمْ وَ مِنَ الْأَئِمَّةِ الَّذِينَ يَدْعُونَ إِلَى النَّارِ |
| fəsəbbətəniyəllahu əbədən ma həyitu əla muvalatikum və məhəbbətikum və dinikum, və vəffəqəni litaətikum və rəzəqəni şəfaətəkum, və cəələni min xiyari məvalikumut tabiinə lima dəəvtum iləyh, | Nə qədər ki, sağam, Allah məni sizin vilayət, dostluq və dininizdə sabitqədəm, məni (bu dünyada) sizin əməllərinizi davam etdirməyə müvəffəq etsin, (axirətdə) şəfaətinizdən bəhrələndirsin, məni sizin dəvət etdiklərinizə tabe olan şiələrinizin ən yaxşısından qərar versin! | فَثَبَّتَنِيَ اللَّهُ أَبَدا مَا حَيِيتُ عَلَى مُوَالاتِكُمْ وَ مَحَبَّتِكُمْ وَ دِينِكُمْ وَ وَفَّقَنِي لِطَاعَتِكُمْ وَ رَزَقَنِي شَفَاعَتَكُمْ وَ جَعَلَنِي مِنْ خِيَارِ مَوَالِيكُمْ التَّابِعِينَ لِمَا دَعَوْتُمْ إِلَيْهِ |
| və cəələni mimmən yəqtəssu asarəkum, və yəsluku səbiləkum və yəhtədi bihudakum və yuhşəru fi zumrətikum, və yəkirru fi rəc`ətikum və yuməlləku fi dəvlətikum və yuşərrəfu fi afiyətikum, və yuməkkənu fi əyyamikum və təqərru əynuhu ğədən biru`yətikum, | Allah məni sizin əsər və hədislərinizi nəql edən, yolunuzu gedən, rəhbərliyinizlə hidayət olunan, (qiyamət günü) sizin zümrənizdə məhşur olan, rəcətinizdə (dünyaya) qayıdan, dövlətinizdə qüdrətə yetən, asayişinizdə şərəf tapan, dövrünüzdə iqtidara çatan və sabah (məhşər günü) sizi görməklə gözləri işıqlanan (mömin) bəndələrdən qərar versin! | وَ جَعَلَنِي مِمَّنْ يَقْتَصُّ آثَارَكُمْ وَ يَسْلُكُ سَبِيلَكُمْ وَ يَهْتَدِي بِهُدَاكُمْ وَ يُحْشَرُ فِي زُمْرَتِكُمْ وَ يَكِرُّ فِي رَجْعَتِكُمْ وَ يُمَلَّكُ فِي دَوْلَتِكُمْ وَ يُشَرَّفُ فِي عَافِيَتِكُمْ وَ يُمَكَّنُ فِي أَيَّامِكُمْ وَ تَقَرُّ عَيْنُهُ غَدا بِرُؤْيَتِكُمْ |
| biəbi əntum və ummi və nəfsi və əhli və mali, | Atam-anam, canım, ailəm və malım sizə fəda olsun! | أَنْتُمْ وَ أُمِّي وَ نَفْسِي وَ أَهْلِي وَ مَالِي |
| mən əradəllahə bədəə bikum və mən vəhhədəhu qəbilə ənkum, və mən qəsədəhu təvəccəhə bikum | Allahı (tanımaq) istəyən sizdən başlamış (əvvəl sizi tanımış), Allahın vahidliyinə (həqiqi tövhidə) iman gətirən sizdən təlim almış (sizə itaət etmiş), Allaha yaxın olmaq istəyən sizə üz tutmaqla o dərəcəyə nail olmuşdur. | مَنْ أَرَادَ اللَّهَ بَدَأَ بِكُمْ وَ مَنْ وَحَّدَهُ قَبِلَ عَنْكُمْ وَ مَنْ قَصَدَهُ تَوَجَّهَ بِكُمْ |
| məvaliyyə la uhsi sənaəkum, və la əbluğu minəl mədhi kunhəkum və minəl vəsfi qədrəkum, | Ey mənim sərvərlərim! Mən sizin tərifinizi sayıb-qurtara, həqiqətinizi (kamil) mədh və sitayiş edə və məqamınızı (kamil) vəsf edə bilmərəm. | مَوَالِيَّ لا أُحْصِي ثَنَاءَكُمْ وَ لا أَبْلُغُ مِنَ الْمَدْحِ كُنْهَكُمْ وَ مِنَ الْوَصْفِ قَدْرَكُمْ |
| və əntum nurul əxyari və hudatul əbrar, və hucəcul cəbbari | Siz yaxşıların nuru, xeyirxahların hidayətçiləri və qadir Allahın “dəlil”lərisiniz. | وَ أَنْتُمْ نُورُ الْأَخْيَارِ وَ هُدَاةُ الْأَبْرَارِ وَ حُجَجُ الْجَبَّارِ |
| bikum fətəhəllahu və bikum yəxtimu (yəxtimullahu) | Allah (xilqət aləmini) sizinlə başlamış, sizinlə də sona yetirəcək. | بِكُمْ فَتَحَ اللَّهُ وَ بِكُمْ يَخْتِمُ [اللَّهُ] |
| və bikum yunəzzilul ğəys, və bikum yumsikus səmaə ən təqəə ələl ərzi illa bi iznih, və bikum yunəffisul həmmə və yəkşifuz zurr, | O, sizin varlığınız sayəsində yağış yağdırır, Onun izn verdiyi müstəsna halları çıxmaqla, səmanı yerə tökülməkdən qoruyub-saxlayır, sizin bərəkətinizlə qəm-qüssəni dağıdır, bəlaları (xalqdan) uzaqlaşdırır. | وَ بِكُمْ يُنَزِّلُ الْغَيْثَ وَ بِكُمْ يُمْسِكُ السَّمَاءَ أَنْ تَقَعَ عَلَى الْأَرْضِ إِلا بِإِذْنِهِ وَ بِكُمْ يُنَفِّسُ الْهَمَّ وَ يَكْشِفُ الضُّرَّ |
| və indəkum ma nəzələt bihi rusuluhu və həbətət bihi məlaikətuhu | Mələklərin gətirdikləri və Allahın rəsullarına nazil edilənlər (müqəddəs kitablar, ilahi elmlər) sizin yanınızdadır. | وَ عِنْدَكُمْ مَا نَزَلَتْ بِهِ رُسُلُهُ وَ هَبَطَتْ بِهِ مَلائِكَتُهُ |
| və ila cəddikum ((və ila əxikə Əgər Əmirəlmöminin Əlinin (ə) ziyarəti olsa, “İla cəddikum” sözünün yerinə “İla əxikum” deyilməlidir)) buisər ruhul əminu | ((Əgər Əmirəlmöminin Əlinin (ə) ziyarəti olsa, “İla cəddikum” sözünün yerinə “İla əxikum” deyilməlidir)) Ruhul-Əmin (Cəbrail) cəddinizə ( və qardaşına) göndərildi. | وَ إِلَى جَدِّكُمْ وَ إِلَى أَخِيكَ بُعِثَ الرُّوحُ الْأَمِينُ |
| atakumullahu ma ləm yu`ti əhədən minəl aləmin, tə`təə kullu şərifin lişərəfikum, və bəxəə kullu mutəkəbbirin litaətikum, və xəzəə kullu cəbbarin lifəzlikum, | Allah-Taala aləmlərdə heç bir kəsə bəxş etmədiyini (ilahi məqam və fəzilətləri) sizə əta etmiş, hər bir şərəfli insan sizin şərəfiniz qarşısında baş əymiş, hər bir təkəbbürlü insan itaətinizə təslim olmuş, hər bir zülmkar sizin fəzilətiniz müqabilində əyilmişdir. | آتَاكُمُ اللَّهُ مَا لَمْ يُؤْتِ أَحَدا مِنَ الْعَالَمِينَ طَأْطَأَ كُلُّ شَرِيفٍ لِشَرَفِكُمْ وَ بَخَعَ كُلُّ مُتَكَبِّرٍ لِطَاعَتِكُمْ وَ خَضَعَ كُلُّ جَبَّارٍ لِفَضْلِكُمْ |
| və zəllə kullu şəy`in ləkum, və əşrəqətil ərzə binurikum | Bütün məxluqat sizin önünüzdə zəlil və həqir, yer üzü sizin nurunuzla işıqlıdır. | وَ ذَلَّ كُلُّ شَيْءٍ لَكُمْ وَ أَشْرَقَتِ الْأَرْضُ بِنُورِكُمْ |
| və fazəl faizunə bivilayətikum, | Xoşbəxt insanlar sizin vilayətinizlə səadətə çatmışlar. | وَ فَازَ الْفَائِزُونَ بِوِلايَتِكُمْ |
| bikum yusləku ilər rizvani və əla mən cəhədə vilayətəkum ğəzəbur rəhman, | Allahın razılığı və behiştin yolu yalnız sizə itaət etməkdədir. Sizin vilayətinizi inkar edən rəhman Allahın qəzəbinə gələr. | بِكُمْ يُسْلَكُ إِلَى الرِّضْوَانِ وَ عَلَى مَنْ جَحَدَ وِلايَتَكُمْ غَضَبُ الرَّحْمَنِ |
| biəbi əntum və ummi və nəfsi və əhli və mali, | Atam-anam, canım, ailəm və malım sizə fəda olsun! | بِأَبِي أَنْتُمْ وَ أُمِّي وَ نَفْسِي وَ أَهْلِي وَ مَالِي |
| zikrikum fiz zakirin və əsmaukum fil əsmai və əcsadikum fil əcsad, və ərvahukum fil ərvahi və ənfusukum fin nufus, və asarukum fil asari və quburukum fil qubur, | (Zahirdə) sizin yad və xatirələriniz zikr edənlərin dilində, adlarınız başqalarının adları cərgəsində, pak cəsədləriniz digər cəsədlərin yanında, pakizə ruhlarınız ruhlar içində, müqəddəs nəfsləriniz nəfslər zümrəsində, vücudunuzun əsərləri (əməl və danışıqlarınız) əsərlər sırasında və pak qəbirləriniz digər qəbirlərin kənarındadır. | ذِكْرُكُمْ فِي الذَّاكِرِينَ وَ أَسْمَاؤُكُمْ فِي الْأَسْمَاءِ وَ أَجْسَادُكُمْ فِي الْأَجْسَادِ وَ أَرْوَاحُكُمْ فِي الْأَرْوَاحِ وَ أَنْفُسُكُمْ فِي النُّفُوسِ وَ آثَارُكُمْ فِي الْآثَارِ وَ قُبُورُكُمْ فِي الْقُبُورِ |
| fəma əhla əsmaəkum və əkrəmə ənfusəkum, və ə`zəmə şə`nəkum və əcəllə xətərəkum və əvfa əhdəkum (və əsdəqə və`dəkum), | (Lakin başqalarından fərqli olaraq) sizin adlarınız necə də şirin, nəfsləriniz necə də kəramətli, məqamınız nə qədər böyük, məqamınız nə qədər əzəmətli, əhd-peymanınız necə də vəfalı, vəd və sözləriniz necə də doğru və haqdır! | فَمَا أَحْلَى أَسْمَاءَكُمْ وَ أَكْرَمَ أَنْفُسَكُمْ وَ أَعْظَمَ شَأْنَكُمْ وَ أَجَلَّ خَطَرَكُمْ وَ أَوْفَى عَهْدَكُمْ [وَ أَصْدَقَ وَعْدَكُمْ] |
| kəlamukum nurun və əmrukum ruşd, və vəsiyyətukumut təqva və fi`lukumul xəyr, və adətukumul ihsanu və səciyyətukumul kərəm, və şə`nukumul şəqqu vəs sidqu vər rifq, və qəvlukum hukmun və hətm, və rə`yukum ilmun və hilmun və həzm, | Kəlamınız nur, əmriniz hidayət, tövsiyəniz təqva, işiniz xeyir, adətiniz yaxşılıq, səciyyəniz bəxşiş, məqamınız haqq, sədaqət və dostluq, kəlamınız hökm və qəti, rəy və nəzəriniz elm, helm və uzaqgörənlikdir. | كَلامُكُمْ نُورٌ وَ أَمْرُكُمْ رُشْدٌ وَ وَصِيَّتُكُمُ التَّقْوَى وَ فِعْلُكُمُ الْخَيْرُ وَ عَادَتُكُمُ الْإِحْسَانُ وَ سَجِيَّتُكُمُ الْكَرَمُ وَ شَأْنُكُمُ الْحَقُّ وَ الصِّدْقُ وَ الرِّفْقُ وَ قَوْلُكُمْ حُكْمٌ وَ حَتْمٌ وَ رَأْيُكُمْ عِلْمٌ وَ حِلْمٌ وَ حَزْمٌ |
| in zukirəl xəyru kuntum əvvələhu və əsləhu və fər`əhu və mə`dinəhu və mə`vahu və muntəhah, | Əgər xeyir və yaxşılıqdan danışılarsa, xeyrin başlanğıcı, kökü, şaxəsi, mənbəyi, mənzilgahı və məqsədi sizsiniz. | إِنْ ذُكِرَ الْخَيْرُ كُنْتُمْ أَوَّلَهُ وَ أَصْلَهُ وَ فَرْعَهُ وَ مَعْدِنَهُ وَ مَأْوَاهُ وَ مُنْتَهَاهُ |
| biəbi əntum və ummi və nəfsi | Atam-anam, canım sizə fəda olsun! | بِأَبِي أَنْتُمْ وَ أُمِّي وَ نَفْسِي |
| kəyfə əsifu husnə sənaikum, | Sizin vəsfəgəlməz mədh və tərifinizin hüsnünü necə vəsf edim?! | كَيْفَ أَصِفُ حُسْنَ ثَنَائِكُمْ |
| və uhsi cəmilə bəlaikum | Sayagəlməz ehsan və yaxşılıqlarınızın gözəlliklərini necə sadalayım?! | وَ أُحْصِي جَمِيلَ بَلائِكُمْ |
| və bikum əxrəcənəllahu minəz zull, | Halbuki Allah-Taala bizi, yalnız sizin vasitənizlə zillətdən çıxarmışdır. | وَ بِكُمْ أَخْرَجَنَا اللَّهُ مِنَ الذُّلِّ |
| və fərrəcə ənna ğəməratil kurub, | Böyük qəm-qüssə və kədərlərdən xilas etmişdir. | وَ فَرَّجَ عَنَّا غَمَرَاتِ الْكُرُوبِ |
| və ənqəzəna min şəfa curufil hələkati və minən nar, | Fəlakət uçurumları və cəhənnəm atəşindən nicat vermişdir. | وَ أَنْقَذَنَا مِنْ شَفَا جُرُفِ الْهَلَكَاتِ وَ مِنَ النَّارِ |
| biəbi əntum və ummi və nəfsi | Atam-anam və canım sizə fəda olsun! | بِأَبِي أَنْتُمْ وَ أُمِّي وَ نَفْسِي |
| bimuvalatikum, əlləmənəllahu məalimə dinina | Allah yalnız sizin vilayət və imamətinizlə dinin nişanələrini bizə öyrətdi. | بِمُوَالاتِكُمْ عَلَّمَنَا اللَّهُ مَعَالِمَ دِينِنَا |
| və əsləhə ma kanə fəsədə min dunyana, | Dünyanın fəsad və pozğunluqlarını islah etdi. | وَ أَصْلَحَ مَا كَانَ فَسَدَ مِنْ دُنْيَانَا |
| və bimuvalatikum təmmətil kəlimətu və əzumətin ni`mətu və`tələfətil furqəh, və bimuvalatikum tuqbəlut taətul muftərəzəh, | Yalnız sizin imamət və dostluğunuzla tövhid şüarı kamilləşdi, ilahi nemətlər tamamlandı, ümmətin təfriqə və ayrılıqları ülfət və birliyə çevrildi, imamət və sevginizlə Rəbbin dərgahında xalqın vacib itaətləri qəbul olundu. | وَ بِمُوَالاتِكُمْ تَمَّتِ الْكَلِمَةُ وَ عَظُمَتِ النِّعْمَةُ وَ ائْتَلَفَتِ الْفُرْقَةُ وَ بِمُوَالاتِكُمْ تُقْبَلُ الطَّاعَةُ الْمُفْتَرَضَةُ |
| və ləkumul məvəddətul vacibətu vəd dərəcatur rəfiəh, vəl məqamul məhmudu vəl məkanul (vəl məqamu) mə`lumu indəllahi əzzə və cəll, vəl cahul əzimu vəş şə`nul kəbir, vəş şəfaətul məqbuləh, | Allah tərəfindən vacib edilmiş dostluq və məhəbbət, ali dərəcə, bəyənilmiş (uca şəfaət) məqam, uca və əzəmətli Allahın yanında məlum məqam, böyük izzət və cah-calal, əzəmətli şan-şövkət və məqbul şəfaət dərəcələri yalnız sizə məxsusdur. | وَ لَكُمُ الْمَوَدَّةُ الْوَاجِبَةُ وَ الدَّرَجَاتُ الرَّفِيعَةُ وَ الْمَقَامُ الْمَحْمُودُ وَ الْمَكَانُ [وَ الْمَقَامُ] الْمَعْلُومُ عِنْدَ اللَّهِ عَزَّ وَ جَلَّ وَ الْجَاهُ الْعَظِيمُ وَ الشَّأْنُ الْكَبِيرُ وَ الشَّفَاعَةُ الْمَقْبُولَةُ |
| rəbbəna amənna bima ənzəltə vəttəbə`nər rəsulə fəktubna məəş şahidin, | Ey Rəbbimiz, Sənin nazil etdiklərinə iman gətirdik və Rəsuluna itaət etdik! Elə isə bizi şahidlər sırasında qeydə al. | رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَ اتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ |
| rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna və həb ləna min lədunkə rəhməh, innəkə əntəl vəhhab, | Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizi azğınlığa (şəkk-şübhəyə) salma! Öz yanından bizə mərhəmət bəxş et. Çünki Sən çox-çox bəxşiş edənsən! | رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ |
| subhanə rəbbina in kanə və`du rəbbina ləməf`ula, | Pak və pakizədir bizim Rəbbimiz! Həqiqətən, Rəbbimizin vədinə mütləq vəfa ediləcək. | سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولا |
| ya vəliyyəllahi ((əgər bütün İmamlara xitab olunursa "ya əvliyəllahi" deyilməlidir)) innə bəyni və bəynəllahi əzzə və cəllə zunubən la yə`ti ələyha illa rizakum, | Ey Allahın vəlisi,((əgər bütün İmamlara xitab olunursa, ey Allahın vəliləri deyilir)) həqiqətən, mənimlə əziz və böyük olan Allahın arasında elə günahlar var ki, onları yalnız sizin razılıq və şəfaətiniz məhv edə bilər. | يَا وَلِيَّ اللَّهِ اِنَّ بَيْنِي وَ بَيْنَ اللَّهِ عَزَّ وَ جَلَّ ذُنُوبا لا يَأْتِي عَلَيْهَا إِلا رِضَاكُمْ |
| fəbihəqqi məni`təmənəkum əla sirrihi vəstər`akum əmrə xəlqih, və qərənə taətəkum bitaətih, | Sizə and verirəm Öz sirrinə əmanətdar seçən, xalqın hidayətini sizə həvalə edən və itaətinizdə olmağı Özünə itaət kimi qiymətləndirən Pərvərdigarın haqqını! | فَبِحَقِّ مَنِ ائْتَمَنَكُمْ عَلَى سِرِّهِ وَ اسْتَرْعَاكُمْ أَمْرَ خَلْقِهِ وَ قَرَنَ طَاعَتَكُمْ بِطَاعَتِهِ |
| ləmməstəvhəbtum zunubi və kuntum şufəai, | Mənim günahlarımın bağışlanmasını istəyib Allah yanında şəfaətçim olasınız! | لَمَّا اسْتَوْهَبْتُمْ ذُنُوبِي وَ كُنْتُمْ شُفَعَائِي |
| fəinni ləkum mutiun | Belə ki, mən həqiqətən, yalnız sizin əmrinizə tabeyəm. | فَإِنِّي لَكُمْ مُطِيعٌ |
| mən ətaəkum fəqəd ətaəllah, və mən əsakum fəqəd əsəllah, və mən əhəbbəkum fəqəd əhəbbəllah, və mən əbğəzəkum fəqəd əbğəzəllah, | Sizə itaət edən, şübhəsiz, Allaha itaət etmiş, sizin əmrinizdən çıxan, şübhəsiz, Allahın əmrindən çıxmış, sizi sevən, şübhəsiz, Allahı sevmiş və sizə kin bəsləyən, şübhəsiz, Allaha kin bəsləmişdir. | مَنْ أَطَاعَكُمْ فَقَدْ أَطَاعَ اللَّهَ وَ مَنْ عَصَاكُمْ فَقَدْ عَصَى اللَّهَ وَ مَنْ أَحَبَّكُمْ فَقَدْ أَحَبَّ اللَّهَ وَ مَنْ أَبْغَضَكُمْ فَقَدْ أَبْغَضَ اللَّهَ |
| Əllahummə inni ləv vəcədtu şufəaə əqrəbə iləykə min Muhəmmədin və əhli bəytihil əxyaril əimmətil əbrar, ləcəəltum şufəai | İlahi! Əgər mən Sənin dərgahına Muhəmməd və onun ən yaxşı, seçilmiş və xeyirxah imamlar olan Əhlibeytindən yaxın və əziz olan şəfaət sahibləri tanısaydım, onları öz şəfaətçilərim seçərdim. | اللَّهُمَّ إِنِّي لَوْ وَجَدْتُ شُفَعَاءَ أَقْرَبَ إِلَيْكَ مِنْ مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ الْأَخْيَارِ الْأَئِمَّةِ الْأَبْرَارِ لَجَعَلْتُهُمْ شُفَعَائِي |
| fə bihəqqihimulləzi əvcəbtə ləhum ələyk, | Belə isə, ilahi, Sənə and verirəm onların barəsində Özünə vacib etdiyin haqqa! | فَبِحَقِّهِمُ الَّذِي أَوْجَبْتَ لَهُمْ عَلَيْكَ |
| əs`əlukə ən tudxiləni fi cumlətil arifin, bihim və bihəqqihim və fi zumrətil mərhuminə bişəfaətihim, | Səndən, məni onların məqamını və imamət haqqını kamil şəkildə dərk edənlərin, onların şəfaətləri sayəsində Sənin rəhmət və mərhəmətində yerləşənlərin cərgəsinə daxil etməyini istəyirəm. | أَسْأَلُكَ أَنْ تُدْخِلَنِي فِي جُمْلَةِ الْعَارِفِينَ بِهِمْ وَ بِحَقِّهِمْ وَ فِي زُمْرَةِ الْمَرْحُومِينَ بِشَفَاعَتِهِمْ |
| innəkə ərhəmur rahimin, | Çünki Sən mehribanların ən mehribanısan! | اِنَّكَ أَرْحَمُ الرَّاحِمِينَ |
| və salləllahu əla Muhəmmədin və alihit tahirin, | Allahın salam və salavatı olsun Muhəmmədə və onun pak Əhlibeytinə! | وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ |
| və səlləmə (təslimən) kəsira, | Öz kamil və saysız salamların olsun onlara! | وَ سَلَّمَ [تَسْلِيما] كَثِيرا |
| və həsbunəllahu və ni`məl vəkil. | Allah bizə yetər və O necə də gözəl vəkildir! | وَ حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَكِيلُ |
Şeyx Abbas Qumi deyir: “Şeyx Tusi də bu ziyarətnaməni “Təhzib” adlı kitabında nəql etdikdən sonra başqa bir vida duasını da qeyd etmişdir ki, biz, burada ixtisara riayət etdiyimiz üçün bu duanı nəql etmirik.
Əllamə Məclisinin nəzərincə bu ziyarətnamə, “Camiə ziyarətnamələri” içərisində məna, sənəd, fəsahət və bəlağət baxımından ən üstünüdür.[1] Əllamə Məclisinin atası Şeyx Səduqun“Mən la yəhzuruhul-fəqih” kitabının şəhrində (yəni öz “Rövzətul-muttəqin” adlı kitabında) buyurmuşdur: “Bu ziyarətnamə, ən yaxşı və ən kamil bir ziyarətdir və mən, “Ətəbati aliyyat”da məsum imamları ancaq bu ziyarətnamə ilə ziyarət edirdim.” [2]
Şeyx Hacı Nuri “Nəcmus saqib” adlı kitabında nəql etdiyi aşağıdakı əhvalatdan aydın olur ki, əziz zəvvarlar gərək bu ziyarətnaməyə qarşı səhlənkarlıq göstərməsinlər[3] və bunu əhəmiyyətin bildirmək üçün bu əhvalatı nəql edir.
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 144
[2] Muhəmmədtəqi Məclisi (1-ci Məclisi) — Rövzətul-muttəqin, c5, səh 452
[3] Şeyx Hacı Nuri — Nəcmus-saqib, səh 603
