Ziyarətnamə: Hər sübh namazından sonra oxunan İmam Zamanın (ə.f) ziyarətnaməsi və onunla beyətini təzələmək

Print Friendly, PDF & Email

Sübh namazından sonra oxunan dua
Bu ziyarətnamə ilə, hər gün sübh namazından sonra İmam Zaman (ə.f) ziyarət etmək olar. Ziyarətnamə[1] belədir:

İmam Zaman (ə.f) ziyarəti_13

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə bəlliğ məvlayə Sahibəzzəman, sələvatullahi ələyhi ən cəmiil mu`mininə vəl mu`minat, fi məşariqil ərzi və məğaribiha, və bərriha və bəhriha, və səhliha və cəbəliha həyyihim və məyyitihim, və ən validəyyə və vuldi, və ənni minəs sələvati vət təhiyyati zinətə ərşillah, və midadə kəlimatihi və muntəha rizah, və ədədə ma əhsahu kitabuh, və əhatə bihi ilmuh,İlahi, mənim mövlam Sahibəz Zamana (Allahın salamı olsun ona) yer üzünün şərq və qərbində, su və qurusunda, dağ və aranında olan bütün mömin kişi və qadınlar, eləcə də, bütün dirilər və ölülər, ata-anam və övladlarım tərəfindən Allahın ərşinin kütləsi, kəlmələrinin sayı, Onun razılığının son həddi, kitabının əhatəsi və elminin tutumu qədər salam yetir!اللَّهُمَّ بَلِّغْ مَوْلايَ صَاحِبَ الزَّمَانِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ عَنْ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فِي مَشَارِقِ الْأَرْضِ وَ مَغَارِبِهَا وَ بَرِّهَا وَ بَحْرِهَا وَ سَهْلِهَا وَ جَبَلِهَا حَيِّهِمْ وَ مَيِّتِهِمْ وَ عَنْ وَالِدَيَّ وَ وُلْدِي وَ عَنِّي مِنَ الصَّلَوَاتِ وَ التَّحِيَّاتِ زِنَةَ عَرْشِ اللَّهِ وَ مِدَادَ كَلِمَاتِهِ وَ مُنْتَهَى رِضَاهُ وَ عَدَدَ مَا أَحْصَاهُ كِتَابُهُ وَ أَحَاطَ بِهِ عِلْمُهُ
Əllahummə inni ucəddidu ləhu fi hazəl yəvmi və fi kulli yəvm, əhdən və əqdən və bəy`ətən fi rəqəbəti,İlahi, mən bu gün və hər gün o həzrətlə əhd-peymanımı və üzərimdəki beyətimi təzələyirəm!اللَّهُمَّ [إِنِّي‏] أُجَدِّدُ لَهُ فِي هَذَا الْيَوْمِ وَ فِي كُلِّ يَوْمٍ عَهْدا وَ عَقْدا وَ بَيْعَةً فِي رَقَبَتِي
Əllahummə kəma şərrəftəni bihazət təşrifi və fəzzəltəni bihazihil fəziləh, və xəsəstəni bihazihin ni`məh, fəsalli əla məvlayə və səyyidi Sahibiz zəman,İlahi, məni bu şərafətlə başıuca etdiyin, bu fəzilətlə ucaltdığın və bu nemətə şamil etdiyin kimi, mövlam və sərvərim Sahibəz Zamana da salam yetir, اللَّهُمَّ كَمَا شَرَّفْتَنِي بِهَذَا التَّشْرِيفِ وَ فَضَّلْتَنِي بِهَذِهِ الْفَضِيلَةِ وَ خَصَصْتَنِي بِهَذِهِ النِّعْمَةِ فَصَلِّ عَلَى مَوْلايَ وَ سَيِّدِي صَاحِبِ الزَّمَانِ
vəc`əlni min ənsarihi və əşyaihi vəz zabbinə ənh, vəc`əlni minəl mustəşhədinə bəynə yədəyh, taiən ğəyrə mukrəhin fis səffilləzi nəəttə əhləhu fi kitabik, fəqultə səffən kəənnəhum bunyanun mərsus, əla taətikə və taəti rəsulikə və alihi ələyhimus səlam,məni o həzrətin dostları, şiələri və müdafiəçilərindən, eləcə də, könüllü surətdə və heç bir məcburiyyət olmadan o həzrətin hüzurunda şəhadətə yetənlərdən, Öz kitabında “Şübhəsiz ki, Allah Ona, Peyğəmbərinə və onun Əhli-beytinə itaət yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevir!” – deyə vəsf etdiyin kəslərin zümrəsində olanlardan təyin et!وَ اجْعَلْنِي مِنْ أَنْصَارِهِ وَ أَشْيَاعِهِ وَ الذَّابِّينَ عَنْهُ وَ اجْعَلْنِي مِنَ الْمُسْتَشْهَدِينَ بَيْنَ يَدَيْهِ طَائِعا غَيْرَ مُكْرَهٍ فِي الصَّفِّ الَّذِي نَعَتَّ أَهْلَهُ فِي كِتَابِكَ فَقُلْتَ صَفّا كَأَنَّهُمْ بُنْيَانٌ مَرْصُوصٌ عَلَى طَاعَتِكَ وَ طَاعَةِ رَسُولِكَ وَ آلِهِ عَلَيْهِمُ السَّلامُ
Əllahummə həzihi bəy`ətun ləhu fi unuqi ila yəvmil qiyaməh.İlahi, o həzrətə olan bu beyət qiyamət gününə qədər mənim boynumdadır!اللَّهُمَّ هَذِهِ بَيْعَةٌ لَهُ فِي عُنُقِي إِلَى يَوْمِ الْقِيَامَةِ

Şeyx Abbas Qumi deyir: “Əllamə Məclisi “Biharul-ənvar” kitabında buyurubdur: “Mən, bəzi qədim kitablarda görmüşəm ki, bu ziyarətnamədən sonra buyurulubdur: “Bu ziyarətnaməni oxuduqdan sonra beyətdə olduğu kimi, sağ əlini sol əlinə vur.” (yəni bu dua vasitəsi ilə İmam Zaman (ə.f) beyətini təzələyirsən.

Qeyd:
Cümə günündə bu dua  Seyid ibn Tavusun “Misbahuz-zair” kitabında  Nüdbə duasından sonra qeyd edilmişdir (orada bu dua ziyarət adlandırılmışdır).

Mənbələr:
[1] Seyid ibn Tavus — Misbahuz-zair, səh 454,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 110

Читайте также: