Ziyarətnamə: Şeyx Kuleyninin ziyarəti
Şeyx Abbas Qumi deyir: “Şiənin “Hədis elmi” sahəsində mötəbər simalardan biri sayılan möhtərəm şeyx Siqətül-islam Məhəmməd ibni Yəqub Kuleyninin Bağdad şəhərində yerləşən mütəhhər qəbrini ziyarət etməyi də əziz zəvvarlara tövsiyə olunur. O, “Usuli-Kafi” kitabını 20 il müddətində təlif etmiş və həqiqətən də şiələrə, xüsusilə elm əhlinə böyük xidmət göstərmişdir. İbn Əsir (tanınmış tarıxçi), mövlamız Saminül-əimmə həzrət Əli ibn Musa Rzanı (ə) 2-ci əsirdə şiə məzhəbini dirçəldən bir şəxs kimi tanıtdırdıqdan sonra, bu uca məqamlı alimi də 3-cü əsrin əvvəllərində bu məzhəbin dayağı ünvanında qələmə vermişdir. [1] Xülasə, bəndə (özünə işarə — Şeyx Abbas Qumi), “Hədiyyə” adlı kitabımda oxucuların nəzərinə çatdırmışam ki, belə müqəddəs ziyarətgahlarda dəfn edilən alimləri ziyarət etməyin böyük savabı vardır.
Mənbə:
[1] Şeyx Bəhauddin Amuli — Həblul-mətin, səh 7
