TAM Zöhr namazının təqibatı
Zöhr namazından sonra bu duanı[1] oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| La ilahə illəllahul əzimul həlim. La ilahə illəllahu Rəbbul ərşil kərim. Əlhəmdu lillahi Rəbbil aləmin. | Uca və səbirli Allahdan başqa heç bir tanrı yoxdur. Ərşin Rəbbi və kərim (son dərəcə səxavətli) Allahdan başqa heç bir tanrı yoxdur. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur! | لا إِلَهَ إِلا اللَّهُ الْعَظِيمُ الْحَلِيمُ لا إِلَهَ إِلا اللَّهُ رَبُّ الْعَرْشِ الْكَرِيمُ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ |
| Əllahummə inni əs`əlukə mucibati rəhmətikə və əzaimə məğfirətik vəl ğənimətə min kulli birr, vəs səlamətə min kulli ism, | İlahi, Mən Səndən rəhmətinə səbəb olanları, daimi məğfirət və bağışlamağını, hər bir xeyirli işin mənfəətini və hər bir günahdan sağlam qalmağı istəyirəm! | للَّهُمَّ إِنِّي أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَ عَزَائِمَ مَغْفِرَتِكَ وَ الْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَ السَّلامَةَ مِنْ كُلِّ إِثْمٍ |
| Əllahummə la tədə` li zənbən illa ğəfərtəh, və la həmmən illa fərrəctəh, və la suqmən illa şəfəytəh, və la əybən illa sətərtəh, və la rizqən illa bəsəttəh, və la xəvfən illa aməntəh, və la suən illa sərəftəh, və la hacətən hiyə ləkə rizən və liyə fiha səlahun illa qəzəytəha, | Allahım! Məndə bağışlanmamış günah, sevincə çevirmədiyin kədər, şəfa vermədiyin dərd və xəstəlik, üstünü örtmədiyin eyib və nöqsan, artırıb genişləndirmədiyin ruzi, əmin-amanlığa çevirmədiyin qorxu, uzaqlaşdırmadığın xoşagəlməz hadisə, razılığına səbəb olan və mənə də xeyirli olan yerinə yetirəcəyin elə bir istək və arzu qoyma! | اللَّهُمَّ لا تَدَعْ لِي ذَنْبا إِلا غَفَرْتَهُ وَ لا هَمّا إِلا فَرَّجْتَهُ وَ لا سُقْما إِلا شَفَيْتَهُ وَ لا عَيْبا إِلا سَتَرْتَهُ وَ لا رِزْقا إِلا بَسَطْتَهُ وَ لا خَوْفا إِلا آمَنْتَهُ وَ لا سُوءا إِلا صَرَفْتَهُ وَ لا حَاجَةً هِيَ لَكَ رِضًا وَ لِيَ فِيهَا صَلاحٌ إِلا قَضَيْتَهَا |
| ya ərhəmər rahimin, aminə rəbbəl aləmin | Ey mehribanların ən mehribanı, duamı qəbul et, ey aləmlərin Rəbbi! | يَا أَرْحَمَ الرَّاحِمِينَ آمِينَ رَبَّ الْعَالَمِينَ |
10 dəfə deyirsən:
| Ərəbcə | بِاللَّهِ اعْتَصَمْتُ وَ بِاللَّهِ أَثِقُ وَ عَلَى اللَّهِ أَتَوَكَّل |
| Tərcümə | Allahın vasitəsilə günahdan uzaqlaşır, Ona etimad və təvəkkül edirəm |
| Transkripsiya | Billahi`təsəmtu və billahi əsiqu və ələllahi ətəvəkkəl |
Sonra bu duanı[2]deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə in əzumət zunubi fəəntə ə`zəm, və in kəburə təfriti fəntə əkbər, və in damə buxli fəəntə əcvəd, | Allahım, əgər günahlarım böyükdürsə, Sən daha böyüksən. Əgər səhlənkarlığım çoxdursa, Sənin rəhmətin daha da çoxdur və əgər xəsislikdə israrlıyamsa, Sən daha da səxavətlisən. | اللَّهُمَّ إِنْ عَظُمَتْ ذُنُوبِي فَأَنْتَ أَعْظَمُ وَ إِنْ كَبُرَ [كَثُرَ] تَفْرِيطِي فَأَنْتَ أَكْبَرُ وَ إِنْ دَامَ بُخْلِي فَأَنْتَ أَجْوَدُ |
| Əllahumməğfirli əzimə zunubi biəzimi əfvik, və kəsirə təfriti bizahiri kərəmik, vəqmə` buxli bifəzli cudik, | Allahım, böyük günahlarımı öz əfvinin böyüklüyünə və səhlənkarlığımın çoxluğunu aşkar kərəminlə bağışla! Allahım! Xəsisliyimi səxavətliliyinin çoxluğu ilə aradan qaldır. | اللَّهُمَّ اغْفِرْ لِي عَظِيمَ ذُنُوبِي بِعَظِيمِ عَفْوِكَ وَ كَثِيرَ تَفْرِيطِي بِظَاهِرِ كَرَمِكَ وَ اقْمَعْ بُخْلِي بِفَضْلِ جُودِكَ |
| Əllahummə ma bina min ni`mətin fəmink, la ilahə illa əntə əstəğfirukə və ətubu iləyk | Allahım! Bütün nemətlərimiz Səndəndir. Səndən başqa məbud yoxdur. Səndən bəxşiş istəyir və tövbə edərək sənə doğru qayıdıram. | لَّهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ لا إِلَهَ إِلا أَنْتَ أَسْتَغْفِرُكَ وَ أَتُوبُ إِلَيْكَ |
İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət Əmirəl-möminin Əli (ə) zöhr namazından sonra bu duanı[3] oxuyurdu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni ətəqərrəbu iləykə bicudikə və kərəmik, | İlahi, bəxşiş və böyüklüyünlə Sənə yaxınlaşıram. | اللَّهُمَّ اِنّي اَتَقَرَّبُ اِلَيْكَ بِجُودِكَ وَ كَرَمِكَ |
| və ətəqərrəbu iləykə bi Muhəmmədin əbdikə və rəsulik, | Bəndən və rəsulun Muhəmmədin vasitəsilə Sənə yaxınlaşıram. | وَ اَتَقَرَّبُ اِلَيْكَ بِمُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ |
| və ətəqərrəbu iləykə biməlaikətikəl muqərrəbin, və ənbiyaikəl mursəlinə və bik, | Yaxın mələklərin, elçilərin və Sənin vasitənlə Sənə yaxınlaşıram. | وَ اَتَقَرَّبُ اِلَيْكَ بِمَلائِكَتِكَ الْمُقَرَّبينَ، وَ اَنْبِيَائِكَ الْمُرْسَلينَ وَ بِكَ |
| Əllahummə əntəl ğəniyyu ənni, və biyə faqətu iləykə | İlahi, Sən məndən ehtiyacsızsan, mən isə Sənə möhtacam. | اللَّهُمَّ اَنْتَ الْغَنِيُّ عَنّي، وَ بِيَ الْفَاقَةُ اِلَيْكَ |
| əntəl ğəniyyu ənni, və ənəl fəqiru iləyk, | Sən qənisən, mən isə yoxsulam. | اَنْتَ الْغَنِيُّ عَنّي، وَ اَنَا الْفَقيرُ اِلَيْكَ |
| əqəltəni əsrəti, və sətərtə ələyyə zunubi, | Sən xətalarımdan keçdin və günahlarımı örtüb bağışladın. | اَقَلْتَني عَثْرَتي، وَ سَتَرْتَ عَلَيَّ ذُنُوبي |
| fəqzil yəvmə hacəti, və la tuəzzibni biqəbihi ma tə`ləmu minni, | Bu gündə hacətlərimi qəbul et və məni xəbərdar olduğun çirkin işlərimə görə cəzalandırma | فَاقْضِ الْيَوْمَ حَاجَتي، وَ لا تُعَذِّبْني بِقَبيحِ مَا تَعْلَمُ مِنّي |
| bəl əfvukə və cudukə yəsəuni. | Çünki Sənin əfv və bəxşişin mənə də aiddir. | بَلْ عَفْوُكَ وَ جُودُكَ يَسَعُني |
Sonra səcdəyə gedib deyirdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ey təqva əhli, ey məğfirət əhli, ey xeyirxah, ey mehriban! | Ya əhlət təqva və ya əhləl məğfirəh, ya bərru ya rəhim, | يَا اَهْلَ التَّقْوَى وَ يَا اَهْلَ الْمَغْفِرَةِ، يَا بَرُّ يَا رَحيمُ |
| Sən atam-anam və bütün məxluqata nisbətən mənimlə yaxşı rəftar etdin. | əntə əbərru bi min əbi və ummi və min cəmiil xəlaiq | اَنْتَ اَبَرُّبي مِنْ اَبي وَ اُمّي وَ مِنْ جَميعِ الْخَلايِقِ |
| Hacətlərimi rəva, duamı qəbul etdiyin və səsimi eşitdiyin halda məni geri qaytar. | iqlibni biqəzai hacəti, mucabən duai, mərhumən səvti, | اِقْلِبْني بِقَضَاءِ حَاجَتي، مُجَاباً دُعَائي، مَرْحُوماً صَوْتي |
| Şübhəsiz, Sən bir çox bəlaları məndən uzaqlaşdırdın. | qəd kəşəfət ənvaəl bəlai ənni. | قَدْ كَشَفْتَ اَنْوَاعَ الْبَلاءِ عَنّي |
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 61
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 63
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 545, hədis 1
