Ziyarətnamə: Kufə məscidinin əməlləri — 3-cü hissə — Yeddinci sütunun əməlləri
Bu sütunun fəziləti barədə saysız hədislər vardır. O cümlədən:
1) Şeyx Kuleyni etibarlı sənədlərlə nəql edir ki, Əmirəlmöminin Əli (ə) üzü bu sütuna tərəf namaz qılar və ona yaxın dayanardı.[1]
2) Başqa bir etibarlı hədisdə buyurulur ki, hər gecə 60000 mələk asimandan yerə enir və 7-ci sütunun yanında namaz qılır.[2] Bu, qiyamət gününə qədər davam edəcəkdir.
3) Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, 7-ci sütun Həzrət İbrahimin (ə) məqamıdır.[3]
4) Şeyx Kuleyni “Usuli-kafi” kitabında səhih sənədlə belə nəql edir:
Əbu İsmayıl Sərrac dedi: “Muaviyə ibn Vəhəb mənim əlimdən tutub dedi ki, günlərin birində Əbu Həmzə Sumali mənim əlimdən tutub belə dedi: “Əsbəğ ibn Nəbatə mənim əlimdən tutdu və 7-ci sütunu mənə göstərərək dedi: “Bu sütun Əmirəlmöminin Əlinin (ə) məqamıdır və o, bu sütunun yanında namaz qılardı. İmam Həsən (ə) isə beşinci sütunun yanında namaz qılar və atası Əmirəlmöminin(ə) olmadıqda o, atasının yerində namaz qılardı”.[4]
7-ci sütun elə bir məqamdır ki, orada Allah taala həzrət Adəmə (ə) tövbə etmə nemətini verib, sonra 7-ci sütuna tərəf get və onun yanında üzü qibləyə dayan və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi və əla milləti rəsulillahi salləllahu ələyhi və alihi və lə ilahə illəllahu Muhəmmədun rəsulullah, | Allahın adı, Allahın köməyi və Allahın Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqəti ilə başlayıram! Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd Allahın rəsuludur. | بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لا إِلَهَ إِلا اللَّهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ |
| əssəlamu əla əbina Adəmə və ummina Həvva, | Salam olsun atamız Adəm və anamız Həvvaya! | السَّلامُ عَلَى أَبِينَا آدَمَ وَ أُمِّنَا حَوَّاءَ |
| əssəlamu əla habiləl məqtuli zulmən və udvanən əla məvahibillahi və rizvanih, | Salam olsun haqsızlıq və düşmənçiliklə qətlə yetirilən Habilə, Allahın bəxşişləri və razılığına! | السَّلامُ عَلَى هَابِيلَ الْمَقْتُولِ ظُلْما وَ عُدْوَانا عَلَى مَوَاهِبِ اللَّهِ وَ رِضْوَانِهِ |
| əssəlamu əla Şəysin (Şəysə) səfvətillahil muxtaril əmin, və ələs səfvətis sadiqinə min zurriyyətihit təyyibinə əvvəlihim və axirihim, | Salam olsun Allahın xalis bəndəsi, seçdiyi və əmanətdarı Şeysə, onun pak övladlarında olan xalis və düzdanışan bəndələrə – onların birinci və axırıncılarına! | السَّلامُ عَلَى شَيْثٍ [شَيْثَ] صَفْوَةِ اللَّهِ الْمُخْتَارِ الْأَمِينِ وَ عَلَى الصَّفْوَةِ الصَّادِقِينَ مِنْ ذُرِّيَّتِهِ الطَّيِّبِينَ أَوَّلِهِمْ وَ آخِرِهِمْ |
| əssəlamu əla İbrahimə və İsmailə və İshaqə və Yə`qubə və əla zurriyyətihimul muxtarin, | Salam olsun İbrahim, İsmayıl, İshaq, Yəqub və onların seçilmiş övladlarına! | السَّلامُ عَلَى إِبْرَاهِيمَ وَ إِسْمَاعِيلَ وَ إِسْحَاقَ وَ يَعْقُوبَ وَ عَلَى ذُرِّيَّتِهِمُ الْمُخْتَارِينَ |
| əssəlamu əla Musa kəlimillah, əssəlamu əla İsa ruhillah, | Salam olsun Allahla həmsöhbət olan Musaya! Salam olsun Allahın ruhu İsaya! | السَّلامُ عَلَى مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَى عِيسَى رُوحِ اللَّهِ |
| əssəlamu əla Muhəmmədibni Əbdillahi xatəmin nəbiyyin, əssəlamu əla əmiril mu`mininə və zurriyyətihit təyyibinə və rəhmətullahi və bərəkatuh, | Salam olsun peyğəmbərlərin sonuncusu Muhəmməd ibn Abdullaha! Salam olsun Əmirəlmöminin və onun pak övladlarına! | السَّلامُ عَلَى مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ خَاتَمِ النَّبِيِّينَ السَّلامُ عَلَى أَمِيرِ الْمُؤْمِنِينَ وَ ذُرِّيَّتِهِ الطَّيِّبِينَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əssəlamu ələykum fil əvvəlin, əssəlamu ələykum fil axirin, | Allahın rəhmət və bərəkətləri olsun onlara! Salam olsun birincilər zümrəsində sizə! Salam olsun sonuncular zümrəsində sizə! | السَّلامُ عَلَيْكُمْ فِي الْأَوَّلِينَ السَّلامُ عَلَيْكُمْ فِي الْآخِرِينَ |
| əssəlamu əla Fatimətəz Zəhra, | Salam olsun Fatimeyi Zəhraya! | السَّلامُ عَلَى فَاطِمَةَ الزَّهْرَاءِ |
| əssəlamu ələl əimmətil hadinə şuhədaillahi əla xəlqih, | Salam olsun hidayətçi imamlara və Allahın Öz məxluqatı üzərindəki şahidlərinə! | السَّلامُ عَلَى الْأَئِمَّةِ الْهَادِينَ شُهَدَاءِ اللَّهِ عَلَى خَلْقِهِ |
| əssəlamu ələr rəqibiş şahidi ələl uməm, lillahi rəbbil aləmin. | Salam olsun aləmlərin Rəbbi Allah tərəfindən ümmətin gözətçiləri və şahidlərinə! | السَّلامُ عَلَى الرَّقِيبِ الشَّاهِدِ عَلَى الْأُمَمِ لِلَّهِ رَبِّ الْعَالَمِينَ |
Sonra o sütunun yanında 4 rəkət (2 rəkət-2 rəkət) namaz qılırsan, Birinci rəkətdə «Həmd» və «Qədr» surələrini, 2-ci rəkətdə isə «Həmd» və «İxlas» surələrini oxuyursan. İkinci 2 rəkətidə eyni qayda ilə qılırsan və namazı qurtardıqdan sonra həzrət Zəhranın (s.ə) təsbehini çevir və sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə in kuntu qəd əsəytukə fəinni qəd ətə`tukə fil imani minni bikə mənnən minkə ələyy, la mənnən minni (bihi) | İlahi, əgər mən Sənə itaətsizlik etsəm də, iman baxımından Sənə itaət etdim, o da mənim tərəfimdən Sənə deyil, Sənin tərəfindən mənə bir nemət və minnətdir! | اللَّهُمَّ إِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ فَإِنِّي قَدْ أَطَعْتُكَ فِي الْإِيمَانِ مِنِّي بِكَ مَنّا مِنْكَ عَلَيَّ لا مَنّا مِنِّي [بِهِ] |
| ələykə və ətə`tukə fi əhəbbil əşyai lək (iləyk), ləm əttəxiz ləkə vələdən və ləm əd`u ləkə şərika, və qəd əsəytukə fi əşyaə kəsirətin əla ğəyri vəchil mukabərəti lək, və ləl xuruci ən (min) ubudiyyətik, və ləl cuhudi lirububiyyətik, və lakinit təbə`tu həvay, | Sənə, Sənin dərgahında ən sevimli olan şeylərdə itaət etdim; Sənin üçün övlad qəbul etmədim, Sənə şərik qoşmadım və bir çox hallarda Sənə inadkarlıq, bəndəçilikdən çıxmaq və Rəbb olmağını inkar etmək üzündən yox, əksinə nəfsimə uyaraq itaətsizlik etdim. | عَلَيْكَ وَ أَطَعْتُكَ فِي أَحَبِّ الْأَشْيَاءِ لَكَ [إِلَيْكَ] لَمْ أَتَّخِذْ لَكَ وَلَدا وَ لَمْ أَدْعُ لَكَ شَرِيكا وَ قَدْ عَصَيْتُكَ فِي أَشْيَاءَ كَثِيرَةٍ عَلَى غَيْرِ وَجْهِ الْمُكَابَرَةِ لَكَ وَ لا الْخُرُوجِ عَنْ [مِنْ] عُبُودِيَّتِكَ وَ لا الْجُحُودِ لِرُبُوبِيَّتِكَ وَ لَكِنِ اتَّبَعْتُ هَوَايَ |
| və əzəlləniş şəytanu bə`dəl huccəti ələyyə vəl bəyan, fəin tuəzzibni fəbizunubi ğəyrə zalimin li, | Şeytan da dəlil və sübut gətirdikdən sonra məni aldatdı. Əgər indi məni cəzalandırsan, onun səbəbi günahlarımdır, yoxsa, Sən mənə zülm etməzsən. | وَ أَزَلَّنِي الشَّيْطَانُ بَعْدَ الْحُجَّةِ عَلَيَّ وَ الْبَيَانِ فَإِنْ تُعَذِّبْنِي فَبِذُنُوبِي غَيْرَ ظَالِمٍ لِي |
| və in tə`fu ənni və tərhəmni fəbicudikə və kərəmikə ya kərim, | Əgər indi məni cəzalandırsan, onun səbəbi günahlarımdır, yoxsa, Sən mənə zülm etməzsən. Ey kərim Allah, əgər məni bağışlayıb rəhm etsən, bu, Sənin böyüklüyün və kəramətindəndir. | وَ إِنْ تَعْفُ عَنِّي وَ تَرْحَمْنِي فَبِجُودِكَ وَ كَرَمِكَ يَا كَرِيمُ |
| Əllahummə innə zunubi ləm yəbqə ləha illa rəcau əfvik, və qəd qəddəmtu alətəl hirman, fəənə əs`əlukəllahummə ma la əstəvcibuhu və ətlubu minkə ma la əstəhiqquh, | İlahi, mənim günahlarım üçün Sənin əfvinə ümid bəsləməkdən başqa bir çıxış yolu qalmayıb. Həqiqətən, (rəhmət və məğfirətindən) məhrumluq vasitələrini Sənin dərgahına gətirmişəm. Elə isə, ilahi, Səndən əsla layiq olmadıqlarımı istəyirəm | اللَّهُمَّ اِنَّ ذُنُوبِي لَمْ يَبْقَ لَهَا إِلا رَجَاءُ عَفْوِكَ وَ قَدْ قَدَّمْتُ آلَةَ الْحِرْمَانِ فَأَنَا أَسْأَلُكَ اللَّهُمَّ مَا لا أَسْتَوْجِبُهُ وَ أَطْلُبُ مِنْكَ مَا لا أَسْتَحِقُّهُ |
| Əllahummə in tuəzzibni fəbizunubi və ləm təzlimni şəy`a, və in təğfir li fəxəyru rahimin əntə ya səyyidi, | İlahi, əgər məni cəzalandırsan, onun səbəbi günahlarımdır və Sən mənə heç vaxt zülm etməzsən. Əgər bağışlasan da, Sən rəhm edənlərin ən yaxşısısan, ey mənim mövlam! | اللَّهُمَّ إِنْ تُعَذِّبْنِي فَبِذُنُوبِي وَ لَمْ تَظْلِمْنِي شَيْئا وَ إِنْ تَغْفِرْ لِي فَخَيْرُ رَاحِمٍ أَنْتَ يَا سَيِّدِي |
| Əllahummə əntə əntə və ənə ənə, əntəl əvvadu bil məğfirəti və ənəl əvvadu biz zunub, və əntəl mutəfəzzilu bil hilmi və ənəl əvvadu bil cəhl, | İlahi, Sən Sənsən, mən də mənəm! Sən məğfirətə qayıdırsan, mən isə günaha! Sən səbirlə lütf edənsən, mən isə nadanlığa qayıdan! | اللَّهُمَّ أَنْتَ أَنْتَ وَ أَنَا أَنَا أَنْتَ الْعَوَّادُ بِالْمَغْفِرَةِ وَ أَنَا الْعَوَّادُ بِالذُّنُوبِ وَ أَنْتَ الْمُتَفَضِّلُ بِالْحِلْمِ وَ أَنَا الْعَوَّادُ بِالْجَهْلِ |
| Əllahummə fəinni əs`əlukə ya kənzəz zuəfai ya əzimər rəca, ya munqizəl ğərqa ya munciyəl həlka, ya mumitəl əhyai ya muhyiyəl məvta, əntəllahu la ilahə illa ənt, əntəlləzi səcədə ləkə şuauş şəmsi və dəviyyul mai və həfifuş şəcər, və və nurul qəməri və zulmətul ləyli və zəv`un nəhari və xəfəqanut təyr, | İlahi, Səndən istəyirəm, ey zəiflərin xəzinəsi, ey böyük ümid yeri, ey qərq olanları xilas edən, ey həlak olanlara nicat verən, et diriləri öldürən, ey ölüləri dirildən, təkcə Sənsən ki, Səndən başqa heç bir tanrı yoxdur, günəşin şüası, suyun şırıltısı, ağacların xışıltısı, ayın işığı, gecənin qaranlığı, gündüzün aydınlığı və quşların uçuşu Sənə səcdə edir! | اللَّهُمَّ فَإِنِّي أَسْأَلُكَ يَا كَنْزَ الضُّعَفَاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُمِيتَ الْأَحْيَاءِ يَا مُحْيِيَ الْمَوْتَى أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ أَنْتَ الَّذِي سَجَدَ لَكَ شُعَاعُ الشَّمْسِ وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ وَ نُورُ الْقَمَرِ وَ ظُلْمَةُ اللَّيْلِ وَ ضَوْءُ النَّهَارِ وَ خَفَقَانُ الطَّيْرِ |
| fəəsə`lukəllahummə ya əzimu bihəqqikə ala Muhəmmədin və alihis sadiqin, və bihəqqi Muhəmmədin və alihis sadiqinə ələyk, və bihəqqikə əla Əliyy, və bihəqqi Əliyyin ələyk, və bihəqqikə əla Fatimətə və bihəqqi Fatimətə ələyk, və bihəqqikə ələl Həsəni və bihəqqil Həsəni ələyk, və bihəqqikə ələl Husəyni və bihəqqil Husəyni ələyk, | İlahi, ey böyük Allah, Sənin Muhəmməd və onun sadiq Əhlibeytinin üzərindəki haqqın və Muhəmməd və onun sadiq Əhlibeytinin də Sənin üzərindəki haqqına xatir, Sənin Əlinin üzərindəki haqqın və Əlinin də Sənin üzərindəki haqqına xatir, Sənin Fatimənin üzərindəki haqqın və Fatimənin də Sənin üzərindəki haqqına xatir, Sənin Həsənin üzərindəki haqqın və Həsənin də Sənin üzərindəki haqqına xatir, Sənin Hüseynin üzərindəki haqqın və Hüseynin də Sənin üzərindəki haqqına xatir Səndən istəyirəm. | فَأَسْأَلُكَ اللَّهُمَّ يَا عَظِيمُ بِحَقِّكَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الصَّادِقِينَ وَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِهِ الصَّادِقِينَ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى عَلِيٍّ وَ بِحَقِّ عَلِيٍّ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى فَاطِمَةَ وَ بِحَقِّ فَاطِمَةَ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى الْحَسَنِ وَ بِحَقِّ الْحَسَنِ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى الْحُسَيْنِ وَ بِحَقِّ الْحُسَيْنِ عَلَيْكَ |
| fəinnə huquqəhum ələykə min əfzəli in`amikə ələyhim, və biş şə`nilləzi ləkə indəhum, və biş şə`nilləzi ləhum indək, salli ələyhim ya rəbbi səlatən daimən muntəha rizak, | Həqiqətən, onların Sənin üzərindəki haqqı Sənin onlara bəxş etdiyin ən böyük və fəzilətli nemətindir. Ey Rəbbim, Sənin onların yanında və onların da Sənin dərgahında olan məqamının xatirinə onlara daimi və Sənin son dərəcədə razılığın olan bir salam və salavat göndər! | فَاِنَّ حُقُوقَهُمْ عَلَيْكَ مِنْ أَفْضَلِ إِنْعَامِكَ عَلَيْهِمْ وَ بِالشَّأْنِ الَّذِي لَكَ عِنْدَهُمْ وَ بِالشَّأْنِ الَّذِي لَهُمْ عِنْدَكَ صَلِّ عَلَيْهِمْ يَا رَبِّ صَلاةً دَائِمَةً مُنْتَهَى رِضَاكَ |
| vəğfir li bihimuz zunubəlləti bəyni və bəynək, və ərzi ənni xəlqəkə və ətmim ələyyə ni`mətək, kəma ətməmtəha əla abai min qəbl, və la təc`əl liəhədin minəl məxluqinə ələyyə fiha imtinana, vəmnun ələyyə kəma mənəntə əla abai min qəbl, ya Kaf Ha Ya Əyn Sad, | Onların vasitəsilə mənimlə Sənin aranda olan günahlarımı bağışla, Öz məxluqatını məndən razı sal, nemətini öncə ata-babalarıma tamamladığın kimi, mənə də tamamla, həmin nemətlərdə məxluqatından heç kimi mənə minnət qərar vermə, öncə ata-babalarıma minnət qoyduğun kimi, mənə də minnət qoy, ey “Kaf, ha, ya, əyn, sad” sahibi! | وَ اغْفِرْ لِي بِهِمُ الذُّنُوبَ الَّتِي بَيْنِي وَ بَيْنَكَ وَ أَرْضِ عَنِّي خَلْقَكَ وَ أَتْمِمْ عَلَيَّ نِعْمَتَكَ كَمَا أَتْمَمْتَهَا عَلَى آبَائِي مِنْ قَبْلُ وَ لا تَجْعَلْ لِأَحَدٍ مِنَ الْمَخْلُوقِينَ عَلَيَّ فِيهَا امْتِنَانا وَ امْنُنْ عَلَيَّ كَمَا مَنَنْتَ عَلَى آبَائِي مِنْ قَبْلُ يَا كهيعص |
| Əllahummə kəma salləytə əla Muhəmmədin və alihi fəstəcib li duai fima səəlt, ya kərimu ya kərimu ya kərim. | İlahi, Muhəmməd və onun Əhlibeytinə salam göndərdiyin kimi, mənim də Səndən istədiklərimi qəbul et, ey kərim Allah, ey kərim Allah, ey kərim Allah! | اللَّهُمَّ كَمَا صَلَّيْتَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فَاسْتَجِبْ لِي دُعَائِي فِيمَا سَأَلْتُ يَا كَرِيمُ يَا كَرِيمُ يَا كَرِيمُ |
Sonra səcdəyə get və səcdədə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən yəqdiru əla həvaicis sailin, və yə`ləmu ma fi zəmiris samitin, ya mən la yəhtacu ilət təfsir, ya mən yə`ləmu xainətəl ə`yun, və ma tuxfis sudur, | Ey möhtacların hacətlərini rəva etməyə qadir olan və susanların daxilindən xəbərdar olan! Ey izah və bəyana ehtiyacı olmayan, ey göz qırpımı və qəlblərdə gizli olanlardan xəbərdar olan! | يَا مَنْ يَقْدِرُ عَلَى حَوَائِجِ السَّائِلِينَ وَ يَعْلَمُ مَا فِي ضَمِيرِ الصَّامِتِينَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ يَا مَنْ يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَ مَا تُخْفِي الصُّدُورُ |
| ya mən ənzələl əzabə əla qəvmi Yunusə və huvə yuridu ən yuəzzibəhum, fədəəvhu və təzərrəu iləyhi fəkəşəfə ənhumul əzabə və məttəəhum ila hin, | Ey Yunusun qövmünə əzab nazil edən! O, onları cəzalandırmaq istəyirdi, amma onlar dua edib ah-nalə etdikdə, əzabı onlardan uzaqlaşdırdın və onları bir müddət dünyəvi həyatdan faydalandırdın! | يَا مَنْ أَنْزَلَ الْعَذَابَ عَلَى قَوْمِ يُونُسَ وَ هُوَ يُرِيدُ أَنْ يُعَذِّبَهُمْ فَدَعَوْهُ وَ تَضَرَّعُوا إِلَيْهِ فَكَشَفَ عَنْهُمُ الْعَذَابَ وَ مَتَّعَهُمْ إِلَى حِينٍ |
| qəd təra məkani və təsməu duai və tə`ləmu sirri və əlaniyəti və hali, salli əla Muhəmmədin və ali Muhəmməd, vəkfini ma əhəmməni min əmri dini və dunyayə və axirəti. | Həqiqətən, Sən mənim yerimi görür, duamı eşidir, gizli və aşkar işlərimi bilirsən. Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, din, dünya və axirətimlə bağlı mühüm işlərimdə mənə yetərli ol! | قَدْ تَرَى مَكَانِي وَ تَسْمَعُ دُعَائِي وَ تَعْلَمُ سِرِّي وَ عَلانِيَتِي وَ حَالِي صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ دِينِي وَ دُنْيَايَ وَ آخِرَتِي |
Sonra 70 dəfə: “Ya səyyidi”— de. Sonra başını səcdədən qaldır və de[5]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya rəbbi əs`əlukə bərəkətə hazəl məvzii və bərəkətə əhlih, və əs`əlukə ən tərzuqəni min rizqikə rizqən həlalən təyyiba təsuquhu iləyyə bihəvlikə və quvvətikə və ənə xaizun fi afiyəh, ya ərhəmər rahimin. | Ey Rəbbim, Səndən bu yerin və onun sahibinin bərəkətindən istəyirəm. Səndən istəyirəm ki, mənə halal və pak ruzi verəsən, Öz güc və qüdrətinlə onu mənə doğru yönəldəsən və mən də afiyət və sağlamlıq içində olam, ey mehribanların ən mehribanı! | يَا رَبِّ أَسْأَلُكَ بَرَكَةَ هَذَا الْمَوْضِعِ وَ بَرَكَةَ أَهْلِهِ وَ أَسْأَلُكَ أَنْ تَرْزُقَنِي مِنْ رِزْقِكَ رِزْقا حَلالا طَيِّبا تَسُوقُهُ إِلَيَّ بِحَوْلِكَ وَ قُوَّتِكَ وَ أَنَا خَائِضٌ فِي عَافِيَةٍ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Qeyd 1:
Şeyx Abbas Qumi deyir ki, “Qədim məzar” kitabının müəllifi bu məqam duada “ya kərimu ya kərimu ya kərim”-dən sonra və deyilən səcdədən əvvəl “Əllahummə ya mən tuhəllu bihi uqədul məkarihi” duası ki, Səccadiyyə Səhifəsinin dualarındandır, ondan sonra buyurdu o vaxt de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innəkə tə`ləmu və la ə`ləmu və təqdiru və la əqdir, və əntə əllamul ğuyub, sallillahummə əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li vərhəmni və təcavəz ənni və təsəddəq ələyyə ma əntə əhluh, ya ərhəmər rahimin. | İlahi! Sən bilirsən, mən isə bilmirəm. Sən güclüsən, mən isə gücsüzəm. Sən qeyblərdən xəbərdarsan. Ey Rəbbim, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni bağışla, mənə rəhm et, günahlarımdan keç, Sənə layiq olduğu kimi mənə əta et, ey mehribanların ən mehribanı! | اللَّهُمَّ اِنَّكَ تَعْلَمُ وَ لا أَعْلَمُ وَ تَقْدِرُ وَ لا أَقْدِرُ وَ أَنْتَ عَلامُ الْغُيُوبِ صَلِّ اللَّهُمَّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنِّي وَ تَصَدَّقْ عَلَيَّ مَا أَنْتَ أَهْلُهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra səcdəyə gedib belə de:
| Ərəbcə | يَا مَنْ يَقْدِرُ عَلَى حَوَائِجِ السَّائِلِينَ يَا مَنْ يَقْدِرُ عَلَى حَوَائِجِ السَّائِلِينَ |
| Tərcümə | Ey möhtacların hacətlərini rəva etməyə qadir olan! |
| Transkripsiya | Ya mən yəqdiru əla həvaicis sailin. |
Qeyd 2:
Hədislərin birində Əbu Həmzə Somali belə nəql edir: “Bir gün Kufə məscidində əyləşmişdim. Bu vaxt gözəl üzlü, xoş ətirli və təmiz geyimli bir şəxs məscidə daxil oldu və 7-ci sütunun yanında dayandı. Namazın təkbirini dedi. Bu təkbir mənim vücudumu titrətdi. O, 4 rəkət namaz (2 rəkət — 2 rəkət) qıldı və sonra bu duanı oxudu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
اِلٰهِى اِنْ کُنْتُ قَدْ عَصَیْتُکَ، فَقَدْ اَطَعْتُکَ فِى اَحَبِّ الْاَشْیَآءِ اِلَیْکَ. لَمْ اَتَّخِذْ لَکَ وَلَدًا، وَ لَمْ اَدْعُ لَکَ شَرِیکًا. وَ قَدْ عَصِیتُکَ فِى اَشْیَآءَ کَثِیرَةٍ عَلَىٰ غَیْرِ وَجْهِ الْمُکَابَرَةِ لَکَ، وَ لَا الْاِسْتِکْبَارِ عَنْ عِبَادَتِکَ، وَ لَا الْجُحُودِ لِرُبُوبِیَّتِکَ، وَ لَا الْخُرُوجِ عَنِ الْعُبُودِیَّةِ لَکَ. وَ لٰکِنِ اتَّبَعْتُ هَوَاىَ، وَ اَزَلَّنِى الشَّیْطَانُ بَعْدَ الْحُجَّةِ وَ الْبَیَانِ. فَاِنْ تُعَذِّبْنِى فَبِذُنُوبِى غَیْرُ ظَالِمٍ اَنْتَ لِى، وَ اِنْ تَعْفُ عَنِّى وَ تَرْحَمْنِى فَبِجُودِکَ وَ کَرَمِکَ یَا کَرِیمُ |
(Əbu Həmzə Somali deyir:) Sonra o şəxs səcdəyə getdi və təkrar-təkrar “Yə͂ Kəri͠m” zikrini dedi. Daha sonra isə dedi: “Ey diləyənlərin diləklərini həyata keçirməyə qadir olan və …” (yuxarıdakı duanı sonadək dedi). Bu duadan sonra yetmiş dəfə “Yə͂ Səyyi͠di” zikrini dedi. O, başını səcdədən qaldırdıqda mən ona diqqətlə baxdım və gördüm ki, bu şəxs İmam Zeynulabidindir (ə). Onun sağ əlini öpdüm və soruşdum: “Bura hansı iş üçün gəlmisiniz?” Buyurdu: “Gördüyün bu ibadəti yerinə yetirmək üçün.” [6]
Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 493, hədis 4
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 493, hədis 5
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 493, hədis 7
[4] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 493, hədis 8
[5] Seyid ibn Tavus — Misbahuz-zair, səh 80-83,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 412
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 388, hədis 12
