Ziyarətnamə: İmam Muhəmməd Təqinin (ə) məxsusi ziyarəti — 1
Şeyx Mufid, Şeyx Şəhid və Muhəmməd ibn Məşhədi buyurublar: “Sonra, cəddinin arxasında dəfn olunan Əbu Cəfər Muhəmməd Cavadın (ə) qəbrinə yaxınlaş və qəbrin kənarındı dıyanıb, de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə və əla abaik, əssəlamu ələykə və əla əbnaik, əssəlamu ələykə və əla əvliyaik, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və tələvtəl kitabə həqqə tilavətih, və cahədtə fillahi həqqə cihadih, və səbərtə ələl əza fi cənbihi hətta ətakəl yəqin, ətəytukə zairən arifən bihəqqik, muvaliyən li əvliyaik, muadiyən li ə`daik, fəşfə li ində rəbbik. | Salam olsun sənə, ey Allahın nümayəndəsi! Salam olsun sənə, ey Allahın hüccəti! Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Salam olsun sənə, ey Rəsulullahın oğlu! Salam olsun sənə və ata-babalarına! Salam olsun sənə və övladlarına! Salam olsun sənə və dostlarına! Şəhadət verirəm ki, sən namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa dəvət etdin, pislikdən çəkindirdin, Quranı layiqincə tilavət etdin, Allah yolunda layiqincə cihad etdin, əcəlin çatana qədər camaatın əzab-əziyyətlərinə səbir etdin. Haqqını tanıdığım, dostlarını sevdiyim və düşmənlərinlə düşmən olduğum halda, ziyarətinə gəlmişəm. Belə isə, Rəbbinin dərgahında mənə şəfaət et! | السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ وَ عَلَى آبَائِكَ السَّلامُ عَلَيْكَ وَ عَلَى أَبْنَائِكَ السَّلامُ عَلَيْكَ وَ عَلَى أَوْلِيَائِكَ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ أَتَيْتُكَ زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ |
Sonra qəbri öpüb, üzünü onun üzərinə qoy. Ayağa qalxıb, 2 rəkət ziyarət namazı qıl. Ziyarət namazından sonra istədiyin başqa namazları da qıla bilərsən. Namazlardan sonra səcdəyə gedib, bu duanı oxu:
| Ərəbcə | ارْحَمْ مَنْ أَسَاءَ وَ اقْتَرَفَ وَ اسْتَكَانَ وَ اعْتَرَفَ |
| Tərcümə | (İlahi,) pislik edib çarəsi kəsilənə və (öz pisliyini) etiraf edənə rəhm et! |
| Transkripsiya | İrhəm mən əsaə vəqtərəfə vəstəkanə və`tərəf. |
Sonra sağ üzünü yerə qoyub, de:
| Ərəbcə | إِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ فَأَنْتَ نِعْمَ الرَّبُّ |
| Tərcümə | Əgər mən pis bəndəyəmsə, Sən isə yaxşı Rəbsən! |
| Transkripsiya | İn kuntə bi`səl əbdu fə əntə ni`mər rəbb. |
Daha sonra sol üzünü yerə qoyub,de:
| Ərəbcə | عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيمُ |
| Tərcümə | Sənin bəndənin günahı böyükdür. Belə isə, Sənin tərəfindən olan əfv gözəl olmalıdır, ey böyük Allah! |
| Transkripsiya | Əzuməz zənbu min əbdikə fəl yəhsunil əfvu min indikə ya kərim. |
Bu duaları oxuduqdan sonra yenidən səcdəyə get və 100 dəfə “Şukrən, şukrən” zikrini de, qayıt.[1]
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 12, hədis 7,
Şəhid Əvvəl — Məzar-Şəhid, səh 192,
Muhəmməd ibn Məşədi — Məzar-Kəbir, səh 538 (bir qədər fərqlə)
