Ziyarətnamə: İmam Zamanın (ə.f) dörd xas səfirlərinin (naiblərinin) ziyarəti

Print Friendly, PDF & Email

İmam Zamanın (ə.f) 4 xas səfirləri (naibləri) bunlardır:
1) Cənab Əbu Əmr Osman ibn Səid Əsədi,
2) Cənab Əbu Cəfər Məhəmməd ibn Osman,
3) Şeyx Əbul Qasim Hüseyn ibn Ruh Nobəxti,
4) Şeyx Əbul Həsən Əli ibn Məhəmməd Səməri (rəziyəllahu ənhum).

Ardıcıl olaraq İmam Zamanın (ə.f) dörd xüsusi naibi olubdurlar. Müqəddəs Kazimeyn ziyarətgahlarının zəvvarları üçün zəruri sayılan əməllərdən biri də Bağdad şəhərində dəfn edilən İmam Zamanın (ə.f) 4 xüsusi naibinin ziyarətinə getməkdir. Hətta əgər bu möhtərəm insanların ziyarətinə nail olmaq üçün uzaq məsafələr keçmək lazım olsa, yenə də yeri vardır ki, zəvvarlar belə səfərlərin əziyyətinə qatlaşsınlar. Çünki İmam Zamanın (ə.f) naibləri içərisində onlar, ən möhtərəm və böyük şəxslər kimi tanınmışdırlar. Təxminən 70 il müddətində onlar, İmam Zamanla (ə.f) camaat arasında vasitəçi mənsəbini daşımışdırlar. Onların əli ilə bir çox kəramətlər və möcüzələr müşahidə edilmişdir ki, hətta bəzi alimlər, onların məsum olduğuna mötəqid olmuşdurlar. Bilməlisiniz ki, onlar həyatdə ikən imam Zamanla (ə.f) camaat arasında vasitəçi olub, ağanın göstərişlərini camaata və camaatın yazılı şəkildə bəyan etdikləri ehtiyaclarını ağaya (ə.f) çatdırmaqla məşğul olduqları kimi, dünyadan köçəndən sonra da bu mənsəbin sahibidirlər. Belə ki, çətinliklərin həll olması üçün ağadan kömək diləyib, bu məzmunda ona yazılan məktublar, indi də o naiblərin əli ilə öz sahibinə çatdırılmalıdır. Bu naiblərin sahib olduğu kəramətləri sadalamaq bu kitabın həcmindən xaric olduğu üçün, biz, zəvvarları onların ziyarətinə həvəsləndirmək üçün bununla kifayətlənirik.
“Nəvvab ərbəə”nin (İmam Zamanın xas 4 naibi) ziyarəti qaydası: Şeyx Tusi “ Təhzib” və Seyid ibn Tavus “Misbahuz-zair” adlı kitablarında o naiblərin ziyarətini aşağıdakı qaydada şərh vermiş və bu ziyarətnaməni, cənab Əbul Qasim Hüseyn ibn Ruhun (r) nəql etdiyini bildirmişdirlər. Hüseyn ibn Ruh (r) buyurub: “Əvvəlcə Allahın elçisinə, sonra Əmiril-mömininə (ə), Xədiceyi Kübraya (ə), Fatimeyi Zəhraya (ə), İmam Həsənə (ə), İmam Hüseynə (ə) və o biri məsum imamlara bir-bir salam göndər. Sonra de:

Ərəbcəالسَّلامُ عَلَيْكَ يَا فُلانَ بْنَ فُلانٍ
TərcüməSalam olsun sənə, ey filankəsin oğlu filankəs!
TranskripsiyaƏssəlamu ələykə ya fulanəbnə fulanin.

*“Fulanəbnə fulanin.” kəlməsinin yerinə qəbrin sahibinin və onun atasının adını çəkirsən.
TranskripsiyaTərcüməƏrəbcə
Əşhədu ənnəkə babul məvla əddəytu ənhu və əddəytə iləyh, ma xaləftəhu və la xaləftə ələyh, qumtə xassən vənsərəftə sabiqa, ci`tukə arifən bihəqqilləzi əntə ələyh, və ənnəkə ma xuntə fit tə`diyəti vəs səfarəh, əssəlamu ələykə min babin ma əvsəəhu (əvsəəkə) və min səfi-rin ma amanəkə və min siqətin ma əmkənək, əşhədu ənnəllahəxtəssəkə bi nurih, hətta ayəntəş şəxsə fə əddəytə ənhu və əddəytə iləyh.Şəhadət verirəm ki, sən mövlamızın qapısısan (vasitəçisisən), onun camaata, camaatın da ona olan sözlərini çatdırdın. Onunla müxalifətçilik etmədin və onun əleyhinə ixtilaf yaratmadın. O həzrətin xas vəkili (naibi) olaraq qiyam etdin və qabaqcıl olduğun halda geri qayıtdın. Sənin inandığın haqqı tanıdığım halda ziyarətinə gəlmişəm. Həqiqətən, sən vəzifəni və səfirlik məqamını icra etməkdə xəyanət etmədin. Salam olsun sənə! Sən necə də geniş qapı, əmanətdar səfir və möhkəm etimadlı şəxs idin. Şəhadət verirəm ki, həqiqətən, Allah səni Öz nuruna məxsus etdi və nəhayət, o həzrəti yaxından müşahidə etdin, o həzrətin tərəfindən sənə tapşırılanları camaata və camaatın istəklərini də o həzrətə çatdırdın.أَشْهَدُ أَنَّكَ بَابُ الْمَوْلَى أَدَّيْتَ عَنْهُ وَ أَدَّيْتَ إِلَيْهِ مَا خَالَفْتَهُ وَ لا خَالَفْتَ عَلَيْهِ قُمْتَ خَاصّا وَ انْصَرَفْتَ سَابِقا جِئْتُكَ عَارِفا بِالْحَقِّ الَّذِي أَنْتَ عَلَيْهِ وَ أَنَّكَ مَا خُنْتَ فِي التَّأْدِيَةِ وَ السَّفَارَةِ السَّلامُ عَلَيْكَ مِنْ بَابٍ مَا أَوْسَعَهُ [أَوْسَعَكَ‏] وَ مِنْ سَفِيرٍ مَا آمَنَكَ وَ مِنْ ثِقَةٍ مَا أَمْكَنَكَ أَشْهَدُ أَنَّ اللَّهَ اخْتَصَّكَ بِنُورِهِ حَتَّى عَايَنْتَ الشَّخْصَ فَأَدَّيْتَ عَنْهُ وَ أَدَّيْتَ إِلَيْهِ

Sonra yenidən Allahın elçisinə (s) və məsum imamlara (ə) salam göndərib, de:
TərcüməTranskripsiyaTərcümə
İxlasla Allahın yeganəliyinə inandığım, dostlarını sevdiyim, düşmənlərin və səninlə müxalif olanlara nifrət bəslədiyim halda, ziyarətinə gəlmişəm. Ey mənim mövlamın höccəti, onların vasitəsilə sənə üz tutur və onların vasitəsilə də Allahın dərgahına təvəssül edirəm.Ci`tukə muxlisən bi təvhidillahi və muvalati əvliyaih, vəl bəraəti min ə`daihim və minəlləzinə xaləfuk, ya huccətəl məvla və bikə iləyhim (Əllahummə) təvəccuhi və bihim iləllahi (iləykə) təvəssuli.جِئْتُكَ مُخْلِصا بِتَوْحِيدِ اللَّهِ وَ مُوَالاةِ أَوْلِيَائِهِ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِهِمْ [أَعْدَائِهِ‏] وَ مِنَ الَّذِينَ خَالَفُوكَ يَا حُجَّةَ الْمَوْلَى وَ بِكَ إِلَيْهِمْ [اللَّهُمَ‏] تَوَجُّهِي وَ بِهِمْ إِلَى اللَّهِ [إِلَيْكَ‏] تَوَسُّلِي

Sonra dua et və öz istəyini Allahdan dilə. İnşaallah ki, hacətin rəva olar. [1]

Mənbələr:
[1] Şeyx Tusi — Təhzib, c 6, səh 118,
Seyid ibn Tavus — Misbahuz-zair, səh 514 (bir qədər fərqlə)

Читайте также: