Ziyarətnamə: Möminlərin qəbrlərinin ziyarətinin fəziləti, zamanı və qaydası

Print Friendly, PDF & Email

1) Şeyx Cəfər ibn Qavlaveyh Qumi rəvayət edir ki, Əmr ibn Osman Razi dedi: “Mən, şəxsən eşitdim ki, həzrət Əbəl Həsən imam Musa ibn Cəfər (ə) belə buyurdu: “Hər kimin bizi ziyarət etməyə imkanı olmasa, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsin və bu şəxsə bizim ziyarətimizin savabı yazılar. Həmçinin hər kimin bizimlə sileyi-rəhim etməyə və bizə yaxşın olmağa imkanı olmasa, bizim dostlarımızdan olan saleh bəndələrlə sileyi-rəhim etsin və bu şəxsə bizimlə sileyi-rəhim edənlərin savabı yazılar.” [1]
2) İbn Qavlaveyh Qumi mötəbər sənədlə Muhəmməd ibn Əhməd Yəhya Əşəridən rəvayət edir ki, o dedi: “Mən, “Feyd”ə yetişdikdə (Məkkə yolunda olan bir mənzilgahın adıdır) Əli ibn Bilal ilə Muhəmməd ibn İsmayıl ibn Bəziinin qəbrinin ziyarətinə getdik. Əli ibn Bilal mənə dedi: “Bu qəbrin sahibi həzrət İmam Rzadan (ə) bu hədisi mənə nəql etmişdir: “Hər kim mömin din qardaşının qəbri üstünə gəlib, əlini qəbrin üzərinə qoyaraq, 7 dəfə «Qədr» surəsini oxusa, Qiyamət günündə o böyük qorxudan amanda qalar.” [2] Başqa bir yerdə də İbn Qavlaveyh bu hədisi nəql etmişdir, bu fərqlə ki, “üzü qibləyə tərəf dayanıb, …”[3] qeydi də bu hədisə əlavə olunubdur.
Bəzi hədislərdən belə əldə olunur ki, bu savab qəbir sahibi üçün də yazılır.[4]
3) Digər bu mövzuda olan hədislərimizdən başa düşülür ki, bəzi zikirləri oxumaqla ziyarətçinin, onun ata-anasının çoxlu günahları bağışlanılır, həmçinin o, Qiyamət gününün əzabından amanda qalır.[5] Bunun üçün qeyd olunan mənbə kitablara müraciət edə bilərsiz.
4) “Kamiluz-ziyarat” adlı kitabda mötəbər sənədli bir hədisdə nəql olunur ki, Əbdürrəhman ibn Əbi Əbdillah həzrət Sadiqə (ə) ərz etdi: “Əlimi, müsəlman (qardaşlarımın) qəbirləri üzərinə necə qoymalıyam?” O həzrət əlini yerə qoydu və bu halda o, üzü qibləyə tərəf dayanmışdı.[6]
5) Həmçinin bu kitabda mötəbər sənədli başqa bir hədisdə nəql olunur ki, Abdullah ibn Sənan həzrət Sadiqə (ə) ərz etdi: “Qəbir əhlinə necə salam vermək lazımdır?” O həzrət buyurdu[7]

Ərəbcəالسَّلامُ عَلَى أَهْلِ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَ الْمُسْلِمِينَ أَنْتُمْ لَنَا فَرَطٌ وَ نَحْنُ إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاحِقُونَ
TərcüməSalam olsun mömin və müsəlmanlardan ibarət olan diyar əhlinə (bərzəx nişanəsinə)! Siz (bu yolda) bizim qabaqcıllarımızsınız və biz də Allahın istəyi ilə sizə qoşulacağıq!
TranskripsiyaƏssəlamu əla əhlid diyari minəl mu`mininə vəl muslimin, əntum ləna fərətun və nəhnu inşaəllahu bikum lahiqun.

6) İmam Hüseyndən (ə) rəvayət olunur ki, qəbristana daxil olduqda bu sözləri deyin:
Ərəbcəاللَّهُمَّ رَبَّ هَذِهِ الْأَرْوَاحِ الْفَانِيَةِ وَ الْأَجْسَادِ الْبَالِيَةِ وَ الْعِظَامِ النَّخِرَةِ الَّتِي خَرَجَتْ مِنَ الدُّنْيَا وَ هِيَ بِكَ مُؤْمِنَةٌ أَدْخِلْ عَلَيْهِمْ رَوْحا مِنْكَ وَ سَلاما مِنِّي
Tərcüməİlahi, ey Sənə iman gətirdikləri halda, fani dünyadan köçmüş bu ruhların, çürümüş bədənlərin və dağılmış sümüklərin Rəbbi! Öz tərəfindən onlara rəhmət və mənim tərəfimdən də salam yetir!
TranskripsiyaƏllahummə rəbbi hazihil ərvahil faniyəti vəl əcsadil baliyəh, vəl izamin nəxirətilləti xərəcət minəd dunya, və hiyə bikə mu`minəh, ədxil ələyhim rəvhən minkə və səlamən minni.

Allah Taala bu şəxsə həzrət Adəmdən (ə) tutmuş Qiyamətə qədər gəlmiş və gələcək insanların sayı qədər savab yazar. [8]
7) Həzrət Əlidən (ə) rəvayət olunur ki, qəbristana daxil olduqda bu duanı oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim, əssəlamu əla əhli lə ilahə illəllahu min əhli lə ilahə illəllah, ya əhlə lə ilahə illəllah, bihəqqi lə ilahə illəllah, kəyfə vəcədtum qəvlə lə ilahə illəllah min lə ilahə illəllah, ya lə ilahə illəllah, bihəqqi lə ilahə illəllah iğfir limən qalə lə ilahə illəllah, vəhşurna fi zumrəti mən qalə lə ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah.
Bağışlayan və mehriban Allahın adı ilə! “Lə ilahə illəllah” əhlindən (“Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərdən) “Lə ilahə illəllah” əhlinə (“Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərə) salam olsun! Ey “Lə ilahə illəllah” əhli (müqəddəs) “Lə ilahə illəllah” kəlamına xatir, siz “Lə ilahə illəllah”dan (heç bir şəriki olmayan yeganə Allahdan) “Lə ilahə illəllah” kəlamının savabını necə qazandınız? Ey “Lə ilahə illəllah” (heç bir şəriki olmayan yeganə Allah), “Lə ilahə illəllah” kəlamına xatir, “Lə ilahə illəllah” deyənləri bağışla və bizi də “Lə ilahə illəllah, Muhəmməd rəsulullah və Əliyyun vəliyyullah” (Allahdan başqa heç bir tanrı yoxdur, Muhəmməd Allahın rəsulu və Əli Onun vəlisidir) deyənlərin zümrəsində məhşur et!بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ السَّلامُ عَلَى أَهْلِ لا إِلَهَ إِلا اللَّهُ مِنْ أَهْلِ لا إِلَهَ إِلا اللَّهُ يَا أَهْلَ لا إِلَهَ إِلا اللَّهُ بِحَقِّ لا إِلَهَ إِلا اللَّهُ كَيْفَ وَجَدْتُمْ قَوْلَ لا إِلَهَ إِلا اللَّهُ مِنْ لا إِلَهَ إِلا اللَّهُ يَا لا إِلَهَ إِلا اللَّهُ بِحَقِّ لا إِلَهَ إِلا اللَّهُ اغْفِرْ لِمَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ وَ احْشُرْنَا فِي زُمْرَةِ مَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ عَلِيٌّ وَلِيُّ اللَّهِ

Bu duanı oxuyan şəxsə Allah Taala, 50 il ibadətin savabını yazar. Onun və ata-anasının 50 illik günahını (nameyi-əməlindən) silər.” [9]
8) Başqa bir hədisdə deyilir ki, qəbristanın kənarından keçdiyiniz vaxt dayanıb, bu sözləri deyin:
Ərəbcəاللَّهُمَّ وَلِّهِمْ مَا تَوَلَّوْا وَ احْشُرْهُمْ مَعَ مَنْ أَحَبُّوا
Tərcüməİlahi, onların dost bildiklərini onlara dost seç və onları sevdikləri ilə birlikdə məhşur et!
TranskripsiyaƏllahummə vəllihim ma tə-vəlləv vəhşurhum məə mən əhəbbu.

9) Seyid ibn Tavus “Misbahuz-zair” adlı kitabında deyir: “Daha yaxşı olar ki, cümə axşamı günündə möminlərin qəbirlərinin ziyarətinə gedəsiniz.[10] Əgər cümə axşamı vaxt tapa bilməsəniz başqa günlərdə də onları ziyarət edə bilərsiniz. Mömin bəndələrin qəbirlərini ziyarət etdiyin vaxt üzü qibləyə dayan və əlini qəbrin üzərinə qoyub, de:
Ərəbcəاللَّهُمَّ ارْحَمْ غُرْبَتَهُ وَ صِلْ وَحْدَتَهُ وَ آنِسْ وَحْشَتَهُ وَ آمِنْ رَوْعَتَهُ وَ أَسْكِنْ إِلَيْهِ مِنْ رَحْمَتِكَ رَحْمَةً يَسْتَغْنِي بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ وَ أَلْحِقْهُ بِمَنْ كَانَ يَتَوَلاهُ
Tərcüməİlahi, onun qəribliyinə rəhm et, tənhalığına qatıl, vəhşətini ünsiyyətə, qorxusunu əmin-amanlığa çevir və sonsuz rəhmətini ona şamil et ki, Səndən başqasının qayğısına ehtiyac duymasın. Onu sevdikləri və itaət etdiklərinə qovuşdur!
TranskripsiyaƏllahummərhəm ğurbətəhu və sil vəhdətəhu və anis vəhşətəhu və amin rəv`ətəh, və əskin iləyhi min rəhmətikə rəhmətən yəstəğni biha ən rəhməti mən sivak, və əlhiqhu bimən kanə yətəvəllah.
Sonra 7 dəfə «Qədr» surəsini oxu.
10) Möminləri ziyarət etməyin qaydası barəsində Füzeyl bu hədisi nəql etmişdir: “Hər kim mömin şəxsin qəbri üstündə 7 dəfə «Qədr» surəsini oxusa, Allah Taala bu qəbir üçün burada Allaha ibadətlə məşğul olsun deyə bir mələk təyin edər və bu mələyin ibadətinin savabını bu qəbrin sahibinə yazır. Qəbirdən qaldırıldığı gün Allah Taala bu mələyə xatir Qiyamət gününün xofunu onun qəlbindən götürər və onu cənnətə daxil edər.” «Qədr» surəsini 7 dəfə oxuduqdan sonra «Həmd» surəsini, 2 dəfə «Fələq»«Nas» surələrini, «İxlas» surəsini və «Ayətəl-kürsi» ayələrini, hər birini 3 dəfə oxuyun.
11) Bu barədə Muhəmməd ibn Muslimdən başqa bir hədis də nəql olunubdur. [11] Muhəmməd ibn Muslim həzrət Sadiqə (ə) belə ərz edir: “Ölüləri ziyarət edə bilərik?” O həzrət: “Bəli” -deyə cavab verir. O, yenə də soruşur: “Onlar bilirlər ki, biz onarı ziyarət edirik?” O həzrət buyurur: “And olsun Allaha ki, onlar bilirlər və sevinirlər və sizinlə ünsiyyət tuturlar.” Muhəmməd ibn Muslim yenə o həzrətdən soruşur: “Biz, onları ziyarət etdikdə hansı sözləri deməliyik?” O həzrət buyurur:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə cafil ərzə ən cunubihim, və said iləykə ərvahəhum, və ləqqihim minkə rizvana, və əskin iləyhim min rəhmətikə ma təsilu bihi vəhdətəhum, və tunisu bihi vəhşətəhum, innəkə əla kulli şəy`in qədir.İlahi, yeri onların böyürlərindən uzaqlaşdır (onları qəbir sıxıntısından qoru), ruhlarını Öz dərgahına qaldır, onları Öz razılığına qovuşdur, Öz rəhmətindən onlara tənhalıqları aradan qalxacaq və qorxuları aramlıq və ünsiyyətə çevriləcəyi qədər şamil et ki, həqiqətən, Sən hər şeyə qadirsən!اللَّهُمَّ جَافِ الْأَرْضَ عَنْ جُنُوبِهِمْ وَ صَاعِدْ إِلَيْكَ أَرْوَاحَهُمْ وَ لَقِّهِمْ مِنْكَ رِضْوَانا وَ أَسْكِنْ إِلَيْهِمْ مِنْ رَحْمَتِكَ مَا تَصِلُ بِهِ وَحْدَتَهُمْ وَ تُونِسُ بِهِ وَحْشَتَهُمْ اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ

12) Seyid ibn Tavus deyir: “Möminlərin qəbristanlığında 11 dəfə «İxlas» surəsini oxuyub, savabını onlara hədiyyə et. Hədislərdə nəql olunubdur ki, Allah Taala onlara ölülərin sayı qədər savab əta edər.” [12]
13) “Kamiluz-ziyarat” adlı kitabda imam Sadiqdən (ə) belə bir hədis rəvayət olunubdur: “Əgər ölüləri Günəş doğmamışdan qabaq ziyarət etsəniz, onlar sizi həm eşidir və həm də sizə cavab verirlər. Lakin əgər günəş doğandan sonra onları ziyarət etsəniz, onlar sizi eşidir, amma cavab vermirlər.” Digər hədislərə istinadən, qəbirləri ziyarət etmək üçün ən yaxşı vaxt günəş çıxmazdan bir saat əvvəldır.[13]
Ravəndinin “Dəəvat” adlı kitabında ölüləri gecə ziyarət etməyin məkruh olması barədə həzrət Rəsulullahdan (s) belə bir hədis həzrət Əbuzərə belə buyurduğu nəql olunubdur: “Və la təzurhum əhyanən bil ləyli.” (Onları (ölüləri) gecə ziyarət etməyin). [14]
14) Şeyx Şəhidin “Məcmuə”sində həzrət Rəsulullahdan (ə) bu məzmunda bir hədis rəvayət olunubdur: “Ölülərin qəbri üstündə 3 dəfə bu sözləri deyin:
Ərəbcəاللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ و آلِ مُحَمَّدٍ أَنْ لا تُعَذِّبَ هَذَا الْمَيِّتَ
Tərcüməİlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinin xatirinə Səndən istəyirəm ki, bu meyitə əzab verməyəsən!
(Yəni, İlahi, mən səndən Məhəmməd və ali Məhəmmədə xatir xahiş edirəm ki, bu ölüyə əzab vermə!)
TranskripsiyaƏllahummə inni əs`əlukə bi-həqqi Muhəmmədin və ali Mu-həmməd, ən la tuəzzib hazəl məyyit
Bu səbəblə də Allah Taala Qiyamət günündə əzabı bu qəbrin sahibindən uzaqlaşdırar.
15) İbn Qavlaveyh yazır ki, Səfvan Cəmmal İmam Sadiqin (ə) belə buyurduğunu belə nəql edir: “Rəsulallah bir dəstə səhabəsi ilə birlikdə daim cümə axşamı günü əsr vaxtı “Bəqi” məzarlığına daxil olar, qəbir əhlinə 3 dəfə “əs-səlamu ələykum ya əhləd-diyar” (Salam olsun sizə ey bu diyar əhli) və 3 dəfə “Rəhiməkumullah” (Allah sizə rəhmət etsin) deyərdi.”[15]
16) “Camiul əxbar” adlı kitabda nəql olunur ki, səhabələrin bəzisi həzrət Rəsulullahdan (s) bu hədisi rəvayət edibdirlər ki, o həzrət bizə buyurdu: “Öz ölülərinizə hədiyyə göndərin.” Biz soruşduq: “Biz ölülərə hansı hədiyyəni göndərə bilərik?” O həzrət buyurdu: “Sədəqə və duanı onlara hədiyyə göndərin. [16]
17) Hər cümə günü möminlərin ruhları dünyanın səmasına gəlib, öz evləri ilə üzbəüz dayanar və ev əhlini həzin səslə ağlaya-ağlaya çağırıb, deyərlər: “Ey mənim əhli-əyalım və övladlarım, ey mənim atam-anam və qohum-əqrabalarım, bizim qoyub getdiyimiz mal-dövlətdən sədəqə verməklə bizə yaxşılıq göstərin, bir halda ki, bu mal-dövlətin haqq-hesabını bizimlə çəkirlər və əzabını bizə verirlər, amma faydası sizə yetişir.” Onlar qohum-əqrabalarını çağırıb, deyərlər: “Bizim adımızdan bir dirhəm pul və ya bir tikə çörək, yaxud da bir dəst paltar sədəqə verməklə bizə yaxşılıq gösətərin! Allah sizə cənnət geyimlərini nəsib etsin!” Allahın elçisi bu sözləri deyib, ağladı və biz də o həzrətə baxıb, ağladıq. O həzrət o qədər ağladı ki, artıq söz danışmağa taqəti qalmadı.[17] Bir qədər keçdikdən sonra yenə buyurdu: “Onlar sizin dini qardaşlarınızdır. Bir vaxt onlar bu dünyada xoş güzəran keçirmiş, indi isə çürüyüb, torpağa qarışıbdırlar və o dünyada özlərini qınayır və deyirlər: “Vay bizim halımıza, əgər dünyada ikən Allaha xatir əlimizdə olan mal-dövlətdən ehsan etsəydik, indi sizə möhtac olmazdıq.” Onlar bu sözləri deyib, həsrət və peşmançılıq çəkə-çəkə geri dönərlər və fəryad çəkib, deyərlər: “Ölülərin payını tez bir zamanada göndərin!”     
18) Həzrət Rəsulullahdan (s) bu barədə rəvayət olunan başqa bir hədisdə deyilir: “Ölüyə göndərilən hər bir hədiyyəni xüsusi bir mələk, şüası yeddi səmaya yetişən bir nur tabağının içərisinə qoyub, bu ölünün qəbrinin kənarına gətirər və ona belə müraciət edər: “Əssəlamu ələykum ya əhləl qubur. Sizin əhli-əyalınız bu hədiyyəni sizin üçün göndəriblər.” Qəbir sahibi də bu hədiyyəni alıb, qəbrinə aparar və bu səbəblə də aramgahında ona asanlıq yaranar.”[18] Sonra həzrət Rəsulullah (s) sözünə belə davam etdirdi: “Bilin ki, hər kim ölünün adından sədəqə versə, Allah Taala ona Uhud müharibəsində vuruşanların savabını yazar və Allahın sayəsindən başqa bir sayə olmayan Qiyamət günündə Onun sayəsində olar. Həm ölü və həm də bu sədəqəni verən şəxs, bu sədəqə vasitəsilə nicat taparlar.”
19) Həmçinin rəvayət olunur ki, bir şəxs, Xorasanın əmirini yuxusunda görür və o, bu şəxsə deyir: “İtlərinizə atdığınız yemi mənim adımdan sədəqə verin, çünki mən, hətta buna da möhtacam.”
Bilin ki, möminlərin qəbirlərini ziyarət etməyin böyük savabı vardır. Bundan əlavə ibrət almaq, qəflətdən ayılmaq, zahidlik və dünyaya qarşı meyilsizlik və axirətə qarşı rəğbətlənmək kimi, bir çox faydaları da vardır. Çox qəmgin və çox şad olduğunuz vaxt qəbirlərin ziyarətinə gedin. (Başqa sözlə desək, bayram və matəm günləri qəbirlərin ziyarətinə getmək tövsiyə olunur.) Bir sözlə, ağıllı o şəxsdir ki, qəbristanlıqdan və ölülərin əhvalından ibrət alsın və dünya məhəbbətini qəlbindən çıxartsın. Dünya ləzzətləri onun gözündən düşsün və bu dünyanın faniliyi barəsində düşünsün. Yada salsın ki, tez bir zamanda o da bu ölülər kimi, dünyadan köçəcək və bu dünyada yaxşı əməllər etməkdən əli kəsiləcəkdir.
20) Hədisi-qüdsidə deyilir: Belə rəvayət olunur ki, Allah Taala həzrət İsaya (ə) vəhy edir: “Ey İsa, göz yaşlarını və qəlbindəki xüşunu mənə hədiyyə et! Faydasız işlərlə ömrünü keçirən insanlar deyib-güldükləri vaxt sən, gözlərinə hüzün qələmi ilə sürmə çək! Ölülərin qəbri üstünə get və onları uca səslə çağır. Bəlkə onların bu vəziyyətindən ibrət götürəsən. Öz-özünə de ki, mən və bütün insanlar da onlara qovuşacağıq.
21) Mərhum Əllamə Məclisi yazır: “Səhih bir hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) hər gecə öz övladı üçün və hər gündüz öz ata-anası üçün 2 rəkət namaz qılardı (və bu namazı onlara hədiyyə edərdi). Namazın 1-ci rəkətində «Qədr» surəsini, 2-ci rəkətində «Kövsər» surəsini oxuyardı.”[19]
Şeyx Abbas Qumi deyir:”Bu kitabda qeyd etməyi nəzərdə tutduğum mövzular bunlardan ibarətdir və mən, bu kitabı 1344-cü ilin Zilqədə ayının 10-unda, həzrət Saminül-əimmə İmam Rzanın (ə) səadətli təvəllüd gecəsində yazıb qurtardım. Bu gün anamın rəhmətə getdiyini bildirən məktub mənim əlimə yetişdiyi üçün bu kitabdan istifadə edən imanlı qardaşlardan xahiş edirəm ki, mərhumə anam üçün dua etsinlər. Həmçinin atam və məni də öz dualarında yad etsinlər.”
Vəlhəmdu lillahi əvvələn və axirən və salləllahu əla Muhəmmədin və alihit tahirin.
Sözü gedən kitab (bizimdə məlumatların çox hissənin ondan götürüb bu məqalələri hazırlamışıq) «Məfatihul-Cinan» kitabıdır.
Qeyd: Məlumat üçün onuda bildirək ki, bu məqalədə qeyd olunan bütün məlumatlar təkcə Məfatihul-Cinan kitabından götürülməyib. Şeyx Abbas Quminin ehtiramına kitabının bitməsi ilə bağlı son qeyd etdiyi cümlələr məqalədə saxlanılıb ki, məqaləni oxuyan əzizlərimiz onun özünün və valideynlərinin ruhların dua və salavatla yad etsinlər.

Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 319, hədis 1
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 319, hədis 3
[3] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 320, hədis 4
[4] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 320, hədis 12
[5] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 319, hədis 4
[6] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 319, hədis 5
[7] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 320, hədis 9
[8] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 300, hədis 31
[9] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 301, hədis 31
[10] Seyid ibn Tavus — Misbahuz-zair, səh 512,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 299, hədis 25
[11] Fəqih, c 1, səh 180, hədis 540
[12] Tacuddin Şəiri — Camiul-əxbar, səh 168
[13] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 297, hədis 11
[14] Qutbuddin Ravəndi — Də`əvat, səh 277, hədis 801
[15] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 105, səh 320, hədis 6
[16] Mirzə Hüseyn Nuri — Mustədrəkul-vəsail, c 2, səh 484, hədis 23
[17] Mirzə Hüseyn Nuri — Mustədrəkul-vəsail, c 2, səh 484, hədis 24
[18] Mirzə Hüseyn Nuri — Mustədrəkul-vəsail, səh 114, hədis 11
[19] Əllamə Məclisi — Zadul-məad, səh 573

Читайте также: