Minacat: 10-cu Minacat — Təvəssül edənlərin minacatı

Print Friendly, PDF & Email

4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «təvəssül edənlərin» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allahın mərhəmətinə təvəssül edənlərin və Onun elçisinin (s) şəfaətinə ümid bəsləyənlərin minacatıdır. Bu ikisini Allahın əfvinə və cənnətinə nail olmaq üçün vəsilə edirlər:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhimBağışlayan və mehriban Allahın adı ilə!بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
İlahi ləysə li vəsilətun iləykə illa əvatifu rə`fətik, İlahi, Sənə doğru gəlməkdə mehribanlığından başqa, mənim üçün bir vasitə إِلَهِي لَيْسَ لِي وَسِيلَةٌ إِلَيْكَ إِلا عَوَاطِفُ رَأْفَتِكَ
və la li zəriətun iləykə illa əvarifu rəhmətik, və şəfaətu nəbiyyir rəhməti və munqizil umməti minəl ğumməh, və hər iki aləmdə (dünya və axirətdə) ümməti əzab-əziyyətdən qoruyacaq rəhmət Peyğəmbərinin bəxşiş və şəfaətindən başqa bir vasitəçi yoxdur. وَ لا لِي ذَرِيعَةٌ إِلَيْكَ إِلا عَوَارِفُ رَحْمَتِكَ وَ شَفَاعَةُ نَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ وَ مُنْقِذِ الْأُمَّةِ مِنَ الْغُمَّةِ
fəc`əlhuma li səbəbən ila nəyli ğufranik, və səyyirhuma li vuslətən iləl fəvzi birizvanik, (İlahi!) Bu ikisini mənim üçün bağışlamağına nail olmaq, səadət, qurtuluş və razılığına qovuşmaq üçün bir səbəb et. فَاجْعَلْهُمَا لِي سَبَبا إِلَى نَيْلِ غُفْرَانِكَ وَ صَيِّرْهُمَا لِي وُصْلَةً إِلَى الْفَوْزِ بِرِضْوَانِكَ
və qəd həllə rəcai bihərəmi kərəmik, və həttə təməi bifinai cudik, Həqiqətən, ümidim Sənin kərəminin məbədində mənzil salmış və gözlərim tamahla Sənin ehsan (və səxavət) dərgahına dikilmişdir. وَ قَدْ حَلَّ رَجَائِي بِحَرَمِ كَرَمِكَ وَ حَطَّ طَمَعِي بِفِنَاءِ جُودِكَ
fəhəqqiq fikə əməli, vəxtim bil xəyri əməli, İlahi, Sənə bəslədiyim ümid və arzularımı həyata keçirərək sonumu xeyirlə bitir فَحَقِّقْ فِيكَ أَمَلِي وَ اخْتِمْ بِالْخَيْرِ عَمَلِي
vəc`əlni min səfvətikəlləzinə əh`ləltəhum buhbuhətə cənnətik, və bəvvə`təhum darə kəramətik, və məni Öz cənnətində yer verərək seçəcəyin, rəhmət və kəramət mənzilində məqam verəcəyin,وَ اجْعَلْنِي مِنْ صَفْوَتِكَ الَّذِينَ أَحْلَلْتَهُمْ بُحْبُوحَةَ جَنَّتِكَ وَ بَوَّأْتَهُمْ دَارَ كَرَامَتِكَ
və əqrərtə ə`yunəhum bin nəzəri iləykə yəvmə liqaik, Səninlə görüş (qiyamət) zamanı camalını müşahidə etməklə gözlərini aydınlaşdıracağın وَ أَقْرَرْتَ أَعْيُنَهُمْ بِالنَّظَرِ إِلَيْكَ يَوْمَ لِقَائِكَ
və əvrəstəhum mənaziləs sidqi fi civarik, və Öz yanında onları həqiqət mənzillərinin varisi təyin edəcəyin kəslərdən et! وَ أَوْرَثْتَهُمْ مَنَازِلَ الصِّدْقِ فِي جِوَارِكَ
ya mən la yəfidul vafidunə əla əkrəmə minh, Ey kimsənin səndən daha kərimlisini görmədiyi, يَا مَنْ لا يَفِدُ الْوَافِدُونَ عَلَى أَكْرَمَ مِنْهُ
və la yəcidul qasidunə ərhəmə minh, hacəti olanların Səndən daha rəhmlisini tapmadığı! وَ لا يَجِدُ الْقَاصِدُونَ أَرْحَمَ مِنْهُ
ya xəyrə mən xəla bihi vəhid, Ey kimsəsizlərə gizlində yardımı ilə haqq yolu göstərənlərin ən yaxşısı! يَا خَيْرَ مَنْ خَلا بِهِ وَحِيدٌ
və ya ə`təfə mən əva iləyhi tərid, Ey qaçanların sığındığı şəxslərin ən mehribanı! وَ يَا أَعْطَفَ مَنْ أَوَى إِلَيْهِ طَرِيدٌ
ila səəti əfvikə mədədtu yədi, İlahi, mən sənin geniş əfvinə doğru əllərimi ümidlə açmış, إِلَى سَعَةِ عَفْوِكَ مَدَدْتُ يَدِي
və bizəyli kərəmikə ə`ləqtu kəffi, Sənin kərəminin ətəyindən yapışmışam! وَ بِذَيْلِ كَرَمِكَ أَعْلَقْتُ كَفِّي
fəla tulinil hirman, və la tublini bil xəybəti vəl xusran, Belə isə, məni ümidsizlik və ziyana uğramaqla bəlaya (imtahana) giriftar etmə, فَلا تُولِنِي الْحِرْمَانَ وَ لا تُبْلِنِي بِالْخَيْبَةِ وَ الْخُسْرَانِ
ya səmiəd duai ya ərhəmər rahiminey məxluqatın duasını eşidən, ey mehribanların ən mehribanı!يَا سَمِيعَ الدُّعَاءِ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 149

Читайте также: