Müstəhəb namaz: Zalımdan qorxmamaq üçün namaz

Print Friendly, PDF & Email

Rəziyəddin Həsən ibn Fəzl “Məkarimul-əxlaq” kitabında belə nəql olunmuşdur: Qüsl verdikdən sonra, ayaq yalın 2 rəkət namaz qılıb 100 dəfə bu duanı de:

TranskripsiyaTərcüməƏrəbcə
Ya həyyu ya qəyyum, ya həyyən la ilahə illa ənt, birəhmətikə əstəğisu fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və əğisnis saətəs saəhEy diri, ey əbədi, ey Səndən başqa heç bir tanrı olmayan diri! Sənin rəhmətinə sığınıram. Elə isə Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və elə bu saat mənim fəryadıma yet!يَا حَيُ يَا قَيُّومُ يَا حَيّاً لا اِلَهَ اِلاََّ اَنْتَ، بِرَحْمَتِكَ اَسْتَغيثُ، فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَاَغِثْنيِ السَّاعَةَ السَّاعَة

Sonra isə bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Əs`əlukəllahummə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təltufə li və ən təğlibə li, və ən təmkurə li və ən təxdəə li, və ən təkidə li və ən təkfiyəni məunətə fulan ibni fulanİlahi, Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən, mənə lütf edəsən, Öz qələbəni, məkr və hiyləni mənim xeyrimə bitirəsən və filankəs oğlu filankəsin zəhmətini məndən uzaqlaşdırasan!اَسْئَلُكَ اللَّهُمَّ اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَلْطُفَ لي وَ اَنْ تَغْلِبَ لي، وَ اَنْ تَمْكُرَلي، وَ اَنْ تَخْدَعَ لي، وَ اَنْ تَكيدَلي، وَ اَنْ تَكْفِيَني مَؤُنَةَ فلان بن فُلان

*Fulan ibni fulan sözlərinin yerinə zalımın adını və atasının adını çək!
Bu, Həzrət Peyğəmbərin (s) Uhud müharibəsində oxuduğu duadır.

Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı

Читайте также: