Dua: Evdən çıxan zaman deyilən bir neçə dua və əməl
1) İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: Öz evindən çıxıb başqa yerə getmək istəyən şəxs 3 dəfə «Əllahu Əkbər», 3 dəfə desə
| Ərəbcə | بِاللهِِ اَخْرُجُ، وَ بِاللهِ اَدْخُلُ، وَ عَلَي اللهِ اَتَوَكَّلُ |
| Tərcümə | Allahın adı ilə çıxır, Allahın adı ilə daxil olur və Allaha təvəkkül edirəm. |
| Transkripsiya | Billahi əxrucu və billahi ədxulu və ələllahi ətəvəkkəl. |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməftəh li fi vəchi haza bixəyr, vəxtim li bixəyr, və qini şərrə kulli dabbətin əntə axizun binasiyətiha, innə rəbbi əla siratin mustəqim. | İlahi, üzümü tutduğum tərəfi xeyrə aç, günümü xeyirlə bitir və məni ixtiyarı Sənin əlində olan hər bir heyvanın (canlının) şərindən qoru! Həqiqətən, mənim Rəbbim doğru yoldadır. | اللَّهُمَّ افْتَحْ لي في وَجْهي هَذا بِخَيْرٍ، وَ اخْتِمْ لي بِخَيْرٍ، وَقِني شَرَّ كُلِّ دَابَّةٍ اَنْتَ آخِذٌ بِنَاصِيَتِهَا، اِنَّ رَبّي عَلَى صِرَاطٍ مُسْتَقيمٍ |
2) İmam Zeynəlabidindən (ə) nəql olunmuşdur ki, evinizdən çıxdığınız zaman deyin:
| Ərəbcə | بِسْمِ اللهِ، آمَنْتُ بِاللهِ، وَ تَوَكَّلْتُ عَلَي اللهِ |
| Tərcümə | Allahın adı ilə! Allaha iman gətirdim və Allaha təvəkkül etdim |
| Transkripsiya | Bismillahi aməntu billahi və təvəkkəltu ələllah. |
3) İmam Baqir (ə) buyurmuşdur: «Hər kəs evdən çıxdığı zaman bu duanı oxusa, Allah Təala onun dünya və axirət işlərində olan qəm-qüssəsini aradan aparar». Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi həsbiyəllah, təvəkkəltu ələllah, Əllahummə inni əs`əlukə xəyrə umuri kulliha, və əuzu bikə min xizyid dunya və əzabil axirəh. | Allahın adı ilə! Allah mənə yetər. Allaha təvəkkül etdim. İlahi, Səndən bütün işlərimin xeyrini istəyir, dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram! | بِسْمِ اللهِ، حَسْبِيَ اللهُ، تَوَكَّلْتُ عَلَي اللهِ، اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَيْرَ اُمُوري كُلِّهَا، وَ اَعُوذُ بِكَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الْآخِرَةِ |
4) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, evdən çıxdığınız zaman belə deyin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi təvəkkəltu ələllah, la həvlə və la quvvətə illa billah, | Allahın adı ilə! Allaha təvəkkül etdim. Allahdan başqa güc və qüdrət yoxdur. | بِسْمِ اللهِ، تَوَكَّلْتُ عَلَي اللهِ، لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ |
| Əllahummə inni əs`əlukə xəyrə ma xərəctu ləh, və əuzu bikə min şərri ma xərəctu ləh, | İlahi, Səndən ardınca getdiyim işin xeyrini istəyir və onun şərindən Sənə pənah aparıram! | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَيْرَ مَا خَرَجْتُ لَهُ، وَ اَعُوذُبِكَ مِنْ شَرِّ مَا خَرَجْتُ لَهُ |
| Əllahummə əvsi` ələyyə min fəzlik, və ətmim ələyyə ni`mətək, vəstə`milni fi taətik, vəc`əl rəğbəti fima indək, və təvəffəni əla millətik, və milləti rəsulikə salləllahu ələyhi və alih. | İlahi, mənə Öz lütf və mərhəmətini artır, nemətini tamamla, məni Öz itaətinlə məşğul et, dərgahında olanlara müştaq et, Sənin və Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhlibeytinə) təriqətində dünyadan apar! | اللَّهُمَّ اَوْسِعْ عَلَيَّ مِنْ فَضْلِكَ، وَ اَتْمِمْ عَلَيَّ نِعْمَتَكَ، وَاسْتَعْمِلْني في طَاعَتِكَ، وَاجْعَلْ رَغْبَتي فيمَا عِنْدَكَ، وَ تَوَفَّني عَلَى مِلَّتِكَ وَ مِلَّةِ رَسُولِكَ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ |
5) İmam Rza (ə) buyurmuşdur: Atam evdən çıxıb səfərə getmək istədikdə, bu sözləri deyərdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, xərəctu bihəvlillahi və quvvətihi la bihəvlin minni, və la quvvəti bəl bihəvlikə və quvvətikə ya rəbbi, mutəərrizən li rizqik, fə`tini bihi fi afiyəh. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allahın güc və qüdrəti ilə evdən çıxdım. Öz güc və qüdrətimlə yox, əksinə Sənin güc və qüdrətinlə evdən çıxdım. Ey Rəbbim, üzümü Sənin ruzinə doğru tutmuşam, onu afiyətlə mənə əta et! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، خَرَجْتُ بِحَوْلِ اللهِ وَ قُوَّتِهِ لا بِحَوْلٍ مِنّي، وَ لا قُوَّتي بَلْ بِحَوْلِكَ وَ قُوَّتِكَ يَا رَبِّ، مُتَعَرِّضاً لِرِزْقِكَ، فَاْتِني بِهِ في عَافِيَةٍ |
6) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, evdən çölə çıxdıqda, 10 dəfə «İxlas» surəsini oxuyun, çünki Allah taala onu oxuyan şəxsi öz evinə qayıdana qədər qoruyub saxlayar.
7) İmam Kazim (ə) buyurmuşdur: «Səfərə getmək istəsəniz, evin qapısnın kandarında durub «Həmd» surəsini 4 tərəfinizə oxuyun. Həmçinin «İxlas», «Fələq» və «Nas» surələrini oxuduqdan sonra belə deyin»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməhfizni vəhfəz ma məi, və səllimni və səllim ma məi, və bəlliğni və bəlliğ ma məiyə bəlağən həsəna. | İlahi, məni və mənimlə birgə olanları qoru, məni və mənimlə birgə olanları salamat saxla və məni və mənimlə birgə olanları gözəl şəkildə məqsədə çatdır! | اللَّهُمَّ احْفَظْني، وَاحْفَظْ مَا مَعِيَ، وَ سَلِّمْني وَ سَلِّمْ مَا مَعِيَ، وَ بَلِّغْني وَ بَلِّغْ مَا مَعِيَ بَلاغاً حَسَناً |
8) Yenə də o həzrətdən belə nəql olunmuşdur: «Hər kəs evdən kənara getmək istəsə, belə desin»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi aməntu billah, və təvəkkəltu ələllahi ma şaəllah, lə həvlə və lə quvvətə illa billah. | Allahın adı ilə! Allaha iman gətirdim və Allaha təvəkkül etdim. Allahın istədiyi mütləq gerçəkləşir. Allahdan başqa güc və qüdrət yoxdur! | بِسْمِ اللهِ، آمَنْتُ بِاللهِ، وَ تَوَكَّلْتُ عَلَي اللهِ، مَا شَاءَ اللهُ، لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ |
