Dua: Bəzi hirzlər və dualar

Print Friendly, PDF & Email

Burada 6 dua haqqında söhbət olunacaq:
1) Nəql olunmuşdur ki, bir şəxs həmişə özündə qorxu hissi keçirməsindən İmam Sadiqə (ə) şikayət etdikdə, o həzrət buyurdu: «Sizə bir duadan xəbər verimmi ki, onu oxuduqdan sonra artıq nə gecə, nə də gündüz qorxmayacaqsınız? Həmin dua belədir:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi və təvəkkəltu ələllah, innəhu mən yətəvəkkəlu ələllahi fəhuvə həsbuh, innəllahə baliğu əmrih, qəd cəələllahu likulli şəy`in qədra, Allahın adı və Allahın köməyi ilə! Allaha təvəkkül etdim. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir. بِسْمِ اللهِ وَ بِاللهِ، وَ تَوَكَّلْتُ عَلَي اللهِ، اِنَّهُ مَنْ يَتَوَكَّلْ عَلَي اللهِ فَهُوَ حَسْبُهُ، اِنَّ اللهَ بَالِغُ اَمْرِهِ، قَدْ جَعَلَ اللهُ لِكُلِّ شَيْيٍ قَدْراً
Əllahumməc`əlni fi kənəfikə və civarik, vəc`əlni fi əmanikə və fi mən`ik.İlahi, mənə Öz qapın və kənarında yerləşdir, məni əmin-amanlıqda saxla və qoru!اللَّهُمَّ اجْعَلْني في كَنَفِكَ وَ جِوَارِكَ، وَاجْعَلْني في اَمَانِكَ وَ في مَنْعِكَ

Rəvayət olunmuşdur ki, bir kişi bu duanı otuz il oxudu. Lakin bir gecə onu tərk edib oxumadı, elə həmin gecə əqrəb onu sancdı.
2) Nəql olunmuşdur ki, hər kəs gecəni sübhə kimi, bir otaqda, yaxud bir evdə tək yatmaq istəsə, «Ayətəl-kürsi» ayələrini və bu duanı oxu:
Ərəbcəاللَّهُمَّ آنِسْ وَحْشَتي، وَ آمِنْ رَوْعَتي، وَ اَعِنّي عَلَى وَحْدَتي
Tərcüməİlahi, vəhşətimi aradan qaldır, qorxumu əmin-amanlığa çevir və təkliyimdə mənə yardımçı ol!
TranskripsiyaƏllahummə anis vəhşəti və amin rəv`əti və əinni əla vəhdəti.

3) Rəvayət olunmuşdur ki, həzrət Peyğəmbər (s), Həsənə (ə) və Hüseynə (ə) bu duanı oxudu və onu həzrət İbrahimin (ə) öz oğlanları İsmail və İshaqa oxuduğunu bildirdi. Dua belədir:
Ərəbcəاُعيذُ كُمَا بِكَلِمَاتِ اللهِ التَامَّةِ، وَاَسْمَائِهِ الْحُسْنَى كُلِّهَا عَامَّةً، مِنْ شَرِّ السَّامَّةِ وَالْهَامَّةِ، وَ مِنْ شَرِّ كُلِّ عَيْنٍ لامَّةٍ، وَ مِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ
TərcüməSizi sürünən və çalan heyvanların, bədnəzərin və bir də paxıllığı tutanda paxılın şərindən Allahın bütün bitkin sözləri və gözəl adlarına tapşırıram!
TranskripsiyaUizukuma bi kəlimatillahit tamməh, və əsmaihil husna kulliha amməh, min şərris samməti vəl hamməh, və min şərri kulli əynin lamməh, və min şərri hasidin iza həsəd.

4) Nəql olunmuşdur ki, həzrət Peyğəmbərin (s) səhabələri bəzi müharibələrdə qurdların onlara əziyyət etməsindən o həzrətə şikayət etdilər. Həzrət buyurdu: Öz yataqlarınıza getdiyiniz zaman belə deyin:
TranskripsiyaTərcüməƏrəbcə
Əyyuhal əsvədul vəssab, əlləzi la yubali ğələqən və la baba, əzəmtu ələykə biummil kitab, ən la tu`ziyəni və əshabi ila ən yəzhəbəl ləyl, və yəciəs subhu bima caə.Ey açar və qapıdan qorxusu olmayan qara canlı (həşərat)! Sənə and verirəm kitabın əsasına, gecə keçib sübh açılana qədər mənə və mənim yoldaşlarıma əziyyət vermə.اَيُّهَا الاَسْوَدُ الْوَثَّابُ، الَّذي لايُبَالي غَلَقاً وَلابَاباً، عَزَمْتُ عَلَيْكَ بِاُمِ الْكِتَابِ، اَنْ لاتُؤْذِيَني وَ اَصْحَابي اِلَى اَنْ يَذْهَبَ اللَّيْلُ، وَ يَجييَ الصُّبْحُ بِمَا جَاءَ

5) Həzrət Əmirəlmöminin Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur: Şir, pələng, qurd və onlar kimi, digər vəhşi və yırtıcı heyvanları gördükdə, deyin:
Ərəbcəاَعُوذُ بِرَبِّ دَانِيَالَ وَالْجُبِ، مِنْ كُلِّ اَسَدٍ مُسْتَاْسِدٍ
TərcüməHər bir yırtıcı şirin şərindən Danyal və quyunun Rəbbinə pənah aparıram!
TranskripsiyaƏuzu birəbbi Daniyalə vəl cubb, min kulli əsədin mustə`sid.

İmam Sadiq (ə) belə buyurmuşdur: “Yırtıcı bir heyvan gördükdə, üzünüzü ona tərəf tutub, «Ayətəl-kürsi» ayələrini və bu duanı oxusanız, həqiqətən o, Allahın istəyilə qaçıb gedər! O dua belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əzəmtu ələykə biəzimətillah, və əziməti Muhəmmədin salləllahu ələyhi və alih, və əziməti Suləymanəbni Davud, və əziməti əmirəl mu`mininə Əliyyibni Əbi Talibin ələyhis səlam, vəl əimmətit tahirinə ələhimus səlamu min bə`dih.Sənə Allahın, Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə), Süleyman ibn Davudun, Əmirəlmöminin Əli ibn Əbu Talibin (salam olsun ona) və ondan sonrakı imamların (salam olsun onlara) qərarını and verirəm!عَزَمْتُ عَلَيْكَ بِعَزيمَةِ اللهِ، وَعَزيمَةِ مُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، وَ عَزيمَةِ سُلَيْمَانَ بْنِ دَاوُدَ، وَ عَزيمَةِ اَميرِالْمُؤْمِنينَ عَلِيِ بْنِ اَبي طَالِبٍ عَلَيْه السَّلام، وَالاَئِمَّةِ الطَّاهِرينَ عَلَيْهِمُ السَّلامُ مِنْ بَعْدِهِ

6) Həzrət Peyğəmbərin (s) Əmirəlmöminin Əliyə (ə) belə buyurduğu nəql olunmuşdur: “Ya Əli! Əgər bir bəla və müsibətə düçar olduqda, “Bismillahir rəhmanir rəhim, lə həvlə və lə quvvətə illa billahil əliyyil əzim” – sözlərini oxusan, doğrudan da Allah taala sənə üz gətirən hər bir bəlanı aradan qaldırar.

Читайте также: