İslam aylarının əməlləri: Novruz bayramı və bu bayramda oxunan dualar, edilən əməllər
Novruz bayramı:
İslamın Novruz bayramına münasibəti fikir sahibləri arasında mübahisəli mövzulardan biridir. Bəzi hədislərdən bu günün ümmətlərin nicat günlərindən biri olduğu başa düşülür.
Mərhum Əllamə Məclisi «Zadul-məad» kitabında yazır:Mötəbər sənədlərlə Muəlla ibn Xuneysdən nəql olunur ki, dedi: “Mən novruz günü İmam Sadiqin (ə) yanına getmişdim. O həzrət məndən soruşdu: “Bu günün hansı gün olduğunu bilirsənmi?” Mən dedim: «Sənə fəda olum, bu günü iranlılar əziz gün hesab edir, bu gündə bir-birinə hədiyyə verirlər.» İmam (ə) buyurdu: «Onlar bu gündə baş verən bir sıra hadisələrə görə bu günü əziz bilirlər. Mən bu hadisələri sənə açıqlayaram.»»
Sonra İmam Sadiq (ə) bu hadisələri bəyan etdi. O cümlədən buyurdu: Novruz günüdə Mütəal Allah Öz bəndələrinin ruhlarından əhd aldı ki, Ona sitayiş etsinlər, Onu yeganə bilib şərik qoşmasınlar, peyğəmbərlərə və imamlara iman gətirsinlər.
Novruz günündə Həzrət Nuhun (ə) tufanı yatdı və o həzrətin gəmisi «Cuda» dağına endi.
Novruz günündə Həzrət Rəsulallah (s) Məkkədə Qureyş kafirlərinin bütlərini sındırdı və ondan qabaq İbrahim peyğəmbər (ə) də belə bir gündə kafirlərin bütlərini sındırmışdı.
Belə bir gündə Həzrət Rəsulallah (s) öz sahəbələrinə əmr etdi ki, Həzrət Əli (ə) ilə əmirəl-möminin olaraq beyət etsinlər (yəni Ğədir-xum günü novruz gününə təsadüf etmişdir).
Novruz günündə Ali-Məhəmmədin qaimi zühur edəcəkdir.
Bunun ardınca İmam Sadiq (ə) buyurdu: «Novruz günü bizim və bizim şiələrimizin günüdür, çünki bu gündə onlar fərəcin intizarını çəkərlər. Əcəm camaatı (qeyri-ərəblər) bu günün hörmətini qoruyub saxlamışlar, lakin siz ərəb camaatı onun hörmətini saxlamadınız.»[1] (Sonra İmam Sadiq (ə) bu gündə yerinə yetirilən əməlləri bəyan etmişdir ki, bir qədər irəlidə qeyd olunacaqdır.) Lakin Muəlla ibn Xuneys adlı şəxs Rical elmi alimlərinin nəzərində sual altında olduğu üçün bu hədisə etimad etmək elə də asan deyil. Lakin nəzərə alsaq ki, Novruz bayramı təbiət bayramıdır, başqa sözlə, qışın qurtarması ilə təbiət Allahın izni ilə oyanır və yeni həyata başlayır, ağaclar yarpaqlanır və çiçək açır, canlılar aləmində canlanma yaranır, bu baxımdan yaradılışın bu hadisəsi ilə həmahəng olmaq «ilahi sünnə» ilə həmahəng olmaqdır.
Novruz bayramının əməlləri:
1) Mərhum Əllamə Məclisi «Zadul-məad» kitabında yazır ki, İmam Sadiq (ə) novruz günü yerinə yetirilən bir neçə əməli Muəlla ibn Xuneysə təlim edib buyurdu:
«Novruz günü olduqda qüsl et, ən yaxşı geyimini geyin və ətirlən. (Əgər bacarsan) bu günü oruc tut, zöhr və əsr namazlarını və onların nafilələrini qıldıqdan sonra 4 rəkət (iki rəkət-iki rəkət) namaz qıl. 1-ci rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «Qədr» surəsini, 2-ci rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «Kafirun» surəsini, 3-cü rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsini və 4-cü rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «Fələq» və «Nas» surələrini oxu. Namazdan sonra şükür səcdəsi et və bu duanı oxu»[2]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədinil əvsiyail mərziyyin, və əla cəmii ənbiyaikə və rusulikə biəfzəli sələvatik, və barik ələyhim biəfzəli bərəkatik, və səlli əla ərvahihim və əcsadihim, | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə, bəyənilmiş canişinlərə, bütün peyğəmbərlər və elçilərinə ən fəzilətli salam və salavatını göndər və ən yaxşı bərəkətlərini əta et! Onların ruhları və cəsədlərinə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ وَ عَلَى جَمِيعِ أَنْبِيَائِكَ وَ رُسُلِكَ بِأَفْضَلِ صَلَوَاتِكَ وَ بَارِكْ عَلَيْهِمْ بِأَفْضَلِ بَرَكَاتِكَ وَ صَلِّ عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ |
| Əllahummə barik əla Muhəmmədin və ali Muhəmməd, və barik ləna fi yəvmina hazəlləzi fəzzəltəhu və kərrəmtəh, və şərrəftəhu və əzzəmtə xətərəh, | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə bərəkət ver! Üstünlük verdiyin, ucaltdığın, şərafət və böyüklük bağışladığın bu gündə bizə də bərəkət ver! | اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَارِكْ لَنَا فِي يَوْمِنَا هَذَا الَّذِي فَضَّلْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ عَظَّمْتَ خَطَرَهُ |
| Əllahummə barik li fima ən`əmtə bihi ələyyə hətta la əşkurə əhədən ğəyrək, və vəssi` ələyyə fi rizqi ya zəl cəlali vəl ikram, | İlahi, onun vasitəsilə mənə nemət bəxş etdiklərinə bərəkət ver ki, Səndən başqasına təşəkkür etməyim! (İlahi,) ruzimi bol et, ey calal və kəramət sahibi! | اللَّهُمَّ بَارِكْ لِي فِيمَا أَنْعَمْتَ بِهِ عَلَيَّ حَتَّى لا أَشْكُرَ أَحَدا غَيْرَكَ وَ وَسِّعْ عَلَيَّ فِي رِزْقِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ |
| Əllahummə ma ğabə ənni fəla yəğibənnə ənni əvnukə və hifzuk, və ma fəqədtu min şəy`in fəla tufqidni əvnəkə ələyh, hətta la ətəkəlləfə ma la əhtacu iləyhi ya zəl cəlali vəl ikram. | İlahi, məndən gizli olanları Öz yardımın və hifzinlə məndə gizli saxlama, mən bir şey itirsəm də, Sən Öz yardımını məndən əsirgəmə ki, möhtac olmadıqlarıma görə əzab-əziyyət düşməyim, ey calal və kəramət sahibi! | اللَّهُمَّ مَا غَابَ عَنِّي فَلا يَغِيبَنَّ عَنِّي عَوْنُكَ وَ حِفْظُكَ وَ مَا فَقَدْتُ مِنْ شَيْءٍ فَلا تُفْقِدْنِي عَوْنَكَ عَلَيْهِ حَتَّى لا أَتَكَلَّفَ مَا لا أَحْتَاجُ إِلَيْهِ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ |
2) Məşhur kitablarda ilin təhvil olan vaxtı bu duanın çoxlu oxunması və bəzilərinin dediyinə görə 366 dəfə oxunması rəvayət olunmuşdur[3]:
| Ərəbcə | يَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَالِ حَوِّلْ حَالَنَا إِلَى أَحْسَنِ الْحَالِ |
| Tərcümə | Ey hal və vəziyyətləri dəyişdirən, bizim halımızı ən yaxşı şəkildə dəyiş! |
| Transkripsiya | Ya muhəvviləl həvli vəl əh-val, həvvil haləna ila əhsənil hal. |
| Ərəbcə | يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ يَا مُدَبِّرَ اللَّيْلِ وَ النَّهَارِ يَا مُحَوِّلَ |
| Tərcümə | Ey qəlbləri və gözləri çevirən! Ey gecə və gündüzü idarə edən! Ey dəyişdirən!... |
| Transkripsiya | Ya muqəllibəl qulubi vəl əbsar, ya mudəbbirəl ləyli vən nəhar, ya muhəvviləl... |
3) Əgər belə etsən 50 illik günahların bağışlanar və çoxlu de:
| Ərəbcə | يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ |
| Tərcümə | Ey calal və kəramət sahibi! |
| Transkripsiya | Ya zəl cəlali vəl ikram |
4) Mərhum Əllamə Məclisi qeyd edir ki, bəzi hədislərə istinadən novruz günü aşağıdakı duanı ilin günlərinin sayı qədər oxuyun[4]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| YOXDUR | Ey Allahım, bu, yeni ildir və Sən qədim padşahsan, Səndən onun xeyrini və onda olan xeyirləri istəyirəm, onun şərindən və onda olan şərdən Sənə pənah aparıram və onun çətinliklərinin həllini Səndən istəyirəm, ey cəlalət və ikram sahibi | اَللَّهُمَّ هٰذِهِ سَنَةٌ جَدِیدَةٌ، و اَنْتَ مَلِکُ قَدِیمٍ، اَسْئَلُکَ خَیْرَهَا وَ خَیْرَ مَا فِیهَا، وَ أَعُوذُ بِکَ مِنْ شَرِّها وَ شَرِّ مَا فِیهَا، وَ اَسْتَکْفِیکَ مَؤُونَتَهَا وَ شُغْلَهَا، یَا ذَا الْجَلَالِ وَ الْإِکْرَامِ |
Mənbə:
[1] Əllamə Məclisi — Zadul-məad, səh 528-530,
Əllamə Məclisi — Biharul-ənvar, c 56, səh 91-100 (mətndə xülasəsi və məzmunu verildi).
Bunun müqabilində Novruz bayramını qeyd etməyi
inkar edən hədislər də nəql olunmuşdur.
Lakin Əllamə Məclisi Muəlla ibn Xunəysin nəql etdiyi hədisi tərcih etmişdir.
[2] Əllamə Məclisi — Zadul-məad, səh 530
[3] Əllamə Məclisi — Zadul-məad, səh 531
[4] Əllamə Məclisi — Zadul-məad, səh 531
