“Zatur-riqa” istixarəsinin namazı.

Print Friendly, PDF & Email

Şeyx Abbas Qumi deyir ki, istixarə sözünün mənası, “xeyir istəmək” deməkdir. Odur ki, hər bir işi görmək istədikdə, o işin xeyrini Allahdan istə. Hədislərdə buyurulubdur ki, gecə namazının axırıncı səcdəsində də Allahdan hər işin xeyrini istəyərək, 101 dəfə bu sözü demək olar: “Əstəxirullahə birəhmətih.” Sübh nafiləsinin axırıncı səcdəsində və günorta namazının nafilələrinin hər bir rəkətində Allahdan xeyir diləmək də müstəhəbdir.
Bu namaz[1]  aşağıdakı qaydada qılınır:
Bir işi yerinə yetirmək istədiyin vaxt niyyət edib, altı kağız parçası götür və onlardan 3-nə bu sözləri yaz:

Ərəbcəبِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، خِيَرَةٌ مِنَ اللهِ الْعَزيزِ الْحَكيمِ، لِفُلان بْنِ فُلانة اِفْعَلْ
TərcüməBağışlayan və mehriban Allahın adı ilə başlayıram. İzzətli və qüdrətli Allahdan filankəsin oğlu filankəs üçün xeyir diləyirəm
TranskripsiyaBismillahir rəhmanir rəhim, xiyərətun minəllahil əzizil hə-kim, li fulanibni fulan, if`əl

O birisi 3 kağızda isə “İf`əl” sözünün yerinə “La təf`əl” sözünü yaz. Sonra bu kağızları səccadənin altına qoy və 2 rəkət namaz qıl. Namazı qılıb, qurtardıqdan sonra səcdəyə get və 100 dəfə bu sözləri de:
Ərəbcəاَسْتَخيرُ اللهَ بِرَحْمَتِهِ، خِيَرَةً في عَافِيَةٍ
TərcüməAllahdan Öz rəhməti vasitəsilə afiyət və sağlamlıqla birgə xeyir diləyirəm!
TranskripsiyaƏstəxirullahə birəhmətihi xiyərətən fi afiyəh

Daha sonra səcdədən qalxıb, yerində əyləş və bu duanı oxu:
Ərəbcəاللَّهُمَّ خِرْلي وَاخْتَرْلي في جَميعِ اُمُوري، في يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ
Tərcüməİlahi, mənə xeyir yetir və bütün işlərimdə mənə xeyir qismət et ki, Öz tərəfindən asanlıq və sağlamlıqla sona yetsin!
TranskripsiyaƏllahummə xir li vəxtər li fi cəmii umuri, fi yusrin minkə və afiyəh

Bu duadan sonra əlinlə kağızları qarışdır və bir-bir səccadənin altından çıxart. Əgər ardıcıl olaraq üç “İf`əl” yazılan kağız çıxsa, o işi yerinə yetir. Amma əgər ardıcıl olaraq üç “La təf`əl” yazılan kağız çıxsa, o işi yerinə yetirmə. Amma əgər birinci “İf`əl” yazılan kağız və ikinci “La təf`əl” yazılan kağız çıxsa, kağızları yenidən qarışdır və onlardan beşini götür. Əgər üç “İf`əl” və iki “La təf`əl” yazılıbdırsa, o işi yerinə yetir, amma əgər əksinə olsa, o işi yerinə yetirmə.[2]

Mənbələr:
[1] “Riqa” ərəb sözü olub “kağız vərəqlər” deməkdir.
Bu istixarədə kağız vərəqlər üzərində yazıdan
istifadə edildiyi üçün “zatur-riqa istixarəsi” adlanmışdır.
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 230, hədis 5

Читайте также: