Salavat: Muhəmməd Peyğəmbərə (s) salavat

Print Friendly, PDF & Email

Muhəmməd Peyğəmbərə (s) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə səlli əla Muhəmmədin kəma həmələ vəhyəkə və bəlləğə risalatik, İlahi, Muhəmmədə vəhyini daşıdığı və tapşırıqlarını təbliğ etdiyi kimi salam yetir! اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا حَمَلَ وَحْيَكَ وَ بَلَّغَ رِسَالاتِكَ
və səlli əla Muhəmmədin kəma əhəllə həlaləkə və hərrəmə həraməkə və əlləmə kitabək, (İlahi,) Muhəmmədə halalını halal, haramını isə haram etdiyi və kitabını (insanlara) təlim verdiyi kimi salam yetir! وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا أَحَلَّ حَلالَكَ وَ حَرَّمَ حَرَامَكَ وَ عَلَّمَ كِتَابَكَ
və səlli əla Muhəmmədin kəma əqaməs səlatə və atəz zəkatə və dəa ila dinik, (İlahi,) Muhəmmədə namaz qıldığı, zəkat verdiyi və (insanları) dininə dəvət etdiyi kimi salam yetir! وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا أَقَامَ الصَّلاةَ وَ آتَى الزَّكَاةَ وَ دَعَا إِلَى دِينِكَ
və səlli əla Muhəmmədin kəma səddəqə bivə`dikə və əşfəqə min vəidik, (İlahi,) Muhəmmədə vədini təsdiqlədiyi və (insanları) əzab vədindən qorxutduğu kimi salam yetir! وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا صَدَّقَ بِوَعْدِكَ وَ أَشْفَقَ مِنْ وَعِيدِكَ
və səlli əla Muhəmmədin kəma ğəfərtə bihiz zunubə və sətərtə bihil uyubə və fərrəctə bihil kurub, (İlahi,) Muhəmmədə onun vasitəsilə günahları bağışladığın, eyibləri örtdüyün və çətinlikləri aradan qaldırdığın kimi salam yetir! وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا غَفَرْتَ بِهِ الذُّنُوبَ وَ سَتَرْتَ بِهِ الْعُيُوبَ وَ فَرَّجْتَ بِهِ الْكُرُوبَ
və səlli əla Muhəmmədin kəma dəfə`tə bihiş şəqaə və kəşəftə bihil ğəmma, və əcəbtə bihid duaə və nəccəytə bihi minəl bəla, (İlahi,) Muhəmmədə onun vasitəsilə bədbəxtlikləri dəf etdiyin, qəmləri aradan qaldırdığın, duaları qəbul etdiyin və (insanları) bəlalardan nicat verdiyin kimi salam yetir! وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا دَفَعْتَ بِهِ الشَّقَاءَ وَ كَشَفْتَ بِهِ الْغَمَّاءَ وَ أَجَبْتَ بِهِ الدُّعَاءَ وَ نَجَّيْتَ بِهِ مِنَ الْبَلاءِ
və səlli əla Muhəmmədin kəma rəhimtə bihil ibadə və əhyəytə bihil bilad, (İlahi,) Muhəmmədə onun vasitəsilə bəndələrə rəhm etdiyin, şəhərləri abadlaşdırdığın, وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا رَحِمْتَ بِهِ الْعِبَادَ وَ أَحْيَيْتَ بِهِ الْبِلادَ
və qəsəmtə bihil cəbabirətə və əhləktə bihil fərainəh, zalım hakimlərin belini sındırdığın və fironları (allahlıq iddiasında olanları) həlak etdiyin kimi salam yetir! وَ قَصَمْتَ بِهِ الْجَبَابِرَةَ وَ أَهْلَكْتَ بِهِ الْفَرَاعِنَةَ
və səlli əla Muhəmmədin kəma əz`əftə bihil əmvalə və əhrəztə bihi minəl əhval, (İlahi,) Muhəmmədə onun vasitəsilə (insanların) sərvətini artırdığın, qorxulu hadisələrdən nicat verdiyin, وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا أَضْعَفْتَ بِهِ الْأَمْوَالَ وَ أَحْرَزْتَ بِهِ مِنَ الْأَهْوَالِ
və kəsərtə bihil əsnamə və rəhimtə bihil ənam, bütləri sındırdığın və insanlara rəhm etdiyin kimi salam yetir! وَ كَسَرْتَ بِهِ الْأَصْنَامَ وَ رَحِمْتَ بِهِ الْأَنَامَ
və səlli əla Muhəmmədin kəma bəəstəhu bixəyril ədyani və ə`zəztə bihil iman, (İlahi,) Muhəmmədə onu ən yaxşı dinlə göndərdiyin, iman vasitəsilə ucaltdığın, وَ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا بَعَثْتَهُ بِخَيْرِ الْأَدْيَانِ وَ أَعْزَزْتَ بِهِ الْإِيمَانَ
və təbbərtə bihil əvsanə və əzzəmtə bihil bəytəl həram, onun vasitəsilə bütləri məhv etdiyin və Kəbə evinə əzəmət verdiyin kimi salam yetir! وَ تَبَّرْتَ بِهِ الْأَوْثَانَ وَ عَظَّمْتَ بِهِ الْبَيْتَ الْحَرَامَ
və səlli əla Muhəmmədin və əhli bəytihit tahirinəl əxyar, və səlləmə təslima(İlahi,) Muhəmməd və onun pak-pakizə və xeyirxah Əhlibeytinə xüsusi salam və salavatını göndər!وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ الطَّاهِرِينَ الْأَخْيَارِ وَ سَلَّمَ تَسْلِيما

Читайте также: