Salavat: İmam Həsən ibn Əli ibn Muhəmmədə (ə) salavat

Print Friendly, PDF & Email

İmam Həsən Əskəriyə (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibn Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
Bu salavatı rəvayət edən şəxs Əbu Muhəmməd Yəməni dedi: “Həzrət İmam Həsən Əskəri (ə), atası İmam Hadiyə (ə) göndərilən salavatı öyrədib, növbə özünə yetişdikdə sükut etdi (çünki bu salavatları İmam Həsən Əskəri özü raviyə öyrədirdi). Mən, o həzrətə ərz etdim: “O biri imamlara da göndərilən salavatı təlim ediniz.” O, buyurdu: “Əgər bu təlimlər, bizim dini vəzifəmiz olmasaydı və Allah Taala, bu təlimləri öz əhlinə çatdırmağı bizə göstəriş verməsəydi, şübhəsiz ki, sükut edərdim. Lakin dini bir təlim olduğu üçün yaz!

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli ələl Həsənibni Əliyyibni Muhəmmədinil bərrit təqiyyis sadiqil vəfiyyin nuril muzi, xazini ilmikə vəl muzəkkəri bitəvhidik, və vəliyyi əmrikə və xələfi əimmətid dinil hudatir raşidin, vəl huccəti əla əhlid dunya, İlahi, təqvalı xeyirxah, vəfalı sadiq, parlayan nur, elminin xəzinədarı, yeganəliyini xatırladan, əmrinin sahibi, dinin hidayət edən və yol göstərən rəhbərlərinin yadigarı, dünya əhlinə höccət olan Həsən ibn Əli ibn Muhəmmədə salam yetir! اللَّهُمَّ صَلِّ عَلَى الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ مُحَمَّدٍ الْبَرِّ التَّقِيِّ الصَّادِقِ الْوَفِيِّ النُّورِ الْمُضِي‏ءِ خَازِنِ عِلْمِكَ وَ الْمُذَكِّرِ بِتَوْحِيدِكَ وَ وَلِيِّ أَمْرِكَ وَ خَلَفِ أَئِمَّةِ الدِّينِ الْهُدَاةِ الرَّاشِدِينَ وَ الْحُجَّةِ عَلَى أَهْلِ الدُّنْيَا
fəsalli ələyhi ya rəbbi əfzələ ma səlləytə əla əhədin min əsfiyaikə və hucəcikə və əvladi rusulik, ya ilahəl aləminEy mənim Rəbbim, xas bəndələrindən, höccətlərindən və elçilərinin övladlarından birinə göndərdiyin salamın ən üstün və fəzilətlisini ona da göndər, ey aləmlərin məbudu!فَصَلِّ عَلَيْهِ يَا رَبِّ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَصْفِيَائِكَ وَ حُجَجِكَ وَ أَوْلادِ رُسُلِكَ يَا إِلَهَ الْعَالَمِينَ

 

Читайте также: