Salavat: Xanımlar-xanımı Fatimeyi Zəhraya (s.ə) salavat

Print Friendly, PDF & Email

Xanımlar-xanımı Fatimeyi Zəhraya (s.ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə səlli ələs siddiqəti Fatimətəz zəkiyyəti həbibəti həbibikə və nəbiyyik, İlahi, pak-pakizə, Sənin həbibin və Peyğəmbərinin sevimlisi, اللَّهُمَّ صَلِّ عَلَى الصِّدِّيقَةِ فَاطِمَةَ الزَّكِيَّةِ حَبِيبَةِ حَبِيبِكَ وَ نَبِيِّكَ
və ummi əhibbaikə və əsfiyaik, dostların və seçdiyin bəndələrinin anası Siddiqeyi-Fatiməyə (s)وَ أُمِّ أَحِبَّائِكَ وَ أَصْفِيَائِكَ
əllətintəcəbtəha və fəzzəltəha vəxtərtəha əla nisail aləmin, bəyənib-seçdiyin, fəzilət verdiyin və aləmlərin qadınlarından üstün tutduğun xanıma salam yetir! الَّتِي انْتَجَبْتَهَا وَ فَضَّلْتَهَا وَ اخْتَرْتَهَا عَلَى نِسَاءِ الْعَالَمِينَ
Əllahummə kunit talibə ləha mimmən zələməha, vəstəxəffə bihəqqiha, və kunis sairəllahummə bidəmi əvladiha, İlahi, ona zülm və hörmətsizlik edən, onun övladının qanını tökənlərdən intiqam al! اللَّهُمَّ كُنِ الطَّالِبَ لَهَا مِمَّنْ ظَلَمَهَا وَ اسْتَخَفَّ بِحَقِّهَا وَ كُنِ الثَّائِرَ اللَّهُمَّ بِدَمِ أَوْلادِهَا
Əllahummə və kəma cəəltəha umməl əimmətil huda və həlilətə sahibil liva, vəl kərimətə indəl mələil ə`la, İlahi, onu hidayətçi imamların anası, şəfaət bayraqdarının (imam Əlinin (ə)) zövcəsi seçdiyin və yüksək aləmdə əzizlədiyin kimi, اللَّهُمَّ وَ كَمَا جَعَلْتَهَا أُمَّ الْأَئِمَّةِ الْهُدَى وَ حَلِيلَةَ صَاحِبِ اللِّوَاءِ وَ الْكَرِيمَةَ عِنْدَ الْمَلَإِ الْأَعْلَى
fəsəlli ələyha və əla ummiha səlatən tukrimu biha vəchə Muhəmmədin (əbiha) səlləllahu ələyhi və alih, və tuqirru biha ə`yunə zurriyyətiha, ona və anasına (Xədicə) da salam yetir; elə bir salam ki, atası Muhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) vücudunu əziz tutdun və onun vasitəsilə övladlarının gözlərini işıqlandırdın! فَصَلِّ عَلَيْهَا وَ عَلَى أُمِّهَا صَلاةً تُكْرِمُ بِهَا وَجْهَ مُحَمَّدٍ [أَبِيهَا] صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ تُقِرُّ بِهَا أَعْيُنَ ذُرِّيَّتِهَا
və əbliğhum ənni fi hazihis saəti əfzələt təhiyyəti vəs səlam(İlahi,) mənim tərəfimdən də elə bu saat onlara ən yaxşı və fəzilətli salam və salavat çatdır!وَ أَبْلِغْهُمْ عَنِّي فِي هَذِهِ السَّاعَةِ أَفْضَلَ التَّحِيَّةِ وَ السَّلامِ

Читайте также: