Salavat: İmam Cəfər ibn Muhəmmədə (ə) salavat
İmam Cəfəri Sadiqə (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli əla Cə`fəribni Muhəmmədinis Sadiqi xazinil ilmid dai iləykə bil həqqin nuril mubin, | İlahi, elmin xəzinədarı, insanları Sənə doğru haqq olaraq dəvət edən və aşkar nur olan Cəfər ibn Məhəmməd Sadiqə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى جَعْفَرِ بْنِ مُحَمَّدٍ الصَّادِقِ خَازِنِ الْعِلْمِ الدَّاعِي إِلَيْكَ بِالْحَقِّ النُّورِ الْمُبِينِ |
| Əllahummə və kəma cəəltəhu mə`dinə kəlamikə və vəhyikə | İlahi, onu kəlamın və vəhyinin mədəni, | اللَّهُمَّ وَ كَمَا جَعَلْتَهُ مَعْدِنَ كَلامِكَ وَ وَحْيِكَ |
| və xazinə ilmikə və lisanə təvhidikə və vəliyyi əmrikə və mustəhfəzə (mustəhfizə) dinik, | elminin xəzinədarı, yeganəliyinin (danışan) dili, əmrinin sahibi və dininin gözətçisi təyin etdiyin kimi, ona salam yetir; | وَ خَازِنَ عِلْمِكَ وَ لِسَانَ تَوْحِيدِكَ وَ وَلِيَّ أَمْرِكَ وَ مُسْتَحْفَظَ [مُسْتَحْفِظَ] دِينِكَ |
| fəsəlli ələyhi əfzələ ma səlləytə əla əhədin min əsfiyaikə və hucəcik, | elə bir salam ki, xas bəndələrin və höcətlərindən birinə göndərdiyin salamdan üstün və fəzilətli olsun. | فَصَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَصْفِيَائِكَ وَ حُجَجِكَ |
| innəkə həmidun məcid | Həqiqətən, Sən tərifəlayiq və böyüksən! | اِنَّكَ حَمِيدٌ مَجِيدٌ |
