Salavat: İmam Muhəmməd ibn Əli ibn Musaya (ə) salavat
İmam Cavada (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli əla Muhəmmədibni Əliyyibni Musa ələmit tuqa, və nuril huda və mə`dinil vəfa, və fər`il əzkiyai və xəlifətil əvsiyai və əminikə əla vəhyik, | İlahi, təqva nişanəsi, hidayət nuru, vəfadarlıq mədəni, pak insanların nəsli, canişinlərin xəlifəsi və Öz vəhyinin əmanətdarı olan Muhəmməd ibn Əli ibn Musaya salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ مُوسَى عَلَمِ التُّقَى وَ نُورِ الْهُدَى وَ مَعْدِنِ الْوَفَاءِ وَ فَرْعِ الْأَزْكِيَاءِ وَ خَلِيفَةِ الْأَوْصِيَاءِ وَ أَمِينِكَ عَلَى وَحْيِكَ |
| Əllahummə fəkəma hədəytə bihi minəz zəlaləti vəstənqəztə bihi minəl həyrəh, və ərşədtə bihi mənihtəda, | İlahi, insanları onun vasitəsilə azğınlıqdan doğru yola yönəltdiyin, sərgərdanlıqdan nicat verdiyin, | اللَّهُمَّ فَكَمَا هَدَيْتَ بِهِ مِنَ الضَّلالَةِ وَ اسْتَنْقَذْتَ بِهِ مِنَ الْحَيْرَةِ وَ أَرْشَدْتَ بِهِ مَنِ اهْتَدَى |
| və zəkkəytə bihi mən təzəkka, | hidayət olunanlara yol göstərdiyin və paklananları pakladığın kimi, | وَ زَكَّيْتَ بِهِ مَنْ تَزَكَّى |
| fəsəlli ələyhi əfzələ ma səlləytə əla əhədin min əvliyaikə və bəqiyyəti əvsiyaik, | dostlarından birinə göndərdiyin salamın ən üstün və fəzilətlisini ona da göndər! | فَصَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلِيَائِكَ وَ بَقِيَّةِ أَوْصِيَائِكَ |
| innəkə əzizun həkim | Həqiqətən, Sən izzət və hikmət sahibisən! | اِنَّكَ عَزِيزٌ حَكِيمٌ |
