Salavat: İmam Əli ibn Muhəmməd Naqiyə (ə) salavat

Print Friendly, PDF & Email

İmam Hadiyə (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə səlli əla Əliyyibni Muhəmmədin vəsiyyil əvsiyai və imamil ətqiya,İlahi, canişinlərin canişini, təqvalıların imamı,اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ وَصِيِّ الْأَوْصِيَاءِ وَ إِمَامِ الْأَتْقِيَاءِ
və xələfi əimmətid dini vəl huccəti ələl xəlaiqi əcməin, din rəhbərlərinin yadigarı və bütün məxluqata höccət olan Əli ibn Muhəmmədə salam yetir!وَ خَلَفِ أَئِمَّةِ الدِّينِ وَ الْحُجَّةِ عَلَى الْخَلائِقِ أَجْمَعِينَ
Əllahummə kəma cəəltəhu nurən yəstəziu bihil mu`minun, İlahi, onu möminlərə parlaq çıraq seçdiyinاللَّهُمَّ كَمَا جَعَلْتَهُ نُورا يَسْتَضِي‏ءُ بِهِ الْمُؤْمِنُونَ
fəbəşşərə bil cəzili min səvabikə və o da onları böyük mükafatla müjdələdiyi, فَبَشَّرَ بِالْجَزِيلِ مِنْ ثَوَابِكَ
və ənzərə bil əlimi min iqabik, və həzzərə bə`səkə və zəkkərə biayatik, ağır əzabın və cəzalarınla qorxutduğu, onlara Sənin ayələrini xatırladığı, وَ أَنْذَرَ بِالْأَلِيمِ مِنْ عِقَابِكَ وَ حَذَّرَ بَأْسَكَ وَ ذَكَّرَ بِآيَاتِكَ
və əhəllə həlaləkə və hərrəmə həramək, halalını halal, haramını isə haram bildiyi,وَ أَحَلَّ حَلالَكَ وَ حَرَّمَ حَرَامَكَ
və bəyyənə şərayiəkə və fərayizək, Sənin şəriətini və vacib buyurduğun əməlləri bəyan etdiyi, وَ بَيَّنَ شَرَائِعَكَ وَ فَرَائِضَكَ
və həzzə əla ibadətikə və əmərə bitaətikə və nəha ən mə`siyətik, onları Sənə ibadətə rəğbətləndirdiyi, itaətinə əmr etdiyi və Sənə itaətsizlikdən çəkindirdiyi kimi, وَ حَضَّ عَلَى عِبَادَتِكَ وَ أَمَرَ بِطَاعَتِكَ وَ نَهَى عَنْ مَعْصِيَتِكَ
fəsəlli ələyhi əfzələ ma səlləytə əla əhədin min əvliyaikə və zurriyyəti ənbiyaik, ya ilahəl aləmindostlarından və peyğəmbərlərinin övladlarından birinə göndərdiyin salamın ən üstün və fəzilətlisini ona da göndər, ey aləmlərin məbudu!فَصَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلِيَائِكَ وَ ذُرِّيَّةِ أَنْبِيَائِكَ يَا إِلَهَ الْعَالَمِينَ

Читайте также: