Ziyarətnamə: Ziyarətlər və ziyarətnamələrə müqəddimə
Ziyarətlər və ziyarətnamələr bölümünə müqəddimə
Allah övliyalarının[1] ziyarəti – Allaha doğru aparan bir yol
Allah övliyalarını, başda İslam peyğəmbəri Həzrət Muhəmməd (s) və o həzrətin haqq canişinləri olan Məsum İmamlar (ə) durmaqla, ziyarət etmək onlarla mənəvi əlaqə, bağlantı yaratmaqdır. İstər yaxından (onların pak qəbirləri kənarından), istərsə də uzaqdan o müqəddəs şəxsiyyətləri ziyarət etmək — onlara salam söyləmək, fəzilət, kəramət, ibadət, itaət və xidmətlərini bəyan edərək onlara sevgi və sayqı nümayiş etdirmək — ziyarət edən şəxsin mənəvi tərbiyəsində, ruhunun yüksəlişində, əxlaqi dəyərlərə yiyələnməsində olduqca böyük təsirə malikdir. Əgər ziyarətçi nə etdiyini və nə dediyini bilərsə, heç şübhəsiz, özünüislaha can atar, onda Allaha itaət etmək və insani vəzifələrini yerinə yetirmək şövqü yaranar. Çünki:
1) Qeyri-mümkündür ki, ziyarətçi o müqəddəs şəxsiyyətlərin uca mənəvi məqamlarına, səciyyəvi keyfiyyətlərinə diqqət yetirsin və onları dilə gətirsin, lakin bu, ziyarətçinin üzərində heç bir təsir qoymasın? Başqa sözlə, sadaladığı bu keyfiyyətlər onu özünə cəlb etməsin və zaman-zaman onu öz rənginə boyamasın!
2) Necə ola bilər ki, biz öz mənəvi və ya maddi ehtiyaclarımızı onlara söyləyib Allah dərgahında onları şəfaətçi, vasitəçi edək, lakin onların diqqət və razılığına bais olan bir əməl sahibi olmayaq?! Bunu başa düşmək, sizcə, günahdan tövbə və özünü islah etməyə yetərli deyilmi?!
3) İnsan psixologiyası ilə azacıq tanış olan və insanda örnək qəbul etmə, təqlid etmə, təsir altına düşmə kimi xüsusiyyətin olduğunu bilən hər bir şəxs təsdiqləyər ki, əgər zəyarətçi oxuduğu ziyarətin mənasına diqqət yetirərsə, onun hər cümləsindən insanı tərbiyələndirən, mənəviyyatı zənginləşdirən bir dərs və ya dərslər alar. Məsələn, ali məzmuna malik “Camiə-Kəbirə” ziyarətindən bir neçə nümunəyə diqqət yetirək:
1) Ziyarətdə o müqəddəs şəxsiyyətlərin Allaha olan sevgisindən, yeganəpərəstliyindən, şirkdən uzaq olmalarından söz açılır[2]:
| Ərəbcə | Tərcümə |
|---|---|
| اَلسَّلَامُ عَلَى الدُّعَاةِ اِلَى اللهِ، وَ الْأَدِلَّاءِ عَلَىٰ مَرْضَاتِ اللهِ، وَ الْمُسْتَقِرِّينَ فِى اَمْرِ اللهِ، وَ التَّامِّينَ فِى مَحَبَّةِ اللهِ، وَ الْمُخْلِصِينَ فِى تَوْحِيدِ اللهِ، وَ الْمُظْهِرِينَ لِأَمْرِ اللهِ وَ نَهْيِهِ، وَ عِبَادِهِ الْمُكْرَمِينَ، اَلَّذِينَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ، وَ هُمْ بِأَمْرِهِ يَعْمَلُونَ | Salam olsun Allaha tərəf dəvət edənlərə, Allahın razılığına tərəf hidayət edənlərə, Allahın əmrində (əmrə itaətdə) sabitqədəm olanlara, Allaha sevgidə xalis olanlara, Allahın yeganələyində muxlis olanlara, Allahın əmrini və nəhyini (qadağasını) zahir edənlərə, Allahın o girami bəndələrinə ki, Onun sozündən önə keçmir və Onun əmrinə əməl edirlər. |
2) Qeyri-mümkündür ki, ziyarətçi onların təqva, dürüstlük və ixlaslı yeganəpərəstliyini, günah və səhvlərdən uzaq olub pak olmalarını dilə gətirsin və şəhadət versin ki, siz təqvalı, sədaqətli, Allahın əmrinə tabe olan və Onun istəklərinə əməl edən imamlarsınız; siz ilahi tövhidin sütunları və Allahın düz yoluna hidayət edənlərsiniz; Allah sizi çaşqınlıqlardan qorumuş, dində yaranan fitnələrdən amanda saxlamış və sizi günahların çirkindən pak saxlamışdır, lakin özü təqvalı, sədaqətli, rəzilliklərdən uzaq və tövhid yolunda sabitqədəm olmaq əzmində olmasın!
3) Qeyri-mümkündür ki, ziyarətçi o müqəddəs şəxsiyyətlərə xitabən onların Allah yolunda səbir, dözüm, cihad və fədakarlığından, həmçinin namaza, zəkata, əmr bil-məruf və nəhy ənil-munkərə verdikləri əhəmiyyətdən söz açaraq desin[3]:
| Ərəbcə | Tərcümə |
|---|---|
| فَعَظَّمْتُمْ جَلَالَهُ، وَ اَكْبَرْتُمْ شَأْنَهُ، وَ مَجَّدْتُمْ كَرَمَهُ، وَ اَدَمْتُمْ ذِكْرَهُ، وَ وَكَّدْتُمْ مِيثَاقَهُ، وَ اَحْكَمْتُمْ عَقْدَ طَاعَتِهِ، وَ نَصَحْتُمْ لَهُ فِى السِّرِّ وَ الْعَلَانِيَةِ، وَ دَعَوْتُمْ اِلَىٰ سَبِيلِهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ، وَ بَذَلْتُمْ اَنْفُسَكُمْ فِى مَرْضَاتِهِ، وَ صَبَرْتُمْ عَلَىٰ مَا اَصَابَكُمْ ٍفِى جَنْبِهِ، وَ اَقَمْتُمُ الصَّلَاةَ، وَ ءَاتَيْتُمُ الزَّكَاةَ، وَ اَمَرْتُمْ بِالْمَعْرُوفِ، وَ نَهَيْتُمْ عَنِ الْمُنْكَرِ، وَ جَاهَدْتُمْ فِى اللهِ حَقَّ جِهَادِهِ، حَتَّىٰ اَعْلَنْتُمْ دَعْوَتَهُ، وَ بَيَّنْتُمْ فَرَاۤئِضَهُ، وَ اَقَمْتُمْ حُدُودَهُ، وَ نَشَرْتُمْ شَرَايِعَ اَحْكَامِهِ | Siz Onun əzəmətini uca tutdunuz, şənini böyük bildiniz, bəxş etməyini təriflədiniz, daim Onu yad etdiniz, peymanını möhkəm və bəndəlik əhdini qırılmaz etdiniz, aşkarda və gizlində xeyirxahlığını istəyib hikmət və öyüd-nəsihətlə (camaatı) Onun yoluna dəvət etdiniz, onun razılığı yolunda canınızı fəda etdiniz, Allah yolunda üzləşdiyiniz müsibətlərə dözdünüz, namaz qılıb zəkat verdiniz, əmr bil-məruf və nəhy ənil-munkər edib layiqincə cihad etdiniz, ta ki, Onun dəvətini aşkar etdiniz, vacib buyurduqlarını bəyan etdiniz, ilahi hüdudları qorudunuz və şəriətinin qanunlarını yaydınız |
4) Necə ola bilər ki, ziyarətçi onlara xitabən: “Mən sizin hakimiyyətinizi — zəmanənin imamının zühurunu gözləyirəm, sizin əmrinizə tabeyəm, sizin istəklərinizi öz istəklərimdən öndə tutur, onları əhəmiyyətli bilirəm…”- deyə söyləsin[4], lakin əməl məqamına gəldikdə, bütün bu sözləri və əhd-peymanları ayaq altına atsın!
5) Necə ola bilər ki, ziyarətçi o müqəddəs şəxsiyyətlərə söylədiyi salam və salavatın ruhun paklanmasında, günahların örtülməsində olan təsirlərindən, imamətin bərəkətindən söz açsın[5]; yaxud dua etsin ki, Allah məni sizin dostluğunuzda və sizə itaətdə daim sabitqədəm etsin, məni sizin dostlarınızın, davamçılarınızın və təlimlərinizi yayanların yaxşılarından qərar versin[6]; yaxud Allah və Onun elçisinin buyurduqlarına iman və itaətdən söz açsın, Allahdan sabitqədəm olmağı diləsin[7]; yaxud onlardan şəfaətçi, vasitəçi olmalarını istəyərək yalvarışla onları and verdirsin ki, Allahdan onun günahlarının bağışlanmasını istəsinlər[8], amma bununla belə günahlardan və pis əməllərdən çəkinməyi düşünməsin, yaxşı insan olmaq və onların yolunu getməyi qərara almasın, onların yolunda – haqq yolunda sabitqədəm olmaq üçün çalışmasın!
6) Necə ola bilər ki, onlara xitabən desin: “Mən sizə tabeyəm, sizə itaəti Allaha itaət, sizə qarşı çıxmağı Allaha qarşı çıxmaq, sizinlə dostluğu və düşmənçiliyi Allahla dostluq və düşmənçilik bilirəm[9], lakin əməl məqamında bu dediklərinin doğruluğunu isbat edən bir addım atmasın!
Bu və başqa ziyarətlərdə bu kimi nümunələr saysızdır. Şair deyir:
من از مفصّل اين قصه مجملى ﮔفتم تو خود حديث مفصّل بخوان از اين مجمل
Yəni: Mən bu müfəssəl hekayətdən bir icmal dedim, sən bu icmaldan müfəssəl hekayəti özün oxu.
Ziyarət şirk deyil, tövhidin özüdür
Həqiqətən, nə qədər qafil və cahildir o kəslər ki, “şirkə bulaşmamaq” düşüncəsi ilə insanları maddi və mənəvi xeyirləri olan – belə ki, onlardan bəzisi yuxarıda açıqlandı – Allah övliyalarının ziyarətindən çəkindirirlər! Özlərini müsəlman bilirlər, halbuki İslamın həqiqətindən uzaqdırlar! Çünki Allah övliyalarını yuxarıda deyildiyi qaydada ziyarət etmək, onlardan “Allah dərgahında şəfaətçilər” və “Allahın saleh bəndələri” ünvanında kömək istəmək tövhidin, yeganəpərəstliyin özüdür! Bu əməl insanda təqva ruhunun və imanın artmasına səbəb olur. Sanki heç bilmirlər ki, onların ziyarətində bəzən yüz dəfələrlə yeganə Allahın adı çəkilir. Məsələn, “Camiə-Kəbirə” ziyarəti yüz təkbir və tövhidlə başlanır və Allaha ibadət olan “ziyarət namaz”ı ilə tamamlanır. Sanki heç bilmirlər ki, “Əminullah” ziyarətinin böyük hissəsini Allahla minacat təşkil edir. Bu ziyarətdə ziyarət etdiyimiz İmama (ə) “yer üzündə Allahın əmini” ünvanında salam verdikdən sonra Allahla raz-niyaz edib deyirik:
اَللّٰهُمَّ فَاجْعَلْ نَفْسِى مُطْمَئِنَّةً بِقَدَرِكَ، رَاضِيَةً بِقَضَاۤئِكَ، مُولِعَةً بِذِكْرِكَ وَ دُعَاۤئِكَ، مُحِبَّةً لِصَفْوَةِ اَوْلِيَاۤئِكَ…
Daha sonra deyirik:
اَللّٰهُمَّ إِنَّ قُلُوبَ الْمُخْبِتِينَ إِلَيْكَ وَالِهَةٌ، وَ سُبُلَ الرَّاغِبِينَ إِلَيْكَ شَارِعَةٌ، وَ اَعْلَامَ الْقَاصِدِينَ إِليْكَ وَاضِحَةٌ…
Sonda dostların bağışlanmasını, düşmənlərin şərindən amanda qalmağı, haqqın qələbəsini və batilin məğlubiyyətini diləyirik:
أَنْتَ اِلٰهِى وَ سَيِّدِى وَ مَوْلَاىَ، إِغْفِرْ لِاَوْلِيَاۤئِنَا، وَ كُفَّ عَنَّا اَعْدَاۤئَنَا، وَ اشْغَلْهُمْ عَنْ اَذَانَا، وَ اَظْهِرْ كَلِمَةَ الْحَقِّ وَ اجْعَلْهَا الْعُلْيَا، وَ اَدْحِضْ كَلِمَةَ الْبَاطِلِ وَ اجْعَلْهَا السُّفْلَىٰ، إنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ.
(Bu ziyarət Əmirəl-möminin Əlinin (ə) ziyarətlərində qeyd olunubdur.)
Allaha bəndəlik və Ona tərəf qayıdışı aşılayan bu ziyarətləri “şirk” hesab etməyin tək səbəbi, heç şübhəsiz, cəhalət və azğınlıqdır, başqa sözlə, o müqəddəs insanların kəramət və möcüzələrindən xəbərsiz olmaq, onların müqəddəs ruhları tərəfindən zəvvarlara hansı maddi və mənəvi xeyirlərin nəsib olduğunu bilməməkdir. Bu ziyarətlərin məzmunu və qayadaları ilə azacıq tanış olmaq bu əməlin əvəzsiz tərbiyəvi əhəmiyyətini ortaya qoyur.
Ziyarət, hədis qaynaqlarında
Belə bir əhəmiyyətinə görədir ki, hədislərimizdə Allah övliyalarının qəbirlərini ziyarət və təmir etmək təkid edilmişdir. Burada Məsum İmamların (ə) qəbirlərini ziyarət etmək – qeyd etdik ki, Məsum İmamlar (ə) Allah övliyaları, Allahın sevimli bəndələridir – barədə olan hədislərdən bir neçəsini nəzərinizə çatdırırıq:
1) Bir sıra hədislərə istinadən Əhli-beyt İmamlarının (ə) davamçısı, şiəsi olan şəxs əhd-peymanına vəfadarlığı göstərmək, Əhli-beyt məktəbinin həqqaniyyətini təsdiqləmək üçün İmamların (ə) qəbirlərini ziyarət etməlidir. Kim sevgi ilə onların qəbirlərini zayarət edərsə, Qiyamət günü onların şəfaətindən bəhrələnər.[10]
2) Zeyd Şəhham İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Biz Əhli-beyti ziyarət edən şəxs Rəsulallahı (s) ziyarət etmiş kimidir. Rəsulallahı (s) ziyarət edən şəxs isə ərşdə Allahı ziyarət etmiş kimidir.”[11]
3) Cabir nəql edir ki, Həzrət Rəsulallah (s) Əhli-beytin şəhadəti barədə xəbər verirdi və bu vaxt övladı Hüseyn (ə) onların qəbrini ziyarət edənlər haqqında soruşdu. Həzrət Rəsulallah buyurdu: “Sizləri ziyarət edənlər mənim ümmətimdən olan bir dəstədirlər ki, bu əməl ilə bərəkət diləyərlər. Bunun üçün yaxşı olar ki, mən də Qiyamət günü onları arayıb axtarım və o günün çətinliklərindən, günahlarının nəticələrindən onları xilas edim, beləliklə də Allah onlara Öz Cənnətində yer versin.”[12]
4) İsa ibn Raşid İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Bir İmamın (ə) qəbrini ziyarət edən və qəbrin kənarında iki rəkət namaz qılan şəxsə həcc və umrə savabı yazılar”.[13]
5) Başqa bir hədisdə İmam Sadiq (ə) babası Həzrət Rəsulallahdan (s) nəql edir ki, o həzrət Əmirəl-möminin Əliyə (ə) buyurdu: “Allah sənin və övladlarının qəbrini Cənnətin günbəzlərindən, bəndələrdən seçilmişləri isə sizlərə aşiq qərar vermişdir. Onlar çox çətinliklərə qatlaşaraq sizin qəbrinizi təmir edər və tez-tez onu ziyarət edərlər. Bütün bunlar Allaha yaxın olmaq niyyəti ilədir və Rəsullallaha (s) olan sevgidən irəli gəlir. Mənim şəfaətim onlara şamil olar və Kövsər hovuzu başında mənimlə görüşərlər. Sabah Qiyamət günü Cənnətdə mənim ziyarətimə gələrlər. Ey Əli, sizin qəbrinizi abad edən və onu ziyarət edən kəs sanki Beytul-muqəddəsin inşasında Süleyman ibn Davuda yardım etmişdir. Sizin qəbrinizi ziyarət edən kəsə həcc savabı verilər və o, anadan təzə doğulmuş kimi günahlardan pak olar. Sənə və sənin dostlarına, aşiqlərinə müjdə olsun o nemətlər ki, heç bir göz onları görməmiş, heç bir qulaq onlar barədə eşitməmiş və heç kimin də ürəyindən keçməmişdir…”[14]
6) Əbdur-Rəhman ibn Müslim İmam Kazimdən (ə) ən fəzilətli ziyarət barədə (Görəsən Əmirəl-möminin Əlinin (ə) ziyarəti daha fəzilətlidir, yoxsa…?) soruşduqda, İmam (ə) buyurdu: “Bizim birincimizi ziyarət etmək və sevmək ilə axırıncımızı ziyarət etmək və sevmək eynidir. Eləcə də axırıncımızı sevmək və ziyarət etmək, birincimizi sevmək və ziyarət etməkdir. (Yəni bizim aramızda heç bir fərq yoxdur.) Kim bizim dostlardan birinin istəyini həyata keçirərsə, sanki bizim hamımızın istəyini həyata keçirmişdir…”[15]
7) Yenə də Əbdur-Rəhman ibn Müslim İmam Sadiqdən (ə) nəql edir: “Bizim vəfatımızdan sonra bizim ziyarətimizə gələn kəs sanki biz həyatda ikən bizi ziyarət etmişdir. Kim bizim düşmənlərimizlə vuruşsa, sanki bizim arxamızda vuruşmuş, bizim silahdaşımız olmuşdur. Kim bizi sevənləri sevərsə, həqiqətdə bizi sevmişdir. Kim bir mömini sevindirərsə, həqiqətdə bizi sevindirmişdir. Kim (bizim şiələrdən olan) bir yoxsula kömək edərsə, onun əvəzini babamız Muhəmməd (s) verər.”[16]
Qeyd etmək lazımdır ki, Əhli-beyt (ə) zəvvarını qarşılayan, onun görüşünə gedən şəxsə Muəlla ibn Xunəysin hədisinə istinadən zəvvarın savabı yazılar.[17]
Məsumların (ə) ziyarəti fəsillərinə keçməzdən öncə 3 mövzunu açıqlamağı lazımlı hesab edirik :
a) Səfərin qaydaları
b) Ziyarətin qaydaları
c) İzni-duxul (daxil olmaq üçün izn almaq).
Mənbələr:
[1] Övliya, Allahın sevdiyi bəndə, Allah dostu deməkdir.
[2] “Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı, c 2, səh 610
[3] “Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı, c 2 səh 611
[4] “Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı, c. 2, s.614:
مُنْتَظِرٌ لِأَمْرِكُمْ، مُرْتَقِبٌ لِدَوْلَتِكُمْ، ءَاخِذٌ بِقَوْلِكُمْ، عَامِلٌ بِأَمْرِكُمْ… وَ مُقَدِّمُكُمْ اَمَامَ طَلِبَتِى وَ حَوَاۤئِجِى وَ اِرَادَتِى فِى كُلِّ اَحْوَالِى وَ اُمُورِى.
[5] “Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı, c. 2, s.613:
وَ جَعَلَ صَلَوَاتِنَا عَلَيْكُمْ، وَ مَا خَصَّنَا بِهِ مِنْ وِلَايَتِكُمْ، طِيبًا لِخُلْقِنَا، وَ طَهَارَةً لِأَنْفُسِنَا، وَ تَزْكِيَةً لَنَا، وَ كَفَّارَةً لِذُنُوبِنَا.
[6] Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı, c. 2, s.615:
فَثَبَّتَنِىَ اللهُ اَبَدًا مَا حَيِيتُ عَلَىٰ مُوَالَاتِكُمْ وَ مَحَبَّتِكُمْ وَ دِينِكُمْ، وَ وَفَّقَنِى لِطَاعَتِكُمْ، وَ رَزَقَنِى شَفَاعَتَكُمْ، وَ جَعَلَنِى مِنْ خِيَارِ مَوِالِيكُمُ التَّابِعِينَ لِمَا دَعَوْتُمْ اِلَيْهِ، وَ جَعَلَنِى مِمَّنْ يَقْتَصُّ ءاثَارَكُمْ، وَ يَسْلُكُ سَبِيلَكُمْ.
[7] “Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı c. 2, s.616:
رَبَّنَا ءَامَنَّا بِمَا أَنْزَلْتَ، وَ اتَّبَعْنَا الرَّسُولَ، فَاكْتُبْنَا مَعَ الشّاهِدِينَ، رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إذْ هَدَيْتَنَا، وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً، إنَّكَ أنْتَ الْوَهَّابُ.
[8] Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı, c. 2, s.616:
يَا وَلِىَّ اللهِ، إنَّ بَيْنِى وَ بَيْنَ اللهِ عَزَّ وَ جَلَّ ذُنُوبًا، لَا يَأْتِى عَلَيْهَا إلَّا رِضَاكُمْ، فَبِحَقِّ مَنِ ائْتَمَنَكُمْ عَلَىٰ سِرِّهِ، وَ اسْتَرْعَاكُمْ اَمْرَ خَلْقِهِ، وَ قَرَنَ طَاعَتَكُمْ بِطَاعَتِهِ، لَمَّا اسْتَوْهَبْتُمْ ذُنُوبِى، وَ كُنْتُمْ شُفَعَاۤئِى.
[9] Camiə-Kəbirə” ziyarətnaməsi, Fəqih kitabı, c. 2, s.617:
فَإنِّى لَكُمْ مُطِيعٌ، مَنْ اَطَاعَكُمْ فَقَدْ اَطَاعَ اللهَ، وَ مَنْ عَصَاكُمْ فَقَدْ عَصَى اللهَ، وَ مَنْ اَحَبَّكُمْ فَقَدْ اَحَبَّ اللهَ، وَ مَنْ اَبْغَضَكُمْ فَقَدْ اَبْغَضَ اللهَ.
[10] Biharul-ənvar, c.97, s.116, hədis: 1; “Uyun-i əxbari ər-Rza”, c.2, s.260, hədis: 24:
إنَّ لِكُلِّ إمَامٍ عَهْدًا فِى عُنُقِ أوْلِيَائِهِ وَ شِيعَتِهِ، وَ إنَّ مِنْ تَمَامِ الوَفَاءِ بِالْعَهْدِ وَ حُسْنِ الْأدَاءِ زِيَارَةَ قُبُورِهِمْ، فَمَنْ زَارَهُمْ رَغْبَةً فِى زِيَارَتِهِمْ وَ تَصْدِيقًا بِمَا رَغِبُوا فِيهِ، كَانَ أئِمَّتُهُمْ شُفَعَائَهُمْ يَوْمَ الْقِيَامَةِ.
[11] Usuli-kafi, c.4, s.585, hədis: 5:
قُلْتُ لِأبِى عَبْدِ اللهِ: مَا لِمَنْ زَارَ رَسُولَ اللهِ؟ قَالَ: كَمَنْ زَارَ اللهَ عَزَّ وَ جَلَّ فَوْقَ عَرْشِهِ. قَالَ قُلْتُ: فَمَا لِمَنْ زَارَ أحَدًا مِنْكُمْ؟ قَالَ: كَمَنْ زَارَ رَسُولَ اللهِ.
[12] Biharul-ənvar, c.97, s.118, hədis: 11. “Kamiluz-ziyarat”, s.58, hədis: 6, 16-cı bölümdən nəql edərək:
يَا بُنَىَّ، اُولٰئِكَ طَوَائِفُ مِنْ اُمَّتِى يَزُورُونَكُمْ، فَيَلْتَمِسُونَ بِذٰلِكَ الْبَرَكَةَ، وَ حَقِيقٌ عَلَىَّ أنْ ءاتِيهِمْ يُوْمَ الْقِيَامَةِ، حَتَّىٰ أُخَلِّصَهُمْ مِنْ أهْوَالِ السَّاعَةِ مِنْ ذُنُوبِهِمْ، وَ يُسْكِنَهُمْ اللهُ الْجَنَّةَ.
[13] Biharul-ənvar, c.97, s.119, hədis: 18. “Kamiluz-ziyarat”, s.160, hədis: 14, 65-ci bölümdən nəql edərək.
[14] Biharul-ənvar, c.97, s.120, hədis: 22
[15] Biharul-ənvar, c.97, s.122, hədis: 26. “Kamiluz-ziyarat”, s.335, hədis: 13, 108-ci bölümdən nəql edərək.
[16] Biharul-ənvar, c.97, s.124, hədis: 34
[17] Biharul-ənvar, c.99, s.302, hədis: 1
