Ziyarətnamə: Səfərin qaydaları

Print Friendly, PDF & Email

Səfərin qaydaları

Nəzərə alsaq ki, ziyarət üçün adətən səfər etmək lazım gəlir, ilk öncə səfər qaydalarını açıqlamağı məqsədəuyğun hesab edirik. Bu qaydalardan ən mühümləri aşağıdakılardır[1]:
1) Bir sıra hədislərə istinadən[2] həftənin bəzi günlərində səfərə çıxmaq daha yaxşıdır — şənbə, ya çərşənbə axşamını, ya da cümə axşamı. Bazar ertəsi, çərşənbə günlərində və cümə günü zöhrdən əvvəl səfərə çıxmağı özünə qadağan et. Əgər bu günlərdə səfərə çıxmaq zərurətində qalsan çıxarkən sədəqə verib[3] dua edərək[4], inşaallah çətinliyə düşməz.
2) Ümidvarlıqla yola düşmək və pis yozumdan, nəhs gətirməkdən çəkinmək lazımdır. Çünki hədislərə istinadən, kim işini necə yozarsa, elə də olar; yaxşı yerə yozsa, yaxsı və uğurlu olar, pis yerə yozsa, pis və çətin olar.[5]
3) Qəməri ayının axırıncı üç günündə səfərə çıxma. Çünki ay bu günlərdə əqrəb bürcündədir. Əgər bu günlərdə səfərə çıxmaq zərurətində qalsan, səfərə çıxdıqda səfər dualarını oxu və sədəqə ver. Yola düşməzdən qabaq sədəqə verin. Həmçinin hədislərdə buyurulur ki, hər gün evindən çıxarkən sədəqə ver.[6] Əgər ürəyinə nə isə xoşagəlməz bir şey gələrsə, qarşılaşdığın ilk yoxsula sədəqə ver ki, Allah təhlükəni səndən uzaqlaşdırar.[7]
Bir rəvayətdə deyilir ki, İmam Baqirin (ə) səhabələrindən biri səfərə çıxdıqda həzrətlə vidalaşmaq istədi. Həzrət ona belə buyurdu: «Mənim atam Əli ibn Hüseyn səfərə çıxmaq istədikdə, öz sağlamlığını Allahdan imkanı olduğu qədər sədəqə verməklə satın alırdı. Bu, səfərə çıxanda, amma sağlam qayıtdıqda Allaha şükür edərək yenə də sədəqə verirdi. O kişi həzrətlə vidalaşıb getdi. Həzrətin buyurduqlarını yerinə yetirmədi və yolda həlak oldu. Bu xəbər İmam Baqir (ə)-a yetişdikdə belə buyurdu: «Bu kişiyə mən nəsihət verdim, amma görünür qəbul etməmişdir.»»[8]
Yaxşı olar insan getməmişdən əvvəl qüsl alıb ailəsini ətrafına yığsın və 2 rəkət namaz qılıb Allahdan öz xeyrini diləsin. «Ayətəl-kürsü» oxuyub Allaha həmd-səna eləsin. Rəsulullaha və onun əhli beytinə salavat göndərsin və desin:

Ziy_3

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əstəvdiukəl yəvmə nəfsi və əhli və mali və vuldi, və mən kanə minni bisəbiliniş şahidə minhum vəl ğaib, Əllahumməhfəzna bihifzil imani vəhfəz ələyna, Əllahumməc`əlna (Əllahummə icmə`na) fi rəhmətikə və la təslubna fəzlək, inna iləykə rağibun, Əllahummə inna nəuzu bikə min və`sais səfər, və kəabətil munqələbi və suil mənzər, fil əhli vəl mali vəl vələdi fid dunya vəl axirəh, Əllahummə inni ətəvəccəhu iləykə hazət təvəccuhə tələbən limərzatik, və təqərrubən iləyk, (Əllahummə) fəbəlliğni ma uəmmiluhu və ərcuhu fikə və fi əvliyaik, ya ərhəmər rahimin.İlahi, bu gün özümü, əhli-əyalımı, malımı, övladlarımı və mənimlə yola çıxanları, istər mənimlə birgə olsunlar, istərsə də məndən uzaq, Sənə tapşırıram! İlahi, bizi imanımızı hifz etməklə hifz et və qoru! İlahi, rəhmətini bizə şamil et və fəzlini bizdən əsirgəmə! Həqiqətən, biz Sənə müştağıq! İlahi, səfərin çətinliyi, naümid geri dönmək, dünya və axirətdə əhli-əyalım, malım və övladlarımla birgə acınacaqlı görüşdən Sənə sığınırıq! İlahi, həqiqətən, mən Sənin dərgahına üz tutmuşam və onda məqsədim Sənin razılığını əldə etmək və Sənə yaxınlaşmaqdır. (İlahi!) Məni arzuladıqlarım, Səndən və Sənin dostlarından istədiklərimə çatdır, ey mehribanların ən mehribanı!اللَّهُمَّ إِنِّي أَسْتَوْدِعُكَ الْيَوْمَ نَفْسِي وَ أَهْلِي وَ مَالِي وَ وُلْدِي وَ مَنْ كَانَ مِنِّي بِسَبِيلٍ الشَّاهِدَ مِنْهُمْ وَ الْغَائِبَ اللَّهُمَّ احْفَظْنَا بِحِفْظِ الْإِيمَانِ وَ احْفَظْ عَلَيْنَا اللَّهُمَّ اجْعَلْنَا [اجْمَعْنَا] فِي رَحْمَتِكَ وَ لا تَسْلُبْنَا فَضْلَكَ اِنَّا إِلَيْكَ رَاغِبُونَ اللَّهُمَّ اِنَّا نَعُوذُ بِكَ مِنْ وَعْثَاءِ السَّفَرِ وَ كَآبَةِ الْمُنْقَلَبِ وَ سُوءِ الْمَنْظَرِ فِي الْأَهْلِ وَ الْمَالِ وَ الْوَلَدِ فِي الدُّنْيَا وَ الْآخِرَةِ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ هَذَا التَّوَجُّهَ طَلَبا لِمَرْضَاتِكَ وَ تَقَرُّبا إِلَيْكَ [اللَّهُمَ‏] فَبَلِّغْنِي مَا أُؤَمِّلُهُ وَ أَرْجُوهُ فِيكَ وَ فِي أَوْلِيَائِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Öz əhl-əyalın la vidalaşıb qapının ağzında dayanıb həzrət Fatimə Zəhra (s) zikri elə və «Həmd» surəsini ön tərəfə, sağ və sol tərəflərə oxu. Həmçinin «Ayətəl-kürsi» ayələrini də hər 3 tərəfə oxu və de:

Ziy_4

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə iləykə vəccəhtu vəchi, və ələykə xəlləftu əhli və mali, və ma xəvvəltəni və qəd vəsiqtu bikə fəla tuxəyyibni, ya mən la yuxəyyibu mən əradəh, və la yuzəyyiu mən həfizəh. Əllahummə salli əla Muhəmmədin və alih, vəhfəzni fima ğibtu ənh, və la təkilni ila nəfsi, ya ərhəmər rahimin.İlahi, üzümü Sənin dərgahına tutub, əhli-əyalımı, malımı və mənə əta etdiklərini Sənə tapşırıram! Mən Sənə güvənirəm, məni naümid etmə, ey Onu istəyənləri naümid etməyən! O, hər kimi qorusa, itməz! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni uzaq olduqlarımdan qoru və məni özümə həvalə etmə (özbaşına buraxma), ey mehribanların ən mehribanı!اللَّهُمَّ إِلَيْكَ وَجَّهْتُ وَجْهِي وَ عَلَيْكَ خَلَّفْتُ أَهْلِي وَ مَالِي وَ مَا خَوَّلْتَنِي وَ قَدْ وَثِقْتُ بِكَ فَلا تُخَيِّبْنِي يَا مَنْ لا يُخَيِّبُ مَنْ أَرَادَهُ وَ لا يُضَيِّعُ مَنْ حَفِظَهُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ احْفَظْنِي فِيمَا غِبْتُ عَنْهُ وَ لا تَكِلْنِي إِلَى نَفْسِي يَا أَرْحَمَ الرَّاحِمِينَ

Sonra «İxlas» surəsini 11 dəfə, «Qədr»  surəsini, «Ayətəl-kürsi» ayələrini, «Nas»«Fələq» surələrini oxu və əlini bədəninin bütün hissələrinə çək. İmkanın daxilində sədəqə ver və de:

Ziy_5

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inniştərəytu bihazihis sədəqəti səlaməti və səlamətə səfəri və ma məi, Əllahumməhfəzni vəhfəz ma məiyə və səllimni və səllim ma məiy, və bəlliğni və bəlliğ ma məiy, bibəlağikəl həsənil cəmil.İlahi, bu sədəqə ilə öz sağlamlığımı, səfərimin təhlükəsizliyini və özümlə birgə olanların sağlamlığını aldım! İlahi, məni və mənimlə birgə olanları qoru, məni və mənimlə birgə olanları salamat saxla, məni və mənimlə birgə olanları Öz köməyinlə yaxşı və xoş halda (məqsədə) çatdır!اللَّهُمَّ إِنِّي اشْتَرَيْتُ بِهَذِهِ الصَّدَقَةِ سَلامَتِي وَ سَلامَةَ سَفَرِي وَ مَا مَعِي اللَّهُمَّ احْفَظْنِي وَ احْفَظْ مَا مَعِيَ وَ سَلِّمْنِي وَ سَلِّمْ مَا مَعِيَ وَ بَلِّغْنِي وَ بَلِّغْ مَا مَعِيَ بِبَلاغِكَ الْحَسَنِ الْجَمِيلِ

Çalış, özünlə acı badam ağacından hazırlanmış əsa da götürəsən. Rəvayətlərdə belə gəlmişdir. Sonra «Qəsəs» surəsində olan «Və ləmma təvəccəhə tilqaə mədyənə…» ayəsindən «Vəllahu əla ma nəqulu vəkil» ayəsinə qədər oxu. Allah taala onu yırtıcı və zəhərli heyvanlardan və zalım oğrudan evinə yetişənə qədər qoruyar. Onunla birlikdə onu qoruyan yetmiş yeddi mələk, evə qayıdıb əsasını yerə qoyana qədər, səfər edər. Yaxşı olar ki, əmmamə ilə səfərə çıxsın və əmmamənin ucunu çənəsinin altından gətirsin. O, oğrudan, suda boğulmaqdan və odda yanmaqdan amanda olar. Daha yaxşı olar ki, özü ilə bir miqdar İmam Hüseynin (ə) türbətindən də götürsün və götürən zaman belə desin:

Ziy_6

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə hazihi tinətu qəbril Husəyni ələyhis səlam, vəliyyikə vəbni vəliyyikəttəxəztuha hirzən lima əxafu və ma la əxaf.İlahi, bu, Sənin nümayəndən və nümayəndənin oğlu Hüseynin (salam olsun ona) qəbrinin torpağıdır! Onu götürdüm ki, qorxduğum və qorxmadığım şeylərdə mənə sığınacaq olsun!اللَّهُمَّ هَذِهِ طِينَةُ قَبْرِ الْحُسَيْنِ عليه السلام وَلِيِّكَ وَ ابْنِ وَلِيِّكَ اتَّخَذْتُهَا حِرْزا لِمَا أَخَافُ وَ مَا لا أَخَافُ
Əgər belə etsəniz, bu işin bərəkəti sayəsində Allahın pənahında olarsınız. [9]
Özünlə əqiq və firuzə üzük götür. Əqiqi də çalış sarı rəngdə olsun və bir tərəfində «Ma şaəllahu la quvvətə illa billahi əstəğfirullah», o biri tərəfində isə «Məhəmməd» və «Əli» yazılsın.
Seyid ibn Tavus «Əmanul-əxtar» kitabında Əbu Məhəmməd Qasim ibn Əladan belə rəvayət edir ki, İmam Əli Nəqi (ə)-ın Safi adlı xadimi belə deyir: «Həzrətdən İmam Rza (ə)-ın ziyarətinə getməyə icazə istədim. Həzrət belə buyurdu: «Özünlə qaşı sarı əqiq olan üzük götür. Qaşının bir tərəfində «Ma şaəllahu la quvvətə illa billahi əstəğfirullah», o biri tərəfində isə «Məhəmməd» və «Əli» yazılsın. Nə qədər ki, bu üzük səninlədir, sən oğruların, yolkəsənlərin şərindən amandasan. Bu, sənin amanda olmağın üçün kifayətdir.  Sənin dinini daha yaxşı qoruyar.» Xadim deyir: “Həzrətin hüzurundan çıxdım və həmən üzüyü barmağıma taxdım. Yenidən həzrətlə vidalaşmaq üçün qayıtdım. Həzrətlə vidalaşdıqdan sonra çıxıb yola düşdüm və bir qədər uzaqlaşdım. Həzrət bir nəfər göndərib mənim qayıtmağımı istədi. Elə ki, qayıtdım mənə belə buyurdu: «Ey Safi!» Dedim: «Ləbbeyk mənim mövlam.» Buyurdu: «Özünlə firuzə qaşlı üzük də gərək götürəsən. Tus ilə Nişapur arasında sizinlə bir şir üzləşək. Səni və karvanı oradan keçməyə qoymacaq. Sən irəli çıxıb, bu üzüyü ona göstərərək belə de: «Mənim mövlam deyir ki, yoldan çəkil! Amma gərək firuzə qaşın bir tərəfinə «Əllahul Məlik», o biri tərəfinə isə «Əl mulku lillahil vahidil qəhhar» yazılsın. Əli (ə)-ın üzüyünün qaşında «Əllahul Məlik» yazılmışdı. Elə ki, yenidən xilafətə keçdi, o biri tərəfinə «Əl mulku lillahil vahidil qəhhar» yazdırdı və qaşı da firuzədən idi. Belə qaş insanı yırtıcı heyvanlardan qoruyar və müharibələrdə qələbə çalmasına kömək olar.» Safi deyir: «Beləliklə səfərə çıxdım. Allaha and olsun həzrətin buyurduğu məkanda bizim qarşımızı bir şir kəsdi. Buyurulan kimi əməl elədim və şir dönüb qayıtdı. Ziyarətdən qayıtdıqdan sonra həzrətin hüzuruna gedib hadisəni danışdım. Həzrət buyurdu: «Bir şey qaldı ki, sən demədin, istəyirsən mən sənə danışım!?» Dedim: “Ola bilər mənim yadımdan çıxıb, mənim mövlam!» Həzrət buyurdu: «Gecələrin birində sən Tusda həzrətin qəbrinin yanında idin. Cinlərdən bir dəstəsi həzrətin ziyarətinə gəldilər. Sənin əlindəki üzüyü gördülər və onun üzərindəki yazını oxudular. Onu sənin barmağından çıxardıb gətirdikləri xəstəyə apardılar. Üzüyü su ilə yuyub suyunu xəstəyə verdilər. Xəstələri tezliklə sağaldı. Sonra yenidən üzüyü qaytardılar. Sən üzüyü sağ əlinə taxmışdın, amma onlar sənin sol əlinə taxdılar. Sən bu məsələyə çox təəccübləndin və bunun səbəbini başa düşmədin. Sən başını yanında bir yaqut tapdın. İndi də səndədir. Bu cinlərin sənə olan hədiyyəsidir. Get onu bazarda səksən əşrəfiyə (pul vahidi) sat. Xadim deyir: «Yaqutu bazara apardım və mövlam buyurduğu kimi, səksən əşrəfiyə satdım.»
İmam Sadiq (ə)-dan belə rəvayət olunur: «Hər kəs «Ayətəl-kürsü» ayələrini hər gecə səfərdə oxusa, özü və onunla olanların hamısı sağ qalar. «Ayətəl-kürsü» ayələrini oxuduqdan  sonra belə desin:
Ərəbcəاللَّهُمَّ اجْعَلْ مَسِيرِي عِبَراً وَ صَمْتِي تَفَكُّراً وَ كَلامِي ذِكْراً
Tərcüməİlahi, mənim rəftarımı ibrət, sükutumu təfəkkür və kəlamımı zikr qərar ver!
TranskripsiyaƏllahumməc`əl məsiri ibərən və səmti təfəkkurən və kəlami zikra.

Həzrət İmam Zeynulabidin (ə)-ın  belə buyurduğu rəvayət olunur: «Mənim əleyhimə, mənə ziyan vurmaq üçün bütün insanlar və cinlər birləşsə, mən bu kəlmələri deməklə heç nədən qorxmuram»[10]:

Ziy_8

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi və minəllahi və iləllahi və fi səbilillah, Əlahummə iləykə əsləmtu nəfsi, və iləykə vəccəhtu vəchi, və iləykə fəvvəztu əmri, fəhfəzni bihifzil imani min bəyni yədəy, və min xəlfi və ən yəmini və ən şimali, və min fəvqi və min təhti, vədfə` ənni bihəvlikə və quvvətik, fəinnəhu la həvlə və la quvvətə illa billahil əliyyil əzim.Allahın adı ilə, Allah ilə, Allah tərəfindən, Allaha tərəf və Allah yolunda. İlahi, özümü Sənə tapşırdım, Sənin dərgahına üz tutdum və işimi Sənə həvalə etdim. Məni və mənim imanımı öndən və arxadan, sağdan və soldan, yuxarıdan və aşağıdan qoru! İlahi, hər cür zərər və pisliyi Öz qüdrət və qüvvətinlə məndən uzaqlaşdır! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ مِنَ اللَّهِ وَ إِلَى اللَّهِ وَ فِي سَبِيلِ اللَّهِ اللَّهُمَّ إِلَيْكَ أَسْلَمْتُ نَفْسِي وَ إِلَيْكَ وَجَّهْتُ وَجْهِي وَ إِلَيْكَ فَوَّضْتُ أَمْرِي فَاحْفَظْنِي بِحِفْظِ الْإِيمَانِ مِنْ بَيْنِ يَدَيَّ وَ مِنْ خَلْفِي وَ عَنْ يَمِينِي وَ عَنْ شِمَالِي وَ مِنْ فَوْقِي وَ مِنْ تَحْتِي وَ ادْفَعْ عَنِّي بِحَوْلِكَ وَ قُوَّتِكَ فَاِنَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

Şeyx Abbas Qumi «Səfərin ədəb qaydaları və duaların həddən artıq çoxdur. Mən də burada onları xülasə edərək sizə çatdırıram:
4) Yaxşı olar ki, insan miniyə minəndə «Bismillah»ı yaddan çıxarmasın.
5) Öz pulunu yaxşı yerdə gizlətsin.
6) Öz dostlarına kömək eləsin. Onların xidmət etməkdə və səfər boyu lazım olan işləri görməkdə səhlənkarlıq eləməsin. Əgər belə eləsə, Allah taala ondan yetmiş üç qəm-kədəri uzaqlaşdırar. Allah taala qəm-qüssədən onun pənahgahına çevrilər. Ondan Qiyamət günün böyük qəmini uzaqlaşdırar. Həzrət Rəsulallah (s) buyurmuşdur: «İki nəfər yol yoldaşı olduğu vaxt onlardan ən çox mehribanlıq göstərən və kömək edən şəxs Allah yanında daha sevimlidir və mükafatı daha çoxdur».[11] Rəvayət olunur ki, İmam Zeynulabidin (ə), ancaq onu tanımayanlarla səfərə çıxarmış. Çünki yolda onlara kömək etmək istəyirdi. Həzrəti tanıdıqda onu işləməyə, dostlara xidmət etməyə qoymurdular.[12]
7) Peyğəmbərin əxlaqından belə nəql olunur ki, bir gün peyğəmbər səhabələləri ilə birlikdə səfərə çıxmışdırlar və qoyun kəsmək istədirlər. Biri dedi: «Kəsmək mənim», o biri dedi: «Soymağı mənlik», başqası dedi: «Bişirməyi mənim». Peyğəmbər də buyurdu: «Odun yığmağı da mənim boynuma.» Dedilər: «Ya Rəsulullah, bunu da özümüz edərik, siz heç zəhmət çəkməyin!» Hz. buyurdu: «Mən bilirəm siz bu işi özünüz edə bilərsiniz, amma mən sizdən fərqlənmək istəmirəm.» Çünki özünü dostlarından üstün tutan bəndədən xoşu gəlmir. Bilin ki, səfərdə ən pis şəxs odur ki, bütün bədən üzvlərinin sağlam olmağına baxmayaraq, tənbəllik edir və dostlarının onun işlərini də etməyini gözləyir.[13]
8) Tövsiyə olunur ki, imkan daxilində tənha səfərə çıxmayın.[14]
9) Elə şəxslə səfərə çıxsın ki, pul xərcləməkdə özü ilə eyni xassiyyətdə olsun. Göstəriş verilib ki, maddi imkanı sizdən az olan və səfərdə sizin qədər pul xərcləyə bilməyən şəxslə yol yoldaşı olmayın, çünki o, imkanının azlığına görə sıxıla bilər.[15]
10) Hər mənzil başında içəcəyi suyu, qabaqkı mənzil başından götürdüyü su ilə qarışdırmamış içməsin. Yaxşı olar ki, özü ilə yaşadığı yerdən bir miqdar torpaq götürsün. Hər mənzil başına çatdıqda o torpaqdan bir miqdar su qabına töküb qarışdırsın və torpaq aşağı yatdıqdan sonra o sudan içsin.
11) Özünü əxlaqlı aparsın. Helmlə hərəkət eləsin, özünü onunla zinətləndirsin. Bunlar İmam Hüseyn (ə)-ın ziyarətinin ədəb qaydalarında gələcək.
12) Özü ilə səfərdə lazım olan şeylər götürsün. Özü ilə insanın şərafətinə uyğun şeylərdən götürsün, xüsusilə də Məkkə səfərində. Amma İmam Hüseyn (ə)-ın ziyarətinə getdikdə qızartdırılmış ət, halva və bu kimi ləzzətli şeylər götürmək yaxşı deyil. Bu məsələyə İbni Əsəm İmam Hüseyn (ə)-ın ziyarəti bölməsində nəzmə çəkərək belə buyurmuşdur:

Ziy_9

TranskripsiyaTərcümə Ərəbcə
Min şərəfil insani fil əsfari
Tətyibuhuz zadə məəl iksari.
Vəlyuhsinil insanu fi halis səfəri
Əxlaqəhu ziyadətən ələl həzəri.
Vəlyəd`u indəl vəz`i lil xivani
Mən kanə hazirən minəl ixvani.
Vəlyuksiril məzhə məəs səhbi iza
Ləm yusxitillahə və ləm yəclib əza.
Mən caə bəldətən fəza zəyfun əla
İxvanihi fiha ila ən yərhəla.
Yubərru ləylətəyni summəl yə`kuli
Min əkli əhlil bəyti fil mustəqbili.
Səfər zamanı insanın şərəfi pak və çoxlu yol azuqəsi hazırlamasındadır. İnsan səfər zamanı əxlaq və rəftarını daha da gözəlləşdirməli, süfrə açarkən yanında olan din qardaşlarını süfrə başına dəvət etməli, Allahın qəzəbinə düçar olmayacağı (günaha düşməyəcəyi) və dostlarını əzab-əziyyət salmayacağı təqdirdə, dostları ilə zarafat etməlidir. Bir şəhərə daxil olan şəxs oradan çıxana qədər din qardaşlarına qonaqdır. Həmin şəhərdə iki gecə qaldıqdan sonra bir evin digər üzvü kimi hesab olunmalı və sadə yeməklə kifayətlənməlidirمِنْ شَرَفِ الْإِنْسَانِ فِي الْأَسْفَارِ
تَطْيِيبُهُ الزَّادَ مَعَ الْإِكْثَارِ
وَ لْيُحْسِنِ الْإِنْسَانُ فِي حَالِ السَّفَرِ
أَخْلاقَهُ زِيَادَةً عَلَى الْحَضَرِ
وَ لْيَدْعُ عِنْدَ الْوَضْعِ لِلْخِوَانِ
مَنْ كَانَ حَاضِرا مِنَ الْإِخْوَانِ
وَ لْيُكْثِرِ الْمَزْحَ مَعَ الصَّحْبِ إِذَا
لَمْ يُسْخِطِ اللَّهَ وَ لَمْ يَجْلِبْ أَذَى
مَنْ جَاءَ بَلْدَةً فَذَا ضَيْفٌ عَلَى
إِخْوَانِهِ فِيهَا إِلَى أَنْ يَرْحَلا
يُبَرُّ لَيْلَتَيْنِ ثُمَّ لْيَأْكُلِ
مِنْ أَكْلِ أَهْلِ الْبَيْتِ فِي الْمُسْتَقْبِلِ

10) Səfərə çıxanda ən mühüm məsələlərdən biri də vacib namazları vaxtında yerinə yetirməkdir. Hacıların və başqa zəvvarların səfər ərzində bu vacibə laqeyd yanaşmaları çox vaxt müşahidə olunur. Çünki namazlarını vaxtı-vaxtında yerinə yetirmirlər, ya da minik halında natəmiz geyimlərlə, təyəmmümlə yerinə yetirirdilər. Bunlar hamısı namaza laqeyd yanaşmaq və onu yüngül tutmaq sayılır. Halbuki İmam Sadiq (ə) belə buyurur: «Vacib namaz iyirmi həcdən və bir həcc içi qızılla dolu evin bütün qızılını sədəqə verməkdən yaxşıdır. Heç vaxt vacib namazlardan sonra otuz dəfə təsbihate-ərbəəni deməyi unutma!»[16]
13) Qəsr namazlardan sonra – əgər vaxt olarsa – 30 dəfə «təsbihati-ərbə`əni» deyin. Bu əməl təkidlə tapşırılmışdır.[17]
14) Tənha səfərə çıxdığınız vaxt deyin[18]:
Ərəbcəمَا شَاۤءَ اللهُ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللهِ، اَللّٰهُمَّ ءَانِسْ وَحْشَتِى، وَ أَعِنِّى عَلَىٰ وَحْدَتِى، وَ أَدِّ غَيْبَتِى
TərcüməAllah nə istəsə, o olacaq! Allahdan qeyri sığınacaq və qüvvə yoxdur! Ey Allahım, sıxıntılarımda mənə həmdəm və tənhalığımda mənə köməkçi ol, mən olmadığım vaxtlarda Sən mənim yerimə ol!
TranskripsiyaMaşəəllahu lə həvlə və la quvvətə illə billah, Əllahummə ənis vəhşəti və əinni əla vəhdəti və əddi ğəybəti.

15)
İstirahət etmək üçün bir mənzilgahda gecələmək istədikdə, yatmazdan öncə Xanım Fatimə-Zəhra (s.ə) zikrini deyin, sonra Ayətəl-kürsini oxuyun. Sübhə qədər hər təhlükədən amanda qalarsınız.[19]
16) Təhlükə hiss etdiyiniz vaxt İsra surəsinin 80-ci ayəsini oxuyun:
 İsra surəsi, 80-cı ayə
Ərəbcəرَبِّ أَدْخِلْنِى مُدْخَلَ صِدْقٍ، وَ أَخْرِجْنِى مُخْرَجَ صِدْقٍ، وَ اجْعَلْ لِى مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا
TərcüməEy Rəbbim, məni (hər işə) sədaqətlə daxil et və (hər işdən) sədaqətlə xaric et, Öz tərəfindən mənim üçün yardımçı hüccət qərar ver
TranskripsiyaRəbbi ədxilni mudxələ sidqin və əxricni muxrəcə sidqin, vəc`əl li min lədunkə sultanən nəsira.
Belə məqamlarda Ayətəl-kürsini də oxumaq tövsiyə olunur.[20]
17) Miniyə minərkən deyin:
Əraf surəsi 43-cü ayə
Ərəbcəبِسْمِ اللهِ لَا حوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللهِ، "اَلْحَمْدُ لِلّٰهِ الَّذِى هَدَانَا لِهٰذَا وَ مَا كُنَّا لِنَهْتَدِىَ لَوْ لَا أَنْ هَدَانَا اللهُ
TərcüməAllahın adı ilə, Allahdan qeyri bir sığınacaq və qüvvə yoxdur. Həmd o Allaha məxsusdur ki, bizi bunlara (bu nemətlərə) yönəltdi və əgər bizi yönəltməsəydi, biz onları əldə edə bilməzdik
TranskripsiyaBİsmilləhi lə həvlə və lə quvvətə illə billəh, əlhəmdu lilləhilləzi hədənə li həzə və mə kunnə li nəhtədiyə ləv lə ən hədənəllah
Zuxruf surəsi13-cü ayə
Ərəbcəسُبْحَانَ الَّذِى سَخَّرَ لَنَا هٰذَا وَ مَا كُنَّا لَهُ مُقْرِنِينَ
TərcüməPak və münəzzəhdir o kəs ki, bunu bizə tabe etdi, yoxsa ki, biz onu özümüzə tabe etdirmək qüdrətində deyildik.
TranskripsiyaSubhənəlləzi səxxərə lənə həzə və mə kunnə ləhu muqrinin.
Əgər belə etsəniz, minikdən düşənə qədər həm özünüz, həm miniyiniz amanda qalar.[21]
18) Yola düşdükdən sonra yol gedərkən deyin[22]:
Ərəbcəاَللّٰهُمَّ خَلِّ سَبِيلَنَا، وَ أَحْسِنْ تَسْيِيرَنَا، وَ أَحْسِنْ عَافِيَتَنَا
TərcüməEy Allahım, bizim yolumuzu aç, bizim yolumuzu və qüvvəmizi gözəl et
TranskripsiyaƏllahummə xəlii səbilənə və əhsin təsyirənə və əhsin əfiyətənə.

19)
Evdən çıxdıqdan sonra qapının ağzında üzü hərəkət edəcəyin səmtə tərəf dayanın və qabaq, sağ və sol tərəflərə «Həmd» surəni, «Ayətəl-kürsi» ayələri, «Fələq», «Nas» və «İxlas» surələrini oxuyun. Sonra deyin:
Ərəbcəاَللّٰهُمَّ احْفَظْنِى وَ احْفَظْ مَا مَعِىَ، وَ سَلِّمْنِى وَ سَلِّمْ ما مَعِىَ، وَ بَلِّغْنِى وَ بَلِّغْ مِا مَعِىَ بِبَلَاغِكَ الْحَسَنِ الْجَمِيلِ
TərcüməEy Allahım, məni və mənimlə olanı qoru, məni və mənimlə olanı salamat et, məni və mənimlə olanı ən yaxşı surətdə məqsədə çatdır
TranskripsiyaƏllahumməhfəzni vəhfəz mə mə`iyə və səllimni və səllim mə mə`iyə və bəlliğni və bəlliğ mə mə`iyə bi bələğikəl həsənil cəmil
Kim belə etsə, Allah onu və onunla birlikdə olanları qoruyar və mənzil başına çatdırar.[23]
20) Yola düşməzdən qabaq iki rəkət namaz qılın və hər şeyinizi Allaha tapşırıb deyin:

Ziy_13

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əstəvdi`ukə nəfsi və əhli və mali və zurriyyəti və dunyəyə və əxirəti və əmanəti və xatimətə əməliEy Allahım, mən özümü, ailəmi, malımı, övladlarımı, dünya və axirətimi, himayədarlığımı və işimin sonunu Sənə tapşırıramاَللّٰهُمَّ إِنِّى أَسْتَوْدِعُكَ نَفْسِى وَ أَهْلِى وَ مَالِى وَ ذُرِّيَّتِى، وَ دُنْيَاىَ وَ ءَاخِرَتِى، وَ أَمَانَتِى وَ خَاتِمَةَ عَمَلِى
Etibarlı mənbələrə istinadən, bu namaz və dua, ailəsi arasında onun ən yaxşı canişini olar. Kim bu duanı oxuyarsa, istədiyi şeyə nail olar.[24]

Mənbə:
[1] Geniş məlumat üçün müraciət edin: “Biharul-ənvar”, c.97; “Kitabul-Məzar”, s.101-dən başlayaraq;
“Vəsailuş-şiə”, c.8, s.248-dən başlayaraq.
[2] Müraciət edin: “Usuli-kafi”, c.8, s.143, hədis: 109 və s.275, hədis: 416;
“əl-Xisal”, Səduq, c.2, s.385, hədis:67 və s.386, hədis: 69 və s.388, hədis: 78 və s.393, hədis: 95;
“Biharul-ənvar”, c.56, s.35 və c.97, s.102; “Fəqih”, c.1, s.424, hədis: 1252 və c.2, s.266-267.
[3] Usuli-kafi, c.4, s.283, hədis: 4.
[4] Müraciət edin: Vəsailuş-şiə, c.11, səfər bölümlərindən 15-ci bölüm.
[5] Usuli-kafi, c.8, s.197-198, hədis: 235, 236; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 8-ci bölüm, hədis: 2,3.
[6] Usuli-kafi, c.4, s.383, hədis: 4; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 15-ci bölüm, hədis: 1.
[7] Məhasin, c.2, s.349, hədis: 26; Vəsailuş-şiə. c.8, səfər bölümlərindən 15-ci bölüm, hədis: 3.
[8] Fəqih, c.2, s.270, hədis: 2408; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 15-ci bölüm, hədis: 5.
[9] Kamiluz-ziyarat, s.283, hədis: 10, bölüm: 93.
[10] Biharul-ənvar, c.73, s.258, hədis: 52.
[11] Fəqih, c.2, s.278, hədis: 2437; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 31-ci bölüm, hədis: 2.
[12] Uyun-i əxbarir-Rza, c.2, s.145, hədis: 13; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 46-cı bölüm, hədis: 2.
[13] Biharul-ənvar, c.73, s.273.
[14] Usuli-kafi, c.4, s.286, hədis: 5; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 30-cu bölüm, hədis: 1.
[15] Fəqih, c.2, s.279, hədis: 2442.
[16] Usuli-kafi, c.3, s.265, hədis: 7.
[17] Təhzib, c.3, s.230, hədis: 103.
[18] Fəqih, c.2, s.276, hədis: 2431.
[19] Məhasin, c.2, s.367, hədis: 120.
[20] Məhasin, c.2, s.367, hədis: 118.
[21] Usuli-kafi, c.6, s.540, hədis: 17.
[22] Usuli-kafi, c.4, s.287, hədis: 1.
[23] Usuli-kafi, c.2, s.543, hədis: 11; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 19-cu bölüm, hədis: 1.
[24] Usuli-kafi, c.4, s.383, hədis: 1; Vəsailuş-şiə, c.8, səfər bölümlərindən 18-ci bölüm, hədis: 1.

Читайте также: