Namazlardan sonra oxunan müştərək təqibatlar — 2-ci hissə.

Print Friendly, PDF & Email

Məqalənin əvvəli 1-ci hissədə…
11) Şeyx Səduq və başqaları mötəbər sənədlərlə nəql etmişlər ki, İmam Məhəmməd Baqir (ə) buyurub: “Şeybə Huzuli adlı bir kişi Rəsulallahın (s) yanına gəlir və (naraharlıq içində) ərz edir: “Ey Rəsulallah, mən qocalmış və əldən düşmüşəm, əvvəllər qıldığım namazları, tutduğum orucları, yerinə yetirdiyim həcci, etdiyim cihadı indi edə bilmirəm (buna qüvvəm çatmır). Mənə kəlmələr öyrədin ki, Allah onlarla mənə mənfəət versin, eyni zamanda bu kəlmələr asan və az olsun.” Rəsulallah (s) buyurdu: “Dediklərini bir daha de.” O da dediyi sözləri təkrar etdi. Rəsulallah (s) buyurdu: “Sənin bu sözlərinə ətrafında olan ağaclar və kəsəklər ağladı.” Daha sonra o həzrət buyurdu: “Hər sübh namazından sonra 10 dəfə de:

Ərəbcəسُبْحَانَ اللهِ الْعَظِیمِ وَ بِحَمْدِهِ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
TərcüməƏzəmətli Allah pak və münəzzəhdir və mən Ona həmd-səna deyirəm, uca və əzəmətli Allahdan başqa sığınacaq və qüvvə yoxdur
TranskripsiyaTƏRCÜMƏ KULLİYATİNDİR NƏZƏRƏ AL

Bu duanı oxusan, Allah səni müxtəlif xəstəliklərdən qoruyar.” Şeybə dedi: “Bu, mənim dünyam üçün. Axirətim üçün də bir şey deyin.” Həzrət Rəsulallah (s) buyurdu: “”Hər namazdan sonra de:
Ərəbcəاَللَّهُمَّ اهْدِنِى مِنْ عِنْدِکَ، وَ اَفِضْ عَلَىَّ مِنْ فَضْلِکَ، وَ انْشُرْ عَلَىَّ مِنْ رَحْمَتِکَ، وَ اَنْزِلْ عَلَىَّ مِنْ بَرَکَاتِک
TərcüməEy Allahım, məni Öz tərəfindən hidayət et, mənə Öz fəzlindən yağdır, Öz rəhmətini mənim üçün aç, Öz bərəkətini mənə nazil et
TranskripsiyaTƏRCÜMƏ KULLİYATİNDİR NƏZƏRƏ AL

Sonra Rəsulallah (s) buyurdu: “Hər kim bu duanı davamlı oxusa və ölənədək onu bilərəkdən tərk etməsə, məhşərə daxil olduqda cənnətin qapıları onun üzünə açılar və o, istədiyi qapıdan Cənnətə daxil olar.”[1]
12) “Təsbihati-ərbə`ə”: Şeyx Tusi və başqaları səhih sənədlərlə nəql etmişlər ki, İmam Sadiq (ə) buyurub: “Bir gün Rəsulallah (s) öz səhabələrinə buyurdu: “Sizlərdən hər kim namazdan sonra 30 dəfə bu zikri deyərsə, yanmaq, suda qərq olmaq, evin uçulması, quyuya düşmək, yırtıcıların hücumu, pis ölümlər, ümumiyyətlə həmin gün göydın yerə enən hər bəla ondan uzaq olar.””[2] Zikr belədir:
Ərəbcəسُبْحَانَ اللهِ، وَ الْحَمْدُ لِلَّهِ، وَ لَا اِلٰهَ اِلَّا الله، وَ اللهُ اَکْبَرُ
TərcüməTƏRCÜMƏ ƏLAVƏ ET
TrankripsiyaSubhanəllahi, vəlhəmdulillahi, və la ilahə illəllahu vəllahu əkbər

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: “Hər kim hər namazdan sonra yerindən tərpənməmiş qırx dəfə bu zikri  desə, sonra Allahdan öz hacətini diləsə, Allah onun istəyini həyata keçirər.”[3] Zikr belədir:
Ərəbcəسُبْحَانَ اللهِ، وَ الْحَمْدُ لِلَّهِ، وَ لَا اِلٰهَ اِلَّا الله، وَ اللهُ اَکْبَرُ
TərcüməTƏRCÜMƏ ƏLAVƏ ET
TrankripsiyaSubhanəllahi, vəlhəmdulillahi, və la ilahə illəllahu vəllahu əkbər

Yenə də İmam Sadiq (ə) buyurub ki, hər kim vacib namazdan sonra 30 dəfə “Subhanəllah” desə, onun günahları bağışlanar.[4]
13) Şeyx Kuleyni səhih sənədlə nəql edir ki, İmam Sadiq (ə) buyurdu: “Hər kim vacib namazdan sonra 3 dəfə bu zikri desə, sonra Allahdan öz istəyini istəsə, istəyi həyata keçər[5]:
Ərəbcəیَا مَنْ یَفْعَلُ مَا یَشَاءُ، وَ لَا یَفْعَلُ مَا یَشَاءُ اَحَدٌ غَیْرُهُ
TərcüməEy hər istədiyini edə bilən kəs, Səndən qeyri kimsə hər istədiyini edə bilmir.
TranskripsiyaYa mən yəf`əlu ma yəşau, və kla yəf`əlu ma yəşau əhədun ğəyruh

14) Mötəbər bir hədisdə İmam Sadiq (ə) buyurub: “Hər kim namazdan sonra dizlərini tərpətməmiş və ayağa qalxmamış 10 dəfə bu zikri deyərsə, onun çoxlu günahları bağışlanar və əməl dəftərinə çoxlu savab yazılar[6]:
TranskripsiyaTərcüməƏrəbcə
Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur.اَشْهَدُ اَنْ لَا اِلٰهَ اِلَّا اللهُ
ilahən vahidən əhədən səməda, ləm yəttəxiz sahibətən və la vələda. O yeganə və şəriksizdir, “bir”, “yeganə”, və ehtiyacsızdır. Özünə heç kimi həyat yoldaşı və övlad seçməmişdirوَحْدَهُ لَا شَرِیکَ لَهُ، اِلٰهًا واحِدًا اَحَدًا صَمَدًا، لَمْ یَتَّخِذْ صاحِبَةً وَ لَا وَلَدًا

Hədislərdə bu zikr üçün çoxlu fəzilətlər bəyan olunmuşdur, xüsusilə də bu zikri sübh və işa namazından sonra, günəş doğarkən və qürub edərkən oxumağın böyük fəziləti vardır.[7]
15) Şeyx Kuleyni, Şeyx Səduq və başqaları səhih sənədlərlə nəql etmişlər ki, İmam Sadiq (ə) buyurub[8]: Cəbrail zindanda Həzrət Yusifin (ə) yanına gəlib dedi: Hər namazdan sonra de:
Ərəbcəاَللَّهُمَّ اجْعَلْ لِى فَرَجًا وَ مَخْرَجًا، وَ ارْزُقْنِى مِنْ حَیْثُ أَحْتَسِبُ، وَ مِنْ حَیْثُ لَا اَحْتَسِبُ
TərcüməEy Allahım, mənim üçün həll və çıxış yolu qərar ver, bildiyim və bilmədiyim yerdən mənə ruzi ver
TranskripsiyaTƏRCÜMƏ KULİYYATİNDİR NEZERE AL

16) Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: “Kim istəyirsə ki, Allah Qiyamət günü pis əməllərini ona xatırlatmasın və günahları üçün məhkəmə qurmasın, hər namazdan sonra bu duanı oxusun[9]:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innə məğfirətəkə ərca min əməli, və innə rəhmətəkə əvsəu min zənbi, İlahi, həqiqətən, Sənin bəxşişinə öz əməlimdən daha çox ümidvaram! Həqiqətən, Sənin rəhmətin mənim günahımdan daha genişdir!اللَّهُمَّ اِنَّ مَغْفِرَتَكَ أَرْجَى مِنْ عَمَلِي وَ اِنَّ رَحْمَتَكَ أَوْسَعُ مِنْ ذَنْبِي
Əllahummə in kanə zənbi indəkə əzimən fəəfvukə ə`zəmu min zənbi, İlahi, əgər mənim günahım Sənin dərgahında böyükdürsə, Sənin əfv və güzəştin mənim günahımdan da böyükdür!اللَّهُمَّ إِنْ كَانَ ذَنْبِي عِنْدَكَ عَظِيما فَعَفْوُكَ أَعْظَمُ مِنْ ذَنْبِي
Əllahummə in ləm əkun əhlən ən əbluğə rəhmətəkə fərəhmətukə əhlun ən təbluğəni və təsəəni, liənnəha vəsiət kullə şəy`, birəhmətikə ya ərhəmər rahimin.İlahi, əgər mən Sənin rəhmətinə şamil olmağa layiq deyiləmsə, Sənin rəhmətinin mənə şamil olması və məni əhatə etməsi layiqdir! Çünki rəhmətin hər şeyi əhatə etmişdir. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ إِنْ لَمْ أَكُنْ أَهْلا أَنْ أَبْلُغَ رَحْمَتَكَ فَرَحْمَتُكَ أَهْلٌ أَنْ تَبْلُغَنِي وَ تَسَعَنِي لِأَنَّهَا وَسِعَتْ كُلَّ شَيْ‏ءٍ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

17) Əllamə Məclisi Şeyx Kəf`əmidən nəql edir: Bir nəfər Həzrət Rəsulallahın (s) yanına gəlib xəstəlikdən və yoxsulluqdan şikayət etdi. Həzrət Rəsulallah (s) ona buyurdu: “Hər vacib namazdan sonra duanı[10] oxu:
TranskripsiyaTərcüməƏrəbcə
TƏRCÜMƏ KULLİYYATA MƏXSUSDUR NƏZƏRƏ ALHeç vaxt ölməyəcək bir diriyə təvəkkül etmişəm; həmd-səna o Allaha məxsusdur ki, Özünə yoldaş və övlad götürməmişdir, hökmdarlıqda şəriki yoxdur, zəif və aciz olmadığından hamiyə ehtiyacı yoxdur; Onu çox-çox böyük bilتَوَکَّلْتُ عَلَى الْحَىِّ الَّذِى لَا یَمُوتُ؛ وَ الْحَمْدُ لِلَّهِ الَّذِى لَمْ یَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا، وَ لَمْ یَکُنْ لَهُ شَرِیکٌ فِى الْمُلْکِ، وَ لَمْ یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَ کَبِّرْهُ تَکْبِیرًا

Başqa bir hədisdə isə o həzrət buyurdu: “Hər bir çətinlikdə və dar günümdə Cəbrail (ə) mənə nazil olub bu duanı oxumağımı söylədi.”[11]
18) Mərhum Şeyx Mufid “Muqənnə`ə” kitabında bu duanı[12] hər namazdan sonra oxumağı qeyd etmişdir:
TranskipsiyaTərcüməƏrəbcə
Ey Allahım, bizi elmdən faydalandır, səbir ilə zinətləndir, salamatlıqla gözəlləşdir, təqva ilə girami et. اَللَّهُمَّ انْفَعْنَا بِالْعِلْمِ، وَ زَیِّنَّا بِالْحِلْمِ، وَ جَمِّلْنَا بِالْعَافِیَةِ، وَ کَرِّمْنَا بِالتَّقْوَىٰ
Həqiqətən mənim sahibim o Allahdır ki, Kitabı (Quran) nazil etmişdir və O, salehləri sevir.اِنَّ وَلِیِّىَ اللهُ الَّذِى نَزَّلَ الْکِتَابَ، وَ هُوَ یَتَوَلَّى الصَّالِحِینَ

19) Mərhum Şeyx Səduq, Şeyx Tusi və başqaları mötəbər sənədlərlə nəql etmişlər ki, Əmirəl-möminin Əli (ə) buyurub: “Kim istəyirsə ki, qarışıqdan təmizlənmiş qızıl kimi bütün günahlardan təmizlənərək bu dünyadan köçsün və heç kim də ondan haqq tələb etməsin, gündəlik beş namazdan sonra Allahın sifətlərini bəyan edən surəni (yəni “Tövhid” surəsini) oxusun, sonra əllərini göyə qaldırıb bu duanı öxusun.” Daha sonra o həzrət buyurdu: “Bu dua gizli sirlərdəndir və Rəsulallah (s) onu mənə təlim etmişdir. Mənə tapşırdı ki, bu duanı Həsən və Hüseynə də öyrədim.” Dua[13] belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə biismikəl məknunil məxsunit tahirit tuhr, və əs`əlukə biismikəl əzimi və sultanikəl qədim, ya vahibəl ətaya, və ya mutliqəl usara, və ya fəkkakər riqabi minnən nar, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tu`tiqə rəqəbəti minən nar, və ən tuxricəni minəd dunya salima, və (ən) tudxilənil cənnətə amina, və ən təc`ələ duai əvvələhu fəlaha, və əvsətəhu nəcaha, və axirəhu səlaha, innəkə əntə əllamul ğuyubİlahi, pak, pakizə, mübarək olan gizli adını and verib Səndən istəyirəm, böyük adına və əzəli hakimiyyətini and verib Səndən istəyirəm! Ey əvəzsiz əta edən, ey əsirləri azad edən, ey məxluqata cəhənnəm odundan nicat verən, Səndən Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərməyi, məni də cəhənnəm odundan azad etməyi, dünyadan sağlam imanla aparmağı, əmin-amanlıqla behiştə daxil etməyi, duamın başlanğıcını doğruluq, ortasını nicat, axırını isə ləyaqət qərar verməyini istəyirəm. Çünki Sən qeyb aləminin sirlərini bilənsən!اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِاسْمِكَ الْمَكْنُونِ الْمَخْزُونِ الطَّاهِرِ الطُّهْرِ الْمُبَارَكِ وَ أَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ وَ سُلْطَانِكَ الْقَدِيمِ يَا وَاهِبَ الْعَطَايَا وَ يَا مُطْلِقَ الْأُسَارَى وَ يَا فَكَّاكَ الرِّقَابِ مِنَ النَّارِ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُعْتِقَ رَقَبَتِي مِنَ النَّارِ وَ أَنْ تُخْرِجَنِي مِنَ الدُّنْيَا سَالِما وَ [أَنْ‏] تُدْخِلَنِي الْجَنَّةَ آمِنا وَ أَنْ تَجْعَلَ دُعَائِي أَوَّلَهُ فَلاحا وَ أَوْسَطَهُ نَجَاحا وَ آخِرَهُ صَلاحا اِنَّكَ أَنْتَ عَلامُ الْغُيُوبِ

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: “Hər kim hər namazdan sonra “Tövhid” surəsini oxusa, Allah dünya və axirət xeyrini bir yerdə ona verər, onun özünü və ata-anasını bağışlayar.”[14]
20) Mərhum Şeyx Mufid “Əmali” kitabında yazır ki, Məhəmməd ibn Hənəfiyyə (ə) dedi: “Bir gün atam Əmirəl-möminini (ə) təvaf edərkən gördüm. Bu vaxt o, bir kişi gördü ki, Kəbənin pərdəsindən tutub bir dua oxuyurdu. O kişi Əmirəl-mömininə (ə) dedi: “Bu duanı hər namazdan sonra oxu. And olsun Allaha, bu duanı hər namazdan sonra oxuyan möminin Allah çox günahlarını bağışlayar.” Əmirəl-möminin (ə) buyurdu: “Mən bu duanı bilirəm və o kişi Həzrət Xızır idi.” Dua[15] belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Ya mən la yəşğəluhu səm`un ən səm`, və ya mən la yuğəllituhus sailun, və ya mən la yubrimuhu ilhahul mulihhin, əziqni bərdə əfvikə və həlavətə rəhmətikə və məğfirətikEy nəyisə eşitmək digər bir şeyi eşitməsinə mane olmayan, ey çoxlu sayda hacət istəyənlərin hacəti onu səhv və xətaya uğratmayan və onların arzusunun çoxluğundan yorulmayan! İlahi, bağışlamağının ləzzəti, lütf və mərhəmətinin şirinliyini mənə dadızdır!يَا مَنْ لا يَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْعٍ وَ يَا مَنْ لا يُغَلِّطُهُ السَّائِلُونَ وَ يَا مَنْ لا يُبْرِمُهُ إِلْحَاحُ الْمُلِحِّينَ أَذِقْنِي بَرْدَ عَفْوِكَ وَ حَلاوَةَ رَحْمَتِكَ وَ مَغْفِرَتِكَ
(Məqalənin ardı 3-cü hissədə)

Mənbələr:
[1] Şeyx Səduq — Səvabul-ə`mal, səh 159,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 19
[2] Şeyx Tusi — Təhzib, c 2, səh 107, hədis 174
[3] Şeyx Səduq — Əmali, səh 182, hədis 11
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 21, hədis 19
[4] Şeyx Səduq — Əmali, səh 271, hədis 6,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 21, hədis 19
[5] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 549, hədis 9
[6] Şeyx Bərqi — Məhasin, c 1, səh 51, hədis 73
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 27, hədis 30
[7] Şeyx Abbas Qumi — Məfatihul-cinan, “Müştərək təqibat” fəsli
[8] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 549, hədis 7,
Şeyx Səduq — Fəqih, c 1, səh 324, hədis 950
[9] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 37, hədis 44
[10] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 49, hədis 54
[11] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 49, hədis 54
[12] Şeyx Mufid — Muqənnə`ə, səh 114,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 51, hədis 55
[13] Şeyx Səduq — Məanil-əxbar, səh 140, hədis 1,
Şeyx Tusi — Təhzib, c 2, səh 108, hədis 29
[14] Şeyx Səduq — Səvabul-ə`mal, səh 128,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 27, hədis 29
[15] Şeyx Mufid — Əmali, səh 91, hədis 8
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 1, hədis 1

Читайте также: