Ziyarətnamə: Əhməd Təbərsinin «əl-İhticac» kitabından gətirilən İmam Zamanın (ə.f) ziyarəti
Şeyx Abbas Qumi qeyd edir ki, möhtərəm şeyx Əhməd ibn Əbi Talib Təbərsi (r.ə) «əl-İhticac» adlı dəyərli kitabında rəvayət edir ki, o, bu müqəddəs məkandan xaric olub, Məhəmməd Hümeyriyə (Himyəriyə) yaxınlaşdı. İmam Zamandan (ə.f) soruşduğu bir neçə məsələnin cavabını bəyan etdikdən sonra dedi:
| Ərəbcə | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ لا لِأَمْرِهِ تَعْقِلُونَ وَ لا مِنْ أَوْلِيَائِهِ تَقْبَلُوَن حِكْمَةٌ بَالِغَةٌ فَمَا تُغْنِي النُّذُرُ [عَنْ قَوْمٍ لا يُؤْمِنُونَ] |
| Tərcümə | Bağışlayan və mehriban Allahın adı ilə! Nə özü onun işləri barəsində düşünür, nə də dostlarından qəbul edir; aydın hikmət olsa da, (iman gətirməyən qövmdən) nəzir edənlər və qorxanlara kifayət etməz. Salam olsun bizə və Allahın saleh bəndələrinə! |
| Transkripsiya | Bismillahir rəhmanir rəhim, la li əmrihi tə`qilunə və la min əvliyaihi təqbilun, hikmətun baliğətun fəma tuğnin nuzur (ən qəvmin la yu`minun), əssəlamu ələyna və əla ibadillahis salihin. |
Daha sonra imam Zamanın (ə.f) bu sözlərini bəyan etdi: “Bizim vasitəmizlə Allah Taalaya yaxınlaşmaq istədiyiniz vaxt və ya bizi ziyarət etmək istədiyiniz vaxt, Allah Taalanın buyurduğu bu sözləri[1] deyin: «Ali-Yasin» ziyarəti.
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 81, hədis 1,
Əhməd ibn Əbi Talib Təbərsi — İhticac, c 2,səh 492 (cüzi fərqlə)
