Salavat: İmam Əli ibn Hüseynə (ə) salavat

Print Friendly, PDF & Email

İmam Zeynulabidinə (imam Səccada) (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə səlli əla Əliyyibnil Husəyni səyyidil abidin, İlahi, abidlərin sərvəri Əli ibn Hüseynə salam yetir! اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ سَيِّدِ الْعَابِدِينَ
əlləzistəxləstəhu linəfsik, Belə ki, onu Özün üçün saflaşdırdın, الَّذِي اسْتَخْلَصْتَهُ لِنَفْسِكَ
və cəəltə minhu əimmətəl huda, əlləzinə yəhdunə bil həqqi və bihi yə`dilunəxtərtəhu linəfsik, onun nəslindən camaatı haqqa yönəldən və ona doğru qaytaran hidayətçi imamlar təyin etdin, وَ جَعَلْتَ مِنْهُ أَئِمَّةَ الْهُدَى الَّذِينَ يَهْدُونَ بِالْحَقِّ وَ بِهِ يَعْدِلُونَ اخْتَرْتَهُ لِنَفْسِكَ
və təhhərtəhu minər ricsi vəstəfəytəhu və cəəltəhu hadiyən məhdiyya, onu Özün üçün seçdin, çirkinliklərdən uzaqlaşdırdın, bəyəndin və hidayət olunanlara bələdçi təyin etdin. وَ طَهَّرْتَهُ مِنَ الرِّجْسِ وَ اصْطَفَيْتَهُ وَ جَعَلْتَهُ هَادِيا مَهْدِيّا
Əllahummə fəsəlli ələyhi əfzələ ma səlləytə əla əhədin min zurriyyəti ənbiyaik, İlahi, peyğəmbərlərin nəslindən olanlara yetirdiyin fəzilətli salamı ona yetir اللَّهُمَّ فَصَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ ذُرِّيَّةِ أَنْبِيَائِكَ
hətta yəbluğə bihi ma təqərru bihi əynuhu fid dunya vəl axirəh, elə bir salam ki, dünya və axirətdə onun vasitəsilə gözləri işıqlansın! حَتَّى يَبْلُغَ بِهِ مَا تَقَرُّ بِهِ عَيْنُهُ فِي الدُّنْيَا وَ الْآخِرَةِ
innəkə əzizun həkimDoğrudan da, Sən izzət və hikmət sahibisən!اِنَّكَ عَزِيزٌ حَكِيمٌ

Читайте также: