Minacat: 5-ci Minacat — Müştaqların (sövq edənlərin) minacatı
4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «müştaqların» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allahın lütfünə, ehsanına və firavan nemətlərinə müştaq olanların minacatıdır:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| İlahi in kanə qəllə zadi fil məsiri iləyk, | İlahi, Sənə doğru olan səfərdə azuqəmin (yaxşı əməlim) azlığına baxmayaraq, | إِلَهِي إِنْ كَانَ قَلَّ زَادِي فِي الْمَسِيرِ إِلَيْكَ |
| fələqəd həsunə zənni bit təvəkkuli ələyk, | Sənə təvəkkül etməklə məni bağışlayıb əfv edəcəyinə “hüsnü-zənn”im (yaxşı gümanım) çoxdur. | فَلَقَدْ حَسُنَ ظَنِّي بِالتَّوَكُّلِ عَلَيْكَ |
| və in kanə curmi qəd əxafəni min uqubətik, fəinnə rəcai qəd əş`ərəni bil əmni min niqmətik, | Təqsirlərim məni cəzalandırmağından qorxutsa da, (Sənə) ümidim mənə cəzalarından amanda qalacağımı anladır. | وَ إِنْ كَانَ جُرْمِي قَدْ أَخَافَنِي مِنْ عُقُوبَتِكَ فَاِنَّ رَجَائِي قَدْ أَشْعَرَنِي بِالْأَمْنِ مِنْ نِقْمَتِكَ |
| və in kanə zənbi qəd ərəzəni liiqabik, fəqəd azənəni husnu siqəti bisəvabikə, | Günahım məni əzabına düçar olmaq təhlükəsi ilə üzləşdirsə də, Sənə etimadım məni cavabına yönəldir. | وَ إِنْ كَانَ ذَنْبِي قَدْ عَرَضَنِي لِعِقَابِكَ فَقَدْ آذَنَنِي حُسْنُ ثِقَتِي بِثَوَابِكَ |
| və in ənamətnil ğəflətu ənil isti`dadi liliqaik, fəqəd nəbbəhətnil mə`rifətu bi kərəmikə və alaik, | Qəflətim məni Səninlə görüşdən qafil etsə də, Sənin lütf və nemətlərinə olan mərifət və imanım onları xatırladaraq məni ayıltmışdır. | وَ إِنْ أَنَامَتْنِي الْغَفْلَةُ عَنِ الاسْتِعْدَادِ لِلِقَائِكَ فَقَدْ نَبَّهَتْنِي الْمَعْرِفَةُ بِكَرَمِكَ وَ آلائِكَ |
| və in əvhəşə ma bəyni və bəynəkə fərtul isyani vət tuğyan, fəqəd anəsəni buşral ğufrani vər rizvan, | Üsyankarlıq və tüğyançılıqda həddi aşmaq mənimlə Sənin aranda fasilə salaraq mənim üçün iztirab yaratsa da, bağışlamaq və razılıq müjdəsi mənə aramlıq bəxş edir. | وَ إِنْ أَوْحَشَ مَا بَيْنِي وَ بَيْنَكَ فَرْطُ الْعِصْيَانِ وَ الطُّغْيَانِ فَقَدْ آنَسَنِي بُشْرَى الْغُفْرَانِ وَ الرِّضْوَانِ |
| əs`əlukə bisubuhati vəchikə və biənvari qudsik, | İlahi, Sənə and verirəm bənzərsiz və kamil zatın və müqəddəs nurunu, | أَسْأَلُكَ بِسُبُحَاتِ وَجْهِكَ وَ بِأَنْوَارِ قُدْسِكَ |
| və əbtəhilu iləykə biəvatifi rəhmətikə və lətaifi birrik, | mehribanlığın və lütfünün lətifliyini, | وَ أَبْتَهِلُ إِلَيْكَ بِعَوَاطِفِ رَحْمَتِكَ وَ لَطَائِفِ بِرِّكَ |
| ən tuhəqqiqə zənni bima uəmmiluhu min cəzili ikramikə və cəmili in`amik, fil qurba mink, | Sənin çoxlu ehsanın, gözəl nemətin, Sənə yaxın olmaq məqamına çatmaq | أَنْ تُحَقِّقَ ظَنِّي بِمَا أُؤَمِّلُهُ مِنْ جَزِيلِ إِكْرَامِكَ وَ جَمِيلِ إِنْعَامِكَ فِي الْقُرْبَى مِنْكَ |
| vəz zulfa lədəyk, vət təməttui bin nəzəri iləyk, | və camalına nəzər salmaqdan ləzzət almaqla bağlı gümanım, ümid və arzumu gerçəkləşdir. | وَ الزُّلْفَى لَدَيْكَ وَ التَّمَتُّعِ بِالنَّظَرِ إِلَيْكَ |
| və ha ənə mutəərrizun linəfəhati rəvhikə və ətfik, və muntəciun ğəysə cudikə və lutfik, | Mənəvi rahatlıq gətirən mehin mənə dəyməsi, mehribanlıq, lütf və ehsan yağışının mərhəmət olaraq üzərimə yağmasını diləyir, | وَ هَا أَنَا مُتَعَرِّضٌ لِنَفَحَاتِ رَوْحِكَ وَ عَطْفِكَ وَ مُنْتَجِعٌ غَيْثَ جُودِكَ وَ لُطْفِكَ |
| farrun min səxətikə ila rizak, haribun minkə iləyk, racin əhsənə ma lədəyk, | qəzəbindən razılığına, Səndən Sənin özünə sığınır, dərgahında olanların ən yaxşısına ümid bəsləyir | فَارٌّ مِنْ سَخَطِكَ إِلَى رِضَاكَ هَارِبٌ مِنْكَ إِلَيْكَ رَاجٍ أَحْسَنَ مَا لَدَيْكَ |
| muəvvilun əla məvahibik, muftəqirun ila riayətik, | və bağışlamağına etimad edirəm. Mən Sənin himayən və qorumağına möhtacam. | مُعَوِّلٌ عَلَى مَوَاهِبِكَ مُفْتَقِرٌ إِلَى رِعَايَتِكَ |
| ilahi ma bədə`tə bihi min fəzlikə fətəmmimhu, | İlahi, əvvəldə lütf və mərhəmətinlə başladığın işi sonuna qədər tamamla, | إِلَهِي مَا بَدَأْتَ بِهِ مِنْ فَضْلِكَ فَتَمِّمْهُ |
| və ma vəhəbtə li min kərəmikə fəla təslubhu, | mənə bəxş etdiklərini məndən alma | وَ مَا وَهَبْتَ لِي مِنْ كَرَمِكَ فَلا تَسْلُبْهُ |
| və ma sətərtəhu ələyyə bihilmikə fəla təhtikhu, | və Öz helminlə günahlarımın üstünə örtdüyün pərdələri yırtma! | وَ مَا سَتَرْتَهُ عَلَيَّ بِحِلْمِكَ فَلا تَهْتِكْهُ |
| və ma əlimtəhu min qəbihi fi`li fəğfirhu, | Məndən baş verən və Sənin də xəbərdar olduğun qəbahətli əməlləri bağışla! | وَ مَا عَلِمْتَهُ مِنْ قَبِيحِ فِعْلِي فَاغْفِرْهُ |
| ilahi istəşfə`tu bikə iləyk, vəstəcərtu bikə mink, | İlahi, Sənin Özünü Özünə vasitəçi edir və Sənin qəzəbindən Sənə sığınıram. | إِلَهِي اسْتَشْفَعْتُ بِكَ إِلَيْكَ وَ اسْتَجَرْتُ بِكَ مِنْكَ |
| ətəytukə tamiən fi ihsanik, rağibən fimtinanik, | Sənin ehsanına həris, nemətlərinə rəğbətli, | أَتَيْتُكَ طَامِعا فِي إِحْسَانِكَ رَاغِبا فِي امْتِنَانِكَ |
| mustəsqiyən vabilə təvlik, mustəmtirən ğəmamə fəzlik, | ehsan yağışın və mərhəmət buluduna təşnə olduğum, | مُسْتَسْقِيا وَابِلَ طَوْلِكَ مُسْتَمْطِرا غَمَامَ فَضْلِكَ |
| talibən mərzatikə qasidən cənabək, | razılığını istədiyim, Sənə diqqət yetirməyi iradə etdiyim, | طَالِبا مَرْضَاتَكَ قَاصِدا جَنَابَكَ |
| varidən şəriətə rifdik, multəmisən səniyyəl xəyrati min indik, | nemət arxına girdiyim və lütfünlə ən xeyirli olanları istədiyim halda, | وَارِدا شَرِيعَةَ رِفْدِكَ مُلْتَمِسا سَنِيَّ الْخَيْرَاتِ مِنْ عِنْدِكَ |
| vafidən ila həzrəti cəmalik, muridən vəchək, tariqən babək, | Sənin dərgahına üz tutmuşam. Sənin qonaqlarınla (Sənə üz tutanlarla) mehriban davranmağını bildiyim və Səni müşahidə etmək istədiyim halda, rəhmət qapını döyürəm. | وَافِدا إِلَى حَضْرَةِ جَمَالِكَ مُرِيدا وَجْهَكَ طَارِقا بَابَكَ |
| mustəkinən liəzəmətikə və cəlalik, | Sənin əzəmət və calalının seyrinə həddən artıq ehtiyaclıyam. | مُسْتَكِينا لِعَظَمَتِكَ وَ جَلالِكَ |
| fəf`əl bi ma əntə əhluh, minəl məğfirəti vər rəhməh, və la təf`əl bi ma ənə əhluh, minəl əzbi vən niqməh, | Sənə and verirəm Öz rəhmətini, mənimlə mənə layiq olan əzab və intiqamla deyil, Sənə layiq olan rəhmət və məğfirətinlə rəftar et, | فَافْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ مِنَ الْمَغْفِرَةِ وَ الرَّحْمَةِ وَ لا تَفْعَلْ بِي مَا أَنَا أَهْلُهُ مِنَ الْعَذَابِ وَ النِّقْمَةِ |
| birəhmətikə ya ərhəmər rahimin. | ey mehribanların ən mehribanı! | بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 145
