Minacat: 8-ci Minacat — Müridlərin (istəyənlərin) minacatı

Print Friendly, PDF & Email

4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «müridlərin (istəyənlərin)» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allah aşiqlərinin minacatıdır. Onlar Allahla minacatdan qeyri bir şeydən həzz almırlar:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhimBağışlayan və mehriban Allahın adı ilə!بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
Subhanəkə ma əzyəqət turuqə əla mən ləm təkun dəliləh, İlahi, Sən bütün eyib və nöqsanlardan pak və uzaqsan! Əgər sən yolgöstərən və bələdçi olmasan, yollar nə qədər çətin və necə də dardır! سُبْحَانَكَ مَا أَضْيَقَ الطُّرُقَ عَلَى مَنْ لَمْ تَكُنْ دَلِيلَهُ
və ma əvzəhəl həqqə ində mən hədəytəhu səbiləh, Hidayət etdiyin halda, haqq yolu necə də aydın və işıqlıdır! وَ مَا أَوْضَحَ الْحَقَّ عِنْدَ مَنْ هَدَيْتَهُ سَبِيلَهُ
ilahi fəsluk bina subuləl vusuli iləyk, İlahi, bizi, birbaşa Sənin vüsalına qovuşduran yolda hərəkət etdir, إِلَهِي فَاسْلُكْ بِنَا سُبُلَ الْوُصُولِ إِلَيْكَ
və səyyirna fi əqrəbit turuqi lil vufudi ələyk, Sənin dərgahına daxil olmaq üçün ən yaxın yolla seyr etdir, وَ سَيِّرْنَا فِي أَقْرَبِ الطُّرُقِ لِلْوُفُودِ عَلَيْكَ
qərrib ələynal bəid, və səhhil ələynal əsirəş şədid, uzağı bizə yaxınlaşdır, çətinlik və şiddətli hadisələri bizə asanlaşdır! قَرِّبْ عَلَيْنَا الْبَعِيدَ وَ سَهِّلْ عَلَيْنَا الْعَسِيرَ الشَّدِيدَ
və əlhiqna biibadikəlləzinə hum bil bidari iləykə yusariun, Bizi Sənin dərgahına yaxınlaşmaq üçün cürətlə hərəkət edən, وَ أَلْحِقْنَا بِعِبَادِكَ الَّذِينَ هُمْ بَالْبِدَارِ إِلَيْكَ يُسَارِعُونَ
və babəkə ələd dəvami yətruqun, daim Sənin qapını döyən وَ بَابَكَ عَلَى الدَّوَامِ يَطْرُقُونَ
və iyyakə fil ləyli vən nəhari yə`budun, və Sənin heybət və əzəmətindən qorxan halda, وَ إِيَّاكَ فِي اللَّيْلِ وَ النَّهَارِ يَعْبُدُونَ
və hum min həybətikə muşfiqun, gecə-gündüz Sənə ibadət edən xas bəndələrinə – وَ هُمْ مِنْ هَيْبَتِكَ مُشْفِقُونَ
əlləzinə səffəytə ləhumul məşarib, səfalı tövhid bulaqlarından su içirdiyin, الَّذِينَ صَفَّيْتَ لَهُمُ الْمَشَارِبَ
və bəlləğtəhumur rəğaib, arzularına çatdırdığın, وَ بَلَّغْتَهُمُ الرَّغَائِبَ
və əncəhtə ləhumul mətalib, hacətlərini həyata keçirdiyin, وَ أَنْجَحْتَ لَهُمُ الْمَطَالِبَ
və qəzəytə ləhum min fəzlikəl məarib, lütf və mərhəmətinlə ali məqsədlərə nail etdiyin وَ قَضَيْتَ لَهُمْ مِنْ فَضْلِكَ الْمَآرِبَ
və mələ`tə ləhum zəmairəhum min hubbik, və qəlblərini öz məhəbbətinlə doldurduğun kəslərə – qovuşdur. وَ مَلَأْتَ لَهُمْ ضَمَائِرَهُمْ مِنْ حُبِّكَ
və rəvvəytəhum min safi şirbik, Sənin vüsalının təşnəsi olanları pak suyunla (məhəbbətinlə) sirab etdin وَ رَوَّيْتَهُمْ مِنْ صَافِي شِرْبِكَ
fəbikə ila ləzizi munacatikə vəsəlu, və minkə əqsa məqasidihum həssəlu, və onların sayəndə Səninlə münacatdan ləzzət duymaq məqamına yetişərək ən son məqsədlərinə – Səni müşahidə etməyə çatdılar. فَبِكَ إِلَى لَذِيذِ مُنَاجَاتِكَ وَصَلُوا وَ مِنْكَ أَقْصَى مَقَاصِدِهِمْ حَصَّلُوا
fəya mən huvə ələl muqbilinə ələyhi muqbil, və bil ətfi ələyhim aidun mufzil, Ey Ona üz gətirənlərə diqqət yetirən, onlarla mehribanlıq və nəvazişlə rəftar və ehsan edən, فَيَا مَنْ هُوَ عَلَى الْمُقْبِلِينَ عَلَيْهِ مُقْبِلٌ وَ بِالْعَطْفِ عَلَيْهِمْ عَائِدٌ مُفْضِلٌ
və bil ğafilinə ən zikrihi rəhimun rəuf, və bicəzbihim ila babihi vədudun ətuf, hətta Səni yad etməkdən qafil olanlara belə rəhmli və mehriban olan və onları məhəbbətlə öz dərgahına cəzb edən. وَ بِالْغَافِلِينَ عَنْ ذِكْرِهِ رَحِيمٌ رَءُوفٌ وَ بِجَذْبِهِمْ إِلَى بَابِهِ وَدُودٌ عَطُوفٌ
əs`əlukə ən təc`ələni min əvfərihim minkə həzza, İlahi, mənim xeyrimi Öz fəzilətinlə daha çox, أَسْأَلُكَ أَنْ تَجْعَلَنِي مِنْ أَوْفَرِهِمْ مِنْكَ حَظّا
və ə`lahum indəkə mənzila, yanındakı məqamımı onların hamısından daha üstün və ali, وَ أَعْلاهُمْ عِنْدَكَ مَنْزِلا
və əczəlihim min vuddikə qisma, dostluq və məhəbbətindən payımı daha böyük وَ أَجْزَلِهِمْ مِنْ وُدِّكَ قِسْما
və əfzəlihim fi mə`rifətikə nəsiba, və Sənə mərifətimi daha artıq et! وَ أَفْضَلِهِمْ فِي مَعْرِفَتِكَ نَصِيبا
fəqəd inqətəət iləykə himməti, Həqiqətən, mən bütün diqqətimi digərlərindən yayındırıb Sənə yönəltmiş فَقَدِ انْقَطَعَتْ إِلَيْكَ هِمَّتِي
vənsərəfət nəhvəkə rəğbəti, və qəlbimi Sənə rəğbət və meyilli etmişəm! وَ انْصَرَفَتْ نَحْوَكَ رَغْبَتِي
fəəntə la ğəyrukə muradi, Məqsədim başqası deyil, yalnız Sənsən. فَأَنْتَ لا غَيْرُكَ مُرَادِي
və ləkə la sivakə səhəri və suhadi, Yuxusuz və oyaq qalmağım başqasına görə deyil, Sənə xatirdir. وَ لَكَ لا لِسِوَاكَ سَهَرِي وَ سُهَادِي
və liqaukə qurrəti əyni, və vəslukə muna nəfsi, Səninlə (mənəvi) görüş gözümün nuru və Sənə qovuşmaq mənim yeganə arzumdur. وَ لِقَاؤُكَ قُرَّةُ عَيْنِي وَ وَصْلُكَ مُنَى نَفْسِي
və iləykə şəvqi, və fi məhəbbətikə vələhi, və ila həvakə səbabəti, və rizakə buğyəti, Şövq və məhəbbətim yalnız Sənə məxsusdur. Qəlbim Sənə valeh olmuş, məqsədim yalnız Sənin razılığındır. وَ إِلَيْكَ شَوْقِي وَ فِي مَحَبَّتِكَ وَلَهِي وَ إِلَى هَوَاكَ صَبَابَتِي وَ رِضَاكَ بُغْيَتِي
və ru`yətukə hacəti, və civarukə tələbi, Səni müşahidə etməyə möhtac və Sənin qonşuluğunda (Sənə yaxın) olmaq mənim istəyimdir. وَ رُؤْيَتُكَ حَاجَتِي وَ جِوَارُكَ طَلَبِي
və qurbukə ğayətu su`li, və fi munacatikə rəvhi və rahəti, Səninlə minacat şadlıq və asudəliyimdir. وَ قُرْبُكَ غَايَةُ سُؤْلِي وَ فِي مُنَاجَاتِكَ رَوْحِي وَ رَاحَتِي
və indəkə dəvau illəti və şifau ğulləti, və bərdu ləv`əti və kəşfu kurbəti, Xəstəliyimin dərmanı, yanan ürəyimin şəfası, qəlb atəşimin aramlığı və qəm-kədərimin əlacı Səndədir. وَ عِنْدَكَ دَوَاءُ عِلَّتِي وَ شِفَاءُ غُلَّتِي وَ بَرْدُ لَوْعَتِي وَ كَشْفُ كُرْبَتِي
fəkun ənisi fi vəhşəti, və muqilə əsrəti, və ğafirə zəlləti, İlahi, vəhşət və qorxu zamanı mənim munisim ol, azğınlıq və günahlarımı bağışla, فَكُنْ أَنِيسِي فِي وَحْشَتِي وَ مُقِيلَ عَثْرَتِي وَ غَافِرَ زَلَّتِي
və qabilə təvbəti, və mucibə də`vəti, və vəliyyə isməti, və muğniyə faqəti, tövbə və duamı qəbul et, məni günahdan qoru, fəqirlikdən nicat verib ehtiyacsız et, وَ قَابِلَ تَوْبَتِي وَ مُجِيبَ دَعْوَتِي وَ وَلِيَّ عِصْمَتِي وَ مُغْنِيَ فَاقَتِي
və la təqtə`ni ənkə və la tub`idni minkə ya nəimi və cənnəti, və ya dunyayə və axirəti məni Özündən uzaqlaşdırma, ey mənə verdiyi nemətlərin, cənnət, dünya və axirətimin sahibi! وَ لا تَقْطَعْنِي عَنْكَ وَ لا تُبْعِدْنِي مِنْكَ يَا نَعِيمِي وَ جَنَّتِي وَ يَا دُنْيَايَ وَ آخِرَتِي
ya ərhəmər rahiminEy mehribanların ən mehribanı!يَا أَرْحَمَ الرَّاحِمِينَ‏

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 147

Читайте также: