TAM Cümə axşamına məxsus əməllər toplusu

Print Friendly, PDF & Email

Cüməyə keçən gecənin əməlləri çox olduğu üçün biz bu məqalədə bəzilərini qeyd etməklə kifayətlənirik.
1) Aşağıdakı zikri çoxlu demək:

Ərəbcəسُبْحَانَ اللَّهِ و اللَّهُ أَكْبَرُ و لا إِلَهَ إِلا اللَّهُ
TərcüməAllah bütün eyiblərdən pak və uzaqdır, Allah böyükdür və Allahdan başqa heç bir tanrı yoxdur
TranskripsiyaSubhanəllahi vəllahu əkbəru və lə ilahə illəllah.

Bu gündə çoxlu salavat göndərmək. Cümənin gecəsi çox nurani, gündüzü isə çox aydındır, belə isə çoxlu de:
Ərəbcəسُبْحَانَ اللَّهِ و اللَّهُ أَكْبَرُ و لا إِلَهَ إِلا اللَّهُ
TərcüməAllah bütün eyiblərdən pak və uzaqdır, Allah böyükdür və Allahdan başqa heç bir tanrı yoxdur
TranskripsiyaSubhanəllahi vəllahu əkbəru və lə ilahə illəllah.

2) Bu gün Muhəmməd və Ali Muhəmmədə çoxlu salavat göndərin. Rəvayətdə bu günün salavatının ən az sayı 100 ədəd qeyd olunur. İmam Sadiqdən (ə) nəql olunan hədisdə oxuyuruq: “Cümə gecəsi Muhəmməd və Ali Muhəmmədə göndərilən salavat 1000 həsənə ilə bərabərdir və salavat göndərənin (əməl dəftərindən) 1000 günah pozular. İmam Sadiqdən (ə) mötəbər sənədlə nəql olunmuş rəvayətə görə, cümə axşamı gün batana yaxın mələklər səmalardan qızıl qələm və gümüş səhifələrlə yerə nazil olub, cümə axşamı gün batan çağından, cümə gecəsi və cümə günü gün batana qədər, o gümüş səhifələrə Muhəmməd və Ali Muhəmmədə salavatdan başqa bir şey yazmazlar. İmam Sadiq (ə) buyurub: “Cümə günü 1000 dəfə və başqa günlərdə 100 dəfə salavat demək sünnədir.”[1]
3) Başqa bir hədisdə Həzrət Rəsulallah (s) buyurub: “Çox işıqlı gecədə və çox aydın gündüzdə, yəni cümə gecəsi və cümə günündə mənə çoxlu salavat göndərin.” O həzrətdən soruşdular: “Çoxlu salavat dedikdə nə qədər salavatı nəzərdə tutursunuz?” O həzrət buyurdu: “100 dəfə və nə qədər artıq olsa daha yaxşıdır.”[2]
4) Şeyx Tusi belə buyurmuşdur: “Cümə axşamı Peyğəmbərə 1000 dəfə salavat göndərmək müstəhəbdir. Hədisə istinadən, yaxşı olar ki, salavatı aşağadakı kimi göndərsin:

Cümə gecəsi əməlləri_2

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
və `əccil fərəcəhum və əhlik əduvvəhum, minəl cinni vəl ins, minəl əvvəlinə vəl axirin.onların “fərəc”ini (Sahibəz-Zamanın (ə) zühurunu) tezləşdir, cinlər və insanlardan, məxluqatın birinci və sonuncularından olan düşmənlərini həlak et!وَ عَجِّلْ فَرَجَهُمْ وَ أَهْلِكْ عَدُوَّهُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ

Həmçinin yuxarıdakı salavatı cümə axşamı əsrdən cümə gününün axırına qədər 100 dəfə oxumağın çoxlu fəziləti olduğu deyilir.
5) Hədislərdə buyurulur ki, cümə axşamı günü özünüzü cümə gecəsi və cümə gününün ibadəti üçün hazırlayın, sizi süst edən yemək və içməkdən istifadə etməyin.[3] Mötəbər bir hədisdə İmam Baqir (ə) buyurub: “And olsun Allaha, mənə xəbər vermişlər ki, Peyğəmbərin (s) səhabələri cümə axşamı günü özlərini cümə günü üçün hazırlayarmışlar. Çünki cümə fürsəti müsəlmanlar üçün məhdud bir fürsətdir.”[4]
Şeyx Tusi  buyurmuşdur ki, cümə axşamı (gün batan vaxtı) aşağıda deyilən qaydada istiğfar[5] etmək müstəhəbdir:

Cümə gecəsi əməlləri_3

TranskripsiyaTərcüməƏrəbcə
Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir.أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ
və ətubu iləyhi təvbətə əbdin xaziin miskinin mustəkin, la yəstətiu linəfsihi sərfən və la ədla, və la nəf`ən və la zərra, və la həyatən və la məvtən və la nuşura, Özündən şər işləri dəf etməyi və özünə fayda verməyi bacarmayan, ölüm və həyata, xeyir və şərə qadir olmayan təvazökar, fəqir və aciz bir bəndənin tövbəsi ilə günahlardan tövbə edərək Ona doğru qayıdıram. وَ أَتُوبُ إِلَيْهِ تَوْبَةَ عَبْدٍ خَاضِعٍ مِسْكِينٍ مُسْتَكِينٍ لا يَسْتَطِيعُ لِنَفْسِهِ صَرْفا وَ لا عَدْلا وَ لا نَفْعا وَ لا ضَرّا وَ لا حَيَاةً وَ لا مَوْتا وَ لا نُشُورا
və salləllahu əla Muhəmmədin və itrətihit təyyibinət tahirinəl əxyaril əbrar, Allahın salamı olsun Muhəmməd və onun pak Əhlibeytinə – aləmin ən yaxşıları, pakları, seçilmişləri və xeyirxahlarına! وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ عِتْرَتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ الْأَخْيَارِ الْأَبْرَارِ
və səlləmə təslima.Allahın kamil salamı olsun onlara!وَ سَلَّمَ تَسْلِيما

6) Quranı çox oxuyun. Cümə axşamı aşağıda qeyd edəcəyimiz surələri oxusun. “Bəni İsrail” (yəni İsra), “Kəhf”, “Nəml”, “Şüəra”, “Qəsəs”, “Səcdə”, “Yasin”, “Sad”, “Əhqaf”, “Vaqiə”, “Fussilət”, “Duxan”, “Tur”, “Qəmər”“Cümə”. Bu surələrin hər birinin özünə məxsus fəziləti vardır. Əgər bu surələrin hamısını oxumağa imkanı olmasa, “Vaqiə” və ondan qabaqkı surələri oxusun. Həzrət İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, hər cümə axşamı “Bəni İsrail” (yəni İsra) surəsini oxuyan şəxs, İmam Zamanı (ə.f) görməmiş dünyadan getməz və o həzrətin səhabələrindən olar. “Kəhf” surəsini hər cümə axşamı oxuyan şəxs şəhid olacaq və Haqq taala onu Qiyamət günündə şəhidlərlə məhşur edəcək. Hər cümə axşamı “Nəml”, “Şüəra”, “Qəsəs”surələrini oxuyan şəxs Allahın dostlarından və onun himayəsi altında olacaq, dünyada fəqirliyə, yoxsulluğa düçar olmayacaq. Axirətdə isə Allah taala ona, o razı olan qədər cənnətdən əta edəcək. Hər cümə axşamı “Səcdə” surəsini oxuyan şəxsin əməl kitabı, Qiyamət günü onun sağ əlinə veriləcək və Həzrət Muhəmməd və Ali Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləmin) dostlarından olacaq. Mötəbər sənədlə İmam Baqirdən (ə) nəql olunur ki, hər kim “Sad” surəsini cümə axşamı oxusa, bu dünya və axirətin xeyirindən o qədər ona verilər ki, bu xeyirdən ancaq mürsəl (ilahi kitab sahibi olan) peyğəmbərlərə və yaxın mələklərə verilir. Hər kiminlə istəsə, Allah taala onu cənnətə daxil edər, hətta xidmətçisini də, onun ailə üzvlərindən və şəfaət etmə ixtiyarı olmasa belə. İmam Sadiqdən (ə) belə nəql olunur ki, hər kəs cümə axşamı və cümə günü “Əhqaf” surəsini oxusa, bu dünyada heç nədən qorxmaz və axirətdə Qiyamət gününün qorxusundan amanda olar. Yenə də buyurur: “Hər kim cümə axşamı “Vaqiə” surəsini oxusa, Allah taala onu sevər, onu insanlara sevdirər. Bu dünyada pis vəziyyətə, kasıbçılığa düşməz. Bu dünyanın bəlalarından ona yetişməz və Əmirəlmöminin Əlinin (ə) dostlarından olar. Bu surə, Əmirəlmöminin Əliyə (ə) məxsusdur. Hədisdə deyilir ki, hər kəs “Cümə” surəsini cümə axşamı oxusa, bu cümə ilə gələn cümə arasında olan günahlarının kəffarəsi hesab olunar. Bu fəzilət, “Kəhf” surəsi üçün də gəlmişdir, hətta cümə gününün günortası və ya əsr çağı oxusa belə.
Cümə axşamı üçün çoxlu namazlar nəql olunmuşdur. O cümlədən, Əmirəlmöminin Əlinin (ə) namazıdır. Bir başqası isə, 2 rəkətli namazdır. Hər rəkətində “Həmd” surəsindən sonra 15 dəfə “Zəlzələ” surəsi oxunur. Nəql olunur ki, hər kim bu namazı qılsa, Allah Təala onu qəbir əzabından və Qiyamət gününün xovfundan qoruyar.
7) İmam Sadiq (ə) buyurub: “Cümə gecəsinin məğrib namazında “Cümə”“Tövhid” surələri oxunsun, işa namazında isə “Cümə”“Əla” surələri[6] oxunsun (başqa hədislərə istinadən, işa namazında “Cümə”“Həşr” surələri[7], digər bir dəstə rəvayətlərə istinadən isə “Cümə”“Munafiqun” surələri[8] oxunsun, ümumiyyətlə, hansı birini yerinə yetirsən, yaxşıdır).
Bir hədisdə oxuyuruq ki, İmam Sadiqdən (ə) soruşdular: “Cümə gecəsi nə oxuyum?” O həzrət cavab verdi: ““Qədr”“Tövhid” surələrini.”[9]
8) Cümə günü məğrib və işa namazlarının 1-ci rəkətlərində “Həmd” surəsindən sonra “Cümə” surəsini, məğrib namazının 2-ci rəkətində “Həmd” surəsindən sonra “İxlas”, işa namazının 2-ci rəkətdində “Həmd” surəsindən sonra “Əla” surələrini oxumaq.
9) Şeir oxumağı tərk etsin, çünki İmam Sadiqdən (ə) olan səhih hədisdə belə deyilir ki, şeir demək oruc, mührim (ehramda olan), hərəmdə olan, cümə günlərində və axşamlarında məkruhdur. Ravi soruşur: “Həqiqəti yetirən şeir olsa necə?” İmam buyurur: “Hətta həqiqəti yetirən şeir olsa belə!”[10] Mötəbər sənədlə İmam Sadiqdən (ə) peyğəmbərin belə buyurduğu nəql olunur: “Hər kim cümə günü və ya axşamı şeir desə, o gecə və gündüz bu şeirdən başqa bir savaba nail ola bilməz.” Başqa bir mötəbər hədisdə deyilir ki, hətta o gecənin və gündüzün namazları belə qəbul olmaz.
Qeyd: Bu mövzu barədə olan hədislərin məcmusundan əldə olunur ki, “oxunması məkruh olan şeir”, kimisə “həcv etmək”, yəni bədnam etməkdən ötrü söylənilən şeirlər, yaxud qeyri-həqiqi eşqlər, gözəl qadınların vəsfi barədə söylənilən və şəhvətpərəstlərin hisslərini oxşayan şeirlərdir. Hədislərdə bu mətləbə dəlalət edən ifadələrə nəzər salaq:
Həzrət Rəsulallahın buyurduğu bir hədisdə “خَنا”  ifadəsinə rast gəlirik ki, bu sözün lüğəvi (leksik) mənası “təhqir, söyüş, nalayiq söz” deməkdir:

مَنْ تَمَثَّلَ بِبَيْتٍ شِعْرٍ مِنَ الْخَنَا لَمْ تُقْبَلْ مِنْهُ صَلَوةٌ فِى ذلِكَ الْيَوْمِ.

“Kim təhqir məzmunlu bir beyt şeirdən istifadə etsə, həmin gün onun namazı qəbul olmaz”[11]
Həzrət Rəsulallahın (s) buyurduğu başqa bir hədisdə bu cümləyə “إنَّ مِنَ الشِّعْرِ لَحِكَمًا” (Həqiqətən hikmətli şeirlərdə vardır) rast gəlirik ki, “الشِّعْرُ مِنْ إبلِيس” (Şeir İblisdəndir) cümləsindən sonra yer almışdır.[12] Bu cümlə hikmətli şerləri təsdiq edir və belə şeirlərin “Şeir şeytandandır” cümləsinə aid olan şeirlərdən ayrı olduğunu göstərir.
Başqa bir məqam İmam Rzanın (ə) söylədiyi[13], Əmirəlmöminin Əlidən (ə) nəql olunan şeirlərdir, hətta o həzrətə mənsub şeir divanı da vardır.
Bütun bunları nəzərə alaraq deyə bilərik ki, birinci hədisdə (İmam Sadiqin (ə) hədisində)  söylənilməsi məkruh olan “haqq şeir” dedikdə, “yalan olmayan, həqiqət olan” şeirlər nəzərdə tutulur. Yəni ravi soruşur ki, hətta şeir yalan olmasa və məzmunu həqiqətlə üst-üstə düşsə də onu söyləmək və ya oxumaq məkruhdurmu? İmam Sadiq (ə) buyurur ki, bəli, əgər şeirdə hikmət və ülvi hədəf yoxdursa, məzmunu yalan olmasa belə onu söyləmək və ya oxumaq məkruhdur. Yoxsa, necə qəbul etmək olar ki, Əhli-beytin (ə) özünün söylədiyi şeirləri cümə gecəsi və ya cümə günü oxumaq məkruhdur?! Sözümüzə bu hədisi sübut gətirə bilərik:
Kumeytin oğlu (Kumeyt tanınmış Əhli-beyt şairidir) nəql edir ki, atası belə dedi: “Bir gün mən mövlam İmam Baqirin (ə) yanına getmişdim. Ona ərz etdim ki, ey Rəsulallahın övladı, mən sizin barənizdə bir neçə beyt söyləmişəm. İcazə verin, onları oxuyum. O həzrət buyurdu: “Bilirsən ki, indi “əyyamul-beyz”dir.” Mən ərz etdim: “Bu şeirlər siz Əhli-beytə aiddir.” O həzrət: “Oxu” – deyə buyurdu. Mən bu beytləri oxumağa başladım…”[14]
Məlum məsələdir ki, əyyamul-beyzin əhəmiyyəti cümə günündən az deyildir.
10) Din qardaşların üçün dua et, onların adını çəkərək onlar üçün bağışlanma istə. İmam Sadiq (ə) öz atasından, o da Fatimə-Suğradan, o da İmam Hüseyndən (ə) və o da qardaşı İmam Həsəndən (ə) nəql edir: “Gördüm ki, cümə gecəsi anam Fatimə (s.ə) sübhədək ibadət mehrabında dayanıb rüku və səcdə etdi. Mən eşidirdim ki, o, möminlərin adlarını çəkərək onlar üçün çoxlu dua etdi, lakin özü üçün heç nə istəmədi. Mən anamdan soruşdum: “Nə üçün başqaları üçün dua edirsən, amma özün üçün dua etmirsən?” Anam buyurdu: “Övladım, əvvəlcə qonşu, sonra ev.”[15]
Xüsusilə də dünyadan köçmüş din qardaşların üçün dua et. Çünki İmam Sadiq (ə) buyurub ki, hər kim cümə gecəsi dünyadan köçmüş möminin bağışlanması üçün dua edərsə, rəvayətlərə görə, behişt ona (dua edənə) vacib olar.[16]
11) Bu günə məxsus olan duaları oxumaq. Bu dualar çoxdur və biz burada onların bir neçəsinə işarə edirik. İmam Sadiq (ə)-dan səhih sənədlə rəvayət olunmuş hədisdə belə oxuyuruq: “Cümə gecəsi şam namazının nafiləsinin axırıncı səcdəsində 7 dəfə bu (aşağıdakı) duanı oxuyarsa, namazı qurtaran kimi, günahları bağışlanar. Əlbəttə bu göstərişə hər gün əməl etmək daha yaxşıdır. Dua[17] belədir:

Ərəbcəاللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِوَجْهِكَ الْكَرِيمِ وَ اسْمِكَ الْعَظِيمِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَغْفِرَ لِي ذَنْبِيَ الْعَظِيمَ
Tərcüməİlahi, Sənə böyük zatını və böyük adını and verirəm, Muhəmməd və onun Əhlibeytinə salam yetir və mənim böyük günahlarımı bağışla!
TranskripsiyaƏllahummə inni əs`əlukə bivəchikəl kərim, vəsmikəl əzim, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təğfirə li zənbiyəl əzim.

12) Həzrət Rəsuldan (səlləllahu ələyhi və alihi və səlləm) nəql olunmuşdur ki, hər kəs aşağıda qeyd edəcəyimiz duanı cümə günü və ya cümə axşamı 7 dəfə oxuyarsa, və o gün və ya o gecə dünyadan köçərsə, mütləq behiştə daxil olar. Dua[18] belədir:

Cümə gecəsi əməlləri_5

TranksripsiyaTərcüməƏrəbcə
Əllahummə əntə rəbbi la ilahə illa ənt, İlahi, Sən mənim Rəbbimsən və Səndən başqa məbud yoxdur! اللَّهُمَّ أَنْتَ رَبِّي لا إِلَهَ إِلا أَنْتَ
xələqtəni və ənə əbdukə vəbnu əmətikə və fi qəbzətik, Sən məni yaradıbsan, mən də Sənin bəndənəm, Sənin kənizinin övladıyam, Sənin qüdrətinin çəngindəyəm, خَلَقْتَنِي وَ أَنَا عَبْدُكَ وَ ابْنُ أَمَتِكَ وَ فِي قَبْضَتِكَ
və nasiyəti biyədik, iradə və ixtiyarım Sənin əlindədir. وَ نَاصِيَتِي بِيَدِكَ
əmsəytu əla əhdikə və və`dikə məstətə`t, Bacardığım qədər Sənin əhd-peymanına sadiq qalaraq gündüzü gecəyə çıxararam. وَ نَاصِيَتِي بِيَدِكَ أَمْسَيْتُ عَلَى عَهْدِكَ وَ وَعْدِكَ مَا اسْتَطَعْتُ
əuzu birizakə min şərri ma sənə`tu əbuu bini`mətik (biəməli), və əbuu bizənbi (bizunubi), Yerinə yetirdiyim pis işlərdən Sənin razılıq dərgahına sığınıram. Sən mənə həmişə
nemət verdin, mən isə Sənə asi oldum.
أَعُوذُ بِرِضَاكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ بِنِعْمَتِكَ [بِعَمَلِي]‏ وَ أَبُوءُ بِذَنْبِي [بِذُنُوبِي]‏
fəğfirli zunubi innəhu la yəğfiruz zunubə illa ənt.Belə isə, günahlarımı bağışla ki, Səndən başqası günahlarımı bağışlaya bilməz!فَاغْفِرْ لِي ذُنُوبِي اِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ

Şeyx Tusi və Şeyx Kəf`əmi həmçinin Seyid ibn Baqi aşağıda qeyd edəcəyimiz duanın, cümə günü və cümə gecəsi, “Ərəfə” gecəsi və “Ərəfə” günü oxunulmasını müstəhəb olmasını yazmışdırlar. Biz duanı Şeyx Tusinin “Misbah” kitabından nəql edirik. Dua[19] belədir:

Cümə gecəsi əməlləri_6

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə mən tə`əbbəə və təhəyyəə və ə`əddə vəstəəddə livifadətin ila məxluqin rəcaə
rifdihi və tələbə nailihi və caizətih,
İlahi, bir hacət istəmək və hədiyyə almaq məqsədilə bir məxluqun hüzuruna getmək
üçün ümidlə hazırlıq görən bir şəxs kimi,
اللَّهُمَّ مَنْ تَعَبَّأَ وَ تَهَيَّأَ وَ أَعَدَّ وَ اسْتَعَدَّ لِوِفَادَةٍ إِلَى مَخْلُوقٍ رَجَاءَ رِفْدِهِ وَ طَلَبَ نَائِلِهِ وَ جَائِزَتِهِ
fəiləykə ya rəbbi tə`biyəti vəsti`dadi, rəcaə əfvikə və və tələbə nailikə və caizətik, mən də ey Rəbbim, beləcə Sənin əfvinə, bəxşişinə və hədiyyənə ümid bəsləyərək
dərgahına gəlmişəm.
فَإِلَيْكَ يَا رَبِّ تَعْبِيَتِي وَ اسْتِعْدَادِي رَجَاءَ عَفْوِكَ وَ طَلَبَ نَائِلِكَ وَ جَائِزَتِكَ
fəla tuxəyyib duai, ya mən la yəxibu ələyhi sailun və la yənqusuhu nail, Belə isə, məni istəyimdən məhrum etmə, ey heç kimi Öz qapısından məhrum etməyən və bəxşişini azaltmayan! فَلا تُخَيِّبْ دُعَائِي يَا مَنْ لا يَخِيبُ عَلَيْهِ سَائِلٌ ‏[السَّائِلُ] وَ لا يَنْقُصُهُ نَائِلٌ
fəinni ləm atikə siqətən biəməlin salihin əmiltuh, Mən Sənin dərgahına yaxşı əməlimə etimad etməklə gəlməmişəm, فَإِنِّي لَمْ آتِكَ ثِقَةً بِعَمَلٍ صَالِحٍ عَمِلْتُهُ
və la livəfadəti məxluqin rəcəvtuh, heç bir məxluqa ümid edərək üz tutmamışam,وَ لا لِوِفَادَةِ مَخْلُوقٍ رَجَوْتُهُ
ətəytukə muqirrən əla nəfsi bil isaəti vəz zulm, əksinə Sənin dərgahına özümə pislik və zülm etməyi etiraf edərək gəlmişəm أَتَيْتُكَ مُقِرّا عَلَى نَفْسِي بِالْإِسَاءَةِ وَ الظُّلْمِ
mu`tərifən biən la huccətə li və la uzr, və öz günahıma heç bir bəhanəm yoxdur. مُعْتَرِفا بِأَنْ لا حُجَّةَ لِي وَ لا عُذْرَ
ətəytukə ərcu əzimə əfvikəlləzi əfəvtə bihi ənil xatiin, Belə isə, Sənin dərgahına böyük əfvinə ümidlə gəlmişəm, belə ki, Öz əfvinlə bütün
günahkarları bağışladın,
أَتَيْتُكَ أَرْجُو عَظِيمَ عَفْوِكَ الَّذِي عَفَوْتَ [عَلَوْتَ]‏ بِهِ [عَلَى‏] عَنِ الْخَاطِئِينَ ‏[الْخَطَّائِينَ]
fələm yəmnəəkə tulu ukufihim əla əzimil curm, ən udtə ələyhim bir rəhməh,onların öz böyük günahlarına israrı Sənin əfvinə mane olmadı və yenə onları rəhmətlə qarşıladın.فَلَمْ يَمْنَعْكَ طُولُ عُكُوفِهِمْ عَلَى عَظِيمِ الْجُرْمِ أَنْ عُدْتَ عَلَيْهِمْ بِالرَّحْمَةِ
fəya mən rəhmətuhu vasiətun və əfvuhu əzim, Belə isə, ey rəhməti geniş və əfvi böyük olan, فَيَا مَنْ رَحْمَتُهُ وَاسِعَةٌ وَ عَفْوُهُ عَظِيمٌ
ya əzimu ya əzimu ya əzim, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah! يَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ
la yəruddu ğəzəbəkə illa hilmuk, Qəzəbini yalnız səbrin söndürə bilər لا يَرُدُّ غَضَبَكَ إِلا حِلْمُكَ
və la yunci min səxətikə illət təzərruu iləyk, və qəzəbindən yalnız dərgahına ah-nalə etməklə nicat tapmaq olar. وَ لا يُنْجِي مِنْ سَخَطِكَ إِلا التَّضَرُّعُ إِلَيْكَ
fəhəb li ya ilahi fərəcən bil qudrətilləti tuhyi biha məytəl bilad, İlahi, yenə məni bağışla, hər bir yerdə ölünü diriltdiyin qüdrətinlə işlərimi genişləndir, فَهَبْ لِي يَا إِلَهِي فَرَجا بِالْقُدْرَةِ الَّتِي تُحْيِي بِهَا مَيْتَ الْبِلادِ
və la tuhlikni ğəmmən hətta təstəcibə li, və tuərrifənil icabətə fi duai, dualarım qəbul olana və onun qəbul olunacağını mənə göstərənə qədər məni qəm-qüssə ilə həlak etmə, وَ لا تُهْلِكْنِي غَمّا حَتَّى تَسْتَجِيبَ لِي وَ تُعَرِّفَنِي الْإِجَابَةَ فِي دُعَائِي
və əziqni tə`məl afiyəti la muntəha əcəli, mənə ömrümün sonuna qədər sağlamlıq (əzabından qurtuluşu) tamını dadızdır,وَ أَذِقْنِي طَعْمَ الْعَافِيَةِ إِلَى مُنْتَهَى أَجَلِي
və la tuşmit bi əduvvi və la tusəllithu ələyy, və la tuməkkinhu min unuqi. məni düşmənimin inadkarlığına düçar və onu mənə hakim etmə! وَ لا تُشْمِتْ بِي عَدُوِّي وَ لا تُسَلِّطْهُ عَلَيَّ وَ لا تُمَكِّنْهُ مِنْ عُنُقِي
Əllahummə in vəzə`təni fəmən zəlləzi yərfəuni, İlahi, əgər Sən məni alçaltsan, kim məni ucalda bilər? اللَّهُمَّ [إِلَهِي]‏ إِنْ وَضَعْتَنِي فَمَنْ ذَا الَّذِي يَرْفَعُنِي
və in rəfə`təni fəmən zəlləzi yəzəuni, Əgər Sən məni ucaltsan, kim məni alçalda bilər?وَ إِنْ رَفَعْتَنِي فَمَنْ ذَا الَّذِي يَضَعُنِي
və in əhləktəni fəmən zəlləzi yə`rizu ləkə fi əbdik, əv yəs`əlukə ən əmrih, Əgər Sən mənə qəzəblənsən, kim Sənin bəndənin işlərində Sənə etiraz edib, Sən bir şey istəyə bilər? وَ إِنْ أَهْلَكْتَنِي فَمَنْ ذَا الَّذِي يَعْرِضُ لَكَ فِي عَبْدِكَ أَوْ يَسْأَلُكَ عَنْ أَمْرِهِ
və qəd əlimtu ənnəhu ləysə fi hukmikə zulm, və la fi nəqimətikə əcələh, Əlbəttə, bilirəm ki, hökmündə zülm və intiqamında tələskənlik yoxdur! وَ قَدْ عَلِمْتُ أَنَّهُ لَيْسَ فِي حُكْمِكَ ظُلْمٌ وَ لا فِي نَقِمَتِكَ عَجَلَةٌ
və innəma yə`cəlu mən yəxaful fəvt, və innəma yəhtacu iləz zulmiz zəif, Həqiqətən, vaxtın itirilməsindən qorxan adam intiqam almaqda tələsər, zəif və gücsüz zülmə möhtac olar. وَ اِنَّمَا يَعْجَلُ مَنْ يَخَافُ الْفَوْتَ وَ اِنَّمَا يَحْتَاجُ إِلَى الظُّلْمِ الضَّعِيفُ
və qəd təalətə ya ilahi ən zalikə uluvvən kəbira, Sən isə, ilahi, bu nöqsanlardan pak və böyüksən!وَ قَدْ تَعَالَيْتَ يَا إِلَهِي عَنْ ذَلِكَ عُلُوّا كَبِيرا
Əllahummə inni əuzu bikə fəəizni və əstəciru bikə fəəcirni, İlahi, Sənin dərgahına sığınıram, mənə sığınacaq ver, Səndən aman istəyirəm, mənə aman ver, اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ فَأَعِذْنِي وَ أَسْتَجِيرُ بِكَ فَأَجِرْنِي
və əstərziqukə fərzuqni, Səndən ruzi istəyirəm, mənə ruzi ver, وَ أَسْتَرْزِقُكَ فَارْزُقْنِي
və ətəvəkkəlu ələykə fəkfini, Sənə təvəkkül edirəm, mənə kifayət et, وَ أَتَوَكَّلُ عَلَيْكَ فَاكْفِنِي
və əstənsirukə əla əduvvi fənsurni,Səndən düşmənimə qələbə çalmaq üçün yardım diləyirəm, mənə yardım et, وَ أَسْتَنْصِرُكَ عَلَى عَدُوِّي [عَدُوِّكَ]‏ فَانْصُرْنِي
və əstəinu bikə fəəinni,Səndən imdad istəyirəm, imdadıma yet, وَ أَسْتَعِينُ بِكَ فَأَعِنِّي
vəstəğfirukə ya ilahi fəğfirli,Səndən bağışlanma istəyirəm, ey mənim Rəbbim, məni bağışla!وَ أَسْتَغْفِرُكَ يَا إِلَهِي فَاغْفِرْ لِي
aminə aminə amin.Amin, amin, amin!آمِينَ آمِينَ آمِينَ

13) “Kumeyl” duasını oxumaq.
14) “Əllahummə ya şahidə kulli nəcva” duasını oxumaq.
15) 10 dəfə bu duanı[20] desin:

Cümə gecəsi əməlləri_7

TranskripsiyaTərcüməƏrəbcə
Ya daiməl fəzli ələl bəriyyəh,Ey lütf və mərhəməti məxluqata daimi olan,يَا دَائِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ
ya basitəl yədəyni bil ətiyyəh,iki bəxşiş və əta əli bəndələrinə doğru uzanan, يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ
ya sahibəl məvahibis səniyyəh, ey böyük bəxşişlərin sahibi,يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ
salli əla Muhəmmədin və alihi xəyril vəra səciyyəh, Muhəmməd və onun Əhlibeytinə – xilqət və fitrətdə məxluqatın ən yaxşılarına salam yetir, صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ خَيْرِ الْوَرَى سَجِيَّةً
vəğfir ləna ya zəl ula fi hazihil əşiyyəh.ey uca Allah, elə bu gecə mənim günahlarımı bağışla!وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلَى فِي هَذِهِ الْعَشِيَّةِ

Bu dua, Fitr bayramının gecəsində də oxunur.
16) Nar yemək. İmam Sadiq (ə) hər cümə axşamı nar yeyərmiş. Nar yeyərkən, yerə dəstmal sərin ki, dənələr yerə tökülməsin, yediyiniz nardan heç kimə verməyin.
17) İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, Allah Təala sübhün nafiləsi ilə sübh namazı arasında 10 dəfə bu duanı oxuyan şəxsə, behiştdə məskən salar:
Ərəbcəسُبْحَانَ رَبِّيَ الْعَظِيمِ وَ بِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ رَبِّي وَ أَتُوبُ إِلَيْهِ
TərcüməMənim böyük Rəbbim bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur! Rəbbim Allaha doğru üz tutur və tövbə edərək Ona doğru qayıdıram
TranskripsiyaSubhanə Rəbbiyəl əzimi və bihəmdih, əstəğfirullahə Rəbbi və ətubu iləyh.

18) Şeyx Tusi və Seyid İbn Tavus öz kitablarında yazıblar ki, bu duanı cümə gecəsinin sübhə yaxın vaxtında oxumaq müstəhəbdir.Dua[21] belədir:

Cümə gecəsi əməlləri_9

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla Muhəmmədin və alih, İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ
və həb liyəl ğədatə rəzak, bu sübh çağı Öz razılığını mənə hədiyyə et, وَ هَبْ لِيَ الْغَدَاةَ رِضَاكَ
və əskin qəlbi xəvfəkə vəqtə`hu əmmən sivak, qəlbimi Sənin xofunun məskəni et وَ أَسْكِنْ قَلْبِي خَوْفَكَ وَ اقْطَعْهُ عَمَّنْ سِوَاكَ
hətta la ərcu və la əxafə illa iyyak, və Özündən başqalarından ümidimi üz ki, Səndən başqasına ümid bəsləməyim və
Səndən başqasından qorxmayım!
حَتَّى لا أَرْجُوَ وَ لا أَخَافَ إِلا إِيَّاكَ
Əllahummə salli əla Muhəmmədin və alih, İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ
və həb li səbatəl yəqini və məhzəl ixlas, və şərəfət təvhidi və dəvaməl istiqaməh, mənə sabit yəqin, kamil ixlas, tövhid şərəfi və itaətinə davamlı dözüm bağışla,وَ هَبْ لِي ثَبَاتَ الْيَقِينِ وَ مَحْضَ الْإِخْلاصِ وَ شَرَفَ التَّوْحِيدِ وَ دَوَامَ الاسْتِقَامَةِ
və mə`dinəs səbri vər riza, bil qəzai vəl qədər, qəlbimi səbir və qəza-qədərinə razılıq mədəni qərar ver, وَ مَعْدِنَ الصَّبْرِ وَ الرِّضَا بِالْقَضَاءِ وَ الْقَدَرِ
ya qaziə həvaicis sailin, ya mən yə`ləmu ma fi zəmiris samitin,ey istəyənlərin istəklərini verən, ey sakit qalanların daxilindən xəbərdar olan, يَا قَاضِيَ حَوَائِجِ السَّائِلِينَ يَا مَنْ يَعْلَمُ مَا فِي ضَمِيرِ الصَّامِتِينَ
salli əla Muhəmmədin və alih, Muhəmməd və onun Əhlibeytinə salam yetir, صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ
vəstəcib duai vəğfir zənbi və əvsi` rizqi, mənim duamı qəbul et, günahlarımı bağışla, ruzimi bol et, وَ اسْتَجِبْ دُعَائِي وَ اغْفِرْ ذَنْبِي وَ أَوْسِعْ رِزْقِي
vəqzi həvaici fi nəfsi və ixvani fi dini və əhli,mənim, din qardaşlarımın və əhli-əyalımın istəyini yerinə yetir! وَ اقْضِ حَوَائِجِي فِي نَفْسِي وَ إِخْوَانِي فِي دِينِي وَ أَهْلِي
ilahi tumuhul amali qəd xabət illa lədəyk, İlahi, şübhəsiz ki, Sənin dərgahından istənilən arzulardan başqa, bütün arzular nakamdır, إِلَهِي طُمُوحُ الْآمَالِ قَدْ خَابَتْ إِلا لَدَيْكَ
və məakiful himəmi qəd təəttələt illa ələyk, Sənə doğru olan hümmətdən başqa, bütün hümmətlər puçdur وَ مَعَاكِفُ الْهِمَمِ قَدْ تَعَطَّلَتْ إِلا عَلَيْكَ
və məzahibul uquli qəd səmət illa iləyk, və Sənə doğru olan yollardan başqa, bütün düşüncə yolları bağlıdır. وَ مَذَاهِبُ الْعُقُولِ قَدْ سَمَتْ إِلا إِلَيْكَ
fəəntər rəcau və iləykəl multəcə, Belə isə, ümid və sığınacaq yeri Sənsən, فَأَنْتَ الرَّجَاءُ وَ إِلَيْكَ الْمُلْتَجَأُ
ya əkrəmə məqsudin və əcvədə məs`ul,ey üz tutulanların ən böyüyü, ey istənilənlərin ən səxavətlisi, يَا أَكْرَمَ مَقْصُودٍ وَ أَجْوَدَ مَسْئُولٍ
hərəbtu iləykə binəfsi ya məlcəəl haribin, biəsqaliz zunubi əhmiluha əla zəhri, mən özümlə daşıdığım ağır günahlarımla Sənin dərgahına doğru qaçıram, ey qaçanların sığınacağı, هَرَبْتُ إِلَيْكَ بِنَفْسِي يَا مَلْجَأَ الْهَارِبِينَ بِأَثْقَالِ الذُّنُوبِ أَحْمِلُهَا عَلَى ظَهْرِي
la əcidu li iləykə şafiən siva mə`rifəti, biənnəkə əqrəbu mən rəcahut talibun, Sənin lütf və mərhəmətinə mərifətdən başqa, dərgahında bir şəfaətçi tanımadım لا أَجِدُ لِي إِلَيْكَ شَافِعا سِوَى مَعْرِفَتِي بِأَنَّكَ أَقْرَبُ مَنْ رَجَاهُ الطَّالِبُونَ
və əmmələ ma lədəyhir rağibun,və bilirəm ki, ümid bəsləyənlərə ən yaxın Sənsən. Arzu edənlər məhz Sənin dərgahında olanları arzu edirlər. وَ أَمَّلَ مَا لَدَيْهِ الرَّاغِبُونَ
ya mən fətəqəl uqulə bimə`rifətih, və ətləqəl əlsunə bihəmdih, Ey ağılları Öz mərifətinlə, dilləri Özünə həmd-səna ilə açan, يَا مَنْ فَتَقَ الْعُقُولَ بِمَعْرِفَتِهِ وَ أَطْلَقَ الْأَلْسُنَ بِحَمْدِهِ
və cəələ məmtənnə bihi əla ibadih, fi kifain litə`diyəti həqqih, Öz haqqının müqabilində nemətini bəndələrinə kifayət qədər bağışlayan Allah,وَ جَعَلَ مَا امْتَنَّ بِهِ عَلَى عِبَادِهِ فِي كِفَاءٍ لِتَأْدِيَةِ حَقِّهِ [أَنَالَ بِهِ حَقَّهُ‏]
salli əla Muhəmədin və alih, Muhəmməd və onun Əhlibeytinə salam yetir, صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ
və la təc`əl liş şəytani əla əqli səbila, şeytana mənim ağlıma doğru yol açma وَ لا تَجْعَلْ لِلشَّيْطَانِ عَلَى عَقْلِي سَبِيلا
və la lil batili əla əməli dəlila.və batili mənim işlərimə bələdçi etmə!وَ لا لِلْبَاطِلِ عَلَى عَمَلِي دَلِيلا

19) Cümə günü sübh açılanda bu duanı oxumaq lazımdır:

Cümə gecəsi əməlləri_10

TranskripsiyaTərcüməƏrəbcə
Əsbəhtu fi zimmətillahi və zimməti məlaikətih, və ziməmi ənbiyaihi və rusulihi ələyhimus
səlam,
Allahın, mələklərinin, peyğəmbərlərinin, rəsullarının (Allahın salamı onlara olsun),أَصْبَحْتُ فِي ذِمَّةِ اللَّهِ وَ ذِمَّةِ مَلائِكَتِهِ وَ ذِمَمِ أَنْبِيَائِهِ وَ رُسُلِهِ عَلَيْهِمُ السَّلامُ
və zimməti Muhəmmədin salləllahu ələyhi və alih, və ziməmil əvsiyai min ali Muhəmmədin ələyhimus səlam,həzrət Muhəmmədin (Allahın salamı ona və onun Əhlibeytinə olsun) və onun Əhlibeytindən olan canişinlərinin (Allahın salamı onlara olsun) əhdinə sadiq qalaraq sübh etdim.
وَ ذِمَّةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ ذِمَمِ الْأَوْصِيَاءِ مِنْ آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ
aməntu bisirri ali Muhəmmədin ələyhimus səlam, və əlaniyətihim və zahirihim və batinihim, vəMuhəmmədin Əhlibeytinin (Allahın salamı onlara olsun) gizli və aşkar, zahiri və batini işlərinə iman gətirdim.آمَنْتُ بِسِرِّ آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ وَ عَلانِيَتِهِمْ وَ ظَاهِرِهِمْ وَ بَاطِنِهِمْ
əşhədu ənnəhum fi ilmillahi və taətih, kə Muhəmmədin salləllahu ələyhi və alih.Şəhadət verirəm ki, onlar ilahi elm və Allaha itaətdə Muhəmməd (Allahın salamı ona və onun Əhlibeytinə olsun) kimidirlər.وَ أَشْهَدُ أَنَّهُمْ فِي عِلْمِ اللَّهِ وَ طَاعَتِهِ كَمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ

20) Rəvayət olunmuşdur ki, cümə günü sübh namazından sonra 3 dəfə aşağıdakı zikri deyən şəxsin günahları dənizlərin səthi qədər olsa belə bağışlanar. Zikr belədir:
Ərəbcəأَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ
TərcüməO Allahdan bağışlanma diləyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir, tövbə edərək Onun dərgahına üz tuturam!
TranskripsiyaƏstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh

21) “Cəmalul-usbu” kitabında mötəbər sənədlə nəql olunur ki, İmam Sadiq (ə) buyurub: “Hər kim cümə gecəsi gecə namazı qılmaq istəsə, 1-ci rəkətdə “Həmd”“Tövhid”, 2-ci rəkətdə “Həmd”“Kafirun”, 3-cü rəkətdə “Həmd”“Əlif-ləm-mim səcdə”, 4-cü rəkətdə “Həmd”“Muddəssir”, 5-ci rəkətdə “Həmd”“Ha-mim səcdə” və ya “Həmd”“Nəcm”, 6-cı rəkətdə “Həmd”“Mulk”, 7-ci rəkətdə “Həmd”“Yasin”, 8-ci rəkətdə “Həmd”“Vaqiə”, 9-cu rəkətdə “Həmd”“Fələq”, 10-cu rəkətdə “Həmd”“Nas”, 11-ci rəkətdə “Həmd”“Tövhid” surələrini oxusun.”[22]

Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 416, hədis 13
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 86, səh 313, hədis 20
[3] Fəqih, c 1, səh 427, hədis 1261
[4] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 415, hədis 10
[5] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 257
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 86, səh 311, hədis 16
[7] Öncəki qaynaq
[8] Öncəki qaynaq
[9] Öncəki qaynaq
[10] Şeyx Tusi — Təhzibul-ahkam, c 4, səh 195, hədis 6
[11] Şeyx Tusi — Təhzibul-ahkam, c 2, səh 240, hədis 21
[12] Şeyx Muhəmməd Amuli — Vəsailuş-şiə, c 5, səh 84, hədis 4
[13] Şeyx Muhəmməd Amuli — Vəsailuş-şiə, c 5, səh 84, hədis 6 və 7
[14] Əllamə Məclisi — Biharul -ənvar, c 76, səh 294
[15] Şeyx Səduq — İləluş-şərayi, c 1, səh 182;
Əllamə Məclisi — Biharul -ənvar, c 86, səh 313, hədis 19
[16] Əllamə Məclisi — Biharul -ənvar, c 86, səh 312, hədis 17
[17] Əllamə Məclisi — Biharul -ənvar, c 86, səh 311, hədis 16
[18] Əllamə Məclisi — Biharul -ənvar, c 86, səh 313, hədis 20
[19] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 269;
Əllamə Məclisi — Biharul -ənvar, c 86, səh 294, hədis 6 (cüzi fərqlə)
[20] Şeyx Kəf`əmi – Misbah, səh 647
[21] Seyid ibni Tavus — Cəmalul-usbu, səh 218;
Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 279;
Əllamə Məclisi — Biharul-ənvar, c 86, səh 306, hədis 11
[22] Seyid ibni Tavus — Cəmalul-usbu, səh 200;
Əllamə Məclisi — Biharul -ənvar, c 86, səh 315, hədis 25

 

Читайте также: