TAM Cümə gününə məxsus müstəhəb əməllər toplusu — 1-ci hissə

Print Friendly, PDF & Email

Cümə gününün əməlləri çox olduğundan biz burada onlardan bir neçəsini gətiririk.
1) Sübh namazının 1-ci rəkətində “Həmd” surəsindən sonra “Cümə” surəsini, 2-ci rəkətində isə “Həmd” surəsindən sonra “İxlas” surəsini oxusun[1].
2) Sübh namazından sonra bir kəslə danışmazdan əvvəl aşağıdakı duanı oxusun ki, gələn cüməyə qədər günahlarının kəffarəsi olsun. Dua[2] belədir:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə ma qultə fi cumuəti hazih, min qəvlin əv hələftu fiha min həlf, əv nəzərtu fiha min nəzr, fəməşiyyətukə bəynə yədəy zalikə kullih, fəma şi`tə minhu ən yəkunə kan, və ma ləm təşə` minhu ləm yəkun,İlahi, bu cümə günü dediyim hər bir sözü, içdiyim hər bir andı və etdiyim hər bir nəziri, bütünlüklə, Sənin istəyindən asılıdır (Sənin istəyin onlardan öndədir). Belə isə, onlardan istədiyin yerinə yetəcək, istəmədiyin isə yerinə yetməyəcək.اللَّهُمَّ مَا قُلْتُ فِي جُمُعَتِي هَذِهِ مِنْ قَوْلٍ أَوْ حَلَفْتُ فِيهَا مِنْ حَلْفٍ أَوْ نَذَرْتُ فِيهَا مِنْ نَذْرٍ فَمَشِيَّتُكَ بَيْنَ يَدَيْ ذَلِكَ كُلِّهِ فَمَا شِئْتَ مِنْهُ أَنْ يَكُونَ كَانَ وَ مَا لَمْ تَشَأْ مِنْهُ لَمْ يَكُنْ
Əllahumməğfirli və təcavəz ənni, İlahi, məni bağışla və günahlarımdan keç! اللَّهُمَّ اغْفِرْ لِي وَ تَجَاوَزْ عَنِّي
Əllahummə mən səlləytə ələyhi fəsələvati ələyh, və mən ləəntə fələ`nəti ələyh.İlahi, salam göndərdiyin hər bir kəsə, mən də salam göndərirəm, lənətlədiyin hər kəsi mən də lənətləyirəm!اللَّهُمَّ مَنْ صَلَّيْتَ عَلَيْهِ فَصَلَوَاتِي عَلَيْهِ وَ مَنْ لَعَنْتَ فَلَعْنَتِي عَلَيْهِ

Əgər bu göstərişə hər cümə əməl edə bilməsə, heç olmasa ayda bir dəfə yerinə yetirsin. Rəvayət olunmuşdur ki, hər kəs cümə günü sübh namazından sonra oturub, gün çıxana qədər namazın təqibatı ilə məşğul olarsa, onun “Firdosi Əla”da (cənnətin ən yüksək məqamında) yetmiş mərtəbə dərəcəsi ucalar.
3) Aşağıda qeyd edəcəyimiz duanı cümə günü sübh namazının təqibatında oxumaq böyük fəzilətə malikdir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni təəmmədtu iləykə bihacəti, və ənzəltu iləykəl yəvmə fəqri və faqəti və məskənəti, fəənə liməğfirətikə ərca minni liəməli, və ləməğ-firətukə və rəhmətukə əvsəu min zunubi, fətəvəllə qəzaə kulli hacətin li biqudrətikə ələyha, və təysiri zalikə ələykə və lifəqri iləyk, fəinni ləm usib xəyrən qəttu illa mink, və ləm yəsrif ənni suən qəttu əhədun sivak, və ləstu ərcu liaxirəti və dunyay, və la liyəvmi fəqri yəvmə yufridunin nasu fi hufrəti, və ufzi iləykə bizənbi sivak.İlahi, öz istəyimlə Sənə üz tutmuşam, bu gün fəqirlik, çarəsizlik və ehtiyacsızlığımla Sənin dərgahına gəlmişəm və mən Sənin bəxşişinə öz əməlimdən daha ümidvaram. Əlbəttə, Sənin bəxşiş və rəhmətin mənim günahlarımdan böyükdür. Belə isə, hər istəyimi Öz böyüklüyünlə rəva et, Sən ona qadirsən və bu iş Sənin üçün asandır. Mən də Sənə möhtacam, Səndən başqasından əsla bir xeyir görməmişəm və Səndən başqası məndən şər işləri dəf etməmişdir. Dünya və axirətim üçün, ehtiyac və çarəsiz olduğum və tək-tənha qəbrə qoyulacağım gün Səndən başqa, heç kimə ümidim yoxdur və yalnız Sən məni günahlardan təmizləyə bilərsən!اللَّهُمَّ إِنِّي تَعَمَّدْتُ إِلَيْكَ بِحَاجَتِي وَ أَنْزَلْتُ إِلَيْكَ الْيَوْمَ فَقْرِي وَ فَاقَتِي وَ مَسْكَنَتِي فَأَنَا لِمَغْفِرَتِكَ أَرْجَى مِنِّي لِعَمَلِي وَ لَمَغْفِرَتُكَ وَ رَحْمَتُكَ أَوْسَعُ مِنْ ذُنُوبِي فَتَوَلَّ قَضَاءَ كُلِّ حَاجَةٍ لِي بِقُدْرَتِكَ عَلَيْهَا وَ تَيْسِيرِ [تَيَسُّرِ] ذَلِكَ عَلَيْكَ وَ لِفَقْرِي إِلَيْكَ فَإِنِّي لَمْ أُصِبْ خَيْرا قَطُّ إِلا مِنْكَ وَ لَمْ يَصْرِفْ عَنِّي سُوءا قَطُّ أَحَدٌ سِوَاكَ وَ لَسْتُ [لَيْسَ‏] أَرْجُو لِآخِرَتِي وَ دُنْيَايَ وَ لا لِيَوْمِ فَقْرِي يَوْمَ يُفْرِدُنِي النَّاسُ فِي حُفْرَتِي وَ أُفْضِي إِلَيْكَ بِذَنْبِي سِوَاكَ

4) İmam Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, cümə və başqa günlərdə, zöhr və sübh namazlarından sonra: “Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd və `əccil fərəcəhum” deyən şəxs, Həzrət Məhdi Qaimi (ə.f) görməyincə dünyadan getməz[3]. Bu salavatı 100 dəfə oxuyarsa, Allah taala onun, 30 bu dünyada, 30 isə axirətdə olan 60 hacətini (istəyini) rəva edər.
5) Sübh namazından sonra “Ər-Rəhman” surəsini oxuyub, fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsindən sonra desin: la bişəy`in min alaikə rəbbi ukəzzib.”[4]
6) Şeyx Tusi buyurmuşdur: “Cümə günü sübh namazından sonra 10 dəfə “İxlas” surəsini oxuyub, 100 dəfə Muhəmməd və ali Muhəmmədə (s) salavat göndərmək, 100 dəfə istiğfar etmək və “Nisa”, “Hud”, “Kəhf”, “Saffat”“Ər-Rəhman”[5] surələrini oxumaq sünnədəndir.
7) “Əhqaf” “Muminin” surələrini oxumaq. Həzrət İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, cümə axşamı və ya cümə günü “Əhqaf” surəsini oxuyan şəxs dünyada qorxmaz və Qiyamətin böyük fəzəindən (qorxusundan) amanda qalar. “Muminin” surəsini bütün cümə günlərində oxuyan şəxsin əməllərini Allah taala səadətlə başa çatdırar və onun mənzili “Firdovsi Əla”da peyğəmbərlər və mürsəllərlə bir yerdə olar[6].
8) Gün çıxmamışdan əvvəl “Kafirun” surəsini 10 dəfə oxuyub dua etsə, duası müstəcab olunar[7]. Rəvayət olunmuşdur ki, İmam Zeynulabidin (ə) cümə günü sübhdən günortaya qədər “Ayətəl-kürsi ayələrini, namazlardan sonra isə “Qədr” surəsini oxumağa məşğul olardı. Cümə günü “Ayətəl-kürsi ayələrini oxumaq böyük fəzilətə malikdir.
9) Cümə qüslü almaq. (Bu əməlin yerinə yetirilməsi çox təkid olunmuşdur). Rəvayət olunmuşdur ki, Həzrət Rəsuli Əkrəm (s), Həzrət Əliyə (ə) belə buyurdu: “Ya Əli, hər cümə qüsl al, hərçənd həmin günün ruzisini satıb su alıb qüsl etməli olsan belə, çünki bundan böyük sünnə yoxdur”[8]. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Cümə günü qüsl alarkən bu duanı oxuyan şəxsə, gələn cüməyə qədər təharət hesab olunar. Dua[9] belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əşhədu ənlə ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh,Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və rəsuludur.أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət təvvabin, vəc`əlni minəl mutətəhhirin.İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir və məni tövbə edən və paklardan et!اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اجْعَلْنِي مِنَ التَّوَّابِينَ وَ اجْعَلْنِي مِنَ الْمُتَطَهِّرِينَ

Cümə qüslünün vaxtı, dan yeri söküləndən, gün batana qədərdir. Nə qədər gün batana yaxın olarsa, bir o qədər yaxşıdır.
10) Başı gülxətmi bitkisi ilə yumaq insanı pisi (bədəndə yaranan ağ ləkələr) və dəlilik kimi xəstəliklərdən qoruyar.
11) Dırnaqları tutmaq və bığın ucunu vurmaq. Bu işin böyük fəziləti var. Ruzini çoxaldır[10], gələn cüməyə qədər insanı günahlardan pak edər, dəlilik, xora və pisi xəstəliklərindən amanda saxlayar[11]. Dırnaqları tutan və bığı düzəldən zaman bu duanı da oxumaq lazımdır: “Bismillahi və billahi və əla sunnəti Muhəmmədin və ali Muhəmməd”. Dırnaqlarını tutarkən, sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarsın. Ayaq dırnaqlarını da tutarkən belə etsin. Dırnaqları tutub qurtardıqdan sonra onun qırıntılarını torpağa basdırsın.
12) Xoş iyli ətirdən istifadə edib, təmiz paltar geyinsin[12].
13) Sədəqə versin. İmam Sadiqdən (ə) rəvayətə görə, cümə axşamı və cümə günü verilən sədəqə sair günlərdə verilən sədəqədən 1000 dəfə artıqdır[13].
14) Ailəsinin cümə gününün gəlməsi münasibətilə şad olmalarına görə, onlara təzə meyvə, ət və s. kimi şeylər alsın[14].
15) Ac qarına nar yesin. Həzrət İmam Musa ibn Cəfərdən (ə) nəql olunmuşdur ki, hər kəs cümə günü səhər ac qarına bir dənə nar yesə, qəlbi 40 gün, iki dənə nar yesə — 80 gün, üç dənə nar yesə — 120 gün nurani olar və şeytanın vəsvəsələrindən uzaq olar. Şeytanın vəsvəsəsindən uzaq olan şəxs, Allaha dərgahında günah etməz, məsiyyət (günah) etməyən şəxs isə cənnətə daxil olar.
16) Bu gün dünya işlərini kənara qoyub, dini məsələləri öyrənməyə məşğul olsun.
17) 1000 dəfə salavat göndərsin. Həzrət İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuşdur: “Mənim yanımda, cümə günü Muhəmməd (s) və onun pak Əhli-beytinə (ə) salavat göndərməkdən sevimli bir ibadət yoxdur.”[15]
“Əgər min dəfə salavat göndərməyə imkanı olmasa, heç olmasa 100 dəfə salavat göndərsin. Əgər bunu edərsə, Qiyamət günü üzü nurani olar”.
Rəvayət olunmuşdur ki, cümə günü 100 dəfə salavat göndərib, 100 dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyib, 100 dəfə “İxlas” surəsini oxuyan şəxs əlbəttə bağışlanacaq. Başqa bir rəvayətdə nəql olunmuşdur ki, zöhrlə əsr arasında Muhəmməd və ali Muhəmmədə (s) göndərilən salavat 70 həccə bərabərdir.
18) Muhəmməd (s) peyğəmbəri və İmamları (ə) ziyarət etsin[16].
19) Dünyadan köçənlərin, həmçinin ata-ananın hər ikisini və ya onlardan birinin qəbirlərinin ziyarətinə getməyin çoxlu savabı vardır. Həzrət İmam Baqirdən (ə) belə nəql olunmuşdur: “Dünyadan köçənləri cümə günü ziyarət edin, onlar, qəbirlərinin ziyarətinə gələn şəxsin kim olduğunu bilir və şad olurlar.”[17]
20) “Nüdbə” duasını oxumaq. Bu duanı oxumaq 4 bayramın əməllərindəndir (Qədir Xum, Qurban bayramı, Fitr və cümə günü)[18]
21) Cümə gününün özünəməxsus 20 rəkətlik nafiləsindən[19] başqa nafilələr də vardır. Cümə gününün nafiləsi aşağıdakı qaydada qılınır: 6 rəkəti dan yeri söküləndə, 6 rəkəti günortaya iki-üç saat qalmış, 6 rəkəti gün batana yaxın, 2 rəkəti gün batdıqdan sonra vacib namazdan əvvəl və yaxud 6 rəkəti cümə və ya günorta namazından əvvəl qılsınlar.
Mənbələr:
[1] Seyid ibni Tavus – Cəmalul-usbu, səh 226
[2] Seyid ibni Tavus – Cəmalul-usbu, səh 227;
Əllamə Məclisi – Biharul-ənvar, c 86, səh 322
[3] Əllamə Məclisi – Biharul-ənvar, c 86, səh 363, hədis 51
[4] Şeyx Muhəmməd Amuli — Vəsailuş-şiə, c 5, bölüm 54, hədis 1;
Şeyx Tusi — Təhzibul-əhkam, c 3, səh 8, hədis 25
[5] Şeyx Muhəmməd Amuli — Vəsailuş-şiə, c 5, bölüm 54, hədis 4, 6, 9 və 14;
Şeyx Səduq —  Səvabul-əmal, səh 105, 106, 107 və 112
[6]Şeyx Muhəmməd Amuli — Vəsailuş-şiə, c 5, bölüm 54, hədis10,11;
Şeyx Səduq —  Səvabul-əmal, səh 108, 112
[7] İbn Fəhd Hilli — İddətud-dai, səh 297
[8] Seyid ibni Tavus – Cəmalul-usbu, səh 366
[9] Əllamə Məclisi – Biharul-ənvar, c 86, səh 352, hədis 29
[10] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 418, hədis 7 və 10
[11] Öncəki mənbə
[12] Şeyx Kuleyni – Usuli-kafi, c 6, səh 510, hədis 4
[13] Şeyx Mufid  — Muqənnə`ə, səh 156
[14] Şeyx Kuleyni – Usuli-kafi, c 6, səh 299, hədis 19
[15] Şeyx Kuleyni – Usuli-kafi, c 3, səh 429, hədis 3
[16]Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 285;
Əllamə Məclisi — Biharul-ənvar, c 86, səh 158
[17] Şeyx Tusi – Əmali, səh 688, hədis 5
[18] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 104
[19] Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 24

Читайте также: