TAM Cümə gününə məxsus müstəhəb əməllər toplusu — 2-ci hissə
22) Cümə gününün əməllərinin biri də cümə günü zaval vaxtı (günorta çağı, gün dönən vaxt) oxunan duadır. Bu duanı, Muhəmməd ibn Müslim İmam Sadiq ələyhissalamdan nəql etmişdir. Şeyx “Misbah”da gətirdiyi kimi, onu burada gətiririk. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Lə ilahə illəllahu vəllahu əkbər, və subahnəllahi | Allahdan başqa heç bir tanrı yoxdur. O böyükdür və hər bir eyibdən pak və uzaqdır. | لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ وَ سُبْحَانَ اللَّهِ |
| vəlhəmdu lillahilləzi ləm yəttəxiz vələda, və ləm yəkun ləhu şərikun fil mulk, | Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, | وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ |
| və ləm yəkun ləhu vəliyyun minəz zull, | izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. | وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ |
| və kəbbirhu təkbira, | Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! | وَ كَبِّرْهُ تَكْبِيرا |
| ya sabiğən niəmi ya dafiən niqəm, | Ey nemətləri bağışlayan, ey çətinlikləri aradan qaldıran, | يَا سَابِغَ النِّعَمِ يَا دَافِعَ النِّقَمِ |
| ya bariən nəsimi ya əliyyəl himəm, | Ey insanları yaradan, ey böyük hümmət sahibi, | يَا بَارِئَ النَّسَمِ يَا عَلِيَّ الْهِمَمِ |
| ya muğşiyəz zuləmi ya zəl cudi vəl kərəm, | ey qaranlıqları örtən, ey səxavət və kərəm sahibi, | يَا مُغْشِيَ الظُّلَمِ يَا ذَا الْجُودِ وَ الْكَرَمِ |
| ya kaşifəz zurri vəl ələm, | ey zərərləri dəf edən, | يَا كَاشِفَ الضُّرِّ وَ الْأَلَمِ |
| ya munisəl mustəvhişinə fiz zuləm, | ey qaranlıqda qorxanların munisi, | يَا مُونِسَ الْمُسْتَوْحِشِينَ فِي الظُّلَمِ |
| ya alimən la yuəlləm, | ey təlim görməyən alim, | يَا عَالِما لا يُعَلَّمُ |
| salli əla Muhəmmədin və ali Muhəmməd, | Muhəmməd və Ali Muhəmmədə salam yetir | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| vəf`əl bi ma əntə əhluh, | və Sənə layiq olduğu kimi mənimlə davran! | وَ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ |
| ya mənismuhu dəva, və zikruhu şəfa, və taətuhu ğəna, | Ey adı (dərdlərə) dərman, yadı (xəstələrə) şəfa və itaəti ehtiyacsızlığa səbəb olan! | يَا مَنِ اسْمُهُ دَوَاءٌ وَ ذِكْرُهُ شِفَاءٌ وَ طَاعَتُهُ غَنَاءٌ [غِنًى] |
| irhəm mən rə`su malihir rəca, və silahuhul buka, | Sərməyəsi ümid və silahı ah-nalə olan şəxsə rəhm et! | ارْحَمْ مَنْ رَأْسُ مَالِهِ الرَّجَاءُ وَ سِلاحُهُ الْبُكَاءُ |
| subhanəkə la ilahə illa ənt, | Sən bütün eyib və nöqsanlardan pak və uzaqsan. Səndən başqa tanrı yoxdur. | سُبْحَانَكَ لا إِلَهَ إِلا أَنْتَ |
| ya hənnanu ya mənnan, | Ey mehriban, ey minnət və nemət sahibi, | يَا حَنَّانُ يَا مَنَّانُ |
| ya bədiəs səmavati vəl ərz, ya zəl cəlali vəl ikram. | ey səmaları və yeri yaradan, ey calal və böyüklük sahibi! | يَا بَدِيعَ السَّمَاوَاتِ وَ الْأَرْضِ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ |
23) Cümə günü zöhr namazını “Cümə” və “Münafiqun” surələri ilə, Əsr namazını isə “Cümə” və “İxlas” surələrilə oxusun[1].
Şeyx Səduq İmam Sadiqdən (ə) nəql etmişdir ki, hər hansı bir mömin şəxsə bizim şiələrimizdən olmaq üçün lazım olan şeylərdən biri də cümə gecəsi namazını (cümə axşamı işa namazında) “Cümə” və “Əla” surələri, günorta namazını (cümə günü zöhr namazında) isə “Cümə” və “Münafiqun” surələrilə oxumasıdır. Bunu edərsə, sanki, Rəsul Əkrəmin (s) əməlini yerinə yetirmişdir. Onun savabı isə cənnətdir[2].
Şeyx Kuleyni, Hələbidən belə nəql edir: “Həzrət İmam Sadiqdən (s) soruşdum: “Cümə günü namazı tək qılmaq istəsəm (yəni cümə namazına getməyim, bəlkə 4 rəkət günorta namazını qılaramsa) ucadan qılımmı?!” Həzrət buyurdu: “Bəli”. Sonra buyurdu: “Onu “Cümə” və “Münafiqun” surələri ilə qıl”.
24) Şeyx Tusi özünün “Misbah” kitabında, cümə günü günortadan sonra oxunan zikri İmam Sadiqdən (ə) nəql edərək yazır: “Cümə günü salamdan sonra 7 dəfə “Həmd”, 7 dəfə “Nas”, 7 dəfə “Fələq”, 7 dəfə “İxlas”, 7 dəfə “Kafirun” surələrini və həmçinin “Tövbə” surəsinin axırıncı “Ləqəd caəkum rəsulun min ənfusikum” və “Həşr” surəsinin “Ləv ənzəlna hazəl Qur`anə…” ayəsindən axırına qədər və “Ali-İmran” surəsinin 5 ayəsini “İnnə fi xəlqis səmavati vəl ərzi…» ayəsindən ”İnnəkə la tuxliful miad” ayəsinə qədər oxuyarsa, bu cümədən gələn cüməyə qədər, düşmənlərin şərrindən və bəlalardan uzaq olar.
25) İmam Sadiqdən (ə) nəql edilmişdir ki, sübh və ya zöhr namazından sonra: “Əllahumməc`əl səlatəkə və səlatə məlaikətikə və rəsulikə əla Muhəmmədin və ali Muhəmməd” — deyən şəxs üçün bir ilə qədər günah yazılmaz. Həmçinin buyurmuşdur: “Sübh və zöhr namazlarından sonra: “Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd və `əccil fərəcəhum” — deyən şəxs Qaimi (Həzrət Məhdini (ə.f)) görməyincə dünyasını dəyişməz”.
Şeyx Abbas Qumi deyir: “Birinci duanı cümə günü zöhr namazından sonra 3 dəfə deyərsə, onu gələn cüməyə qədər bəlalardan qoruyar. Həmçinin rəvayət olunmuşdur ki, cümə günü iki namazın (cümə ya əsr, və ya günorta və əsr namazlarının) arasında Muhəmməd və Ali Muhəmmədə salavat göndərməyin savabı 70 rəkət namazın savabına bərabərdir.
26) İmam Səccadın (ə) “as-Sahifatus-Səccadiyyə” kitabının dualarından olan “Ya mən yərhəmu mən la tərhəmuhul ibad” (46-cı dua) və “Əllahummə hazə yəvmun mubarək” (48-ci dua) dualarını oxumaq.
27) Şeyx Tusi “Misbah” kitabında buyurmuşdur: “Cümə günü zöhr namazından sonra 2 rəkət namaz qılıb, onun hər rəkətində “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsini və namazdan sonra bu duanı oxusa, gələn cüməyədək ona bəla və fitnə toxunmaz, həmçinin Allah onu Həzrət Muhəmməd (s) və Həzrət İbrahimlə (ə) bir yerdə edər (cənnətdə)[3]. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməc`əlni min əhlil cənnətilləti həşvuhəl bərəkəh, və ummaruhəl məlaikətu məə nəbiyyina Muhəmmədin salləllahu ələyhi və alih, və əbina İbrahimə ələyhissəlam. | İlahi, məni daxili bərəkətli, işçiləri mələklər olan, peyğəmbərimiz Muhəmməd (Allahın salamı ona və Əhlibeytinə olsun) və cəddimiz İbrahimlə (Allahın salamı ona olsun) birgə behişt əhlindən qərar ver! | اللَّهُمَّ اجْعَلْنِي مِنْ أَهْلِ الْجَنَّةِ الَّتِي حَشْوُهَا الْبَرَكَةُ وَ عُمَّارُهَا الْمَلائِكَةُ مَعَ نَبِيِّنَا مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَبِينَا إِبْرَاهِيمَ عَلَيْهِ السَّلامُ |
Bu zikri oxuyan şəxs gələn cüməyə qədər bəla və fitnələrdən amanda qalar və Allah taala onu Məhəmməd (s) və İbrahim (ə)-la bir yerdə qərar verər.
Əllamə Məclisi yazır: “Əgər bu duanı seyid olmayan şəxs oxusa, “əbina” sözünün yerinə “əbihi” sözünü deməlidir”.
28) Rəvayət olunmuşdur ki, cümə günü salavatın ən fəzilətli vaxtı əsrdən sonradır və 100 dəfə deyirsən:
| Ərəbcə | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ |
| Tərcümə | İlahi, Muhəmməd və Ali Muhəmmədə salam yetir və onların “fərəc”ini (Sahibəz-Zamanın zühurunu) tezləşdir! |
| Transkripsiya | Əllahummə salli əla Muhəmmədin və ali Muhəmmədin və `əccil fərəcəhum |
Şeyx buyurmuşdur ki, aşağıdakı salavatı 100 dəfə demək də müstəhəbdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Sələvatullahi və məlaikətihi və ənbiyaihi və rusulihi və cəmii xəlqih, əla Muhəmmədin və ali Muhəmmədin | Allahın, mələklərinin, peyğəmbərlərinin, elçilərinin və bütün məxluqatın salamı olsun Muhəmməd və Ali Muhəmmədə! | صَلَوَاتُ اللَّهِ وَ مَلائِكَتِهِ وَ أَنْبِيَائِهِ وَ رُسُلِهِ وَ جَمِيعِ خَلْقِهِ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| vəs səlamu ələyhi və ələyhim və əla ərvahihim və əcsadihim, | Ona, onun Əhlibeytinə, onların ruhları və bədənlərinə salam olsun! | وَ السَّلامُ عَلَيْهِ وَ عَلَيْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ |
| və rəhmətullahi və bərəkatuh. | Allahın rəhmət və bərəkətləri onlara olsun! | وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Şeyx İbni İdris özünün “Sərair” kitabında Bəzəntinin “Came” kitabından belə nəql edir: “Əbu Bəsir deyir: “İmam Cəfər Sadiqdən (ə) buyurur: “Zöhr və əsr namazlarının arasında Məhəmməd və ali Məhəmmədə salavat göndərmək 70 rəkət namaza, cinlər və insanların o gündə etdiyi əməllərin savabına bərabərdir. Cümə günü əsr namazından sonra bu salavatı oxumaq:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədinil | İlahi, Məhəmməd və onun Əhlibeytinə – | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| əvsiyail mərziyyinə biəfzəli sələvatik, | Sənin bəyənilmiş vəsilərinə ən yaxşı salamını göndər | الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ بِأَفْضَلِ صَلَوَاتِكَ |
| və barik ələyhim bi əfzəli bərəkatik, | və onlara ən yaxşı bərəkətini ver! | وَ بَارِكْ عَلَيْهِمْ بِأَفْضَلِ بَرَكَاتِكَ |
| vəs səlamu ələyhim və əla ərvahihim və əcsadihim, | Salam olsun onlara, onların ruhları və bədənlərinə! | وَ السَّلامُ عَلَيْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ |
| və rəhmətullahi və bərəkatuh | Allahın rəhmət və bərəkətləri onlara olsun! | وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Şeyx Abbas Qumi deyir: “Yuxarıda qeyd etdiyimiz salavatı hədis alimləri öz kitablarında mötəbər sənədlərlə, onun böyük fəzilətlərə malik olduğunu bildirmişlər. Əgər 10 dəfə oxunarsa daha yaxşıdır. İmam Sadiq (ə) buyurur: “Cümə günü əsr namazından sonra, yerindən qalxmamışdan qabaq bu (yuxarıda qeyd etdiyimiz salavatı) 10 dəfə oxuyan şəxsə, mələklər bu həftənin cüməsindən gələn həftənin cüməsinə qədər, ona, oxuduğu saatda salavat göndərərlər”. Həmçinin o həzrət (ə) buyurmuşdur: “Cümə günü əsr namazını qıldıqdan sonra bu (yuxarıda qeyd olunan) salavatı 7 dəfə oxu”.
Şeyx Kuleyni “Kafi” kitabında rəvayət etmişdir ki, cümə günü namazı qıldıqdan sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla Muhəmmədin və ali Muhəmmədinil | İlahi, Muhəmməd və onun Əhli-beytinə – | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| əvsiyail mərziyyinə biəfzəli sələvatik, | Sənin bəyənilmiş vəsilərinə ən yaxşı salamını göndər | الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ بِأَفْضَلِ صَلَوَاتِكَ |
| və barik ələyhim biəfzəli bərəkatik, | və onlara ən yaxşı bərəkətini ver! | وَ بَارِكْ عَلَيْهِمْ بِأَفْضَلِ بَرَكَاتِكَ |
| vəs səlamu ələyhi və ələyhim | Salam olsun ona və onun Əhli-beytinə! | وَ السَّلامُ عَلَيْهِ وَ عَلَيْهِمْ |
| və rəhmətullahi və bərəkatuh. | Allahın rəhmət və bərəkətləri onlara olsun! | رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Doğurdan da hər kəs bu salavatı əsr namazından sonra oxuyarsa, Allah taala onun üçün 100000 həsənə (yaxşılıq) yazıb, 100000 günahı silər və 10000 hacətini rəva qılar. Ona 100000 dərəcə artırar. Başqa yerdə buyurmuşdur ki, hər kəs bu salavatı 7 dəfə oxusa, Allah taala hər bəndənin sayı qədər ona yaxşılıq yazar. O gün əməlləri qəbul olar. Qiyamət günü gözlərinin arasında nur ilə gələr. “Ərəfə” gününün əməllərində gəlmişdir ki, hər kəs bu salavatı oxusa, Məhəmməd və ali Məhəmmədi sevindirər.
29) Əsrdən sonra 70 dəfə desin: “Əstəğfirullahə və ətubu iləyh”. Allah həmən şəxsin günahların bağışlayar.[4]
30) 100 dəfə “Qədr” surəsini oxumaq. Həzrət İmam Musa ələyhissalam buyurmuşdur ki, Allah taalanın cümə günü min rəhmətli nəsim küləyi əsir və istədiyi bəndəyə o küləkdən dəyər.
Allah taala cümə günü əsrdən sonra 100 dəfə “Qədr” surəsini oxuyan şəxs üçün min rəhməti iki bərabər edib ona verər.
31)“Əşərat” duasını oxumaq üçün ən münasib vaxt cümə gününün əsr vaxtıdır, “Simat” duasın oxumaq üçün isə cümə gününün axır saatlarıdır.
32) Cümə gününün bir neçə baxımdan İmam Zamanla (ə.f) əlaqəsi vardır:
Birincisi, o həzrət (ə.f) cümə günü dünyaya gəlmişdir;[5]
İkincisi, bəzi hədislərə istinadən, o həzrət (ə.f) cümə günü zühur edəcək və yer üzünü zalımlardan, dinsizlərdən, kafirlərdən və münafiqlərdən təmizləməyə başlayacaqdır. O həzrət “Haqq kəlməsi”ni üzə çıxarmaqla, iman dinini və şəriətini dirçəltməklə möminlərin qəlbini şad və gözünü aydın edəcəkdir. Belə ki, “وَ اَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا” (o gün yer üzü Rəbbinin nuru ilə nurlanacaqdır) ayəsi bu “zühur” gününə tətbiq edilmişdir.[6]
Buna görə də cümə günü bəzi ziyarətnamə və duaları oxumaq tövsiyə olunur:
a) “Ali-Yasin” ziyarətnaməsini oxuyun.
b) Bu duanı Şeyx Tusi “Misbahul-mutəhəccid” kitabının “Cümə gününün əməlləri” fəslində qeyd etmişdir ki, onu İmam Rza (ə) İmam Zaman (ə.f) üçün buyurmuşdur. Belə ki, Yunis ibn Əbdur-Rəhman deyir: “İmam Rza (ə) həmişə buyurardı ki, bu dua ilə Həzrət Məhdi (ə.f) üçün dua edin: اَللَّهُمَّ ادْفَعْ عَنْ وَلِیِّکَ وَ خَلِیفَتِکَ وَ حُجَّتِکَ عَلَىٰ خَلْقِکَ…
c) Şeyx Tusinin “Cümə günü əsr vaxtının əməlləri” başlığı alında qeyd etdiyi salavatı oxuyun. Mərhum Seyid İbn Tavus deyir[7]: Bu salavat mövlamız İmam Zamandan (ə.f) nəql olunubdur və bunu tərk etməmək təkid edilibdir. Şeyx Tusinin “Misbahul-mutəhəccid” kitabına istinadən salavat[8] belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim. | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əllahummə salli əla Muhəmmədin səyyidil mursəlinə və xatəmin nəbiyyin, | İlahi, elçilərin sərvəri, peyğəmbərlərin sonu, | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ سَيِّدِ الْمُرْسَلِينَ وَ خَاتَمِ النَّبِيِّينَ |
| və huccəti rəbbil aləmin, əl muntəcəbi fil misaqil mustəfa, | aləmlərin Rəbbinin höccəti, əhd-peyman günü, lütf və mərhəmət sayəsində haqq olaraq seçilən, | وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ الْمُنْتَجَبِ فِي الْمِيثَاقِ الْمُصْطَفَى |
| fiz zilalil mutəhhəri min kulli afətinil bərii min kulli əyb, | bütün nöqsanlarda pak, bütün eyiblərdən uzaq olan, | فِي الظِّلالِ الْمُطَهَّرِ مِنْ كُلِّ آفَةٍ الْبَرِيءِ مِنْ كُلِّ عَيْبٍ |
| əl muəmməli lin nəcatil murtəca liş şəfaətil mufəvvəzi iləyhi dinullah, | nicat üçün arzulanan, şəfaət üçün ümid edilən və Allahın dininin tapşırıldığı Muhəmmədə salam yetir! | الْمُؤَمَّلِ لِلنَّجَاةِ الْمُرْتَجَى لِلشَّفَاعَةِ الْمُفَوَّضِ إِلَيْهِ دِينُ اللَّهِ |
| Əllahummə şərrif bunyanəhu və əzzim burhanəh, | İlahi, onun işlərinin əsasını şərəfli, bürhanını əzəmətli, | اللَّهُمَّ شَرِّفْ بُنْيَانَهُ وَ عَظِّمْ بُرْهَانَهُ |
| və əflic huccətəhu vərfə` dərəcətəh, və əzi` nurəhu və bəyyiz vəchəh, | höccətini aşkar, dərəcəsini yüksək, nurunu işıqlı və üzünü ağ et! | وَ أَفْلِجْ حُجَّتَهُ وَ ارْفَعْ دَرَجَتَهُ وَ أَضِئْ نُورَهُ وَ بَيِّضْ وَجْهَهُ |
| və ə`tihil fəzlə vəl fəzilətə vəl mənzilətə vəl vəsiləh, | Ona fəzilət, üstünlük, məqam, “vəsilə” (ən yüksək behişt dərəcəsi) və yüksək dərəcə ver. | وَ أَعْطِهِ الْفَضْلَ وَ الْفَضِيلَةَ وَ الْمَنْزِلَةَ وَ الْوَسِيلَةَ |
| vəd dərəcətər rəfiətə vəb`əshu məqamən məhmuda, yəğbituhu bihil əvvəlunə vəl axirun, | Onu birinci və sonuncuların qibtə etdiyi “məhmud” (şəfaət) məqamına seç. | وَ الدَّرَجَةَ الرَّفِيعَةَ وَ ابْعَثْهُ مَقَاما مَحْمُودا يَغْبِطُهُ بِهِ الْأَوَّلُونَ وَ الْآخِرُونَ |
| və salli əla əmiril mu`mininə və varisil mursəlin, və qaidil ğurril muhəccəlin, | Möminlərin əmiri, peyğəmbərlərin (elm) varisi, üzüağlıların rəhbəri, | وَ صَلِّ عَلَى أَمِيرِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ قَائِدِ الْغُرِّ الْمُحَجَّلِينَ |
| və səyyidil vəsiyyinə və huccəti rəbbil aləmin, | vəsilərin sərvəri və aləmlərin Rəbbinin höccətinə (Əliyə) salam yetir. | وَ سَيِّدِ الْوَصِيِّينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli ələl Həsənibni Əliyyin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Əlinin oğlu Həsənə salam yetir. | وَ صَلِّ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli ələl Husəynibni Əliyyin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Əlinin oğlu Hüseynə salam yetir. | وَ صَلِّ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli əla Əliyyibnil Husəyni imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Hüseynin oğlu Əli Zeynəlabidinə salam yetir. | وَ صَلِّ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli əla Muhəmmədibni Əliyyin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Əlinin oğlu Muhəmməd Baqirə salam yetir. | وَ صَلِّ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli əla Cə`fəribni Muhəmmədin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Muhəmmədin oğlu Cəfər Sadiqə salam yetir. | وَ صَلِّ عَلَى جَعْفَرِ بْنِ مُحَمَّدٍ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli əla Musəbni Cə`fərin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Cəfərin oğlu Musa Kazimə salam yetir. | وَ صَلِّ عَلَى مُوسَى بْنِ جَعْفَرٍ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli əla Əliyyibni Musa imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Musanın oğlu Əli Rzaya salam yetir. | وَ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُوسَى إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli əla Muhəmmədibni Əliyyin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Əlinin oğlu Muhəmməd Cavada salam yetir. | وَ صَلِّ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli əla Əliyyibni Muhəmmədin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Muhəmmədin oğlu Əli Hadiyə salam yetir. | وَ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli ələl Həsənibni Əliyyin imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Əlinin oğlu Həsənə Əskəriyə salam yetir. | وَ صَلِّ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| və salli ələl xələfil hadil Məhdiyyi imamil mu`minin, və varisil mursəlin, və huccəti rəbbil aləmin, | Möminlərin imamı, peyğəmbərlərin (elm) varisi və aləmlərin Rəbbinin höccəti Hadinin oğlu Məhdiyə salam yetir. | وَ صَلِّ عَلَى الْخَلَفِ الْهَادِي الْمَهْدِيِّ إِمَامِ الْمُؤْمِنِينَ وَ وَارِثِ الْمُرْسَلِينَ وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ |
| Əllahummə salli əla Muhəmmədin və əhli bəytihil əimmətil hadinəl uləmais sadiqinəl əbraril muttəqin, | İlahi, Muhəmməd və onun Əhlibeytinə – hidayətçi imamlara, alimlərə, xeyirxah, təqvalılara, | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ الْأَئِمَّةِ الْهَادِينَ الْعُلَمَاءِ الصَّادِقِينَ الْأَبْرَارِ الْمُتَّقِينَ |
| dəaimi dinik və ərkani təvhidik, və təraciməti vəhyik, | Sənin dininin sütunlarına, tövhid məqamının dayaqlarına, vəhy təfsirçilərinə, | دَعَائِمِ دِينِكَ وَ أَرْكَانِ تَوْحِيدِكَ وَ تَرَاجِمَةِ وَحْيِكَ |
| və hucəcikə əla xəlqik, və xuləfaikə fi ərzik | yaratdıqların üzərindəki höccətlərinə və yer üzündəki xəlifələrinə salam yetir! | وَ حُجَجِكَ عَلَى خَلْقِكَ وَ خُلَفَائِكَ فِي أَرْضِكَ |
| əlləzinə ixtərtəhum linəfsik, vəstəfəytəhum əla ibadik, vərtəzəytəhum lidinik, | Belə ki, Sən onları Özün üçün seçdin, bütün bəndələrindən üstün bildin, dininin (dini qanunları icra etmək) üçün bəyəndin, | الَّذِينَ اخْتَرْتَهُمْ لِنَفْسِكَ وَ اصْطَفَيْتَهُمْ عَلَى عِبَادِكَ وَ ارْتَضَيْتَهُمْ لِدِينِكَ |
| və xəsəstəhum bimə`rifətik, və cəlləltəhum bikəramətik, | Öz mərifətini (mərifət məqamını) onlara məxsus, lütf və böyüklüyünlə onları hörmət sahibi etdin, | وَ خَصَصْتَهُمْ بِمَعْرِفَتِكَ وَ جَلَّلْتَهُمْ بِكَرَامَتِكَ |
| və ğəşşəytəhum birəhmətik, və rəbbəytəhum bini`mətik, və əzzəytəhum bihikmətik, | rəhmətinlə əhatə etdin, nemətinlə böyütdün, hikmətinlə qidalandırdın, | وَ غَشَّيْتَهُمْ بِرَحْمَتِكَ وَ رَبَّيْتَهُمْ بِنِعْمَتِكَ وَ غَذَّيْتَهُمْ بِحِكْمَتِكَ |
| və əlbəstəhum nurək, və rəfə`təhum fi mələkutik, | nurunla geyindirdin, ucalığınla yüksəltdin, | وَ أَلْبَسْتَهُمْ نُورَكَ وَ رَفَعْتَهُمْ فِي مَلَكُوتِكَ |
| və xəfəftəhum biməlaikətik, və şərrəftəhum binəbiyyik, sələvatukə ələyhi və alih, | mələklərinlə qorudun və Peyğəmbərinlə (Allahın salamı ona və Əhlibeytinə olsun) şərəfləndirdin. | وَ حَفَفْتَهُمْ بِمَلائِكَتِكَ وَ شَرَّفْتَهُمْ بِنَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ |
| Əllahummə salli əla Muhəmmədin və ələyhim səlatən zakiyətən namiyətən kəsirətən daimətən təyyibəh, | İlahi, Məhəmməd və onun Əhlibeytinə xalis, hədsiz, çox, həmişə və pak salam yetir ki, | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَيْهِمْ صَلاةً زَاكِيَةً نَامِيَةً كَثِيرَةً دَائِمَةً طَيِّبَةً |
| la yuhitu biha illa ənt, və la yəsəuha illa ilmuk, və la yuhsiha əhədun ğəyruk, | Səndən başqası onu əhatə etməsin, elmindən başqasına sığmasın və Səndən başqası sayıb-qurtara bilməsin. | لا يُحِيطُ بِهَا إِلا أَنْتَ وَ لا يَسَعُهَا إِلا عِلْمُكَ وَ لا يُحْصِيهَا أَحَدٌ غَيْرُكَ |
| Əllahummə və salli əla vəliyyikəl muhyi sunnətikəl qaimi biəmrikəd dai iləykəd dəlili ələyk, | İlahi, Öz vəlin, əmrinlə qiyam edib şəriətini dirçəldən, Sənə doğru dəvət edən, Sənin yolunu göstərən, | اللَّهُمَّ وَ صَلِّ عَلَى وَلِيِّكَ الْمُحْيِي سُنَّتَكَ الْقَائِمِ بِأَمْرِكَ الدَّاعِي إِلَيْكَ الدَّلِيلِ عَلَيْكَ |
| huccətikə əla xəlqikə və xəlifətikə fi ərzik, və şahidikə əla ibadik, | məxluqatın üzərindəki höccətin, yer üzündəki xəlifən və bəndələrinə şahid olana salam yetir! | حُجَّتِكَ عَلَى خَلْقِكَ وَ خَلِيفَتِكَ فِي أَرْضِكَ وَ شَاهِدِكَ عَلَى عِبَادِكَ |
| Əllahummə əizzə nəsrəhu və muddə fi umrih, və zəyyinil ərzə bituli bəqaih, | İlahi, onun yardımını gücləndir, ömrünü uzat və yer üzünü uzunömürlülüyü ilə zinətləndir! | اللَّهُمَّ أَعِزَّ نَصْرَهُ وَ مُدَّ فِي عُمْرِهِ وَ زَيِّنِ الْأَرْضَ بِطُولِ بَقَائِهِ |
| Əllahumməkfihi bəğyəl hasidin, və əizhu min şərril kaidin, | İlahi, onu həsəd edənlərin zülmündən amanda saxla, hiyləgərlərin şərindən qoru, | اللَّهُمَّ اكْفِهِ بَغْيَ الْحَاسِدِينَ وَ أَعِذْهُ مِنْ شَرِّ الْكَائِدِينَ |
| vəzcur ənhu iradətəz zalimin, və xəllishu min əydil cəbbarin, | zülmkarların iradəsini ondan döndər və onu zalım hakimlərin əlindən xilas et! | وَ ازْجُرْ عَنْهُ إِرَادَةَ الظَّالِمِينَ وَ خَلِّصْهُ مِنْ أَيْدِي الْجَبَّارِينَ |
| Əllahummə ə`tihi fi nəfsihi və zurriyyətih, və şiətihi və rəiyyətih, və xassətihi və ammətih, | İlahi, ona özü, övladları, şiələri, rəiyyəti, xüsusi və ümumi dostları, | اللَّهُمَّ أَعْطِهِ فِي نَفْسِهِ وَ ذُرِّيَّتِهِ وَ شِيعَتِهِ وَ رَعِيَّتِهِ وَ خَاصَّتِهِ وَ عَامَّتِهِ |
| və əduvvihi və cəmii əhlid dunya, ma tuqərriu bihi əynəh, və təsurru bihi nəfsəh, | hətta düşmənləri və bütün dünya əhli ilə bağlı gözünün işıqlanması və ruhunun sevincinə səbəb olanı əta et | وَ عَدُوِّهِ وَ جَمِيعِ أَهْلِ الدُّنْيَا مَا تُقِرُّ بِهِ عَيْنَهُ وَ تَسُرُّ بِهِ نَفْسَهُ |
| və bəlliğhu əfzələ ma əmmələhu fid dunya vəl axirəh, | və onu dünya və axirətdə ən yaxşı arzusuna çatdır! | وَ بَلِّغْهُ أَفْضَلَ مَا أَمَّلَهُ فِي الدُّنْيَا وَ الْآخِرَةِ |
| innəkə əla kulli şəy`in qədir, | Sən həqiqətən hər şeyə qadirsən. | اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
| Əllahummə cəddid bihi məmtəha min dinik, və əhyi bihi ma buddilə min kitabik, | İlahi, dinindən məhv olub unudulanı onun sayəsində yeniləşdir, kitabından dəyişilənləri onun varlığı ilə dirçəlt, | اللَّهُمَّ جَدِّدْ بِهِ مَا امْتَحَى [مُحِيَ] مِنْ دِينِكَ وَ أَحْيِ بِهِ مَا بُدِّلَ مِنْ كِتَابِكَ |
| və əzhir bihi ma ğuyyirə min hukmik, hətta yəudu dinukə bih, | hökmündən dəyişilənləri onun vasitəsilə aşkar et ki, dinin onu ilə yenilənsin, | وَ أَظْهِرْ بِهِ مَا غُيِّرَ مِنْ حُكْمِكَ حَتَّى يَعُودَ دِينُكَ بِهِ |
| və əla yədəyhi əzzən cədidən xalisən muxlisən la şəkkə fih, və la şubhətə məəhu və la batilə indəh, və la bid`ətə lədəyh, | şəkk-şübhədən, batil və bidətdən uzaq olaraq xalisləşsin! | وَ عَلَى يَدَيْهِ غَضّا جَدِيدا خَالِصا مُخْلِصا لا شَكَّ فِيهِ وَ لا شُبْهَةَ مَعَهُ وَ لا بَاطِلَ عِنْدَهُ وَ لا بِدْعَةَ لَدَيْهِ |
| Əllahummə nəvvir binurihi kulli zulməh, və huddə biruknihi kullə bid`əh, | İlahi, onun simasının nuru ilə bütün qaranlıqları işıqlandır bütün bidətlərin kökünü qır, | اللَّهُمَّ نَوِّرْ بِنُورِهِ كُلَّ ظُلْمَةٍ وَ هُدَّ بِرُكْنِهِ كُلَّ بِدْعَةٍ |
| vəhdim biizzihi kullə zəlaləh, vəqsim bihi kullə cəbbar, və əxmid bisəyfihi kullə nar, | onun izzətli hakimiyyəti dövründə bütün azğınları həlak et, onun əli ilə bütün zülmkarları məhv et, qılıncı ilə bütün fitnələri söndür, | وَ اهْدِمْ بِعِزِّهِ كُلَّ ضَلالَةٍ وَ اقْصِمْ بِهِ كُلَّ جَبَّارٍ وَ أَخْمِدْ بِسَيْفِهِ كُلَّ نَارٍ |
| və əhlik biədlihi cəvrə kulli cair, və əcri hukməhu əla kulli hukm, və əzillə bisultanihi kullə sultan, | ədaləti ilə yer üzündən bütün zülmkarların zülmünə son qoy, hökmünü bütün hakimlərdən üstün və hakimiyyəti ilə hər bir hakimi xar et! | وَ أَهْلِكْ بِعَدْلِهِ جَوْرَ كُلِّ جَائِرٍ وَ أَجْرِ حُكْمَهُ عَلَى كُلِّ حُكْمٍ وَ أَذِلَّ بِسُلْطَانِهِ |
| Əllahummə əzillə kullə mən navah, və əhlik kullə mən adah, | İlahi, onunla müxalif olanları zəlil, düşmənçilik edənləri həlak | كُلَّ سُلْطَانٍ اللَّهُمَّ أَذِلَّ كُلَّ مَنْ نَاوَاهُ وَ أَهْلِكْ كُلَّ مَنْ عَادَاهُ |
| vəmkur bimən kadəh, vəstə`sil mən cəhədəhu həqqəh, | və ona qarşı məkrli düşünənləri öz məkrli düşüncələrinə düçar et, onun haqqını dananları, | وَ امْكُرْ بِمَنْ كَادَهُ وَ اسْتَأْصِلْ مَنْ جَحَدَهُ حَقَّهُ |
| vəstəhanə biəmrihi və səa fi itfai nurih, və əradə ixmadə zikrih, | əmrini xar hesab edənləri, nurunu söndürmək və adını aradan qaldırmaq istəyənləri həlak et! | وَ اسْتَهَانَ بِأَمْرِهِ وَ سَعَى فِي إِطْفَاءِ نُورِهِ وَ أَرَادَ إِخْمَادَ ذِكْرِهِ |
| Əllahummə salli əla Muhəmədinil Mustəfa və Əliyyinil Murtəza və Fatimətəz Zəhra, vəl Həsənir riza, vəl Husəynil musəffa, | İlahi, Muhəmməd Mustafaya, Əli Mürtəzaya, Fatimeyi-Zəhraya, təslim məqamına yüksəlmiş Həsənə, seçilmiş Hüseynə | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ الْمُصْطَفَى وَ عَلِيٍّ الْمُرْتَضَى وَ فَاطِمَةَ الزَّهْرَاءِ وَ الْحَسَنِ الرِّضَا وَ الْحُسَيْنِ الْمُصَفَّى |
| və cəmiil əvsiya, məsabihid duca və ə`lamil huda, və mənarit tuqa vəl urvətil vusqa, | və bütün vəsilərə – qaranlıqda çıraqlara, hidayət nişanələrinə, təqva məşəllərinə, möhkəm halqalara, | وَ جَمِيعِ الْأَوْصِيَاءِ مَصَابِيحِ الدُّجَى وَ أَعْلامِ الْهُدَى وَ مَنَارِ التُّقَى وَ الْعُرْوَةِ الْوُثْقَى |
| vəl həblil mətini vəs siratil mustəqim, | qırılmaz zəncirlərə və doğru yol adlananlara salam yetir! | وَ الْحَبْلِ الْمَتِينِ وَ الصِّرَاطِ الْمُسْتَقِيمِ |
| və salli əla vəliyyikə və vulati əhdik, vəl əimməti min vuldih, | Öz vəlin, vəliəhdlərin və onun övladlarından olan imamlara salam yetir, | وَ صَلِّ عَلَى وَلِيِّكَ وَ وُلاةِ عَهْدِكَ وَ الْأَئِمَّةِ مِنْ وُلْدِهِ |
| və muddə fi ə`marihim, və zid fi acalihim | onların ömürlərini uzun et, həyat müddətini artır, | وَ مُدَّ فِي أَعْمَارِهِمْ وَ زِدْ فِي آجَالِهِمْ |
| və bəlliğhum əqsa amalihim, dinən və dunya və axirəh, | din, dünya və axirətlə bağlı son arzularına çatdır. | وَ بَلِّغْهُمْ أَقْصَى آمَالِهِمْ دِينا وَ دُنْيَا وَ آخِرَةً |
| innəkə əla kulli şəy`in qədir. | Həqiqətən, Sən hər bir şeyə qadirsən! | اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim! | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əllahummə salli əla Muhəmmədin səyyidil mursəlinə və xatəmin nəbiyyin, | İlahi, elçilərin sərvəri, peyğəmbərlərin sonu, | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ سَيِّدِ الْمُرْسَلِينَ وَ خَاتَمِ النَّبِيِّينَ |
| və huccəti rəbbil aləmin, əl muntəcəbi fil misaqil mustəfa, | aləmlərin Rəbbinin höccəti, əhd-peyman günü, lütf və mərhəmət sayəsində haqq olaraq seçilən, | وَ حُجَّةِ رَبِّ الْعَالَمِينَ الْمُنْتَجَبِ فِي الْمِيثَاقِ الْمُصْطَفَى |
| fiz zilalil mutəhhəri min kulli afətinil bərii min kulli əyb, | bütün nöqsanlarda pak, bütün eyiblərdən uzaq olan, | فِي الظِّلالِ الْمُطَهَّرِ مِنْ كُلِّ آفَةٍ الْبَرِيءِ مِنْ كُلِّ عَيْبٍ |
| əl muəmməli lin nəcatil murtəca liş şəfaətil mufəvvəzi iləyhi dinullah, | nicat üçün arzulanan, şəfaət üçün ümid edilən və Allahın dininin tapşırıldığı Muhəmmədə salam yetir! | الْمُؤَمَّلِ لِلنَّجَاةِ الْمُرْتَجَى لِلشَّفَاعَةِ الْمُفَوَّضِ إِلَيْهِ دِينُ اللَّهِ |
Qeyd:
Məlum məsələdir ki, hamı cümə gecəsi və cümə günü bütün bu əməlləri yerinə yetirmək imkanında deyildir. Həqiqətdə bu əməllər Məsumlardan (ə) hər birinin öz səhabələrinə təlim etdikləri əməllərdir və onların hamısını eyni zamanda yerinə yetirmək asan iş deyil. Amma İslam dini asan din olduğundan hər kəs bu müstəhəb əməllərdən bacardığını yerinə yetirə bilər, yaxud bu əməllərdən bir qismini bu cümədə, digər bir qismini gələn cümədə və beləcə, növbəti cümə günlərində yerinə yetirə bilər. Mühüm odur ki, bu əməlləri ixlasla və hüzuri-qəlblə yerinə yetirsən, həmçinin, onların mənaları qəlbinə və ruhuna nüfuz etsin.
Mənbələr:
[1] Əllamə Məclisi – Biharul-ənvar, c 86, səh 353, hədis 32
[2] Şeyx Saduq – Səvabul-əmal, səh 118
[3] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 377
[4] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 452
[5] Şeyx Səduq — Kəmalud-din, c 2, səh 432, hədis 12
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 52, səh 330, hədis 52
[7] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 494
[8] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 406,
Şeyx Kəf`əmi – Misbah, səh 546
