TAM Cümə günündə qılınan müstəhəb namazlar
1) Cəfəri Təyyarın namazı, böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətlisi cümə günü günorta vaxtıdır. Cəfəri Təyyarın namazı 4 rəkətdir və 2 təşəhhüd və 2 salamla qılınır. (Yəni sübh namazı kimi iki rəkət — iki rəkət qılınır). 1-ci rəkətdə “Həmd” surəsindən sonra “Zəlzələ” surəsi, 2-ci rəkətdə “Həmd” surəsindən sonra “Adiyat” surəsi, üçüncü rükətdə “Həmd” surəsindən sonra “Nəsr” surəsini, dördüncü rükətdə isə “Həmd” surəsindən sonra “İxlas” surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, “Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikrini (təsbihati ərbəəni) hər rəkətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, 1-ci səcdədə 10 dəfə, 1-ci səcdədən qalxandan sonra 10 dəfə, 2-ci səcdədə 10 dəfə, 2-ci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır. Bunu hər 4 rəkətdə yerinə yetirməlidir ki, birlikdə 300 dəfə olur.
Şeyx Kuleyni (rəhmətullahi ələyh) Əbu Səid Mədainidən belə nəql edir: “Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: “Cəfərin namazında oxumaq üçün sənə bir şeyi öyrədimmi?” Dedim: “Bəli, buyurun”. Həzrət buyurdu: «4rəkətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de:
Cəfəri Təyyar namazı_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanə mən ləbisəl izzə vəl vəqar, | İzzət və vüqar libası geyinmiş Allah hər bir nöqsandan pak və uzaqdır. | سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ الْوَقَارَ |
| subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, | Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. | سُبْحَانَ مَنْ تَعَطَّفَ بِالْمَجْدِ وَ تَكَرَّمَ بِهِ |
| subhanə mən la yənbəğit təsbihu illa ləh, | Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. | سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ |
| subhanə mən əhsa kullə şəy`in ilmuh, | Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. | سُبْحَانَ مَنْ أَحْصَى كُلَّ شَيْءٍ عِلْمُهُ |
| subhanə zil mənni vən niəm, | Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. | سُبْحَانَ ذِي الْمَنِّ وَ النِّعَمِ |
| subhanə zil qudrəti vəl kərəm, | Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. | سُبْحَانَ ذِي الْقُدْرَةِ وَ الْكَرَمِ |
| Əllahummə inni əs`əlukə biməaqidil izzi min ərşik, | İlahi (sənin elminin sirləri olan) ərşinin izzətinə səbəb olan əhdlərinə, | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ |
| və muntəhər rəhməti min kitabik, vəsmikəl ə`zəm, | (tövhid və mərifət həqiqətləri olan) kitabının rəhmətinin sonuna, böyük adına, | وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ اسْمِكَ الْأَعْظَمِ |
| və kəlimatikət tammətilləti təmmət sidqən və ədla, | (peyğəmbər və övliyalarından olan) sədaqət və ədalət baxımından kamil kəlmələrinə xatir Səndən istəyirəm ki, | وَ كَلِمَاتِكَ التَّامَّةِ الَّتِي تَمَّتْ صِدْقا وَ عَدْلا |
| səlli əla Muhəmmidin və əhli bəytih, vəf`əl bi kəza və kəza | Muhəmməd (s) və onun Əhlibeytinə (ə) salam yetirəsən və mənimlə belə və belə rəftar edəsən! | صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا |
Şeyx Tusi və Seyid ibn Tavus, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı gördüm ki, Cəfərin namazını qıldıqdan sonra əllərini göyə qaldırıb, bu duanı bir nəfəs çatana qədər “ya Rəbbi ya Rəbbi”, bir nəfəs çatana qədər “ya Rəbbahu, ya Rəbbahu”, bir nəfəs çatana qədər “Rəbbi, Rəbbi”, bir nəfəs çatana qədər “ya Allahu, ya Allahu”, bir nəfəs çatana qədər“ya Həyyu, ya Həyyu”, bir nəfəs çatana qədər “ya Rəhimu, ya Rəhimu”, bir nəfəs çatana qədər “ya Rəhmanu, ya Rəhmanu” və 7 dəfə “ya Ərhəmər Rahimin” zikrlərini oxuyub belə dedi:
Cəfəri Təyyar namazı_2
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əftətihul qəvlə bihəmdikə | İlahi, mən Sənin tərifinlə sözə başlayıram, | اللَّهُمَّ إِنِّي أَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ |
| və əntiqu bis sənai ələyk, | Sənə həmd-səna deməklə dil açıram | وَ أَنْطِقُ بِالثَّنَاءِ عَلَيْكَ |
| və uməccidukə və la ğayətə limədhik, və usni ələyk, | və Sənin böyüklüyünü mədh edirəm. Halbuki Sənin mədhinin və həmd-sənanın sonu yoxdur. | وَ أُمَجِّدُكَ وَ لا غَايَةَ لِمَدْحِكَ وَ أُثْنِي عَلَيْكَ |
| və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, | Kim Sənin tərifinin sonuna çata bilər? | وَ مَنْ يَبْلُغُ غَايَةَ ثَنَائِكَ وَ أَمَدَ مَجْدِكَ |
| və ənna lixəliqətikə kunhu mə`rifəti məcdik, | Sənin yaratdıqların necə və hansı yolla Səndəki tərif və böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! | وَ أَنَّى لِخَلِيقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ |
| və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə | Haçan Sən fəzilət və ehsanla, tərif və böyüklüyünlə vəsf olunmayıbsan?! | وَ أَيَّ زَمَنٍ لَمْ تَكُنْ مَمْدُوحا بِفَضْلِكَ مَوْصُوفا بِمَجْدِكَ |
| əvvadən ələl muznibinə bihilmik, | Sən Öz səbrinlə günahkarlara çox ehsan edirsən. | عَوَّادا عَلَى الْمُذْنِبِينَ بِحِلْمِكَ |
| təxəlləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, | Yerin sakinləri Sənin itaətindən nə qədər boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, | تَخَلَّفَ سُكَّانُ أَرْضِكَ عَنْ طَاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفا بِجُودِكَ |
| cəvadən bifəzlik, əvvadən bikərəmik, | Öz səxavətin və fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. | جَوَادا بِفَضْلِكَ عَوَّادا بِكَرَمِكَ |
| ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram | Ey nemət bağışlayan, calal və kərəm sahibi olan, Səndən başqa tanrı yoxdur! | يَا لا إِلَهَ إِلا أَنْتَ الْمَنَّانُ ذُو الْجَلالِ وَ الْإِكْرَام |
Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl, hər zaman işin çətinliyə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah taalanın dərgahından hacətini dilə ki, inşallah hacətin rəva qılınacaq”.
Şeyx Abbas Qumi deyir: “Şeyx Tusi hacətlərin qəbul olunması üçün İmam Sadiq ələyhissalamdan rəvayət etmişdir ki, çərşənbə günü, cümə axşamı və cümə günlərini oruc tut. Cümə axşamı gün batan vaxtı on miskinin hər birinə bir müdd təam sədəqə ver. Cümə günü qüsl alıb, səhraya gedərək orada Cəfərin namazını qılıb, dizlərini torpaqa yapışdıraraq de:
Cəfəri Təyyar namazı_3
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən əzhərəl cəmilə və sətərəl qəbih, | Ey gözəlliyi aşkar edən və çirkinliyi gizlədən! | يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَ سَتَرَ [عَلَيَ] الْقَبِيحَ |
| ya mən ləm yuaxiz bil cərirəti və ləm yəhtikis sitr, | Ey günaha görə tənbeh etməyən və günahkarların pərdəsini yırtmayan! | يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيرَةِ وَ لَمْ يَهْتِكِ السِّتْرَ |
| ya əziməl əfvi ya həsənət təcavuz, ya vasiəl məğfirəti ya basitəl yədəyni bir rəhməh, | Ey böyük əfv sahibi, ey gözəl güzəşt edən, ey bəxşişi geniş, lütf və mərhəmət əli açıq olan! | يَا عَظِيمَ الْعَفْوِ يَا حَسَنَ التَّجَاوُزِ يَا وَاسِعَ الْمَغْفِرَةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ |
| ya sahibə kulli nəcva və muntəha kulli şəkva, | Ey bütün sirlərin sahibi, ey bütün şikayət edənlərin müraciət mərkəzi, | يَا صَاحِبَ كُلِّ نَجْوَى وَ مُنْتَهَى كُلِّ شَكْوَى |
| ya muqiləl əsərati ya kəriməs səfhi ya əziməl mənn, | Ey günahlardan keçən böyük və mehriban, ey nemətləri böyük olan, | يَا مُقِيلَ الْعَثَرَاتِ يَا كَرِيمَ الصَّفْحِ يَا عَظِيمَ الْمَنِّ |
| ya mubtədiən bin niəmi qəblə istihqaqiha | Ey haqqından qabaq nemətlər bağışlayan | يَا مُبْتَدِئا بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا |
Cəfəri Təyyar namazı_4
| Sayı | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| 10 dəfə | ya Rəbbahu ya Rəbbahu, ya Rəbbah | ey Rəbb, ey Rəbb, ey Rəbb! | يَا رَبَّاهْ يَا رَبَّاهْ يَا رَبَّاهْ |
| 10 dəfə | ya Əllahu ya Əllahu, ya Əllah | ey Allah | يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ |
| 10 dəfə | ya Səyyidah, ya Səyyidah | ey Ağa | يَا سَيِّدَاهْ يَا سَيِّدَاهْ |
| 10 dəfə | ya Məvlayah (məvlah), ya Məvlayah (məvlah) | ey Mövla | يَا مَوْلايَاهْ [مَوْلاهُ] يَا مَوْلايَاهْ [مَوْلاهُ] |
| 10 dəfə | ya Rəcaah, ya Rəcaah | ey Ümid | يَا رَجَاءَاهْ |
| 10 dəfə | ya Ğiyasah, ya Ğiyasah | ey Pənah | يَا غِيَاثَاهْ |
| 10 dəfə | Ğayətə rəğbətah | Ey rəğbətin nəhayəti | يَا غَايَةَ رَغْبَتَاهْ |
| 10 dəfə | ya Rəhmanu, | Ey Rəhman olan Allah | يَا رَحْمَانُ |
| 10 dəfə | Ya Rəhimu | Ey Rəhim olan Alla | يَا رَحِيمُ |
| 10 dəfə | Ya mu`tiyəl xəyrat | Ey xeyirlər verən Allah | يَا مُعْطِيَ الْخَيْرَاتِ |
| 10 dəfə | Səlli əla Muhəmmədin və ali Muhəmmədin kəsirən təyyiba, kəəfzəli ma səlləytə əla əhədin min xəlqik | Necə ki, öz məxluqlarının ən üstününə salavat göndərirsən, Muhəmməd və onun Əhlibeytinə coxlu və pak salavat göndər | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَثِيرا طَيِّبا كَأَفْضَلِ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ خَلْقِكَ |
Şeyx Abbas Qumi deyir: “Hacətlərin qəbul olunması üçün bu üç günü (çərşənbə günü, cümə axşamı və cümə günlərini) oruc tutub, cümə günü günorta vaxtı iki rükət namaz qılıb, hacətlərini istəmək rəvayətlərdə çox təkid olunmuşdur”.
2) Cümə günü zöhr namazını “Cümə” və “Münafiqun” surələri ilə, Əsr namazını isə “Cümə” və “İxlas” surələrilə oxusun[1].
Şeyx Səduq İmam Sadiqdən (ə) nəql etmişdir ki, hər hansı bir mömin şəxsə bizim şiələrimizdən olmaq üçün lazım olan şeylərdən biri də cümə gecəsi namazını (cümə axşamı işa namazında) “Cümə” və “Əla” surələri, günorta namazını (cümə günü zöhr namazında) isə “Cümə” və “Münafiqun” surələrilə oxumasıdır. Bunu edərsə, sanki, Rəsul Əkrəmin (s) əməlini yerinə yetirmişdir. Onun savabı isə cənnətdir[2].
Şeyx Kuleyni, Hələbidən belə nəql edir: “Həzrət İmam Sadiqdən (s) soruşdum: “Cümə günü namazı tək qılmaq istəsəm (yəni cümə namazına getməyim, bəlkə 4 rəkət günorta namazını qılaramsa) ucadan qılımmı?!” Həzrət buyurdu: “Bəli”. Sonra buyurdu: “Onu “Cümə” və “Münafiqun” surələri ilə qıl”.
3) Şeyx Tusi özünün “Misbah” kitabında, cümə günü günortadan sonra oxunan zikri İmam Sadiqdən (ə) nəql edərək yazır: “Cümə günü salamdan sonra 7 dəfə “Həmd”, 7 dəfə “Nas”, 7 dəfə “Fələq”, 7 dəfə “İxlas”, 7 dəfə “Kafirun” surələrini və həmçinin “Tövbə” surəsinin axırıncı “Ləqəd caəkum rəsulun min ənfusikum” və “Həşr” surəsinin “Ləv ənzəlna hazəl Qur`anə…” ayəsindən axırına qədər və “Ali-İmran” surəsinin 5 ayəsini “İnnə fi xəlqis səmavati vəl ərzi…» ayəsindən ”İnnəkə la tuxliful miad” ayəsinə qədər oxuyarsa, bu cümədən gələn cüməyə qədər, düşmənlərin şərrindən və bəlalardan uzaq olar.
4) Şeyx Tusi “Misbah” kitabında buyurmuşdur: “Cümə günü zöhr namazından sonra 2 rəkət namaz qılıb, onun hər rəkətində “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsini və namazdan sonra bu duanı oxusa, gələn cüməyədək ona bəla və fitnə toxunmaz, həmçinin Allah onu Həzrət Muhəmməd (s) və Həzrət İbrahimlə (ə) bir yerdə edər (cənnətdə)[3]. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməc`əlni min əhlil cənnətilləti həşvuhəl bərəkəh, və ummaruhəl məlaikətu məə nəbiyyina Muhəmmədin salləllahu ələyhi və alih, və əbina İbrahimə ələyhissəlam. | İlahi, məni daxili bərəkətli, işçiləri mələklər olan, peyğəmbərimiz Muhəmməd (Allahın salamı ona və Əhlibeytinə olsun) və cəddimiz İbrahimlə (Allahın salamı ona olsun) birgə behişt əhlindən qərar ver! | اللَّهُمَّ اجْعَلْنِي مِنْ أَهْلِ الْجَنَّةِ الَّتِي حَشْوُهَا الْبَرَكَةُ وَ عُمَّارُهَا الْمَلائِكَةُ مَعَ نَبِيِّنَا مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَبِينَا إِبْرَاهِيمَ عَلَيْهِ السَّلامُ |
Bu zikri oxuyan şəxs gələn cüməyə qədər bəla və fitnələrdən amanda qalar və Allah taala onu Məhəmməd (s) və İbrahim (ə)-la bir yerdə qərar verər.
Əllamə Məclisi yazır: “Əgər bu duanı seyid olmayan şəxs oxusa, “əbina” sözünün yerinə “əbihi” sözünü deməlidir”.
Mənbələr:
[1] Əllamə Məclisi – Biharul-ənvar, c 86, səh 353, hədis 32
[2] Şeyx Saduq – Səvabul-əmal, səh 118
[3] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 377
