Dua: Bəzi surələrin, ayələrin, duaların və digər məsələlərin fəzilətləri — 1-ci hissə

Print Friendly, PDF & Email

Bu məqalə, 40 məsələdən ibarətdir, uzun olduğu üçün iki məqaləyə böldük.
1) Şeyx Kuleyni özünün «Kafi» kitabında İmam Baqirdən (ə) nəql etmişdir ki, hər kim «Hədid», «Həşr», «Səf», «Cümə», «Təğabun» və «Əla» surələrini yatmazdan öncə oxusa, İmam Zamanı (ə.f) görməmiş ölməz. Əgər ölərsə, Hz. Peyğəmbərlə (s) birgə olar.
2) Yenə də həmin kitabda Hz. Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: «Hər kəs «Bəqərə» surəsinin əvvəlindən 4 ayəni, «Ayətəl-kürsi» ayələrini və ondan sonrakı 2 ayəni, eləcə də həmin surənin sonundan 3 ayəni oxusa, canı və malı üçün xoşuna gəlmədiyi bir hadisə üz gətirməz, Şeytan (lən) ona yaxınlaşmaz və Quranı yaddan çıxarmaz.»
3) Həmçinin orada nəql olunmuşdur ki, İmam Muhəmməd Baqir (ə) buyurmuşdur: «Qədr» surəsini uca səslə tilavət edən şəxs, sanki Allah yolunda qılınc çəkib cihad edən şəxs kimidir. Əgər onu ahəstə səslə oxusa, Allah yolunda öz qanından keçmiş olar, əgər onu on dəfə oxusa, on günahı bağışlanar.»
4) Şeyx Kuleyni İmam Sadiqdən (ə) nəql etmişdir ki, o həzrət buyurmuşdur: «Atam buyurdu: «İxlas» surəsi Quranın üçdə biri, «Kafirun»  surəsi isə dördə biridir.»
5) Yenə də İmam Kazımdan (ə) belə nəql etmişdir: «Hər kəs yatanda, «Ayətəl-kürsi» ayələrini oxusa, iflic olmaqdan qorxmasın, inşaallah! Hər kəs onu vacibi namazlardan sonra oxusa, heç kəs ona zərər yetirə bilməz.» Sonra buyurdu: «Hər kəs «İxlas» surəsini özü ilə zülmkar şəxs arasında vasitə qərar verib, dörd tərəfinə oxusa, Allah taala onu zülmkar şəxsin şərrindən amanda saxlayar və Allah taala bu göstərişi yerinə yetirən şəxsə xeyir yetirər.» Yenə buyurdu: «Hər vaxt bir işdən qorxsan, Qurani-kərimin hər bir yerindən yüz ayə oxu və sonra 3 dəfə belə de:

Ərəbcəاللَّهُمَّ اكْشِفْ عَنِّي الْبَلاءَ
Tərcüməİlahi, bəlanı məndən sovuşdur!
TranskripsiyaƏllahumməkşif ənnil bəla.

6) Eləcə də Şeyx Kuleyni İmam Sadiqdən (ə) nəql etmişdir ki, o həzrət belə buyurdu: «Hər kəs Allaha və Qiyamət gününə iman gətirsə və «İxlas» surəsini hər vacibi namazdan sonra həmişə oxusa, şübhəsiz ki, Allah Taala dünya və axirət xeyrini onun üçün cəm edər, onu, övladını, ata və anasını bağışlayar.»
7) Yenə də o həzrətdən nəql olunmuşdur ki, hər kəs «Təkasur» surəsini yatanda oxusa, qəbir əzabından nicat tapar.
8) O həzrət buyurmuşdur: «Əgər «Həmd» surəsi ölmüş şəxsə 70 dəfə oxunsa, ruh ona qaytarılar və bu, heç də qəribə deyildir.»
9) Hər gecə uşağa 3 dəfə «Fələq»  və «Nas», 100 dəfə (əgər 100 dəfə oxuya bilməsə, 50 dəfə) «İxlas» surələrinin oxunması barəsində İmam Musa ibn Cəfərdən (ə) çoxlu faydalar nəql olunmuşdur. Belə ki, hər kəs bu göstərişə əməl etsə, vəfat edənə qədər bəlalardan qorunub saxlanılar.»
10) Həmçinin Şeyx Kuleyni İmam Cəfər Sadiqdən (ə) nəql etmişdir ki, o həzrət Müfəzzələ belə buyurmuşdur: «Ey Müfəzzəl! «Bismillahir rəhmanir rəhim» ayəsini və «İxlas» surəsini qabaq, arxa, sağ, sol tərəflərinə, başının üstünə və ayağının altına oxumaqla özünü camaatdan qoru. Zülmkar bir hakimin yanına getdikdə, onun üzünə nəzər salıb bu surəni 3 dəfə oxu. Bəzilərinin dediklərinə əsasən, onu hakimin yanından getməyincə tərk etmə.»
11) a) Əmirəlmöminin Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur ki, qərq olmaqdan və yanmaqdan xilas olmaq üçün bu duanı oxuyun:
TranskipsiyaTərcüməƏrəbcə
Əllahulləzi nəzzələl kitab, və huvə yətəvəlliyəs salihin, və ma qədərullahə həqqə qədrih, Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). اَللهُ الَّذي نَزَّلَ الْكِتَابَ، وَ هُوَ يَتَوّلَيَ الصَّالِحينَ، وَ مَا قَدَرُوا اللهَ حَقَ قَدْرِهِ
vəl ərzu cəmiən qəbzətuhu yəvməl qiyaməh, vəs səmavatu mətviyyatun biyəminih, subhanəhu və təala əmma yuşrikun.Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! وَالاَرْضُ جَميعاً قَبْضَتُهُ يَوْمَ الْقِيامَةِ، وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمينِهِ، سُبْحَانَهُ وَ تَعَالَى عَمَّا يُشْرِكُونَ

b) Xam atı sakit etmək üçün onun sağ qulağına oxuyun:
Ərəbcəوَ لَهُ اَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالاَرْضِ طَوْعاً وَ كَرْهاً، وَ اِلَيْهِ يُرْجَعُونَ
TərcüməGöylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.
TranskripsiyaVə ləhu əsləmə mən fis səmavati vəl ərz, təv`ən və kərhən və iləyhi yurcəun.

c) Yırtıcı heyvanlar olan yerin əmin-amanlıqda olması üçün dua:
TranskripsiyaTərcüməƏrəbcə
Ləqəd caəkum rəsulun min ənfusikum, əzizun ələyhi ma ənittum, hərisun ələykum bil mu`mininə rəufun rəhim,(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir. O, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! لَقَدْ جَائَكُمْ رَسُولٌ مِنْ اَنْفُسِكُمْ، عَزيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ، حَريصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنينَ رَؤُفٌ رَحيمٌ
fə in təvəlləv fəqul həsbiyəllahu la ilahə illa huvə, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim.(Ey Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük ərşin sahibidir!فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللهُ لا اِلَهَ اِلاََّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ

İtmiş malın tapılması üçün 2 rəkət namaz qılıb, hər rəkətində «Yasin» surəsi oxunsun və namazdan sonra deyilsin:
Ərəbcəيَا هَادِيَ الضَّالَّةِ رُدَّ عَلَيَّ ضَالَّتي
TərcüməEy itənlərə doğru yol göstərən, mənim itkimi geri qaytar!
TranskripsiyaYa hadiyəz zalləti ruddə ələyyə zalləti.

d) Qaçmış qulun qayıtması üçün oxunan dua(Nur surəsi, 40-cı ayə):
TranskrispiyaTərcüməƏrəbcə
Əv kəzulumatin fi bəhrin lucciyy, yəğşahu məvcun min fəvqihi məvcun, və mən ləm yəc`əlillahu ləhu nura, fəma ləhu min nur.Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.اَوْ كَظُلُمَاتٍ في بَحْرٍ لُجِّيٍّ يَغْشيهُ مَوْجٌ مِنْ فوْقِهِ مَوْجٌ وَ مَنْ لَمْ يَجْعَلِ اللهُ لَهُ نُوراً، فَمَا لَهُ مِنْ نُورٍ

e) Oğurluqdan amanda qalmaq üçün öz yatağına getdiyi zaman, «Qul ud`ullahə əvid`ur rəhman» ayəsini «Və kəbbirhu təkbira» ayəsinə qədər oxusun.
12) Yenə də Şeyx Kuleyni İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: «Zilzal» surəsini oxumaqdan yorulmayın, çünki hər kəs bu surəni nafilə namazlarında oxusa, Allah Təala ona heç vaxt zəlzələ göndərməz və nə zəlzələ, nə tufan, nə də dünyanın digər bəlaları nəticəsində vəfat etməz. Ölən zaman Allah taala tərəfindən ona kəramətli bir mələk göndərilər və onun başı üstə oturub deyər: «Ey ölüm mələyi! Allahın vəlisi ilə yaxşı rəftar et və ölümü ona çətin etmə, çünki o, Allahı çox yad edirdi.»
Rəvayətin sonunda buyurulur: «Onun gözündən pərdə götürülər və özünün behiştdə olduğunu görər, asan can verər və yetmiş mələk ruhunu behiştə aparar.»
13) Şeyx Kuleyni İmam Baqirdən (ə) nəql etmişdir ki, o həzrət buyurmuşdur: «Mulk» surəsi insanı qəbir əzabından qoruyub saxlayar.»
14) Yenə də o həzrətdən nəql olunmuşdur ki, bir Quran suya düşmüşdü, ona görə də onun «Əla iləllahi tusirul umur» ayəsindən başqa bütün ayələri pozulub aradan getmişdi.
15) Şeyx Kuleyni Zürarədən nəql edir ki, o, belə demişdir: «Quranı Ramazan ayının ikinci yarısının üçüncü hissəsində əlinə götür və açıb öz müqabilində qoy və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə bikitabikəl munzəli və ma fih, və fihismukəl ə`zəmul əkbər, və əsmaiukəl husna, və ma yəxafu və yurca, ən təc`ələni min utəqaikə minən nar.İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən təyin edəsən!اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فيهِ، وَ فيهِ اسْمُكَ الاَعْظَمُ الاَكْبَرُ، وَ اَسْمَاؤُكَ الْحُسْنَى، وَ مَا يُخَافُ وَ يُرْجَى اَنْ تَجْعَلَني مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ

Sonra dua edib, Allahdan hacətini istə!
16) Şeyx Kəfəmi özünün «Misbah» və Mühəddis Feyz özünün «Xülasətul-əzkar» kitabında yazırlar: İmamiyyə şiələrinin bəzi kitablarında gördüm ki, hər kəs peyğəmbərlərdən, imamlardan, yaxud başqa şəxslərdən birini yuxuda görmək istəsə, dəstəmaz alıb «Şəms», «Ləyl», «Qədr», «Kafirun», «Fələq»«Nas» surələrini, eləcə də 100 dəfə «İxlas» surəsini oxuduqdan, (100 dəfə) Peyğəmbər və onun övladlarına salavat göndərdikdən sonra sağ tərəfi üstə yatsa, istədiyi şəxsi görə bilər və onunla hər bir şey haqqında danışa bilər, inşaallah! Başqa bir nüsxədə gördüm ki, aşağıdakı duanı oxuduqdan sonra bu göstərişin yeddi gecə yerinə yetirilməsi deyilmişdir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə əntəl həyyulləzi la yusəf, vəl imanu yu`rəfu minh, İlahi, vəsfolunmaz diri Sənsən və iman Onun tərəfindən tanınar. اللَّهُمَّ اَنْتَ الْحَيُ الَّذي لايُوصَفُ، وَالاْيمَانُ يُعْرَفُ مِنْهُ
minkə bədətil əşyau və iləykə təud, Hər bir şey Səndən başlayır və Sənə doğru da qayıdacaq. مِنْكَ بَدَتِ الاَشْيَاءُ وَ اِلَيْكَ تَعُودُ
fəma əqbələ minha kuntə məlcəəhu və məncah, Sənə doğru üz tutanın sığınacaq yeri və xilaskarı Sənsən. فَمَا اَقْبَلَ مِنْهَا كُنْتَ مَلْجَاَهُ، وَ مَنْجَاهُ
və ma ədbərə minha ləm yəkun ləhu məlcəun və la məncən minkə illa iləyk, Sənə arxa çevirənin Sənə doğru üz tutmaqdan başqa, nə sığınacaq yeri olar, nə də bir xilaskarı! وَ مَا اَدْبَرَ مِنْهَا لَمْ يَكُنْ لَهُ مَلْجَأٌ وَلامَنْجَامِنْكَ اِلاََّ اِلَيْكَ
fəəs`əlukə bila ilahi illa ənt,“Səndən başqa heç bir tanrı yoxdur!” – kəlamının vasitəsilə Səndən istəyirəm. فَاَسْئَلُكَ بِلا اِلَهَ اِلاََّ اَنْتَ
və əs`əlukə bibismillahir rəhmanir rəhim, və bihəqqi həbibikə Muhəmmədin salləllahu ələyhi və alih, səyyidin nəbiyyinə və bihəqqi Əliyyin xəyril vəsiyyin, və bihəqqi Fatimətə səyyidəti nisail aləmin, və bihəqqil Həsəni vəl Husəynilləzinə cəəltəhuma səyyidəy şəbabi əhlil cənnəti ələyhim əcməinəs səlam, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən turiyəni məyyiti fil halilləti huvə fiha.“Bağışlayan və mehriban Allahın adı ilə!” – kəlamının, həbibin və peyğəmbərlərin sərvəri Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) xatirinə, vəsilərin ən yaxşısı Əlinin xatirinə, aləmlərin qadınlarının sərvəri Fatimənin xatirinə, cənnət əhlinin cavanlarının sərvəri təyin etdiyin Həsən və Hüseynin (salam olsun onların hamısına) xatirinə Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və meyitimi olduğu kimi mənə göstərəsən!وَ اَسْئَلُكَ بِبِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، وَ بِحَقِّ حبيبِكَ مُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ سَيِّدِ النَّبِيّينَ، وَ بِحَقِّ عَليٍّ خَيْرِ الْوَصِيّينَ، وَ بِحَقِّ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمينَ، وَ بِحَقِّ الْحَسَنِ وَالْحُسَيْنِ، اللَّذَيْنِ جَعَلْتَهُمَا سَيِّدَيْ شَبَابِ اَهْلِ الْجَنَّةِ، عَلَيْهِمْ اَجْمَعينَ السَّلامُ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تُرِيَني مَيِّتي فِي الْحَالِ الَّتي هُوَ فيهَا

17) Yenə də «Xülasə» kitabının müəllifi həmin kitabda bəzi kitablardan nəql edərək deyir: «Muhəmməd ibn Cüreyr Təbərinin «Adabul-həmidə» kitabında Haris ibn Ruhdan, o da atasından, o da babasından belə nəql etmişdir ki, o, öz övladlarına dedi: «Hər vaxt bir hadisə sizi qəmgin etsə, 7 dəfə «Şəms» və «Ləyl» surələrini oxuduqdan sonra bu duanı desin:
Ərəbcəاللَّهُمَّ اجْعَلْ لي مِنْ اَمْري هَذا فَرَجاً وَ مَخْرَجاً
Tərcüməİlahi, bu işimdə mənə fərəc və çıxış yolu göstər!
TranskripsiyaƏllahumməc`əl li min əmri haza fərəcən və məxrəca.
Hər kəs bu göstərişə əməl etsə, həmin gecə, yaxud 3-cü gecə, yaxud da 5-ci gecə bir şəxsi yuxuda görər. Güman edirəm ki, o, belə dedi: «Yaxud da 7-ci gecə yuxuda həmin şəxs onun qəm-qüssəsinin aradan qaldırılması yolunu göstərər.»
Şeyx Abbas Qumi deyir: «Bəzilərinin dediklərinə görə «Zuha»«Şərh» surələri də oxunsun.
«Cəvahirul-mənsurə» kitabında deyilir ki, hər kəs öz hacətini yuxuda görmək istəyirsə, dəstəmaz alıb «Şəms», «Ləyl», «Tin», «İxlas», «Fələq»«Nas» surələrini oxuyub, pak paltarla pak bir yerdə üzü qibləyə və sağ tərəfi üstə yatsın və öz hacətini niyyət etsin. Əgər 1-ci gecə görməsə, 7 gecə ərzində görəcəkdir. Bunun təcrübə olunduğu deyilmişdir.
18) «Xülasətül-əzkar» kitabında Fatimeyi Zəhranın (s.ə) belə buyurduğu nəql olunmuşdur: «Mən yatağımda uzandığım vaxt Hz. Peyğəmbər (s) otağıma daxil olub buyurdu: «Ey Fatimə (s.ə)! 4 əməli yerinə yetirməyincə yatma: 1) Bir Quran xətm elə. 2) Peyğəmbərləri özünə şəfaətçi qərar ver. 3) Möminləri özündən razı sal. 4) Həcc və ümrə yerinə yetir.» Həzrət bunu buyurub namaz qılmağa başladı və namazı qılıb qurtarana qədər gözlədim. Həzrət namazı qıldıqdan sonra dedim: «Ya Rəsuləllah! 4 əməlin yerinə yetirilməsini əmr etdin, lakin bu zaman onların yerinə yetirilməsi qeyri-mümkündür.» O həzrət təbəssüm edib buyurdu: «Hər vaxt «İxlas» surəsini 3 dəfə oxusan, sanki bir Quranı oxuyub qurtarmış olursan. Hər vaxt mənə və məndən qabaqkı peyğəmbərlərə salavat göndərsən, bizi Qiyamət günündə özünə şəfaətçi qərar vermiş olursan. Hər vaxt möminlər üçün tövbə etsən, onların hamısı səndən razı olurlar. Hər vaxt: «Subhanəllahi vəl həmdulillahi və lə ilahə illəllahu vəllahu əkbər!» – desən, sanki həcc və ümrə əməllərini yerinə yetirmiş olursan.»
Şeyx Abbas Qumi deyir: «Kəfəmi bir rəvayət nəql etmişdir ki, həmin rəvayətdə buyurulur: Hər kəs yatanda 3 dəfə bu duanı desə sanki 100 rəkət namaz qılmışdır. Dua belədir:
Ərəbcəيَفْعَلُ اللهُ مَا يَشَاءُ بِقُدْرَتِهِ، وَ يَحْكُمُ مَا يُريدُ بِعِزَّتِهِ
TərcüməAllah qüdrəti ilə istədiyini yerinə yetirir və izzəti ilə istədiyi kimi hökm verir!
TranskripsiyaYəf`əlullahu ma yəşau biqudrətih, və yəhkumu ma yuridu biizzətih.

19) Həmçinin «Xülasətül-əzkar» kitabında nəql olunmuşdur ki, mütaliə vaxtı bu duanın oxumaq faydalıdır:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə əxricni min zulumatil vəhm, və əkrimni binuril fəhm, İlahi, məni vəhm zülmətindən çıxar və fəhm (düşüncə) nuru ilə əzizlə!اللَّهُمَّ اَخْرِجْني مِنْ ظُلُمَاتِ الْوَهْمِ، وَ اَكْرِمْني بِنُورِ الْفَهْمِ
Əllahumməftəh ələyna əbvabə rəhmətik, vənşur ələyna xəzainə ulumik, birəhmətikə ya ərhəmər rahimin.İlahi, Öz rəhmət qapılarını üzümüzə aç və rəhmətinlə Öz elminin xəzinələrini başımıza yağdır, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ افْتَحْ عَلَيْنَا اَبْوَابَ رَحْمَتِكَ، وَانْشُرْ عَلَيْنَا خَزَائِنَ عُلُومِكَ، بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ

20) Rəvayət olunmuşdur ki, bir şəxs borclu olduğunu İmam Muhəmməd Təqiyə (ə) yazıb bildirdi. O həzrət onun cavabında yazdı ki, çoxlu tövbə et və «Qədr» surəsini oxumağı heç vaxt tərk etmə.

Ardı məqalənin 2-ci hissəsində

Читайте также: