TAM Rəcəb ayının iyirmi yeddinci gecəsi — Rəcəb ayı, 27-ci gecə — Məbəs bayramı — Məbəs gecəsi
Bu gecə «Məbəs» bayramının gecəsidir və onda bir neçə əməl var:
1) Bu gecə qüsl almaq müstəhəbdir.[1]
2) Şeyx Kəf`əmi «Misbah» kitabında deyir: «İmam Cavadın(ə) belə buyurduğu nəql olunur: «Rəcəb ayında elə bir gecə var ki, Günəş saçan şeylərin hamısından yaxşıdır və o, bu gecədir. Peyğəmbər bu gecədə peyğəmbərliyə seçilmişdir. Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir». Həzrətdən soruşdular: «O gecədə hansı əməlləri yerinə yetirmək lazımdır?» Həzrət buyurdu: «İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb 12 rəkət namaz qılırsan. Hər rəkətdə «Həmd» surəsindən sonra axırda olan kiçik surələrdən («Muhəmməd (s)» surəsindən sonra axıra qədər olan surələr)[2] birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rəkətin axırında 7 dəfə «Həmd», «Fələq» , «Nas», «Tövhid» , «Kafirun», «Qədr» surələrini və «Ayətəl-kürsi» ayələrini oxumaq lazımdır. Hamını oxuduqdan sonra, bu duanı[3] oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira, | Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! | الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا |
| Əllahummə inni əs`əlukə biməaqidə izzik, əla ərkani ərşik, və muntəhər rəhməti min kitabik, və bismikəl ə`zəmil ə`zəmil ə`zəm, və zikrikəl ə`ləl ə`ləl ə`la, və bi kəlimatikət tammat, ən tusalliyə əla Muhəmmədin və alih, və ən təf`ələ bi ma əntə əhluh. | İlahi, Sənin ərşinin sütunları üzərindəki izzətinin həqiqətinə, kitabın və daha böyük, daha böyük və daha böyük adına, daha uca, daha uca və daha uca zikrinə və bitkin kəlamlarına xatir Səndən istəyirəm ki, Məhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə Sənə layiq olduğu kimi rəftar edəsən! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ عِزِّكَ عَلَى أَرْكَانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ وَ ذِكْرِكَ الْأَعْلَى الْأَعْلَى الْأَعْلَى وَ بِكَلِمَاتِكَ التَّامَّاتِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَفْعَلَ بِي مَا أَنْتَ أَهْلُهُ |
3) Əhli-sünnə alimlərindən biri olan və 600 il bundan əvvəl yaşamış Məhəmməd ibn Bətutə[4] özünün «Rihlətu ibn Bətutə» adlı səfərnaməsində Məkkədən Nəcəfə olan səfərində Rəcəb ayının 27-ci gecəsi Əmirəlmöminin Əlinin (ə) rövzəsi və mübarək kənarında görünən kəramətlər yazır: «Bütün Nəcəfdə yaşayanları rafizi (dindən çıxmış) adlandırır. Amma bu gecənin rövzəsi haqqında kəramətlər zahir olub. Bu gecəni şəhər əhli «Leylətul məhya» (dirçəliş gecəsi) adlandırırlar. Bu gecədə İraqın müxtəlif vilayətlərindən, Xorasandan, Fars şəhərlərindən və Rum vilayətindən bura şil, iflic və düşüb qalmış gəzə bilməyən xəstələri gətirirdilər. İşa namazından sonra bu xəstələrdən otuz-qırx nəfərini Əmirəlmöminin (ə) zirehinin yanına gətirərdilər. Bütün camaat ora toplaşardı və bu xəstələrin yaxşı olmasını, ayağa qalxmasının gözləyərdilər. Bəziləri namaz qılmaqa məşğul idilər, bəzisi Quran oxuyurdu, bəzisi isə rövzəyə tamaşa edirdilər. Gecənin yarısı, ya üçdən ikisi keçdikdə bütün bu yerdə yıxılıb qalmış hərəkət edə bilməyən xəstələr hərəkət etməyə başlayırlar və bütün xəstəliklərdən sağalıb deyirlər: «Lə ilahə illəllah, Muhəmmədən rəsuləllah, Əliyyən vəliyyəllah». Bu çox məşhurdur, mən özüm o gecəni dərk etməmişəm, amma mötəbər insanlardan eşidib və mədrəsələrin birində həzrətin qonaq otağında hərəkət etməyə qadir olmayan üç nəfəri – biri Rumdan, biri İsfahandan, üçüncüsü isə Xorasandan idi, onlardan soruşdum ki, niyə siz sağalmamısınız və burada yıxılıb qalmısınız. Dedilər ki, biz 27-ci gecəyə çata bilmədik. Burada qalıb gələn 27-ci gecəni gözləyib, şəfa alacayıq. Bu gecənin şərafətinə çox şəhərlərdən bura toplaşırlar. On gün müddətində burada böyük bir bazar açılır.» [5]
Şeyx Abbas Qumi deyir: «Olmaya özünüzü belə şeylərdən uzaq tutasınız. Bu məşhədlərin (şəhadət yerlərinin) kəramətləri və möcüzələri sayılmaz dərəcədə çoxdur. Keçən ilin 1343-ci ilin şəvval ayında imamətin 8-сi parlaq ulduzu həzrət Əliyyibni Musa Rzanın (ə) hərəmində iflic olmuş, hərəkət edə bilməyən, həkimlərin müalicəsindən məyus olmuş üç qadın şəfa tapdılar. Mütəhhər qəbrin möcüzəsi açıq havada parlayan günəş kimi hamıya əyan oldu və necə ki, çöl ərəblərinin üzünə Nəcəf Əşrəfin darvazaları açıldı. Bu məsələ o qədər aydın idi ki, hətta qadınların xəstəliyini təsdiq edən həkimlər öz sözlərini geri götürdülər, əksinə onların tamamilə sağlam olmalarına qol çəkdilər. İxtisara görə bu hadisəni nəql etmirik. Şeyx Hürr Amili bu barədə öz kitabında şeir nəzmə çəkib:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Və ma bəda min bərəkati məşhədihi Fi kulli yəvmin əmsuhu mislu ğədihi Və kəşifal əma vəl mərza bihi İcabətud duai fi ə`tabihi. | Bu məşhədin bərəkəti nə qədər hamiya aydındır. Hər gün, dünəni sabahki günü kimidir. Kor insanın gözü nur tapar, xəstələr şəfa. Onun hərəminin kandarında dualar qəbur olar. | وَ مَا بَدَا مِنْ بَرَكَاتِ مَشْهَدِهِ فِي كُلِّ يَوْمٍ أَمْسُهُ مِثْلُ غَدِهِ وَ كَشِفَا الْعَمَى وَ الْمَرْضَى بِهِ إِجَابَةُ الدُّعَاءِ فِي أَعْتَابِهِ |
4) Şeyx Kəf’əmi «Bələdül-əmin» kitabında Məbəs gecəsində bu duanın oxunmasını buyurur:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bit təcəllil (bin nəclil) ə`zəmi fi hazihil ləyləti minəş şəhril muəzzəm, vəl mursəlil mukərrəm, ən tusalliyə əla Muhəmmədin və alih, və ən təğfirə ləna ma əntə bihi minna ə`ləm, yə`ləmu və la nə`ləm, Əllahummə barik ləna fi ləylətina hazihilləti bişərəfir risaləti fəzzəltəha, və bikəramətikə əcləltəha, və bil məhəlliş şərifi əhləltəha, Əllahummə fəinna nəs`əlukə bil məb`əsiş şərifi vəs səyyidil lətifi vəl unsuril əfif, ən tusalliyə əla Muhəmmədin və alih, və ən təc`ələ ə`maləna fi hazihil ləyləti və fi sairil ləyali məqbuləh, və zunubəna məğfurəh, və həsənatina məşkurəh, və səyyiatina məsturəh, və qulubəna bihusnil qəvli məsrurəh, və ərzaqəna min lədunkə bil yusri mədrurəh, Əllahummə innəkə təra və la tura, və əntə bil mənzəril ə`la, və innə iləykər ruc`a vəl muntəha, və innə ləkəl məmatə vəl məhya, və innə ləkəl axirətə vəl u`la, Əllahummə inna nəuzu bikə ən nəzillə və nəxza, və ən nə`tiə ma ənhu tənha, Əllahummə inna nəs`əlukəl cənnətə birəhmətikə və nəstəizu bikə minən nar, fəəizna minha biqudrətikə və nəs`əlukə minəl huril iyn, fərzuqna biizzətikə vəc`əl əvsəə ərzaqina ində kibəri sinnina, və əhsənə ə`malina indəqtirabi acalina, və ətil fi taətik, və ma yuqərribu iləykə və yuhzi indək, və yuzlifu lədəykə ə`marəna, və əhsin fi cəmii əhvalina və umurina mə`rifətəna, və la təkilna ila əhədin min xəlqikə fəyəmunnə ələyna və təfəzzəl ələyna bicəmii həvaicina lid dunya vəl axirəh, vəbdə` biabaikə və əbnaina və cəmii ixvaninəl mu`min, fi cəmii ma səəlnakə liənfusina ya ərhəmər rahimin, Əllahummə innə nəs`əlukə bismikəl əzim, və mulkikəl qədim, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təğirə lənəz zunbəl əzim, innəhu la yəğfirul əzimə illəl əzim, Əllahummə və haza rəcəbul mukərrəmulləzi əkrəmtəna bihi əvvəlu əşhuril hurum, əkrəmtəna bihi min bəynil uməm, fələkəl həmdu ya zəl cudi vəl kərəm, fə əs`əlukə bihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərru fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusalliyə əla Muhəmmədin və əhli bəytihit tahirin, və ən təc`ələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi lişəfaətik, Əllahumməhdina ila səvais səbil, vəc`əl məqiləna indəkə xəyrə məqilin fi zilli zəlil, və mulkin cəzil, fəinnəkə həsbuna və ni`məl vəkil, Əllahumməqlibna muflihinə muncihin, ğəyrə məğzubin ələyna və la zallin, birəhmətikə ya ərhəmər rahimin, Əllahummə inni əs`əlukə biəzaimi məğfirətik, və bivacibi rəhmətikəs səlamətə min kulli ism, vəl ğərimətə min kulli birr, vəl fəvzə bil cənnəti vən nəcatə minən nar, Əllahummə dəakəd daun, və dəəvtukə və səələkəs sailun, və səəltukə və tələbə iləykət talibunə və tələbtu iləyk, Əllahummə əntəs siqətu vər rəca, və iləykə muntəhər rəğbəti fid dua, Əllahummə fəsalli əla Muhəmmədin və alih, vəc`əlil yəqinə fi qəlbi vən nurə fi bəsəri, vən nəsihətə fi sədri və zikrəkə bil ləyli vən nəhar, əla lisani və rizqən vasiən ğəyrə məmnun, və la məhzurin fərzuqni və barik li fima rəzəqtəni, vəc`əl ğinayə fi nəfsi, və rəğbəti fima indək, birəhmətikə ya ərhəmər rahimin. | İlahi, (bu) böyük ayın bu gecəsində əzəmətli təcəllin və kəramətli elçinin vasitəsilə Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən, bizim, özümüzdən də yaxşı xəbərdar olduğun günahlarımızı bağışlayasan. Ey hər şeydən xəbərdar olan Allah, biz nadanıq! İlahi, risalət şərəfi ilə fəzilətli etdiyin, Öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gecədə bizə bərəkət ver! İlahi, şərafətli “məbəs”, (həzrət Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gün) mərhəmətli ağa və iffətli (təqvalı) şəxsiyyətin vasitəsilə Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən, həm bu gecədə, həm də sair gecələrdəki əməllərimizi qəbul edəsən, günahlarımızı bağışlayasan, xeyir işlərimizi yaxşı mükafatlandırasan, günahlarımızın üstünü örtəsən, qəlblərimizə gözəl sözlə (behişt müjdəsi ilə) sevinc bəxş edəsən və ruzimizi Öz tərəfindən asanlıqla bol edəsən! İlahi, Sən (hər şeyi) görürsən, Özün isə görünmürsən, Sən ən uca məqamdasan, qayıdış yeri və işlərin sonu Sənə doğrudur, ölüm və həyat Sənin əlindədir, axirət və dünya Sənə məxsusdur! İlahi, biz zəlil və xar olmaqdan, Sənin qadağan etdiyin işləri görməkdən Sənə sığınırıq! İlahi, biz Sənin rəhmətin vasitəsilə behişti istəyir, cəhənnəm odundan Sənə pənah aparırıq, Öz qüdrətinlə bizi ondan qoru! Səndən (behiştdə) huri istəyirik, belə isə, Öz izzətinlə onu bizə nəsib et, ən bol ruzimizi qocaldığımız zaman, ən gözəl əməlimizi əcəlimiz yaxınlaşan zaman qərar ver, ömrümüzü Sənə itaət, bizi Sənin dərgahına yaxınlaşdıran əməlləri yerinə yetirmək, Sənin dərgahında bəhrələnmək və Sənə yaxın olmaq üçün artır! Bütün hallar və işlərimizdə mərifətimizi kamilləşdir, bizi bəndələrindən heç birinə həvalə (möhtac) etmə ki, bizə minnət qoysun! Bütün dünya və axirət hacətlərimizi rəva et, özümüz üçün Səndən istədiklərimizi öncə əcdadımız, övladlarımız və mömin qardaşlarımıza əta et, ey mehribanların ən mehribanı! İlahi, Səndən istəyir və Sənə Sənin böyük adını və qədim (əbədi) mülkünü and veririk ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və böyük günahlarımızı bağışlayasan. Həqiqətən, böyük günahları böyükdən başqası bağışlamaz. İlahi, bu əziz Rəcəb ayıdır ki, onunla bizi də əziz etmisən. O, hörmətli ayların birincisidir və bizi ümmətlər arasından həmin ayın vasitəsilə əziz etmisən. Həmd yalnız Sənə məxsusdur, ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük, (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, Öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Muhəmməd və onun pak Əhlibeytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi Öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! İlahi, bizi nicat əhli, xilaskar, qəzəb olunmayan və zəlalətə düşməyənlərdən et! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! İlahi, məğfirətinin səbəbləri və Özünə vacib etdiyin rəhmətinə xatir mənə günahlardan qoru, məni yaxşı işlərlə faydalandır, behiştə çatdır və cəhənnəm odundan nicat ver! İlahi, Səni çağıranlar çağırdı, mən də çağırdım, Səni istəyənlər istədi, mən də istədim və hacət istəyənlər Səndən hacətini istədi, mən də Səndən hacət istədim! İlahi, Sən mənim etimadım və ümidimsən, dua və arzuların sonu Sənə doğrudur! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, qəlbimə yəqinlik, gözümə nur və sinəmə xeyirxahlıq bəxş et və dilimə gecə və gündüz zikrni cari et, mənə minnətsiz və maneəsiz bol ruzi ver, ruzi verdiklərini bərəkətli et, nəfsimə zənginlik bağışla və məni Öz yanında olanlara rəğbətləndir! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِالتَّجَلِّي [بِالنَّجْلِ] الْأَعْظَمِ فِي هَذِهِ اللَّيْلَةِ مِنَ الشَّهْرِ الْمُعَظَّمِ وَ الْمُرْسَلِ الْمُكَرَّمِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَغْفِرَ لَنَا مَا أَنْتَ بِهِ مِنَّا أَعْلَمُ يَا مَنْ يَعْلَمُ وَ لا نَعْلَمُ اللَّهُمَّ بَارِكْ لَنَا فِي لَيْلَتِنَا هَذِهِ الَّتِي بِشَرَفِ الرِّسَالَةِ فَضَّلْتَهَا وَ بِكَرَامَتِكَ أَجْلَلْتَهَا وَ بِالْمَحَلِّ الشَّرِيفِ أَحْلَلْتَهَا اللَّهُمَّ فَاِنَّا نَسْأَلُكَ بِالْمَبْعَثِ الشَّرِيفِ وَ السَّيِّدِ اللَّطِيفِ وَ الْعُنْصُرِ الْعَفِيفِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَجْعَلَ أَعْمَالَنَا فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي سَائِرِ اللَّيَالِي مَقْبُولَةً وَ ذُنُوبَنَا مَغْفُورَةً وَ حَسَنَاتِنَا مَشْكُورَةً وَ سَيِّئَاتِنَا مَسْتُورَةً وَ قُلُوبَنَا بِحُسْنِ الْقَوْلِ مَسْرُورَةً وَ أَرْزَاقَنَا مِنْ لَدُنْكَ بِالْيُسْرِ مَدْرُورَةً اللَّهُمَّ اِنَّكَ تَرَى وَ لا تُرَى وَ أَنْتَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ اِنَّ إِلَيْكَ الرُّجْعَى وَ الْمُنْتَهَى وَ اِنَّ لَكَ الْمَمَاتَ وَ الْمَحْيَا وَ اِنَّ لَكَ الْآخِرَةَ وَ الْأُولَى اللَّهُمَّ اِنَّا نَعُوذُ بِكَ أَنْ نَذِلَّ وَ نَخْزَى وَ أَنْ نَأْتِيَ مَا عَنْهُ تَنْهَى اللَّهُمَّ اِنَّا نَسْأَلُكَ الْجَنَّةَ بِرَحْمَتِكَ وَ نَسْتَعِيذُ بِكَ مِنَ النَّارِ فَأَعِذْنَا مِنْهَا بِقُدْرَتِكَ وَ نَسْأَلُكَ مِنَ الْحُورِ الْعِينِ فَارْزُقْنَا بِعِزَّتِكَ وَ اجْعَلْ أَوْسَعَ أَرْزَاقِنَا عِنْدَ كِبَرِ سِنِّنَا وَ أَحْسَنَ أَعْمَالِنَا عِنْدَ اقْتِرَابِ آجَالِنَا وَ أَطِلْ فِي طَاعَتِكَ وَ مَا يُقَرِّبُ إِلَيْكَ وَ يُحْظِي عِنْدَكَ وَ يُزْلِفُ لَدَيْكَ أَعْمَارَنَا وَ أَحْسِنْ فِي جَمِيعِ أَحْوَالِنَا وَ أُمُورِنَا مَعْرِفَتَنَا وَ لا تَكِلْنَا إِلَى أَحَدٍ مِنْ خَلْقِكَ فَيَمُنَّ عَلَيْنَا وَ تَفَضَّلْ عَلَيْنَا بِجَمِيعِ حَوَائِجِنَا لِلدُّنْيَا وَ الْآخِرَةِ وَ ابْدَأْ بِآبَائِنَا وَ أَبْنَائِنَا وَ جَمِيعِ إِخْوَانِنَا الْمُؤْمِنِينَ فِي جَمِيعِ مَا سَأَلْنَاكَ لِأَنْفُسِنَا يَا أَرْحَمَ الرَّاحِمِينَ اللَّهُمَّ اِنَّا نَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ وَ مُلْكِكَ الْقَدِيمِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَغْفِرَ لَنَا الذَّنْبَ الْعَظِيمَ اِنَّهُ لا يَغْفِرُ الْعَظِيمَ إِلا الْعَظِيمُ اللَّهُمَّ وَ هَذَا رَجَبٌ الْمُكَرَّمُ الَّذِي أَكْرَمْتَنَا بِهِ أَوَّلُ أَشْهُرِ الْحُرُمِ أَكْرَمْتَنَا بِهِ مِنْ بَيْنِ الْأُمَمِ فَلَكَ الْحَمْدُ يَا ذَا الْجُودِ وَ الْكَرَمِ فَأَسْأَلُكَ بِهِ وَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَجَلِّ الْأَكْرَمِ الَّذِي خَلَقْتَهُ فَاسْتَقَرَّ فِي ظِلِّكَ فَلا يَخْرُجُ مِنْكَ إِلَى غَيْرِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ الطَّاهِرِينَ وَ أَنْ تَجْعَلَنَا مِنَ الْعَامِلِينَ فِيهِ بِطَاعَتِكَ وَ الْآمِلِينَ فِيهِ لِشَفَاعَتِكَ اللَّهُمَّ اهْدِنَا إِلَى سَوَاءِ السَّبِيلِ وَ اجْعَلْ مَقِيلَنَا عِنْدَكَ خَيْرَ مَقِيلٍ فِي ظِلٍّ ظَلِيلٍ وَ مُلْكٍ جَزِيلٍ فَاِنَّكَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيلُ اللَّهُمَّ اقْلِبْنَا مُفْلِحِينَ مُنْجِحِينَ غَيْرَ مَغْضُوبٍ عَلَيْنَا وَ لا ضَالِّينَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعَزَائِمِ مَغْفِرَتِكَ وَ بِوَاجِبِ رَحْمَتِكَ السَّلامَةَ مِنْ كُلِّ إِثْمٍ وَ الْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَ الْفَوْزَ بِالْجَنَّةِ وَ النَّجَاةَ مِنَ النَّارِ اللَّهُمَّ دَعَاكَ الدَّاعُونَ وَ دَعَوْتُكَ وَ سَأَلَكَ السَّائِلُونَ وَ سَأَلْتُكَ وَ طَلَبَ إِلَيْكَ الطَّالِبُونَ وَ طَلَبْتُ إِلَيْكَ اللَّهُمَّ أَنْتَ الثِّقَةُ وَ الرَّجَاءُ وَ إِلَيْكَ مُنْتَهَى الرَّغْبَةِ فِي الدُّعَاءِ اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلِ الْيَقِينَ فِي قَلْبِي وَ النُّورَ فِي بَصَرِي وَ النَّصِيحَةَ فِي صَدْرِي وَ ذِكْرَكَ بِاللَّيْلِ وَ النَّهَارِ عَلَى لِسَانِي وَ رِزْقا وَاسِعا غَيْرَ مَمْنُونٍ وَ لا مَحْظُورٍ فَارْزُقْنِي وَ بَارِكْ لِي فِيمَا رَزَقْتَنِي وَ اجْعَلْ غِنَايَ فِي نَفْسِي وَ رَغْبَتِي فِيمَا عِنْدَكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra səcdəyə gedib 100 dəfə deyirsən:
| Ərəbcə | اَلْحَمْدُ لِلَّهِ الَّذِى هَدَانَا لِمَعْرِفَتِهِ، وَ خَصَّنَا بِوِلَایَتِهِ، وَ وَفَّقَنَا لِطَاعَتِهِ، شُکْرًا شُکْرًا |
| Tərcümə | Həmd-səna bizi Öz mərifəti ilə hidayət, Öz vilayətinə məxsus və itaətinə müvəffəq edən Allaha məxsusdur. Ona şükürlər olsun! |
| Transkripsiya | Əlhəmdu lillahilləzi hədana bimə`rifətih, və xəssəna bivila-yətih, və vəffəqəna litaətih, şukrən şukra. |
Sonra səcdədən başını qaldırıb deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni qəsədtukə bihacəti, və`təmədtu ələykə biməs`ələti, və təvəccəhtu iləykə biəimməti və sadəti, | İlahi, hacətimə görə Səni qəsd etdim, istəyimə görə Sənə etimad etdim və imamlarım və sərvərlərim vasitəsilə Sənə üz tutdum. | اللَّهُمَّ إِنِّي قَصَدْتُكَ بِحَاجَتِي وَ اعْتَمَدْتُ عَلَيْكَ بِمَسْأَلَتِي وَ تَوَجَّهْتُ إِلَيْكَ بِأَئِمَّتِي وَ سَادَتِي |
| Əllahummənfə`na bihubbihim, və əvridna məvridəhum, vərzuqna murafiqətəhum, və ədxilnəl cənnətə fi zumrətihim, birəh-mətikə ya ərhəmər rahimin. | İlahi, onlara məhəbbətlə bizə faydalandır, bizi onların daxil olduğu yerə daxil et, onlarla yoldaş olmağı bizə nəsib et, bizi onların zümrəsində (onlarla birgə) cənnətə daxil et! Sənə and veririk Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! | اللَّهُمَّ انْفَعْنَا بِحُبِّهِمْ وَ أَوْرِدْنَا مَوْرِدَهُمْ وَ ارْزُقْنَا مُرَافَقَتَهُمْ وَ أَدْخِلْنَا الْجَنَّةَ فِي زُمْرَتِهِمْ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Bu duanı Seyid ibn Tavus «İqbal» kitabında «Məbəs» bayramının günü üçün nəql edib.
Mənbələr:
[1] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 814
[2] Lakin Seyid ibn Tavus «İqbal»da
və Əllamə Məclisi «Zadul-məad»da qeyd etdikləri
hədisə əsasən «Yasin» surəsindən Qurani Kərimin
axırıncı surəsinə qədər istənilən surə nəzərdə tutulur.
[3] Seyid ibn Tavus – İqbal, səh 670,
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 813,
Əllamə Məclisi – Zadul-məad, səh 35
[4] İbn Bətutə adı ilə tanınan
Məhəmməd ibn Abdullah mərakeşli məşhur alim
və səyyahdır və hicri 8-ci əsrdə yaşamışdır.
O, 30 il ərzində səyahət etmişdir və
bu səyahətdə gördüyü hər şeyi qələmə almışdır.
Onun bu yazılırı «Rəhlətu ibn Bətutə»
(İbn Bətutənin səfərnaməsi) adlı kitabda çap olunmuşdur.
[5] İbn Bətutənin səfərnaməsi, c 1, səh 185,
Şeyx Abbas Qumi — Ənvarul-bəhiyyə, səh 80 (cüzi müdaxilə ilə)
