TAM Həftənin günlərinin əməllərindən olan məsumların (ə) ziyarəti
Seyid ibn Tavus “Cəmalul-usbu” kitabında belə deyir: “İbni Babəveyh, Səqr ibn Əbidəlfdən rəvayət edir ki, Mütəvvəkkil Həzrət İmam Əli Nəqi ələyhissalamı Samirra şəhərinə dəvət etdiyi vaxtlarda bir gün o həzrətin görüşünə getdim. Həzrəti həbs etmişdilər. Həzrətin yanına daxil olan kimi buyurdu: “Nə işin var?” Dedim: “Sizin görüşünüzə gəlmişəm”. Bir neçə saat birlikdə əyləşib müxtəlif mövzularda söhbət etdik. Elə ki, camaat dağılışıb getdilər və həzrətlə tək qaldım, həzrət yenidən soruşdu: “Nə üçün gəlmisən?” Mən yenə də əvvəldə verdiyim cavabı təkrarladım. Həzrət buyurdu: “Deməli öz Mövlandan bir xəbər öyrənmək üçün gəlmisən”. Mən qorxdum və tez dedim: “Mənim mövlam xəlifədir”. Həzrət dedi: “Sakit ol! Sənin mövlan haqq yoldadır və mən də səninlə eyni əqidəyəm”. Dedim: “Əlhəmdulillah”. Sonra həzrət dedi: “Onun yanına getmək istəyirsənmi?” Dedim: “Bəli”. Dedi: “Bir az gözlə, sahibəl-bərid (zamanənin qəsbkar xəlifəsi) getsin sonra”. Mən xəlifəninin getməyinə qədər gözlədim. Elə ki, xəlifə getdi, məni o həzrətin yanına aparmaq üçün cavan bir oğlanı göndərmişdi. O həzrətin yanına çatanda, onu həsirin üstündə oturmuş halda gördüm. Həzrətin qarşısında bir qəbir qazmışdılar. Salam verdim. Həzrət salamımın cavabını verdi. Buyurdu: “Əyləş, nə üçün gəlmisən?” “Sizin halınızdan bir xəbər bilmək üçün gəlmişəm”- dedim. Qəbri görən kimi, ağlamağa başladım. Həzrət buyurdu: “Ağlama, indi onlardan mənə heç bir zərər çatmayacaq”. Dedim: “Əlhəmdulillah”. Sonra dedim: “Ey mənim ağam, Həzrət Rəsuli Əkrəmdən nəql olunmuş bir rəvayətin mənasını başa düşmürəm”. Buyurdu: “O hansı hədisdir?” Ərz etdim: “Günlərlə düşmənlik etməyiz ki, onlar da sizinlə düşmən kəsilər” (لَا تُعَادُوا الْأَيَّامَ فَتُعَادِيكُمْ). Buyurdu: “Günlərdən məqsəd bizik. Nə qədər ki, bu yer-göy var, şənbə Rəsuli Əkrəmin (s) adıdır. Bazar günü Əmirəl-mömininin (ə), bazar ertəsi Həsən (ə) və Hüseynin (ə), çərşənbə axşamı Əli ibn Hüseyn (ə) və Məhəmməd ibn Əli (ə) və Cəfər ibn Məhəmmədindir (ə). Çərşənbə Musa ibn Cəfər (ə), Əli ibn Musa (ə) və Məhəmməd ibn Əlinin (ə) və mənim (ə) günümdür. Cümə axşamı övladım Həsənin (ə). Cümə günü isə oğlumun oğlunundur (ə.f). Onun ətrafına haqq əhli toplanar. Günlərin mənası budur. Belə isə onlarla bu dünyada düşmənlik etməyin. Əgər düşmənçilik etsəniz onlar da sizinlə axirətdə düşmənçilik edər”. Sonra buyurdu: “Mənimlə vidalaş sonra get, qorxuram sənə bir əzab-əziyyət verələr”[1].
Sonra Seyid bu hədisi başqa sənədlə Qütbi Ravəndidən nəql etmiş[2], sonra Məsumların (ə) hər biri üçün onlara aid olan gündə oxunan bir ziyarət qeyd etmişdir.
Şənbə günü Muhəmməd Mustafanın (ə) ziyarəti
Bazar günü Əmirəlmöminin İmam Əlinin (ə) və Fatimeyi Zəhranın (ə) ziyarəti
Bazar ertəsi günü İmam Həsən (ə) və İmam Hüseynin (ə) ziyarəti
Çərşənbə axşamı günü İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiqin (ə) ziyarəti
Çərşənbə günü İmam Kazimin (ə), İmam Rzanın (ə), İmam Cavadın (ə), İmam Hadinin (ə) ziyarəti
Cümə axşamı günü İmam Həsən Əskərinin (ə) ziyarəti
Cümə günü Bəqiyətullah İmam Məhdinin (ə.f) ziyarəti
Mənbələr:
[1] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 25
[2] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 27
