Ziyarətnamə: Kufə məscidinin əməlləri — 9-cu hissə — İmam Sadiqin (ə) Kufə məscidində hacət namazı

Print Friendly, PDF & Email

Həzrət imam Sadiqdən (ə) rəvayət olunur ki, hər kəs Kufə məscidində 2 rəkət namaz qıla və hər rəkətdə «Həmd», iki “Qul əuzu” («Fələq»«Nas» ) və «İxlas», «Kafirun», «Nəsr» , «Qədr» və «Səbbihismə rəbbikəl əla»(«Əla») surələrini oxuya, salam verdikdən sonra Fatimeyi Zəhranın (s) təsbihatını deyə və Allahdan öz hacətini tələb edə, Allah onun hacətini verər və dualarını qədul edər.[1]
Şeyx Abbas Qumi deyir: “Surələrdə olan bu tərtib Seyid ibn Tavusun “Misbah” kitabındakı rəvayətinə əsasəndir. Şeyx Tusi “Əmali” kitabında nəql etdiyi rəvayətdə «Qədr» surəsi «Əla» surəsindən sonradır. Bəlkə də heç onlarda tərtib lazım deyil, gərək həmin qədər kifayətdir ki, «Həmd» surəsindən sonra bu 7 surə oxunsun. Ən yaxşısını Allah Özü bilir.

Mənbə:
[1] Şeyx Tusi — Əmali, səh 415, hədis 84

Читайте также: